Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2022/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, iddiaçı, həmçinin digər iddiaçılar İddiaçı5 Fizuli qızının və X14 nümayəndəsi İddiaçı6 oğlunun iştirakları ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X22, İddiaçı4, İddiaçı5 Fizuli qızı, İddiaçı6 oğlu cavabdehlər X20, Cavabdeh2, Cavabdeh3 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 472 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən cavabdehlərlə ümumi birgə mülkiyyətlərində olan 0,8343 ha, 0,981 ha torpaq sahəsindən paylarının naturada ayrılıb istifadələrinə verilməsi və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onların ailə üzvlərinə Samux Rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixlı 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.27 ha torpaq sahəsi verilmişdir. X4 xx.xx.2000-ci il tarixdə, anaları X21 isə xx.xx.2002-ci il tarixdə ölmüşdür. Cavabdehlərlə qarşılıqlı razılaşma əsasında torpaq sahəsinin bir hissəsi satılsa da, 0.8343 ha və 0.981 ha konturlarda yerləşən torpaq sahələri ümümi mülkiyyətlərində qalmışdır. Sözügedən torpaq ümumi mülkiyyət olduğundan, cavabdehlər onlara torpaqdan istifadə və ona dair sərəncam vermə hüquqlarını həyta keçirməyə mane olurlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərifə Kərimova) iddia qismən təmin edilmiş, Samux rayonu Kolayır kəndində yerləşən, JN-472, KOD 50708018 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan dörd konturdan ibarət olan 4,27 ha tprpaq sahəsinin iki koturuna, yəni 0.8343 ha və 0.981 ha hissələrinə münasibətdə iddiaçıların 1/13 hissədə paylarının naturada bölünərək onlara, yəni İddiaçı1, İddiaçı2, İddiaçı3, X22, İddiaçı4, İddiaçı5 Fizuli qızı, İddiaçı6 oğluna verilməsi, ekspert rəyinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilən 100 manat pulun cavabdehlər X24, Cavabdeh2, Cavabdeh3 və X3 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsinin qismən, 4,27 ha torpaq sahəsinin bir konturu, yəni 0,8343 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə nəzərə almamışdır ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 4,27 ha pay torpağından 0,8343 ha hissəsi Samux rayon Dövlət Notariat kontorunun xx.xx.2006-cıil tarixli, 4Ə-243 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X15 tərəfindən əldə edilmiş və bubunla da sonuncunun daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Göründüyü kimi, alıcı X5 qanuni əsaslarla daşınmaz əmlaka sahiblik və istifadə hüququ yaranmışdır. Bununla yanaşı aprılmış araşdırma zamanı Dövlət Notariat arxivindən əldə edilmiş məlumata əsasən Samux rayon Dövlət Notariat kontorunda xx.xx.2006-cı il tarixdə 4Ə-243 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Lakin birinci instansiya məhkəməsi digər şəxsin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq dövlət tərəfindən qorunan mülkiyyət hüququna müdaxilə etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, cavabdehlər X20, Cavabdeh2, Cavabdeh3 və X9 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 4,27 ha pay torpağının 0,8343 ha hissəsi Samux rayon Dövlət Notariat kontorunun xx.xx.2006-cıil tarixli, 4Ə-243 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 və hazırda onun istifadəsindədir. Belə olan halda, iddia həmin sahəyə münasibətdə təmin edilə bilməzdi. Ona görə də, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsinin qismən, 4,27 ha torpaq sahəsinin bir konturu, yəni 0,8343 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsini xahiş etdi. İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cəmi 13 nəfərin mülkiyyətində oloan 4,27 ha torpaq sahasimdörd konturdan, 1.7979 ha, 0,8343 ha, 0,981 ha və 0,6548 ha-dan ibarət olmuş və həmin sahələrin 1.7979 ha və 0,6548 ha hissələri satılmışdır. 0,8343 ha hissəsi isə, satıılmamış, əvvəllər bir müddət icarəyə verilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı5 Fizuli qızının və X14 nümayəndəsi İddiaçı6 oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsi qismən, iddianın Samux rayonu Kolayır kəndində yerləşən, JN-472, KOD 50708018 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan 4,27 ha torpaq sahəsinin 0.8343 ha hissəsinə münasibətdə iddiaçıların 1/13 hissədə paylarının naturada bölünməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsinin qismən, 4,27 ha torpaq sahəsinin bir konturu, yəni 0,8343 ha torpaq sahəsinə münasibətdə iddianın təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin təmin edilmiş digər hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: “Torpağa mülkiyyət hüququna dair” JN-472, kod 50708018 saylı dövlət aktının surətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli qərarı ilə 4.27 ha kənd təsərrüfatı təyinatlı torpaq X17, X11, İddiaçı1, İddiaçı2, İddiaçı3, X14, İddiaçı4, X12, İddiaçı6 oğlunun, X18, Cavabdeh2, Cavabdeh3 və X6 ümumi mülkiyyətinə verilmişdir. AZ İİ 155371 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2000-ci il tarixdə ölmüşdür. AZ İİ 155370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reysteri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Samux rayonu Kolayır kəndində yerləşən 4,27 ha torpaq sahasinə dair JN-472, KOD 50708018 nömrəli dövlət aktı İddiaçı1 və onun digər on iki nəfər ailə üzvlərinin adına işlənmişdir, Həmin torpaq sahəsi dörd konturdan (1.7979 ha, 0,8343 ha, 0,981 ha və 0,6548 ha) ibarət olmuşdur. Həmin torpaq sahəsinin 1.7979 ha və 0,6548 ha hissələri Samux Rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi əsasında satılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Araşdırma zamanı, (N-472 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin hazırda ümumi mülkiyyətlərində olan 472A nömrəli-0.8343 ha torpaq sahəsinin, **********13 reyestr nömrəli Çıxarışa əsasan X19 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan, **********7 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan, **********35 reyestr nömrəli Çıxarışa əsasən X7 xüsusi mülkiyyətində olan, **********52 reyestr nömrəli Çıxarışa əsasən X13 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, 472 C nömrəli-0.981 ha torpaq sahəsinin isə, **********53 reyestr nömrəli Çıxarışa əsasən X13 xüsusi mülkiyyətində olan torpaq sahəsi, **********47 reyestr nömrəli Çıxarışa əsasən X25 və X8 paylı mülkiyyətlərində olan torpaq sahəsi, **********84 nömrəli Çıxarışa əsasən X15 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halı aşkarlanmış və bu səbəbdən də, bölgünün aparılması mümkün olmadlğı, lakin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AzCad məlumatlarına istinadən sözügedən torpa sahələrinin mülkiyyətçilərin paylarına uyğun bölgüsünün mümkün olduğu muəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı JN-472 KOD 50708018 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 nömrəli qərarı ilə verilmiş 4,27 ha pay torpağından 8343.00 kv.m pay torpaq sahəsi X1. Samux Rayon Dövlət notariat kontorunun xx.xx.2019-cu il tarixli arayşından görünür ki həmin müqavilə ləğv edilməmiş və qüvvədədir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini işdə olan ekspertiza rəyi ilə əsaslandıraraq, təmin etmişdir. Məhkəmə kollegiyası iddianın Samux rayonu Kolayır kəndində yerləşən, JN-472 nömrəli dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 0.8343 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçıların payına düşən hissəsinin naturada bölünərək iddiaçılara verilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəsini qanuni hesab etmir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 4,27 ha pay torpağından 0,8343 ha hissəsi Samux rayon Dövlət Notariat kontorunun xx.xx.2006-cıil tarixli, 4Ə-243 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X15 tərəfindən əldə edilmiş və bununla da sonuncunun daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Həmin hal, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə təsdiq edilir və Samux Rayon Dövlət notariat kontorunun xx.xx.2019-cu il tarixli arayışı ilə müəyyən edilir ki, həmin müqavilə ləğv edilməmiş və qüvvədədir. Azərbaycan Respublikasının MM-nin: 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddia olunan 0.8343 ha torpaq sahəsi idiaçıların mülkiyyətində deyildir və alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissəsində təmin edərək düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, mübahisənin maddi hüquqi əsasları düzgün müəyən edilməmşdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsi qismən, iddianın Samux rayonu Kolayır kəndində yerləşən, JN-472, KOD 50708018 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan 4,27 ha torpaq sahəsinin 0.8343 ha hissəsinə münasibətdə iddiaçıların 1/13 hissədə paylarının naturada bölünməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 390, 392- 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-40/2024 saylı qətnaməsi qismən, iddianın Samux rayonu Kolayır kəndində yerləşən, JN-472, KOD 50708018 saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan 4,27 ha torpaq sahəsinin 0.8343 ha hissəsinə münasibətdə iddiaçıların 1/13 hissədə paylarının naturada bölünməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2022/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2022/2024
21.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver