Məhkəmə qərarları › İş №2(104)-2044/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2044/2023

28.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2044/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi və inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(015)-406/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28 oktayabr 2021-ci il tarixli MAS-3090 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 24 avqust 2020-ci il tarixli MAS-3090 nömrəli Daxili lizinq müqaviləsinə əsasən sonuncuya illik 19 faiz olmaqla 48 ay müddətinə 22488 manat ödəmək şərti ilə “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İlkin Musayev həmin müqavilə üzrə bütün öhdəlikləri və əmlakı Cavabdeh ötürmüş, sonuncu isə 24 avqust 2020-ci il tarixli MAS-3090 nömrəli Daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürərək “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə və sahibliyinə almışdır.

2. Ağstafa Rayon məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(015)-905/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320033 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçisi İddiaçı MMC-nə geri qaytarılması; Gecikdirilmiş əsas borc olaraq 1048,10 manat, gecikdirilmiş mükafat borcu 975,17 manat, 1 manat dəbbə olmaqla ümumilikdə 2024,27 manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

3. İddiaçı MMC tərəfindən İXP ******* nömrəli protokola görə 64 manat; İXP ******* nömrəli protokola görə 640 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 16 manat; EQ 10681643 nömrəli protokola görə 45 manat; EQ 10681641 nömrəli protokola görə 45 manat; EQ 10681642 nömrəli protokola görə 9 manat; EQ 10681672 nömrəli protokola görə 45 manat; EQ 10681635 nömrəli protokola görə 135 manat ödəniş edilmişdir.

4. 06 fevral 2023-cü il tarixli Qüsur aktından görünür ki, Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3649,42 manat qiymətləndirilmişdir.

a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi və inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri qaytarılması tələbi ilə Ağstafa Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PT-*** avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 3649,42 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1175 manat və ödənilmiş 68,25 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 24 dekabr 2020-ci il tarixli MAS-3090 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün borcluya qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət olunmuş və həmin məhkəmənin 06 dekabr 2022-ci il tarixli 2(015)- 905/2022 nömrəli qətnaməsi ilə lizinq obyekti olan “Khazar SD” minik markali, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 2024,27 manat borcun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsində verilmiş avtomobil istifadəyə yararsız vəziyyətdə 02 fevral 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3649,42 manat ziyan vurulması müəyyən olunmuşdur. Həmçinin lizinq obyekti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR DİN DYP tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin protokollara əsasən İddiaçı MMC tərəfindən ümumilikdə 1175 manat ödəniş edilmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(015)-406/2023 nömrəli (hakim Z.Rəsulov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh təmir-bərpa olunması üçün tələb olunan 3649,42 (üç min altı yüz qırx doqquz manat qırx iki qəpik) manat və 68,25 (altımış səkkiz manat iyimi beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 747.1, 748-1.8, 748-7.1, 1096.1 maddələri, və Mülki Prosessual Məcəlləsinin 119.1, 213-214, 216-220, 284-6, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddia ərizəsinə inzibati xəta haqqında protokollara dair portaldan çıxarış, ödəniş qəbzləri əlavə edilmişdir. “Hökumət ödəniş portalı” vasitəsi ilə DYP İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xəta haqqında tərtib olunmuş protokollarla bağlı ödəniş edilərkən inzibati xətanı törədən şəxsin ad, soyad, ünvan, ödəniş məbləği və ödənişin təyinatı barədə məlumatlar qeyd olunsada, ödəyici barədə məlumatlar qəbzdə öz əksini tapmamışdır. Halbu ki, mülkiyyət hüquq ilə İddiaçı MMC-yə məxsus avtomobil vaisitəsi ilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin avtomobil cərimə meydançasında qaldığı müddətdə mühafizə olunması üçün iddiaçı tərəfindən əlavə vəsait ödənilmiş və həmin müddətdə gəlir əldə edə bilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı MMC məhkəmə kollegiyasına ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16]

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

16. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

17. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

18. Maddə 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

19. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

30. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

32. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Verilmiş apellyasiya şikayətinin “xahiş etdim” hissəsində qətnamənin tam ləğv olunması qeyd olunsada, məzmunundan görünür ki, qətnamə iddia tələbinin inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 1175 manatın təmin olunmaması hissədə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Qətnamə mübahisələndirilən hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

39. Belə ki, işdən müəyyən olunur ki, İddiaçı MMC ilə X1 arasında 24 avqust 2020-ci il tarixli MAS-3090 nömrəli Daxili lizinq müqaviləsi bağlanmış və sonuncuya illik 19 faiz olmaqlam 48 ay müddətinə 22488 manat ödəmək şərti ilə “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. 28 oktayabr 2021-ci il tarixli MAS-3090 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsi üzrə İlkin Musayev 24 avqust 2020-ci il tarixli MAS-3090 nömrəli Daxili lizinq müqaviləsinə əsasən bütün öhdəlikləri və əmlakı Cavabdeh ötürmüş, sonuncu isə bütün öhdəlikləri öz üzərinə götürərək “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti istifadə və sahibliyinə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və buna görə də İddiaçı MMC lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(015)-905/2022 nömrəli qətnaməsi ilə lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320033 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçisi İddiaçı MMC-nə geri qaytarılması; Gecikdirilmiş əsas borc olaraq 1048,10 manat, gecikdirilmiş mükafat borcu 975,17 manat, 1 manat dəbbə olmaqla, ümumilikdə 2024,27 manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

40. Avtomobil Cavabdeh sahibliyində və istifadəsində olduğu zaman sonuncu avtomobili yarasız vəziyyətə salımış və bunun nəticəsində avtomobilə 3649,42 mnaat zərəri dəymişdir. Eləcədə avtomobili idarə etdiyi müddətlərdə inzibati xətalar törətmişdir. Tərədilən inzibati xətalara görə İddiaçı MMC tərəfindən 1175 manat cərimə ödənilmişdir. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə qətnamə mübahisələndirilən hissədə iddianı təmin etməmişdir.

41. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə, yəni inzibati xəta törədəlməsinə görə İddiaçı MMC tərəfindən ödənilmiş 1175 manat cərimənin əvəzinin cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Belə ki, işin 24-cü vərəqində olan 02 fevral 2023-cü il tarixli aktın surətindən görünür ki, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə borclarına görə polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulmuş və 02 fevral 2023-cü il tarixdə İddiaçı MMC-nə təhvil verilmişdir.

43. Eləcədə işdə olan portaldan çıxarışdan görünür ki, Cavabdeh törətdiyi inzibati xətaya görə, yəni İXP ******* nömrəli protokala görə 40 manat, EQ ******* nömrəli protokola görə 50 manat, EQ ******* nömrəli protokola görə 60 manat, EQ ******* nömrəli protokola görə 10 manat, İXP ******* nömrəli protokola görə 400 manat, EQ 10681643 nömrəli protokola görə 50 manat, EQ 10681641 nömrəli protokola görə 50 manat, EQ 10681642 nömrəli protokola görə 10 manat, EQ 10681672 nömrəli protokola görə 50 manat, EQ 10681635 nömrəli protokola görə 150 manat cərimə tətbiq edilmişdir. Qeyd olunan portaldan çıxarışdan həmçinin müəyyən olunur ki, cərimələr vaxtında ödənilmədiyindən dəbbə hesablanmış və cərimənin məbləği ümumilikdə 1175 manat olmuşdur.

44. İşin 27-30-cu vərəqində olan ödəniş qəbzlərindən isə müəyyən olunur ki, 02 fevral 2023-cü il tarixdə İXP ******* nömrəli protokola görə 64 manat; EQ ******* nömrəli protokola görə 80 manat; EQ ******* nömrəli protokola görə 96 manat; EQ ******* nömrəli protokola görə 16 manat; İXP ******* nömrəli protokola görə 640 manat; EQ 10681643 nömrəli protokola görə 45 manat; EQ 10681641 nömrəli protokola görə 45 manat; EQ 10681642 nömrəli protokola görə 9 manat; EQ 10681672 nömrəli protokola görə 45 manat; EQ 10681635 nömrəli protokola görə 135 manat olmaqla, cəmi 1175 manat ödəniş edilmişdir.

45. Birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, imzibati xəta haqqında protokollara görə ödənilən cərimə İddiaçı MMC tərəfindən deyil, Cavabdeh tərəfindən ödənilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, ödənişlərin hamısi bir gündə, yəni 02 fevral 2023-cü il tarixdə olmuşdur. Bu qətnamənin 42-ci bəndində də qeyd olunduğu kimi “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilcərimə borclarının ödənilməməsi əsası ilə polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasın qoyulmuş və 02 fevral 2023-cü il tarixdə də İddiaçı MMC-nə təhvil verilmişdir. Göründüyü kimi Cavabdeh törətdiyi inzibati xətalara görə ümumilikdə ödənilmiş 1175 manat “Khazar SD” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC tərəfindən ödənilmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət verməmişdir.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Ağstafa Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(015)-406/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddia tələbinin inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 1175 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin olunmaması hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh 1175 manat alınıb İddiaçı MMC-nə verilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(015)-406/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 1175 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin olunmaması hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin və Cavabdeh 1175 manat alınıb İddiaçı MMC-nə verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar