Məhkəmə qərarları › İş №2(104)-1968/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1968/2025

12.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1968/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dаir mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1766/2025 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona vurulmuş maddi ziyana görə 10950 manat, mənəvi ziyana görə 30000 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-103/2023 saylı hökmü ilə AR Cinayət Məcəlləsinin 234.3-1ci maddəsi ilə təqsirli bilinərək, ona qəti olaraq 4 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli, 1(104)-16/2024 saylı hökmü ilə tam təmin edilərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-103/2023 saylı hökmü ləğv edilmiş, ona əməllərində cinayət tərkibi olmadığı üçün AR Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən CM-nin 234.3-1-ci maddəsi ilə bəraət verilmiş, o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından azad edilmişdir. AR Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, ona qanunsuz olaraq tutulmağı, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməyi, qanunsuz həbsdə saxlanmağı və barəsində qanunsuz ittiham hökmü çıxarılması ilə əlaqədar vurulmuş ziyanın əvəzinin ödənilməsi hüququ və qaydası izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104)-16/2024 saylı hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-2047/2024 saylı qərarı ilə kassasiya protesti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli, 1(104)-16/2024 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, o, qanunsuz olaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, məhkəməyə verilmiş, qanunsuz həbsdə saxlanılmış və barəsində qanunsuz ittiham elan edilmişdir. Bununla da ona maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, o, azadlıqda olduğu müddətdə günə muzd fərdi əməklə məşğul olmaqla, gündəlik təqribən 30 manat qazancı olurdu. Nəzərə alınsa ki, o, 1 il, yəni 365 gün həbs olmuş, bu da o deməkdir ki, bu müddət ərzində 10950 manat qazancından olmuşdur. Bundan əlavə cavabdehlər tərəfindən ona mənəvi zərər də vurulmuşdur ki, həmin zərəri 30000 manat məbləğində müəyyənləşdirmişdir. Onun qanunsuz olaraq ağır cinayətdə ittiham olunaraq həbsdə saxlanmağı onu qohumlarının və kənd camaatının arasında nüfuzdan salmışdır. Ona görə də, hesab edir ki, mənəvi zərərə görə ona vurulmuş 3000 manat ziyan ödənilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən ona vurulmuş maddi ziyana görə 50000 manat, mənəvi ziyana görə 50000 manat olmaqla, cəmi 100000 manat pul məbləğinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-1766/2025 saylı qətnaməsi ilə (hakim P.İsaqlı) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərə görə 12.500 (on iki min beş yüz) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)- 1766/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, həmin şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı ünvan 1sinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Hazırkı iş üzrə cavabdeh Maliyyə Nazirliyin yerləşdiyi ünvan ünvan 2məsi tərəfindən ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya hakim tərəfindən işin baxılmağa hazırlanması mərhələsində cavabdehin olduğu yer nəzərə alınmamış və İddiaçı iddia ərizəsini ərazi aidiyyəti qaydalarını pozmaqla icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması qanunvericiliyin tələblərinin pozulması hesab edilir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Qeyd edilənlərə istinad edən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh müvafiq surətdə ünvan 3 ünvan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan və bununla da prosessual hüquq normaları pozularaq birinci instansiya məhkəməsi tərəfindən işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığından, qətnamə ləğv edilməli, iş baxılması üçün aiddiyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməli, bununla da apellyasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in nin 31, 35, 44, 45, 372, 382, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)1766/2025 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar