Məhkəmə qərarları › İş №2(104)-1983/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1983/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1983/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(062)-158/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Binnərt oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5000 manat məbləğində pulun, 100 manat yol pulu üçün ödədiyi pulu və dövlət rüsumnu hesabına ödənilmiş 70 manat pulun, ümumilikdə 5170 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-158/2024 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-158/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Lakin üzür səbəbdən apellyasiya şikayəti vermə müddətini ötürmüş və vaxtında şikayət verə bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(062)-158/2024 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-158/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpası barədə ərizənin təmin edilməsindən imtina edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-158/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qeyd edilən qərardadından İddiaçı şikayət verərək Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-158/2024-cü il tarixli qərardadını tamamilə ləğv edib ötürülmüş apellyasiya şikayətinin müddətini üzürlü sayaraq bərpa edib, qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin vermə müddətinin ötürülmə səbəbi 2024-cü ilin bahar bayramında qeyri iş günlərinin tərəfindən düzgün hesablanmaması olmuşdur. Odur ki, buraxılmış müddət az olduğu üçün üzürlü hesab edilməli idi. Tovuz Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(062)-158/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-158/2024-cü il tarixli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İş materialları ilə təsdiq edilir ki, İddiaçı qətnamənin surətini xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə rəsmi qaydada əldə etsə də, o 29 aprel 2024-cü ildə apellyasiya şikayəti ilə məhkəməyə müracitə etməklə şikayət verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Müddətin üzürlü hesab edilməsi üçün xəstəliyi ilə bağlı dəlillər irəli sürsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının qətnaməni aldıqdan sonra apellyasiya şikayəti verə bilməməsinin səbəbinin üzürlü hesab olunmasına əsas verən heç bir mötəbər sübut yoxdur. Ona görə də ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-158/2024 saylı qətnaməsinin surətini xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə təhvil almışdır və onun qətnamədən şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə isə xx.xx.2024-cü il tarixdə, yəni qətnamə təqdim edildiyi vaxtdan iki aydan da artıq müddət keçdikdən sonra verilmişdir. Bununla belə iddiaçı tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizəsinə, habelə qərardaddan verilmiş şikayətə müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sənəd əlavə edilmədiyindən birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Göründüyü kimi İddiaçı Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 158/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(062)-158/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 12 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar