Məhkəmə qərarları › İş №2(104)-2014/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2014/2024

18.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2014/2024 18.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), X5 və X1 ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı şəhadətnamənin və alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(042)-472/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı şəhadətnamənin və alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 14 dekabr 2006-cı il tarixli, 000184 nömrəli şəhadətnamənin, 08 noyabr 2006-cı il tarixli şəhadətnamənin, 17 iyul 2017-ci il tarixli, AN-1N seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022- ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 29 may 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya ******* nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə barədə ərizə verərək daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 08 noyabr 2006- cı il tarixli, 000678 nömrəli şəhadətnamənin, 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqı-satqı müqaviləsinin, 27 oktyabr 2006-cı il tarixli, 01 nömrəli hərracın protokolunun, 17 iyul 2017-ci il tarixli, AN-1N seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 29 may 2010-cu il tarixli, MA seriya 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya 138734 nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, uzun müddət Gədəbəy rayonu, Əlinağılar kəndində yerləşən balıqçılıq təsərrüfatının rəhbəri vəzifəsində çalışmışdır. Sovet höküməti dağıldıqdan və özəlləşdirmə prosesinə başladıqdan sonra yaşayış yeri olmadığına görə təsərrüfatın yaşayış mənətqəsini özəlləşdirərək özünün və ailəsinin yaşayış yerinə çevirmişdir. Balıqçılıq təsərrüfatında işləsə də, həmin əmlak qanunsuz olaraq Cavabdeh2 adına özəlləşdirilmişdir. Bu barədə məlumatı Cavabdeh4 ona qarşı qaldırdığı iddiası üzrə sübutları toplayarkən əldə etmişir. Hazırda təqdim etdiyi sənədlərdən də müəyyən edilir ki, qeyd olunan şəhadətnaməyə, alqı-satqı müqaviləsinə və hərracın protokoluna əsasən Cavabdeh2 yalnız, müəssisənin yarımçıq tikilisi satılmış torpaq sahəsi və ona aid qeydiyyat vəsiqəsində göstərilən tam tikililər isə özəlləşdirilmə prosesinin əsasını təşkil etməmişdir. Cavabdeh3, Cavabdeh4 verilmiş çıxarışlarda göstərilən tikililər və torpaq sahəsi satılmadığı halda, onların adına torpaq sahəsinin və onun adına qeyd olunan tikililərə dair verilmiş çıxarış üzrə mülkiyyət hüququnun qeydiyyatının aparılması əsassızdır. Hazırki iddia qaldırılanadək ona qeydiyyat vəsiqəsi ilə məxsus olan və balıqçılıq təsərrüfatına aid olmaqla özəlləşdirdiyi mənzillərin cavabdehin cizgi planına daxil etdiyi sahələrin verilməsi barədə heç bir məlumatı olmamışdır. Qeyd olunan yarımçıq tikilinin və torpaq sahəsinin mərhum Cavabdeh2 adına özəlləşdirilməsi əsassızdır. Belə ki, Cavabdeh2 balıqçılıq təsərrüfatında heç bir zaman işləlməmişdir. Belə olan halda həmin tikililərdən başqa torpaq sahəsinin və əlavə tikilinin, həmçinin balıqçılıq təsərrüfatının ona təklif edilmədən başqa şəxsin adına özəlləşdirilməsi Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun tələblərinə ziddir. Gədəbəy Rayon İcra Hakimiyyətinin sərəncamından da görünür ki, o balıqçılıq təsərrüfatında işləməklə həmin mənzilləri özəlləşdirmişdir. Həmin əmlakın cavabdeh olan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən balıqçılıq təsərrüfatında işləmədiyi təqdirdə, Cavabdeh2 satılması qanunsuzdur. Qeyd olunan tikililərin yerləşdiyi torpaq sahəsi və yaşayış yeri artıq 28 ildir ki, onun mülkiyyətindədir və buna dair dövlət qeydiyyat vəsiqəsi vardır. Gədəbəy rayonu, Əlinağılar kəndində özünə fərdi yaşayış evini özəlləşdirmiş və hüquqlarının qeydə alınması üçün cavabdeh DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etsə də, onun hüquqlarının qeydə alınmasından əsassız olaraq imtina edilmişdir. Hansı ki, bu hüququn qeydə alınması üçün iddia ərizəsinə əlavə etdiyi qeydiyyat vəsiqəsi əsaslardan biri olmaqla AR Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 1, 2.1, 6, 8, 9- cü maddələrində nəzərdə tutulmuşdur. Lakin Gədəbəy rayonu, Plankənd kəndinin sakinləri Cavabdeh4 və onun qardaşı X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəmkir rayon 11 saylı Ərazi İdarəsinin əməkdaşları ilə əlbir olaraq onun yaşadığı evləri və işləyərək canını qoyduğu balıqçılıq təsərrüfatının torpaq ərazisini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, Gədəbəy rayonu, Plankənd kəndində yaşadıqları və inzibati ərazi vahidliyinə əsasən oranın sakinləri olduğu halda, Əlinağılar kəndinin ərazisində yerləşən meşə fondu torpağının ərazisini öz torpaq sahələri kimi qeydiyyata aldırmışlar. Halbu ki, Cavabdeh4 torpaq sahəsinin təyinatı Qalakənd kəndi ərazisində özəlləşmiş sənaye, nəqliyyat, rabitə və müdafiə torpaqları üzərində olan əmlak kompleksi kimi göstərilmişdir. İstər Qalakənd kəndinin istərsə də Plankənd kəndinin ərazi vahidliyi və balıqçılıq təsərrüfatının torpağının ərazisi bu iki ərazi vahidliyinə daxil olmamaqla uzaq bir ərazidə yerləşir. Cavabdehlər 11 saylı Ərazi İdarəsinə müraciət edərək hazırda ərazi vahidliyi kimi torpaq sahəsinin yerləşdiyi ünvana aid edilərək qanunsuz əldə etmək istəsələr də, onların müraciətlərinə baxılmaqdan imtina edilmiş, sonradan isə torpaq sahəsinin və tikililərin ona aid tikililər daxil edilməklə, ünvanın ünvan 1ər əvvəlki tarixlərə işlənməklə sənədləşmə işləri aparılmışdır. Hazırda iddia ərizəsinə əlavə etdiyi Cavabdeh4 məxsus torpaq sahəsinin və tikilinin olduğu yer Gədəbəy rayonu, Palankənd kəndi göstərildiyi halda, torpaq sahəsinin koordinatları və tikililər Gədəbəy rayonu, Əlinağılar kəndi ərazisində ona məxsus yerə işlənmişdir. Qeyd olunan torpaq sahəsi balıqçılıq təsərrüfatında işlədiyindən ilk öncə oranın işçisi kimi ancaq ona satıla bilərdi. Sadəcə torpaq sahəsi meşə fondu torpaq sahəsi oluğundan ona satılmamış və təklif edilməmişdir. Hazırda onun tikili sahələrinə və torpaq sahəsinə dair ilkin sənədləri üzrə 2005-ci ilədək olan dövr üzrə qeydiyyat vəsiqəsi vardır. Qeydiyyat vəsiqəsi üzrə Daşınmaz Əmlakın 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, sənədlərinin ilk və qeydiyyat vəsiqəsi orada mövcud olduğu halda ona sənədləri üzrə hüququnun təkrar qeydiyyata alınmasından qanusuz olaraq imtina edilir. Onun torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi və torpaq sahədində inşa etdiyi evinin başqa şəxsə məxsus olması yolverilməzdir. Gədəbəy Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(042)- 472/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından həmin iddia üzrə icraata xitam verilməlidir. Hazırki iddia tələbindən də görünür ki, iddiaçının tələbi daşınmaz əmlakın (yarımçıq tikilinin və torpaq sahəsi barədə) Özəlləşdirmənin və həmin özəlləşdirmə prosesi əsasında verilmiş 08 noyabr 2006- cı il tarixli, 000678 nömrəli şəhadətnamənin, 02 noyabr 2006-cı il tarixli, 568 nömrəli müəssisənin alqı-satqı müqaviləsinin, 27 oktyabr 2006-cı il tarixli, 01 nömrəli hərracın protokolunun, 17 iyul 2017-ci il tarixli, AN-1N seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin və 24 fevral 2022-ci il tarixli, 4Ə-294 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 29 may 2010-cu il tarixli, MA seriya 20045860 nömrəli çıxarışın və 29 iyul 2011-ci il tarixli, RX seriya 138734 nömrəli çıxarışın, 09 mart 2022-ci il tarixli, qeydiyat nömrəsi ********** olan və 09 mart 2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışın və cizgi planın ləğv edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanunun 1.0.1-ci maddəsinə görə, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun «Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi» adlanan 15.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Göründüyü kimi, özəlləşdirmə fəaliyyəti inzibati orqan tərəfindən həyata keçirilir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hüquq münasibəti inzibati hüquqi münasibətdir, inzibati orqan həmin münasibətdə hakimiyyət səlahiyyətlərinin subyekti kimi fəaliyyət göstərir. Tikilinin və torpaq sahəsinin alqı-satqı müqaviləsi, tikilinin və torpaq sahəsinin satılması üzrə hərracların nəticələrinə, hərracların keçirilməsi isə tikilinin və torpaq sahəsinin özəlləşdirilməsi haqqında qərarlara əsaslanır. Torpaq sahəsi və tikili ayrı-ayrılıqda özəlləşdirilmişdir. Bu halda tikilinin və torpaq sahəsinin alqı-satqısı barədə müqavilələrin və şəhadətnamələrin etibarsız hesab edilməsi üçün, tikilinin və torpaq sahəsinin satılması üçün hüquqi əsas təşkil etmiş qərarlar (və ya bütövlükdə özəlləşdirilməsi) mübahisələndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, nzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Həmin Qərarın 17-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsində göstərilir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268, 369, 402, 404, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(042)-472/2023 nömrəli qətnaməsi ləğv olunsun. İddia tələbi üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya bu iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Bu qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar