Məhkəmə qərarları › İş №2(104)-2050/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2050/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2050/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110000 (bir yüz on min) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 400 (dörd yüz) manat xərcin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh orta məktəbdən tanımış və onunla bir məktəbdə oxumuşdur. Murad siqaret firmasında ekspeditor vəzifəsində işləyirdi. 2020-ci ilin noyabr ayında Murad ona Gəncə şəhərində “Qrand Qafqaz” bazarında icarəyə yer götürməsini və siqaret satışı ilə məşğul olmalarını təklif etmiş, cavabdeh ona pulu onun buraxmasını, o isə siqaretləri təşkil edəcəyini bildirmişdir. O, cavabdehlə razılaşmış və 250 manata icarəyə bazardan mağaza götürmüşdür. İlkin olaraq 10000 manat pul qoymuş və siqaret satışına başlamışlar. Hər ay təxminən 2000-4000 manata yaxın pul qazanmış və yarı bölmüşlər. O, qoyduğu 10000 manatı hissə-hissə qazancdan götürmüşdür. Sonra Murad ona təklif etmişdir ki, mağazanın sayını artırsınlar və ona məsləhət görmüşdür ki, bankdan pul götürsün. O, cavabdehlə razılaşmş və 2021-ci ilin sentyabr ayında “Paşabank”dan 60000 manat kredit götürmüşdür. Murad ona borcu olduğunu demiş və o cavabdehə kreditin yarısını ödəmək şərti ilə 30000 manat borc vermişdir. Yerdə qalan 30000 manatı yenə siqaret satışına maya kimi qoymuşdur. Murad həmin 30000 manatdan 15000 manatına özünə “Niva” markalı avtomaşın almış, qalan 15000 manatı özünün borcuna vermişdir. Banka olan hər aylıq 3000 manat krediti mağazadan gələn gəlirdən ödəmişlər. Bundan sonra Muradın təklifi ilə, “Paşabank”dan 198000 manat kredit götürmüşdür. Kreditin şərtinə görə hər ay 12880 manat ödəniş edilməli idi. Aralarında olan razılaşmaya görə kreditin aylığının hər ikisi bərabər ödəməlidirlər. Həmin puldan Murad 20000 manatı özünə götürüb “Hyundai Sonata” markalı avtomaşın almış, qalan puldan 160000 manata Bakı şəhərində taksi fəaliyyəti qurmaq üçün 12 ədəd “Toyota Prius” markalı avtomaşın almış və avtomobillər taksi kimi işlətməyə başlamışlar. Bundan sonra Murad ona əlavə 6 ədəd mağaza açmağı və orada siqaret satışını genişləndirmək üçün avtomobilləri satmaq lazım olduğunu təklif etmişdir. O, cavabdehlə razılaşaraq həmin avtomobilləri bir yerdən 95000 manata satmışlar. Həmin pulu o, siqaret almaq üçün Murada vermiş, Murad isə banka olan krediti ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, Bakı şəhərinə getmiş, bir müddət orada qalmışdır. Muradla telefon əlaqəsi saxlayanda ondan kreditin ödənilməsini və alverin necə getdiyini soruşmuşdur. Murad ona narahat olmamağı, hətta kartına 1000 manat qazancdan pul göndərdiyini bildirmiş və banka kredit borcunun ödənilməsi barədə qəbzlərini də ona göndərmişdir. O, cavabdehə inanıb arxayın olmuşdur. Lakin təxminən 4 aydan sonra ona məlum olmuşdur ki, Murad verdiyi 95000 manat pulun bankın kreditini ödəməmiş və əlavə mağaza açmamış, əksinə Muradı işlədiyi firmadan işdən azad etmişlər. Sonra onlar birinci açdıqları mağazanı 2022-ci ilin avqust ayında bağlamışlar. O, dəfələrlə Muradla görüşmüş, ondan pullarını tələb etmişdir. Sonradan Murad ona cəmi 20000 (iyirmi min) manat pul qaytarmışdır. Murad borcu olduğundan ona olan borcunu ödəyə bilmədiyini bildirmişdir. Beləliklə, o, Murada verdiyi pulları bu günədək ala bilmir. Muradın hazırda ona 110000 manat (95000+15000) manat borcu qalmışdır. Muradın ona olan borca görə də o, bank qarşısında olan öhdəliyini icra edə bilmir. Bundan sonra o, Muradın hərəkətlərindən polis orqanlarına şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin 14 mart 2023-cü il tarixli qərarı ilə toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində Cavabdeh izahatında Murad yalnız ondan 95000 manat aldığını etiraf etmişdir. Həmin qərarı sübut kimi ərizəyə əlavə olunur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zaman İmanov) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 16860 (on altı min səkkiz yüz altmış) manat və iddianın təmin olunmasına mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 140,58 (bir yüz qırx manat əlli səkkiz qəpik) manatı alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında qeyd etdiyi 19500 manat Murad tərəfindən ödənilən pulu iddia tələbində qeyd etmişdir. Lakin həmin məbləği yuvarlaq olaraq 20000 manat göstərmişdir. Həmçinin 20000 manat məbləğini o Muraddan 95000 manat pulu verməmişdən əvvəl almışdır. Beləliklə, 19500 manat və 20000 eyni məbləğ olduğundan məhkəmə tərəfindən həmin məbləği iki fərqli məbləğ kimi qeyd etməsi düzgün olmamışdır. Sözügedən məbləği cavabdehdən aldığını o, iddia tələbində qeyd etmişdir. Sözügedən məbləği o, Murada 95000 manat verməmişdən qabaq aldığından məbləğin 95000 manatdan çıxmaqda məhkəmə haqlı olmamışdır. Bundan cavabdeh tərəfindən 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat kredit ödəməyi və həmin məbləğində 95000 manatdan çıxmaqda məhkəmə haqlı olmamışdır. Belə ki, o, cavabdehə 95000 manatı yeni dükanların açılması üçün vermişdir. Cavabdehlə biznes şəriki olduğundan o, həm gəlirə həm də ziyana şərikdir. Onun bank qarşısında əsas, faiz və cərimə məbləği ilə birlikdə 241106,64 manat borcu vardır. Reallığa qaldıqda cavabdeh həmin məbləğin yarısını ödəməlidir çünki bu barədə öhdəlik götürmüşdür. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halları ondan ibərətdi ki, Cavabdeh 950000 manat puldan yəni iddiaçının banka olan borcundan 3 dəfə 12880 manat olmaqla, cəmi 38640 manat ödəniş etmiş, bundan başqa iddiaçıya nağd şəkildə 20000 manat, bundan əlavə olaraq 5000 manat bir dəfə, 3000 manat bir dəfə ödəniş etmişdir. Bundan başqa cavabdeh iddiaçının banka olan kredit borcundan sonuncu dəfə 19500 manat ödəniş etmişdir. Həmçinin cavabdeh iddiaçının kartına xərclik üçün 1000 manat göndərmişdir. 95000 manatdan hazırda cavabdehin iddiaçıya 7860 manat borcu qalmışdır ki, onu da cavabdeh iddiaçıya qaytarmasa da icarə haqqı və digər məsələlərə xərcləmişdir. Məhkəmə isə 5000 manat və 3000 manat məbləğində edilən ödənişləri o əsasla nəzərə almamışdır ki, həmin ödənişlərə dair cavabdehin sübutu yoxdur. Lakin bununla bağlı qeyd etmək istərdi ki, həmin məbləğlərin cavabdeh tərəfindən ödənilməsinə dair qəbzlər mülki işə əlavə edilən “Cinayət işinin başlanmasının rədd edilməsi”haqqında materiala əlavə edilmişdir. 7860 manat isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmasa da icarə haqqı və digər məsələlərə xərcləmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi. Odur ki, onun apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə kollegiyasının iclasında onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrılıqda ödənilmiş 1000, 3000 və 5000 manat, cəmi 9000 manat ödənilmiş məbləğ məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdehin cəmi 7860 manat borcu qalmışdır ki, həmin məbləğ də, icarə haqqı və digər məsələlərə xərcləmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahatından görünür ki, İddiaçı orta məktəbdən tanımış, bir məktəbdə oxumuşlar. O, əvvəllər siqaret firmasında ekspeditor vəzifəsində işləmişdir. Hal-hazırda işləmir. İddiaçı onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, həqiqətən də Ruslandan 95000 manat pulu əlbəəl almışdır ki, siqaret mağazalarının sayını artınsınlar. Lakin, o, mağaza açmamış, çünki şirkət siqaret verilməsini dayandırmışdır. Ona görə də o 3 ay müddətinə həmin 95000 manat puldan hər ay 12880 manat kredit borcunu ödəmişdir. Cəmi 38640 manat pul banka ödəmişdir. Mağazada açmamış, sonra Ruslan biləndəki mağaza açmamışdır, Ruslan ondan pulunu tələb edəndə o yenidən onunla birlikdə banka 19500 manat pul ödəmişdir. Sonra da ona nağd olaraq 20000 manat pul qaytarmış, əlavə olaraq 5000 manat bir dəfə, 3000 manat bir dəfə ödəniş etmişdir. Ruslan özü ona 95000 manat pulu verdikdən təxminən 1 ay sonra bilmişdir ki, o, mağaza aça bilməmişdir. O Ruslana xərclik üçün kartına 1000 manat pul göndərmişdir. Hazırda onun həmin hesabdan 7860 manat Ruslana borcu vardır. 60000 manatdan 30000 manatı o, 30000 manatı isə Ruslan özü götürüb, siqaretin alverindən də krediti birlikdə ödəmişlər. Həmin vaxt aralarında pulların hesabatı aparılanda onun atası insult olduğundan həyəcanlı idi, dəqiq hesabatı bilmirdi və ona görə fikirli olduğundan bilmədən Ruslana çoxlu borcu olduğunu göstərmiş, lakin indi dəqiq göstərir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması” barədə 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində toplanmış HK-1/141 saylı material üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İnstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 mart 2023-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməsi və material araşdırma aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahatından görünür ki, İddiaçı orta məktəbdən tanımış, bir məktəbdə oxumuşlar. O, əvvəllər siqaret firmasında ekspeditor vəzifəsində işləmişdir. Hal-hazırda işləmir. İddiaçı onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. O, həqiqətən də Ruslandan 95000 manat pulu əlbəəl almışdır ki, siqaret mağazalarının sayını artınsınlar. Lakin, o, mağaza açmamış, çünki şirkət siqaret verilməsini dayandırmışdır. Ona görə də o 3 ay müddətinə həmin 95000 manat puldan hər ay 12880 manat kredit borcunu ödəmişdir. Cəmi 38640 manat pul banka ödəmişdir. Mağazada açmamış, sonra Ruslan biləndəki mağaza açmamışdır, Ruslan ondan pulunu tələb edəndə o yenidən onunla birlikdə banka 19500 manat pul ödəmişdir. Sonra da ona nağd olaraq 20000 manat pul qaytarmış, əlavə olaraq 5000 manat bir dəfə, 3000 manat bir dəfə ödəniş etmişdir. Ruslan özü ona 95000 manat pulu verdikdən təxminən 1 ay sonra bilmişdir ki, o, mağaza aça bilməmişdir. O Ruslana xərclik üçün kartına 1000 manat pul göndərmişdir. Hazırda onun həmin hesabdan 7860 manat Ruslana borcu vardır. 60000 manatdan 30000 manatı o, 30000 manatı isə Ruslan özü götürüb, siqaretin alverindən də krediti birlikdə ödəmişlər. Həmin vaxt aralarında pulların hesabatı aparılanda onun atası insult olduğundan həyəcanlı idi, dəqiq hesabatı bilmirdi və ona görə fikirli olduğundan bilmədən Ruslana çoxlu borcu olduğunu göstərmiş, lakin indi dəqiq göstərir. xx.xx.2022-ci il tarixli, DC00285770-04 nömrəli Kredit müqaviləsinə qoşma Ödəniş cədvəlindən görünür ki, İddiaçı illik faiz dərəcəsi 17 faiz olmaqla, 24 ay müddətinə 198671 AZN kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli, DC00285770-03 nömrəli Kredit müqaviləsinə qoşma ödəniş cədvəlindən görünür ki, İddiaçı illik faiz dərəcəsi 17 faiz olmaqla, 24 ay müddətinə 60000 AZN kredit götürmüşdür. 08 sentyabr 2023-cü il tarixli, PB-OUT-05650-2023/2 nömrəli "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış “icra qeydinin aparılacağı” barədə bildirişdən görünür ki, borc ödənilməyəcəyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00355 nömrəli arayışdan görünür ki, arayış vətəndaş İddiaçı “110000 manat borc pul” tələbinə dair müraciəti əsasında tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 08 dekabr 2023-cü il saat 12:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh siqaret satışı ilə məşğul olmuşlar. Həmin siqaret satışı ilə əlaqədar olaraq İddiaçı 60000 manat və 198000 manat olmaqla 2 dəfə bankdan kredit götürmüşdür. Cavabdeh iddiaçıya biznesi böyütməyi bildirmişdir. Tərəflər arasında şifahi qaydada bağlanan tapşırıq müqaviləsinə əsasən İddiaçı siqaret mallarının satışı ilə əlaqədar olaraq cavabdehə mağaza açmağı və banka olan kredit borcunu hər ay ödəməyi tapşırmışdır. Bu məqsədlə İddiaçı Cavabdeh 95000 manat pul vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi cavabdehin ona vergi borcları ilə birlikdə 110000 manat məbləğində pul verməli olduğunu, lakin həmin puldan 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat və 19500 manat ödəniş etmiş, bundan əlavə olaraq ona 20000 manat vermiş, qalan pulu isə qaytarmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək, cavabdehin iddiaçının banka olan borcundan 3 dəfə 12880 manat olmaqla cəmi 38640 manat və 19500 manat ödəniş etdiyini, bundan başqa iddiaçıya nağd şəkildə 20000 manat, 5000 manat və 3000 manat pul verdiyini, iddiaçının kartına xərclik üçün 1000 manat göndərdiyini və 95000 manatdan qalıq 7860 manat qaldığını həmin pul iddiaçıya qaytarılmasa da, icarə haqqı və digər məsələlərə xərclədiyini, iddiaçının əsassız yerə cavabdehdən pul tələb etdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə isə iddianı 16860 manat məbləğdə təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 782.1-ci maddəsinə görə, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki iddiaçı cavabdehə tapşırıq əsasında pul vermiş cavabdeh isə həmin pulun müqabilində siqaret mallarının satışı ilə məşğul olmağı və iddiaçının banka olan borcunu ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə daha sonra iddiaçı tərəfindən cavabdehə tapşırıq əsasında verilmiş pulun məbləğinə münasibətdə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından tapşırıq əsasında 110.000 manat məbləğində pulun verildiyini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş matrialları ilə müəyyən edilir ki, iddiaçının cavabdehə siqaret mallarının satışı ilə məşğul olmaq üçün 95000 manat məbləğində pul verməsi işin mübahisəsiz halıdır. Daha çox məbbləğdə pul verməsini isə iddiaçı sübut edə bilməmişdir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 mart 2024-cü il tarixli qərarda Cavabdeh öz izahatında iddiaçıdan 95000 manat məbləğində pulu aldığını etiraf etmiş, habelə məhkəmə iclasında da cavabdehin nümayəndəsi bu faktı bir daha təsdiq etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki iddiaçının cavabdehdən 110000 manat məbləğində pul tələb etməsi əsassızdır və yalnız tapşırıq əsasında 95000 manat məbləğində pulun verilməsi sübut olunur. İş materialları və tərəflərin izahatları ilə, cavabdehin iddiaçının 95000 manatdan 3 dəfə 12880 manat olmaqla, cəmi 38640 manat və 19500 manat da əlavə kredit borcundan ödəniş etdiyi, bundan başqa iddiaçıya nağd şəkildə 20000 manat olmaqla, ümumilikdə cəmi 87140 manat məbləğində pulu qaytarması təsdiq edilir. Ona görə də, Cavabdeh 95000 manatdan ödəniş edilən 19500+20000+12880x3 olmaqla, cəmi 78140 çıxıldıqdan sonra, qalan 16860 manat pulun alınaraq İddiaçı verilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində 3000 manat 5000 manat və 1000 manat olmaqla, 9000 manat pulun iddiaçıya qaytarmasını göstərsə də, bu barədə birinci instansiya məhkəməsinə və hazırkı məhkəmə iclasında heç bir mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin İddiaçı qətnamə ilə nəzərə alınan 20000 manat məbləğin Muraddan 95000 manat pulu verməmişdən əvvəl almasına dair apellyasiya dəlili öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1580/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar