Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2027/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2(125)-5683/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Gəncə Dövlət Universitetinin nəzində regional Kolleci və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X5 işləməsi və anası xx.xx.2022-ci il tarixdən vəfat etdiyi xx.xx.2006-cı il tarixədək qulluq etdiyi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2(125)-5683/2025 nömrəli qərardadı ilə (hakim Camal Quliyev) Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» barədə ərizənin icraata qəbul olunmasından imtina edilməsi; Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X5 müəllim işləməyi və vəfat etmiş anası X3 qulluq etməyi barədə hüquqi əhəmiyyətli faktın təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5683/2025 nömrəli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə ərizənin icraata qəbul olunmasından imtinanın səbəbi kimi X5 xx.xx.1997-ci ildə yanğın olarkən əmək kitabçasının yanan əmək kitabçasının dublikatının yazıla biləcəyini əsas kimi göstərmişdir. Lakin məhkəmə diqqət etməmişdir ki, əmək kitabçası ilə bərabər Texnikumun əmr kitabları və əmək haqqı ödəniş cədvəlləri də yanmışdır. Bu səbəbdən də o, sonuncu iş yerindən əmək kitabçasının dublikatını əldə edə bilmir. Halbuki, xx.xx.2017- ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Eyni zamanda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2.4-cü maddələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlliliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilmısi müddəti daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1975-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluq etmə müddəti üzrə qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilli olan şəxslər istisna olmaq) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Lakin onun ümumi iş stajı yaşa görə əmək pensiyası üçün təyin olunması üçün yetərli deyildir. «Əmək pensiyaları haqqında» Qanunun 21.2.4-cü maddəsində göstərilən ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti ümumi onun ümumi iş stajına qəbul edilsə, əmək pensiyası hüququ yaranacaqdır. Onun anası vəfat etdiyindən qulluq etmə barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi məhkəmə qaydasında müəyyən olunur (Qaydalarda bu yazılıb). O, xx.xx.1960-ci il tarixdə anadan olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixinədək əmək fəaliyyəti olmuş, xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixədək X5 müəllim vəzifəsində işləmişdir. Hansıki, 22 sentyabr 1997-ci ildə X5 yanğın olmuş, əmək kitabçası və texnikumda həmin dövrə aid olan əmr kitabları və digər sənədlər yanmışdır. xx.xx.1997-ci ildən xx.xx.2002-ci il tarixədək olan dövr üzrə əmək haqqı cədvəlləri və sonuncu işdən çıxma əmri ilə öz təsdiqini tapır, maraqlı şəxs tərəfindən mübahisələndirilmir. xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixədək olan dövrlərdə əmək kitabları və əmək haqqı cədvəlləri yanğından ilkin sənədlərlə qarşılıqlı təsdiqlənmir. Həmin dövrlərdə işlədiyini onunla birgə işləmiş keçmiş iş yoldaşları X7 və X1 şahid ifadələri ilə təsdiq edilir. Eyni zamanda onun anası X4 1932-ci il tarixdə doğulmuş və xx.xx.2006-cı il tarixədək onunla birlikdə yaşamışdır. Yaşlanması ilə bağlı fiziki hərəkətləri məhdudlaşdırıldığından məcbur olub işdən azad olunmuş və ona xidmət etmişdir. X2 xx.xx.2002-ci il tarixdə 70 yaşı tamam olmuşdur. Qeyd etdiyi xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixədək X5 işləməsi və 70 yaşdan yuxarı anası X3 xx.xx.2002-ci il tarixdən vəfatı xx.xx.2006-cı il tarixədək qulluq etdiyi dövrlər onun ümumi iş stajı təsdiqlənsə yaşa görə əmək pensiyası əmək hüququ yaranır. Məhkəmə «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» tələbinə dair ərizəsini icraata qəbul etməməklə hüququnu pozmuşdur. Belə ki, o, ilk olaraq «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» tələbinə dair ərizə ilə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə ona izah veriərək, həmin məzmunlu ərizə ilə yerli məhkəmələrə müraciət etməli olduğu bildirilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(112)-6651/2025 nömrəli qərardadı ilə ərizəsi ona qaytarılmışdır. Buna görə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5683/2025 nömrəli qərardadı ləğv edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(125)-5683/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1646/2025 nömrəli qərardadına əsasən müəyyən edilir ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X5 işləməsi və 70 yaşdan çox yaşı olan anası xx.xx.2022-ci il tarixdən vəfat etdiyi xx.xx.2006cı il tarixədək qulluq etdiyi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-4544/2025 nömrəli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1646/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4544/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin icraata qəbul edilməsi mümkünlüyünün yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 153.2.1-ci maddəsinin tələbinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə əmək kitabçasının dublikatının əldə olunması üçün şəxs işəgötürənə, işəgötürənin qərarlarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyini mübahisələndirdiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır, xəstəyə qulluq etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi isə yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır; Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)- 1646/2025 nömrəli qərardadına əsasən müəyyən edilir ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X5 işləməsi və 70 yaşdan çox yaşı olan anası xx.xx.2022-ci il tarixdən vəfat etdiyi xx.xx.2006cı il tarixədək qulluq etdiyi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-4544/2025 nömrəli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1646/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4544/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl eyni predmet barəsində, eyni əsaslarla məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərardadı ilə ərizənin icraata qəbulundan imtina edilmişdir. Bu halda, hazırkı ərizənin icraata qəbulundan imtinanın qanuni əsası kimi MPM-nin 153.5-ci maddəsi nəzərdən keçirilməli idi. Həmin maddədə deyilir ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Birinci instansiya məhkəməsi isə qeyd edilən hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmadan MPM-nin 153.2.1-ci maddəsinə istinadən (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə) ərizənin icraata qəbulundan imtina etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-nin 263-264, 372, 398.0.2, 399 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli 2(125)-5683/2025 nömrəli qərardadı ləğv edilsin. Ərizənin icraata qəbul edilməsi mümkünlüyünün araşdırılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2027/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2027/2025
18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver