Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-196/2024 09.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X8, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-444/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 100000 manat maddi ziyanın və 150000 manat mənəvi zərərin əvəzinin Cavabdehn tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbində göstərilmiş kompensasiyanın Cavabdehndən alınıb verilməsi hissəninin Dövlət büdcəsi hesabından Cavabdeh vasitəsilə alınıb ona verilməsi kimi başa düşülməsini, həmçinin iddia tələbinin həcmini artıraraq iddia ərizəsində göstərilən məbləğdən maddi ziyana görə 150000 manat və mənəvi ziyana görə 100000 manat məbləğdən əlavə sahibkarlıq fəaliyyətinin bərpa edilməsi üçün 50000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-444/2023 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 34500 (otuz dörd min beş yüz) manat məbləğində pul və 23000 (iyirmi üç min) manat məbləğində maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1963-cü il tarixdə Göygöl şəhəri S.Hacıyev küçəsi ev 11 saylı ünvanda anadan olmuşdur. ünvan 1 orada yaşayır. O, Göygöl rayonu Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının direktoru vəzifəsində işləmişdir. İşdən azad olunduqdan sonra "xxxx" ASC-dən sahibkarlıq fəaliyyəti ilə bağlı kredit götürərək sahibkar kimi fəaliyyət göstərmişdir. 2019-cu il tarixdə qanunsuz həbs olunduqdan sonra sahibkarlıq fəaliyyəti tamamilə məhv olmuşdur. Onun keçirtdiyi mənəvi iztirab nəticəsində xəstəliyinin ilk başlanğıcı həbsxanada olduğu zamandan başlamış və həbsdən azad olunduqdan sonar da təkrar olaraq baş-beyin infarktı keçirtmişdir. Sağlamlığı ilə bağlı vəziyyətinin pisləşməsi onun haqsız olaraq həbs olunmasından başlamışdır. Həmçinin bu səbəbdən iş fəailiyyəti də tam şəkildə pozulmuşdur. Həmçinin gözdən əlillər cəmiyyətinin rəhbəri olaraq nüfuzu aşağı düşmüşdür. Azərbaycan Respublikası Mütəşəkkil Cinayətkarlığa qarşı X10 tərəfindən narkotik vasitələrin satışı və saxlaması ilə bağlı şübhəli şəxs qismində tutulmuş və həbs olunmuşdur. Bunların nəticəsi olaraq ağır mənəvi zərər almışdır. Belə ki, 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin həbs qətimkan tədbiri barədə 25 dekabr 2019-cu il tarixli, qərarı ilə 23 ay (01 il, 11 ay) müddətində qanunsuz həbsdə saxlanılmışdır. Nəhayət, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 saylı hökmü ilə ona bəraət verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı protest vermiş, protest Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, o, 25 dekabr 2019-cu il tarixdən 24 noyabr 2021-ci il tarixdək olan 23 ay müddətdə əsassız olaraq azadlıqdan məhrum olunmuş və istintaq təcridxanasında saxlanılmışdır. İş materiallarında olan: 28 yanvar 2023-cü il tarixli ambulator stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı baş beyin infaktı keçirtmiş, vəziyyəti isə arteryal hipertenziya İİ mərhələ hipertenziv ensefalopatiya xəstəliyi ilə diaqnoz qoyulmuşdur; XVİİİ JQ №345166, XİX-JQ №312432 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X3 və X2, X1 və İddiaçı övladlarıdır; Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli 1(104)- 148/2022 nömrəli qərarının surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin İddiaçı barəsində 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmaışdır. Həmin qərardan müəyyən olunur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-c maddəsi ilə təqsiri sübuta yetmədiyinə görə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş və bəraət alması ilə əlaqədar vurulmuş ziyana görə iddia qaldırmaq hüququ izah edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli 1(102)-1562/2022 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddənin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Cavabdeh deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən hazırkı məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalı idi. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunvericiliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə təcrübəsinin təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə borcludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir. Lakin məhkəmə təcrübəsində bu məsələ hər dəfə Maliyyə Nazirliyi tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi zərərə görə 34500 manat, maddi zərərə görə 23000 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, mənəvi ziyanın hər ay üçün 1500 manat dəyərində müəyyən edilməsi barədə məhkəmənin mövqeyi düzgün yanaşma hesab edilə bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. Həmçinin qeyd edir ki, məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslanmadan, eyni növ işlər üzrə fərqli yanaşma tətbiq etmişdir. Məhkəmə təcrübəsində bu növ işlərdə mənəvi ziyanın məbləği aylar üzrə hər ay üçün 1000 manat dəyərində müəyyən olunur. Bundan başqa, MPM-nin müddəalarının tələbləri nəzərə alınmaqla iddia ərizəsi məhkəmə ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Çünki, iddia ərizəsində Maliyyə Nazirliyinin cavabdeh qismində qoyulması ilə əlaqədar işə Göygöl Rayon Məhkəməsində deyil, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı idi. İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmadan məhkəmə tərəfindən iddiaçıya 23000 manat məbləğində maddi ziyan vurulduğu hesab edilmiş və məhkəmə bu məbləği müəyyən edərkən heç bir sübuta əsaslanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 68 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, üçüncü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni qayda tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş mаtеriаllаrındа оlаn krеdit muqаvilələrindən də görünür ki, sаhibkаrlıq fəаliyyəti ilə bаğlı sаhibkаrlığа milli kömək fоndu tərəfindən ona krеdit vəsаiti аyrılmışdır. Sаhibkаrlıq fəаliyyətini həyаtа kеçirərkən istintаq оrqаnı tərəfindən həbsə аlınmışdır ki, bundаn sоnrа da fəаliyyəti dаğılmışdır və nəticədə bаnk tərəfindən ona qаrşı krеdit bоrcunun ödənilməsi ilə bаğlı məhkəmədə iddiа qаldırılmışdır. Sаhibkаrlıq fəаliyyətini həyаtа kеçirərkən hər аy 4000-5000 mаnаt məbləğində gəlir əldə еtmişdir. Bu hаl sаhibkаrlığа milli kömək fоndu tərəfindən ona krеdit vəsаiti vеrilərkən hаzırlаnmış biznеs plаnlа da öz təsdiqini tаpmışdır. Həbs еdildikdən sоnrа sahibkarlıq fəаliyyəti dаğıldığındаn bu günkü gündə bunа dаir məhkəməyə sübut təqdim еdilməsi mümkün dеyil. Ancаq qеyd оlunаn biznеs plаn iddiа tələbinin əsаslı оlmаsını təsdiq еdir. Əsassız olaraq həbs edilməsi nəticəsində dağılmış sаhibkаrlıq fəаliyyətinin bərpа еdilməsi üçün 50000 mаnаt vəsаit lazımdır. Məhkəmənin həmin hissədə iddiа tələbini təmin еtməməsi əsаssızdır. О, cümlədən hеsаb еdir ki, məhkəmə tərəfindən ona dəymiş mаddi zərərin qаnunvеricilikdə məbləği müəyyən еdilmədiyi təqdirdə onun öz həyаtınа və mənəviyyаtınа dəymiş ziyan 150000 mаnаt, mənəvi zərər isə 100000 mаnаt məbləğində dəyərləndirilməlidir. Apellyasiya şikayətləri üzrə izahatlar: 13 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdeh tərəfin verdiyi apellyasiya şikayətini qəbul etməyərək, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini qeyd edib, əlavə olaraq izahatında bildirmişdir ki, 2019-cu ilin dekabr ayında barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına yerləşdirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 nömrəli hökmü ilə təqsirsiz olduğu müəyyən edilmiş və hökm çıxarılan tarixdən həbsdən azad edilmişdir. Həmin hökm yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaışdır. Beləliklə. əsassız olaraq 23 ay müddətində istintaq təcridxanasında həbsdə qalmışdır. Tutulmamışdan əvvəl sahibkarlıq fəaliyyəti həyata keçirərək iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Müvafiq sənədlərlə də bu öz təsdiqini tapır. Çünki sahibkarlıq fəaliyyəti ilə bağlı bankdan kredit götürmüşdür. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı əvvəlki məhkəmə iclasında vermiş olduğu izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 cavabdeh tərəfin verdiyi apellyasiya şikayətini qəbul etməyərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək, təmsil etdiyi orqanın apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından iddaiçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi iki apellyasiya şikayəti üzrə bütövlükdə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı vurulmuş mənəvi zərərə görə 34500 (otuz dörd min beş yüz) manat məbləğində pul və 23000 (iyirmi üç min) manat məbləğində maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi” hissədə dəyişdirilməli, həmin hissədə mənəvi zərərə görə ödənilməli məbləğ 23000 manat, maddi ziyana görə isə ödənilməli məbləğ 5750 manat müəyyən edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmənin 25 dekabr 2019-cu il tarixli müvafiq qərarı ilə İddiaçı barəsində həbs qətimkan tədbiri seçilərək sonuncu istintaq təcridxanasına yerləşdirilmişdir. Sonradan isə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 saylı hökmü ilə İddiaçı bəraət verilmişdir. Həmin hökm yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı qanunsuz olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş, əsassız olaraq 23 ay müddətində istintaq təcridxanasında saxlanılmışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəyə qanunvericiliyin aşağıdakı normaları əsasında hüquqi qiymət verilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının tələbi əsassız həbs olunması nəticəsində ona dəymiş mənəvi zərərin, o cümlədən maddi ziyanın əvəzinin ödənilməsi, həmçinin sahibkarlıq fəaliyyətinin bərpa edilməsi üçün cavabdehdən vəsait tutulmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 18 fevral 1999-cu il tarixdə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Bu kontekstdə kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində İddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə arqumentlərini əsaslı hesab edir. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində, o, fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, onu tanıyan şəxslər arasında nüfuzdan düşmüş və cəmiyyətdə olan mövqeyini itirmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, azadlıqdan məhrum edilməsi və 23 ay müddətinə istintaq təcridxanasında saxlanılması nəticəsində mənəvi iztirab və sarsıntılar yaşamış, eləcə də onun qanunla qorunan hüquqları pozulmuşdur. Həmin qanunsuz hərəkətlər nəticəsində iddiaçı onu tanıyan şəxslər arasında nüfuzdan düşmüş, şəxsin barəsində mənfi fikir formalaşmış, habelə onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr yaranmasına səbəb olmuşdur. Yuxarıda şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 34500 manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmamışdır və mənəvi zərərin əvəzinin müəyyənləşdirilməsi ilə bağlı iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri əsassız, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Çünki qeyd edilənlərin fonunda iddiaçıya dəymiş mənəvi zərərə görə birinci instansiya məhkəməsinin müəyyən etdiyi mənəvi zərər məbləği işin konkret hallarına münasibətdə adekvat olmamışdır. İddiaçı tələbində və apellyasiya şikayətinin dəlillərində 100000 manat məbləğində mənəvi zərər tələb etsə də, kollegiya mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində iddiaçının keçirtdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı vurulmuş mənəvi zərərə görə cavabdehdən 23000 manat vəsait tutulması ağlabatan və ədalətlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 23 ay müddətində əsassız olaraq həbsdə saxlanılması nəticəsində ona dəymiş mənəvi zərərin miqdarının 100000 manat məbləğində müəyyən edilməsi yolverilməzdir. Belə ki, iddiaçının məruz qaldığı mənəvi zərər əvəzində Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 23000 manat alınaraq iddiaçıya ödənilməsi sonuncunun keçirtdiyi mənəvi iztirab və sarsıntıların adekvat və effektiv şəkildə aradan qaldırılması baxımından məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticə ilə razılaşmır. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə bağlı gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə birgə üç nəfər ailə üzvünün yaşaması və onların heç birinin əməkhaqqı almaması, habelə gəlirinin olmaması İddiaçı onları maddi cəhətdən təmin etməsi kimi qiymətləndirilir. İddiaçı həbsə alınana qədər yaşaması üçün minimum yaşaması üçün çəkdiyi xərc 250 manat hesablansa, onun üç nəfər ailə üzvünün saxlanması üçün də 750 manat vəsait tələb olunur. Belə olan halda ailənin saxlanılması üçün 1000 manat tələb olunur ki, onu da İddiaçı əsassız yerə həbsə alınmasaydı o həmin gəlirlə ailə üzvlərini saxlaya bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. 18 fevral 1999-cu il tarixdə dərc edilərək qüvvəyə minmiş “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hansı hallara görə şəxsə zərərin əvəzinin ödənildiyi təsbit edilmişdir (bax yuxarıda). Həmçinin Mülki Məcəllənin 1101.1-ci maddəsində deyilir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göründüyü kimi, sadalanan qanunvericilik normalarında qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və.s nəticəsində məhz fiziki şəxsin özünə vurulmuş zərərin əvəzinin ödənilməsi müəyyən edilmişdir. Başqa sözlə, əsassız cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və.s nəticəsində şəxsin ailə üzvlərinə dəymiş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmamışdır. Kollegiya qeyd edir ki, əsassız olaraq cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və.s hallarda məhz həmin şəxsin qanunla qorunan hüquqları pozulduğu üçün sonuncunun ona dəymiş zərərin əvəzini tələb etmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əsassız olaraq həbsdə saxlanıldığı müddət ərzində məhz onun özünə dəymiş məhrum olduğu gəlirlər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin maddi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, aşağıda göstərilənlərə əsasən həmin hissədə iddia qismən əsaslıdır. İddiaçı iddia tələbində, o cümlədən apellyasiya şikayətinin dəlillərində əsassız həbs olunanadək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, lakin 23 ay müddətinə əsassız olaraq azadlıqdan məhrum edilməsi nəticəsində 150000 manat gəlirdən məhrum olduğunu iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materialları ilə iddiaçıın adına VÖEN olduğu müəyyən edilsə də, lakin bu hal özlüyündə iddiaçının müntəzəm olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay gəlir əldə etməsinə dəlalət etmir. Çünki şəxsin adına VÖEN (hətta aktiv) olması onun sahibkar kimi hər ay gəlir əldə etməsi kimi qəbul edilə bilməz. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay müntəzəm olaraq gəlir əldə etdiyini iddia etdiyi təqdirdə bu barədə sübutlarını məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Lakin bununla belə kollegiya iddiaçının əsassız olaraq həbs olunduğu 23 ay müddəti, ölkənin müxtəlif sferalarında mövcud olan faktiki qiymətləri əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddiaçının maddi ziyanla bağlı iddiası qismən təmin olunaraq, onun əsassız olaraq həbsdə saxlanıldığı 23 ay müddət ərzində, yəni xx.xx.2019-xx.xx.2021-ci illər üzrə minimum əməkhaqqı səviyyəsində, yəni hər ay 250 manat hesablanmaqla, ümumilikdə (23 x250=5750) 5750 manat Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin sahibkarlıq fəaliyyətinin bərpa edilməsi üçün 50000 manat pulun cavabdehdən tutulması hisəsinədə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Çünki yuxarıda da göstərildiyi kimi İddiaçı həbs edilməmişvən əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia etsə də, lakin bu barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş sənədləri də (kredit müqviləsi, ödəniş qəbzləri, torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması barədə çıxarış və sair) sistemli şəkildə tədqiq edərək göstərir ki, həmin sənədlər iddiaçının həbs olunmamışdan əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq etmir. Belə ki, həmin sənədlərə nəzər saldıqda iddiaçının 04 sentyabr 2013-cü il tarixdə "xxxx" ASC-dən heyvandarlığın inkişafı ilə əlaqədar 15000 manat kredit götürməsi və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı və ailə üzvlərinə məxsus əmlakın bankın xeyrinə ipoteka ilə yüklü edildiyi müəyyən olunur. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının həbs olunmamışdan 6 il əvvəl heyvandarlığın inkişafı məqsədilə bankdan 15000 manat məbləğində götürülmüş kredit məbləğinin heyvandarlıq təsərrüfatına sərfh etməsi və həmin təsərrüfatın məhz sonuncunun əsassız olaraq həbs edilməsi nəticəsində məhv olması işin faktiki halları ilə öz təsdiqini tapmır, eləcə də bununla bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçıya dəymiş ziyanın Maliyyə Nazirliyi tərəfindən ödənilməli olmaması barədə cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli 75 nömrəli Qərarın 5.1-ci bəndinə əsasən, dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Həmin Qərarın 5.23-cü bəndinə əsasən, dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Cavabdeh tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanılır. Həmin Qərarın 5.40-cı bəndinə əsasən, dövlət büdcəsinin icrasına nəzarəti öz səlahiyyətləri daxilində Cavabdeh həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 440 nömrəli, 11 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nda isə (“Büdcə xərclərinin funksional təsnifatı”, “Əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət” bölməsi - 12.9.0) 12.9.0 bölməsinin 222980-ci paraqrafı bilavasitə “məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərcləri” nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olan vəsaitin Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına ödənilməsi müəyyən olunmuşdur. Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid hesabında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda saxlanıldığından mənəvi zərərin əvəzinin ödənilməsinin həmin orqan tərəfindən həyata keçirilməsi düzgün və əsaslı olmuşdur. Həmçinin dövlət büdcəsinin vahid təsnifatında məhkəmənin qərarlarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı xərclər nəzərdə tutulmuşdur. İşə baxılması ilə əlaqədar məhkəmə ərazi aidiyyət qaydalarının pozulması barədə cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, MPM-nin iddiaçının seçməsinə görə aidiyyət qaydalarından bəhs edən 36.7ci maddəsinə görə, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, apellyasiya şikayətlərinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-444/2023 nömrəli qətnaməsi “İddiaçı vurulmuş mənəvi zərərə görə 34500 (otuz dörd min beş yüz) manat məbləğində pul və 23000 (iyirmi üç min) manat məbləğində maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə mənəvi zərərə görə ödənilməli məbləğ 23000 (iyirmi üç min) manat, maddi ziyana görə isə ödənilməli məbləğ 5750 (beş min yeddi yüz əlli) manat müəyyən edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-196/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-196/2024
09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver