Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5683/2025 17.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, Ərizəçi (maraqlı şəxslər Gəncə Dövlət Universitetinin nəzində regional Kolleci və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər Gəncə Dövlət Universitetinin nəzində regional Kolleci və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X1 işləməsi və anası xx.xx.2022-ci il tarixdən vəfat etdiyi xx.xx.2006-cı il tarixədək qulluq etdiyi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1646/2025 nömrəli qərardadına əsasən müəyyən edilir ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X1 işləməsi və 70 yaşdan çox yaşı olan anası xx.xx.2022-ci il tarixdən vəfat etdiyi xx.xx.2006-cı il tarixədək qulluq etdiyi barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)- 4544/2025 nömrəli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1646/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 4544/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl eyni predmet barəsində, eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) «hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi» barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Ərizəçi izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbz nömrəsi:**********) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5683/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5683/2025
17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver