Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1989/2023 09.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilən alimentin dayandırılması, aliment tələbi, şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin və gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsindən Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın qismən təmin edilməsi, İddiaçı 16 fevral 2010-cu il təvəllüdlü Zəhra adlı uşağa görə Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsində müəyyən olunan alimenti ödəmək vəzifəsindən 16 oktyabr 2021-ci il tarixdən etibarən azad olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbinin “şəkərli diabet xəstəsi olan 16 fevral 2010-cu il təvəllüdlü X7 müalicəsində xərclərin yarı hissəsinin tələbi, gələcəkdə çəkiləcək xərclərdə Cavabdeh cəlb edilməsi” hissəsində təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin) iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsinin qismən, iddianın təmin edilən hissələrındə ləğv edib, həmin hissələrdə də təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “ödənilən alimentin dayandırılması, aliment tələbi, şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin və gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsinin xx.xx.2010-cu il təvəllüdlü X9 120 manat sabit pul məbləğində alimentin ondan tutulması hissəsinin xx.xx.2021-ci il tarixindən dayandırılmasına dair, xx.xx.2010cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixindən Cavabdeh onun xeyrinə tutulmasına dair, həmçinin Cavabdeh qızı xx.xx.2010-cu il təvəllüdlü X7 şəkərli diabet xəstəliyi ilə bağlı ilk gündən müayinə və müalicələri üçün xərclənmiş pulların, 600 (altı yüz) manatın yarı hissəsi olan 300 (üç yüz) manatın Cavabdeh onun xeyrinə tutulmasına, eləcə də xəstə uşaqlarının gələcəkdə müayinə və müalicəsi üçün xərclənəcək vəsaitin yarı hissəsinin Cavabdeh onu xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsi ilə arvadı Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanmış, bu barədə Akt qeydləri kitabında 1024 sayla qeyd edilmiş nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılmaları və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Son illər qızı xx.xx.2010-cu il təvəllüdlü X14 bərk xəstələnmiş və xx.xx.2021-ci il tarixindən anasının yanından çıxıb onun yanına yaşamağa gəlmişdir. O, Zəhranı xəstəxanada müayinə elətdirən zaman uşaqda şəkərli diabet xəstəliyinin olduğu müəyyən edilmişdir. O, Zəhranı müalicə etdirir, üstəlik Cavabdeh ondan X7 da saxlanması üçün əvvəlki qaydada aliment almaq niyyətindədir. X2 artıq onun yanında yaşaması ilə yanaşı o, 2022-ci ilin ortalarında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, Zəhranın tək qalmaması, onun yanında tək yaşamaması üçün azyaşlı oğulları X4 da onun himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Ancaq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-312/2022 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilmiş, artıq 11 ay müddətdə onun yanında yaşayan və müalicə olunan xx.xx.2010-cu il təvəllüdlü X7 onun yanında saxlanılması qət edilmişdir. İddia tələbi, xx.xx.2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılmasına dair hissədə təmin edilməmişdir. Ancaq Gəncə Şəhər Məhkəməsi qətnamə qəbul edərkən, Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərinə riayət etməmiş, bu baxımdan da, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsini, həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-312/2022 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X7 onun yanında saxlanılmasının qət edilməsinə əhəmiyyət verməyərək uşağın saxlanması üçün aliment tələb etməmişdir. O, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 390/2019 saylı qətnaməsi üzrə alimentə dair verilmiş icra vərəqəsini icra etmiş, müəyyən qədər aliment borcu qalmışdır. xx.xx.2010-cu il təvəllüdlü X14 xx.xx.2021-ci il tarixindən anasının yanından çıxıb, onun yanına yaşamağa gəlmiş və bu günə qədər də onun himayəsindədir. Zəhranı o, saxlayır, şəkərli diabet xəstəliyi ilə bağlı müayinə və müalicələri üçün vəsaiti təkbaşına ödəyir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-312/2022 saylı qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərkən hakim, X7 xx.xx.2021-ci il tarixindən onun yanına gəlməsini və onun himayəsində yaşamasını deməsinə baxmayaraq, bu faktiki halı, qətnamədə qeyd etməmiş, ümumi bir cümlə ilə üzərindən keçmiş, uşağın hazırda onun yanında olmasına dair bir cümlə yazaraq, tarixi qeyd etməmişdir. xx.xx.2010-cu il təvəllüdlü X7 artıq 11 ay müddətdə onun yanında yaşadığını, müalicə olunduğunu məhkəmə qeyd etməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsinin xx.xx.2010-cu il təvəllüdlü X9 120 manat sabit pul məbləğində alimentin ondan tutulması hissəsi xx.xx.2021-ci il tarixindən məhkəmə qətnaməsi ilə dayandırılmalı, xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci tarixindən Cavabdeh onun xeyrinə tutulmalı, həmçinin, Cavabdeh, qızları xx.xx.2010-cu il təvəllüdlü X7 Şəkərli diabet xəstəliyi ilə bağlı ilk gündən müayinə və müalicələri üçün tərəfindən xərclənmiş 600 manata qədər məbləğin yarı hissəsi Cavabdeh onun xeyrimə tutulmalı və gələcəkdə müayinə və müalicələr üçün xərcələnəcək vəsaitin yarı hissəsini ona ödəməlidir, bu xərclərin ödənişinə cəlb edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı aztəminatlı valideyn olan Cavabdeh onun yanında saxlanılan bir nəfər uşağa görə aliment tələb edə bilməzdi. Ancaq Gəncə şəhər Məhkəməsi maddi hüquq normasının bu tələbinə əhəmiyyət verməmiş, hazırki mübahisədə iddianın aliment tələbi hissəsində tədbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilməli olmayan maddi hüquq normalarını tədbiq etməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Yəni məhkəmə həmin maddi hüquq normalarını düzgün tədbiq edib iddianı aliment tələbi hissəsində təmin etməməli olduğu halda, tətbiq edilməməli maddi hüquq normalarına istinad edib iddianı bu hissədə təmin etməklə pozuntuya yol vermişdir. Onlar məhkəməyə Cavabdeh heç bir yerdə işləməməsi, heç bir qazancı, gəliri olmaması və himayəsində xx.xx.2011-ci il doğumlu bir nəfər azyaşlı uşağı olması barədə sübutlar təqdim etsələr də, bu sübutlardan istifadə edilməmişdir. Düzdür qətnamədə bu sübutlar sadalansa da, qətnamənin sübutların qiymətləndirilməsi hissəsində bu sübutlar müqayisəli şəkildə təhlil edilib qiymətləndirilməmiş və nəzərə alınmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi İddiaçının yanında yaşaması və həmin vaxtdan həmin uşağa görə iddiaçını Cavabdeh verilən alimenti ödəməkdən azad etməsi nəticəsinə gələrkən şübhəli, mötəbər sübut kimi qəbul edilməsi mümkün olmayan 01 may 2023-cü il tarixli Aslanov Zülfüqar, Nəbiyev Mehman, Məmmədov Zöhrab və Məmmədova Sevda tərəfındən tərtib edilərək imzalanmış Akta istinad etmişdir və həmin Aktı da mötəbər sübut kimi qəbul etmişdir. Əvvəla bu Akt iş məhkəmədə gedə-gedə sonradan tərtib olunaraq məhkəməyə təqdim edilmiş, cavabdeh tərəf olaraq bu aktdan xəbərləri olmamış, habelə sübut növü kimi də məhkəmədə tədqiq edilməmişdir. Tədqiq edilmiş olsaydı bu şəxslərin məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatətlə çıxış edərdilər. İkincisi isə həmin şəxslərin iddiaçının qonşuları olub-olmaması, Gəncə şəhər sakinləri olub-olmaması, bu aktın onlar tərəfındən tərtib edilib imzalanıb-imzalanmaması yoxlanılmamış, onların imzalarının həqiqiliyi müvafıq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmiş, habelə həmin şəxslər məhkəməyə şahid qismində dəvət edilib dindirilməmişdir ki, bu aktdan onların xəbəri var ya yox, habelə bu aktı onlar yazıb imzalamışlarmı. Hansı ki, X1 iddiaçının yanında saxlanılmasına dair Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-312/2022 saylı Qətnaməsi ilə də müəyyən edilmişdir ki, X14 16 oktyabr 2021-ci il tarixdən İddiaçı yanında yaşamır. Əgər yaşasaydı bu tarix məhkəmə qətnaməsi ilə müəyyən edilib qətnamədə göstərilərdi. X1 məhkəmədə dindirilməsinə gəldikdə isə o, hər hansı bir pedaqoqun və ya Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan dindirilməklə prosessual pozuntuya yol verilmişdir. Hesab edirlər ki, məhkəmə tərəfındən işin faktiki halları hərtərəfli və tam araşdınlmamış, tədqiq olunan sübutlara tədbiq edilməli hüquq normalarına müvafıq mümkünlüyünə və mötəbərliyinə görə qiymətləndirilməmiş və iddianın təmin edilən hissələri üzrə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndələri Nümayəndə və Vəkil (həm də vəkili) apellyasiya şikayətini müdafiə edib, şikayətinin təmin edilməsini və qətnamənin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edərək həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib həmin şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələrinin və iddiaçının izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, iş üzrə toplanmış sübutları məcmu halında tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən - xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Kollegiya apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilmiş olsa da, qətnaməni yalnız cavabdeh mübahisələndirmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslılığı şikayətin dəlilləri həddində yoxlanılmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 424008 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 16 fevral 2010-cu il tarixdə doğulmuşdur. Valideynləri atası – İddiaçı, anası – Cavabdehdır İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-390/2019 nömrəli, 27 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 dekabr 2008-ci il tarixində Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X14 və xx.xx.2011-ci il tarixdə doğulmuş X10 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılması, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Cavabdeh verilməsi və İddiaçı övladları xx.xx.2010-cu il tarixdə doğulmuş X14 və xx.xx.2011-ci il tarixdə doğulmuş X10 ilə hər həftənin cümə günü saat 18:00-dan gecə yanında qalmaqla bazar günü (bayram günləri də daxil olmaqla) 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X7 iddiaçı (atası) İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X5-Daşkəsən Regional filialı tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 3-17-2/2-M-27854/2023 nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən verilmiş 18 aprel 2023cü il tarixli, 157 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, ailə tərkibi oğlu - xx.xx.2011-ci il təvəllüdlü X3 ibarətdir və həmin ünvanda yaşayırlar. İş materiallarında olan 1883 nömrəli X13 X8 X17 Kartasından Çıxarışın surətindən görünür ki, aparılan müalicə kursundan sonra X7 vəziyyəti yaxşıdır. Aktivdir. İntoksikasiya əlamətləri yoxdur. Glikemiya norma daxilindədir. Müsbət dinamika ilə evə yazılmışdır. “Diabet məktəbində” təlim kursu keçirilmişdir. Sahə həkimi, endokrinoloqun nəzarətində olmalıdır. İş materiallarında olan AZ-İV seriyalı, 747073 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 06 may 2022-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – İddiaçı, anası – X11r. İş materiallarında olan AZ-İV seriyalı, 747074 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 may 2022-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – İddiaçı, anası – X11r. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞG/1-06180 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 05 dekabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahlarını rəsmi nikahda olmuş və onların birgə ailə münasibətlərindən 16 fevral 2010-cu il təvəllüdlü Zəhra və 23 sentyabr 2011-ci il təvəllüdlü Hüseyn adlı iki uşaqları doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 390/2019 nömrəli, 27 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 16 dekabr 2008-ci il tarixində Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində bağlanaraq, 1024 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X14 və xx.xx.2011-ci il tarixdə doğulmuş X10 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılmış, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı 10 dekabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində uşaqların hər biri üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment alınaraq Cavabdeh verilməsi və İddiaçı övladları xx.xx.2010-cu il tarixdə doğulmuş X14 və xx.xx.2011-ci il tarixdə doğulmuş X10 ilə hər həftənin cümə günü saat 18:00-dan gecə yanında qalmaqla bazar günü (bayram günləri də daxil olmaqla) 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı uşaq tələbinə dair məhkəmədə iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin 2(125)-312/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X7 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. X14 16 oktyabr 2021-ci il tarixdən halhazıra kimi atası İddiaçı yanındadır. İddiaçı onun yanında saxlanılan Zəhra adlı uşağın saxlanılması üçün Cavabdeh ödənilən alimentin dayandırılması, Zəhra adlı uşağın saxlanılması üçün Cavabdeh aliment tutulması və şəkərli diabet xəstəsi olan uşağın müalicəsində xərclərin yarı hissəsinin, gələcəkdə çəkiləcək xərclərdə ananın iştirakının təmin edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin İddiaçı Zəhra adlı uşağın xəstəliyi ilə bağlı çəkdiyi xərclərə dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə iddia tələbinin Zəhra adlı uşağın atasının yanında olmasına dair hissəsini etiraf etsə də qalan hissədə iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsinin xx.xx.2010-cu il təvəllüdlü X9 120 manat sabit pul məbləğində alimentin ondan tutulması hissəsinin xx.xx.2021-ci il tarixindən dayandırılması hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı bu tələbində haqlıdır. Belə ki, həmin fakt məhkəmə iclasında tədqiq olunan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Zəhra adlı uşaq 16 oktyabr 2021-ci il tarixdən iddiaçı olan atası İddiaçı yanında qaldığından və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Zəhra artıq atası İddiaçı himayəsinə verildiyindən, sonuncu Zəhra adlı uşağa münasibətdə ödənilən alimentdən 16 oktyabr 2021-ci il tarixdən bəri hissəsindən tamamilə azad olunmalıdır. Məhkəmə uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqlarından birinin atasının, digərinin isə anası ilə birlikdə yaşamasını, cavabdeh olan anası ilə birlikdə yaşayan uşaq üçün müəyyən edilmiş aliment məbləğini, eyni zamanda cavabdehin gəlirləri barədə işdə hər hansı sübutun olmamasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 16 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının digər bir iddia tələbi olan xx.xx.2010-cu il təvəllüdlü X7 şəkərli diabet xəstəliyi ilə bağlı ilk gündən müayinə və müalicələri üçün tərəfindən xərclənmiş pulların, 600 (altı yüz) manatın yarı hissəsi olan 300 (üç yüz) manatın Cavabdeh onun xeyrinə tutulmasını tələb etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən həmin hissə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddiaçının şəkərli diabet xəstəsi olan uşağın gələcəkdə müalicəsi ilə bağlı çəkiləcək xərclərin yarı hissəsinin Cavabdeh onu xeyrinə tutulması hissəsinə də qiymət verərək qeyd edir ki, həmin uşağın müalicəsi ilə bağlı çəkiləcək xərclərin mövcudluğu və dairəsi müəyyən edilmədiyindən (qeyri müəyyən olduğundan) həmin hissədə də iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razıalaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Аzərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində göstərilir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafеlərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 16 iyun 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsində də, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqların saxlanması ilə bağlı razılıq olmadıqda mübahisə məhkəmə qaydasında həll olunur. Uşaqların saxlanması üçün tutulan alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulur. Tərəflərdən hər birisinin yanında uşaq qaldıqda isə, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanunvericilik tərəflərdən hər birisinin yanında uşaq qaldıqda bir valideyndən az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. Əks halda alimentin tutulması mənasız olacaqdır, yəni bir tərəf aldığını eyni ilə digər tərəfə qaytarır. İddia tələbini alimentin tutulmsı hissəsində qismən təmin etmiş məhkəmə həmin halı nəzərə almamışdır. Odur ki, kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə çıxarılaraq iddia rədd edilməli, beləliklə də apellyasiya şikayəti həmin hissədə təmin edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlili, yəni məhkəmənin İddiaçı 16 fevral 2010cu il təvəllüdlü Zəhra adlı uşağa görə Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-390/2019 saylı qətnaməsində müəyyən olunan alimenti ödəmək vəzifəsindən 16 oktyabr 2021-ci il tarixdən etibarən azad olunması ilə bağlı düzgün nəticəyə gəlməməsi dəlili ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində də qızı - 16 fevral 2010-cu il təvəllüdlü Zəhranın 16 oktyabr 2021-ci il tarixdən yanında olduğunu, ona görə də ondan həmin üşağın saxlanması üşün cavabdehin xeyrinə alimentin tutulmasının dayandırılmasını xahiş etmiş, cavabdeh tərəf iddia ərizəsinin surətini alıb tanış olmuş, nümayəndəsi (vəkili) məhkəmə iclaslarında iştirak etmiş, iddia tələbinin həmin hissəsinə etiraz bildirməmişdir. Odur ki, kollegiya şikayətin həmin dəlilini əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, hazırda uşaqlardan biri analarının himayəsində olmaqla iddiaçıdan həmin uşağın saxlanması üçün aliment tutulduğuna görə, iddiaçının himayəsində qalmış uşaq üçün də cavabdehdən iddiaçının xeyrinə alment tutulması uşaqların marağına yox, iddiaçının marağına uyğundur. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qisməncavabdehdən alimentin tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət еtdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1352/2023 saylı qətnaməsi qismən - xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 fevral 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qətnamə qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1989/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1989/2023
09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver