Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2069/2025 17.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(040)-907/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Neftçala Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2 icraatında olan 06-C/23 nömrəli material üzrə qəbul etdiyi 06 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Neftçala şəhəri X5 küçəsi ev A2 ünvanında yaşayan İddiaçı Lətafət adlı qadının sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələdiklərini, Cavabdeh ona 4940 (dörd min qırx) manat borcu olduğunu, təxminən beş-on gün bundan əvvəl Qalibin ona zəng vuraraq ölümlə hədələməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə etdiyi müraciəti əsasında Neftçala Rayon Polis Şöbəsində toplanmış material 26 yanvar 2023-cü il tarixdə Neftçala Rayon Prokurorluğuna daxil olmuşdur. Daxil olmuş materialın araşdırılması Nərmin Tapdıqlıya həvalə edilmişdir. Material üzrə araşdırma zamanı Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun sabiq müstəntiqi Cavabdeh müstəntiq vəzifəsində işlədiyi müddət ərzində İddiaçı ona baldızı Fəridəni cinayət məsuliyyətinə cəlb etmək, ekspertizaya, Baş Prokurorluğa vermək və digər xərclər üçün 8360 (səkkiz min üç yüz altmış) manat məbləğində pul alması təsdiq olunmamışdır. Belə ki, toplanmış materialdan göründüyü kimi, Cavabdeh və İddiaçı arasında mehriban münasibətlər olmaqla, bir-birinə qarşılıqlı olaraq borc və sovqat vermişlər. Odur ki, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Ona görə də həmin xüsusat üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən, onun barəsində cinayət işinin başlanması hissəvi rədd edilməlidir. İddiaçı müraciətində göstərdikləri, yəni Lətafət Məmmədovanın sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələməsi, Cavabdeh polis orqanlarında işləmədiyi müddətdə, yəni müraciət etməmişdən təxminən beş-on gün əvvəl ona zəng vuraraq ölümlə hədələməsi, İddiaçı hədə-qorxu ilə Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etməsi ilə bağlı göstərdiklərinin araşdırılması Daxili İşlər orqanlarının səlahiyyatlərinə aid olduğundan həmin hissədə material ayrılaraq araşdırma aparılması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilməlidir. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənlərə əsasən Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun sabiq müstəntiqi Cavabdeh müstəntiq vəzifəsində işlədiyi müddət ərzində İddiaçı ona baldızı Fəridəni cinayət məsuliyyətinə cəlb etmək, ekspertizaya, Baş Prokurorluğa vermək və digər xərclər üçün 8360 manat məbləğində pul alması təsdiq olunmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə Cavabdeh barəsində cinayət işinin başlanmasının hissəvi rədd edilməsi, İddiaçı müraciətində göstərdikləri, yəni Lətafət Məmmədovanın sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələməsi, Cavabdeh polis orqanlarında işləmədiyi müddətdə, yəni müraciət etməmişdən təxminən beş-on gün əvvəl ona zəng vurarag ölümlə hədələməsi, İddiaçı hədə-qorxu ilə Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etməsi ilə bağlı göstərdiklərinin araşdırılması Daxili İşlər orqanlarının səlahiyyatlərinə aid olduğundan həmin hissədə materialın ayrılaraq araşdırma aparılması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilməsi, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərar alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə borc olaraq verilmiş, ümumilikdə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin ödənilməmiş 2840 (iki min səkkiz yüz qırx) manat hissəsinin, habelə bu barədə məhkəmədə iddianın qaldırılması üçün onun tərəfindən ödənilən dövlət rüsumunun pul əvəzinin Cavabdeh onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, onun tərəfindən Cavabdeh 2021-ci ilin yay aylarında 2 (iki) il müddətinə qaytarmaq şərti ilə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğdə pul vəsaiti borc qismində verilmişdir. Cavabdeh tərəfindən götürülmüş öhdəlik cari tarixdə 6000 (altı min) manat həcmində icra edilmiş, qalan məbləğ isə bugünədək geri qaytarılmamışdır. Bununla bağlı onun tərəfindən Neftçala Rayon Prokurorluğuna ərizə ilə müraciət olunmuş, araşdırma zamanı Cavabdeh tərəfindən verilmiş izahatda iddia tələbinin hüquqi əsasını təşkil edən xüsusatlar tam olaraq etiraf edilmişdir. Belə olduğu halda, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehə borc olaraq vermiş olduğu ümumilikdə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin ödənilməmiş 2840 (iki min səkkiz yüz qırx) manat hissəsi, habelə bu barədə məhkəmədə iddianın qaldırılması üçün onun tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutulmalı və onun xeyrinə ödənilməlidir.
4. Cavabdeh 18 iyul 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, əvvəllər iddiaçının faktiki yaşayış yeri olan Azərbaycan Respublikasının Neftçala rayonunda işləmiş və həmin vaxtlar iddiaçı ilə tanış olmuş, sonradan münasibətləri dostluğa çevrilmişdir. O, həmin vaxtlar iddiaçının müəyyən şəxslərə, daha doğrusu müraciət edənlərə öz aralarında razılaşdıqları faiz müqabilində pul verdiyini bilmişdir. Bundan sonra iddiaçı onunla yaxınlığından sui-istifadə edərək, ona hədə-qorxu gələrək, qohumları, yaxınları arasında rüsvayedici məlumatlar yayacağı, kütləvi informasiya vasitələrində onu təhqir edəcəyi hədəsi ilə, habelə işlədiyi qurumun rəhbərliyinə barəsində şikayət etmək hədəsi ilə ondan təqribən altmış üç min manatdan çox pul almışdır. Yaranmış vəziyyətin get-gedə daha da dözülməz olacağını, iddiaçının onun barəsində şantaj xarakterli məlumatları yayacağını başa düşdükdən sonra, o, işlədiyi qurumdan işdən çıxmaq qərarına gəlmiş və işdən çıxmışdır. İşdən çıxdıqdan sonra İddiaçı onu rahat buraxacağını düşünmüş, lakin hadisələrin sonrakı axarında iddiaçının hələ də onu təhqir, şantaj etmək fikrindən əl çəkmədiyi məlum olmuşdur, bütün bunları göstərməkdə məqsədi yaranmış vəziyyətlə bağlı azacıq da olsa təsəvvür yaratmaqdır. Digər tərəfdən, verilmiş iddia ərizəsinə adi nəzər yetirdikdə aydın olur ki, iddia tamamilə əsassız və qanunsuzdur. İddia ərizəsində sübut kimi iddiaçının istinad etmək istədiyi yeganə məqam məhkəmə mübahisəsindən əvvəl barəsində Neftçala Rayon Prokurorluğuna etdiyi müraciət və həmin müraciət əsasında aparılmış araşdırmadır. İddiaçının Neftçala Rayon Prokurorluğuna etmiş olduğu müraciətdə guya onun həmin rayonda işlədiyi zaman İddiaçı rüşvət aldığı bildirilmiş və araşdırma zamanı bu hal öz təsdiqini tapmadığından cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçı öz iddia ərizəsinə hüquqi don geyindirmək məqsədilə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 və 443.2-ci maddələrinə (öhdəliklə bağlı) istinad etməyə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi XİX fəsli öhdəliklər haqqında ümumi müddəalardan bəhs etməklə "öhdəliyin anlayışını, öhdəliklərin əmələ gəlmə əsaslarını, öhdəlikdə tərəflər" barədə qnunvericiliyin düzünə göstərişlərini özündə cəmləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində göstərilir ki, "öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır". Qanunvericiliyin bu göstərişindən aydın olur ki, "öhdəlik" tərəflər arasında razılaşdırılmış (tərəflərin iradə ifadəsi) şərtlər asasında bağlanılmış müqavilələr olduğu halda bir şəxsin başqa şəxs qarşısında müəyyən hərəkətlər etməli olmasını şərtləndirir. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında belə bir müqavilənin mövcudluğu aşkar olunmur ki, bu da özlüyündə iddianın əsassız olduğunu bir daha təsdiq edir. Daha sonra, iddia ərizəsində iddiaçı ona borc olaraq pul verdiyini bildirir ki, bu da tamamilə əsassızdr. Çünki belə bir fakt olmuş olsaydı, yəqin ki, iddiaçı iddia ərizəsinə bununla bağlı hər hansı bir təsdiqedici sənəd (borc müqaviləsi, adi əlyazması, sübut növü kimi qəbul ediləcək digər sənədlər) əlavə etmiş olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsində göstərilir ki, "borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır". Qanunvericinin bu düzünə göstərişindən də aydın olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlə bağlı onların arasında borc müqaviləsi bağlanılmali idi, lakin belə bir müqavilə də mövcud deyildir.
5. Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(040)-907/2025 nömrəli qətnaməsi (hakim Həsən Qəniyev) ilə iddianın rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.4 və 442-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-907/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə müəyyən etdiyi halları qəbul etmir. Belə ki, məhkəmə iddianın faktiki əsasını təşkil edən xüsusatlara yanlış hüquqi tənzimləmə prizmasından yanaşmış, sübutları hər tərəfli təhlil etməmiş, işin faktiki halları mücərrəd mülahizələrə əsaslanmışdır. Aşağıda göstərilənlərlə əlaqədar hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasıilə müşayiət edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Buna görə də sözügedən qətnamə ləğv olunmalı və iddia təmin edilməlidir. Neftçala Rayon Prokurorluğunun məhkəmənin sorğusuna əsasən təqdim etdiyi materialda cavabdehin ona 6000 manat borcunun mövcud olduğu və həmin borcu 3500 manat həcmində qaytardığı barədə Cavabdeh tərəfindən izahat verilmiş, bununla da iddianın əsasını təşkil edən məqamlar etiraf olunmuşdur. Buna baxmayaraq qalıq borc öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərər kontekstində qiymətləndirilməmiş, yekunda istinad olunan maddi hüquq normasının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə qətnamənin əsaslandırma hissəsində iş materiallarına əlavə olunan sübutları yalnız sadalamaqla kifayətlənmiş, onları qarşılıqlı təhlil edərək işin mühüm əhəmiyyət kəsb edən hallarının təsdiqinə münasibətdə şərh etməmişdir. Bundan başqa, prokurorluğun təqdim etdiyi materialda iddianın hüquqi əsasını təşkil edən xüsusatlar cavabdeh tərəfindən etiraf olunsa da, göstərilən məqamlar qətnamədə öz əksini tapmamışdır. Belə olduğu təqdirdə hesab edir ki, birinci intansiya məhkəməsi sübutların qiymətləndirilməsi üzrə məhkəmə baxışını istinad olunan normanı pozmaqla aparmışdır. İş üzrə tələb cavabdehə borc olaraq verilmiş, ümumilikdə 8840 manat məbləğində pul vəsaitinin ödənilməmiş 2840 manat hissəsinin ödənilməsindən ibarət olmuşdur. Cavabdeh Neftçala rayon prokurorluğuna verdiyi izahatda həmin borcun 6000 manat həcmində olduğu və 3500 manatının geri qaytarıldığı bildirilmişdir. Göründüyü kimi, qalıq 2500 manat hazırkı tələbin həddi daxilində olduğundan iddianın faktiki əsası ona münasibətdə göstərilən həddə sübut edilmiş hesab olunmalıdır. Belə olduğu təqdirdə işin cavabdehin xeyrinə şərh olunan hallarının sübutetmə yükü məhz cavabdehin öz üzərinə düşür. Lakin aparılan natamam məhkəmə araşdırması nəticəsində işin mühüməhəmiyyət kəsb edən hallarının sübutetmə yükü düzgün bölüşdürülməmiş, məhkəmənin cavabdehin xeyrinə gəldiyi nəticə isə sübuta yetirilməmişdir İş materialları ilə müəyyən edilən faktiki hallardan, yəni cavabdehin prokurorluqda verdiyi izahatın mətnindən və eyni zamanda sonuncunun məhkəmə iclası zamanı bildirdiklərindən görünür ki, iddia tələbinin başlıca xüsusatları etiraf olunmuşdur. Lakin məhkəmə işin mühüm əhəmiyyət kəsb edən hallarını yuxarıda göstərilən etiraflara görə deyil, özünün gəldiyi əsassız mülahizərə görə qiymətləndirmiş, bununla da tərəflərin qarşılıqlı münasibətlərini əks etdirməyən yanlış nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh İddiaçı, Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e- 2(040)-907/2025 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinə dair məhkəmə kollegiyasına etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində qanunsuz və əsassız olaraq iddia tələblərinin həcmini azaldaraq heç bir hüquqi əsas və ya sübut təqdim etmədən cavabdehin ona 6000 manat borclu olmasını və həmin borcun 3500 manat məbləğində olan hissəsini ödəməsini qalan hissənin isə cavabdeh tərəfindən ödənilmədiyini bildirmiş və sübut kimi Neftçala rayon prokurorluğunda aparılan araşdırma zamanı isə o, izahatında iddiaçıya borclu olduğunu bildirməmişdir. Əksinə iddaçı tərəfindən CM-nin 182-ci maddəsini əhatə edən cinayət faktının törədilməsi, yəni ondan hədə qorxu ilə 25000 manatdan çox pul aldığını, lakin barəsində rüsvayedici məlumatlar yaymaqla hədələməsini davam etdirdiyini bildirmişdir. Hal-hazırda verilmiş iddia da şər böhtan xarakterlidir və heç bir sübuti əhəmiyyəti yoxdur. Bütün bunlarla yanaşı Neftçala Rayon Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2 icraatında olan 06-C/23 nömrəli material üzrə qəbul etdiyi 06 fevral 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, Neftçala şəhəri X5 küçəsi ev A2 ünvanında yaşayan İddiaçı Lətafət adlı qadının sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələdiklərini, Cavabdeh ona 4940 (dörd min qırx) manat borcu olduğunu, təxminən beş-on gün bundan əvvəl Qalibin ona zəng vuraraq ölümlə hədələməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə etdiyi müraciəti əsasında Neftçala Rayon Polis Şöbəsində toplanmış material 26 yanvar 2023-cü il tarixdə Neftçala Rayon Prokurorluğuna daxil olmuşdur. Daxil olmuş materialın araşdırılması Nərmin Tapdıqlıya həvalə edilmişdir. Material üzrə araşdırma zamanı Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun sabiq müstəntiqi Cavabdeh müstəntiq vəzifəsində işlədiyi müddət ərzində İddiaçı ona baldızı Fəridəni cinayət məsuliyyətinə cəlb etmək, ekspertizaya, Baş Prokurorluğa vermək və digər xərclər üçün 8360 (səkkiz min üç yüz altmış) manat məbləğində pul alması təsdiq olunmamışdır. Belə ki, toplanmış materialdan göründüyü kimi, Cavabdeh və İddiaçı arasında mehriban münasibətlər olmaqla, bir-birinə qarşılıqlı olaraq borc və sovqat vermişlər. Odur ki, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Ona görə də həmin xüsusat üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən, onun barəsində cinayət işinin başlanması hissəvi rədd edilməlidir. İddiaçı müraciətində göstərdikləri, yəni Lətafət Məmmədovanın sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələməsi, Cavabdeh polis orqanlarında işləmədiyi müddətdə, yəni müraciət etməmişdən təxminən beş-on gün əvvəl ona zəng vuraraq ölümlə hədələməsi, İddiaçı hədə-qorxu ilə Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etməsi ilə bağlı göstərdiklərinin araşdırılması Daxili İşlər orqanlarının səlahiyyatlərinə aid olduğundan həmin hissədə material ayrılaraq araşdırma aparılması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilməlidir. Qərarın nəticə hissəsində: qərarın təsviri hissəsində göstərilənlərə əsasən Neftçala Rayon Polis Şöbəsinin İstintaq qrupunun sabiq müstəntiqi Cavabdeh müstəntiq vəzifəsində işlədiyi müddət ərzində İddiaçı ona baldızı Fəridəni cinayət məsuliyyətinə cəlb etmək, ekspertizaya, Baş Prokurorluğa vermək və digor xərclər üçün 8360 manat məbləğində pul alması təsdiq olunmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusat üzrə Cavabdeh barəsində cinayat işinin başlanmasının hissəvi rədd edilməsi, İddiaçı müraciətində göstərdikləri, yəni Lətafət Məmmədovanın sifarişi ilə Rəşad Xəlilov və Piyalə Xəlilovanın onu ölümlə hədələməsi, Cavabdeh polis orqanlarında işləmədiyi müddətdə, yəni müraciət etməmişdən təxminən beş-on gün əvvəl ona zəng vurarag ölümlə hədələməsi, İddiaçı hədə-qorxu ilə Cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul tələb etməsi ilə bağlı göstərdiklərinin araşdırılması Daxili İşlər orqanlarının səlahiyyatlərinə aid olduğundan həmin hissədə materialın ayrılaraq araşdırma aparılması üçün Neftçala Rayon Polis Şöbəsinə göndərilməsi, İddiaçı Cavabdeh pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərar alınmışdır. Qərardan da göründüyü kimi, onun iddiaçıya hər hansı məbləğdə borcunun olması və ya onun həmin borcu etiraf etməyi barədə məlumatlar öz əksini tapmamışdır. Belə ki, ilkin iddia tələbləri daxilində məhkəmə tərəfindən idda rədd edilsədə, iddia məbləğini və iddia tələblərinin əsası dəyişdirilmişdir. İddiaçı tərəfindən Kəlbəcər rayon məhkəməsində tərəfindən 6000 manat məbləğində borcun icra edilməsi qeyd ediləsədə, lakin apellyasiya şikayətində tam əksinə 6000 manat borcu olmağı və həmin borcun 3500 manat hissəsinin icar edilməsi və 2500 manat borcun isə hazırda qaytarılmadığı göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə verilmiş hesab etdiyi borcun məbləği belə ilkin iddia ilə apellyasiya şikayətində verilmiş iddia arasında uyğunsuzluq təşkil edir və iddiaçı tərəfindən iddia məbləğinin cavabdehə hansı üsulla verilməsinə dair hər hansı sübut təqdim edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsində göstərilir ki, “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır”. Qanunvericinin bu düzünə göstərişindən də aydın olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlə bağlı onların arasında borc müqaviləsi bağlanılmali idi. Lakin belə bir müqavilə də mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən “məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüququ normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. MPM-nin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. Qeyd olunanlara əsaslanaraq və AR MPM-nin 367-ci maddəsini rəhbər tutaraq məhkəmədən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(040)-907/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız və qanunsuz olduğuna görə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə dair etirazını müdafiə edərək İddiaçı apellyasiya şikayətini təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(040)-907/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
19. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 31 Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(040)-907/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İşin halları ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh 2021-ci ilin yay aylarında 2 (iki) il müddətinə qaytarmaq şərti ilə 8840 (səkkiz min səkkiz yüz qırx) manat məbləğdə pul vəsaiti borc qismində verilməsi bildirilmişdir.
40. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə borc olaraq vermiş olduğu ümumilikdə 8840 manat məbləğində pul vəsaitinin 6000 manatını geri aldığlını, 2840 manat hissəsinin isə ödənilməmiş qaldığını bildirmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
42. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
43. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
44. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
45. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Göründüyü kimi, iddianın təmin olunması üçün iddiaçı tərəfindən məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir.
47. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
53. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə, iddiaçı tərəfindən Cavabdeh 2021-ci ilin yay aylarında 2 (iki) il müddətinə qaytarmaq şərti ilə 8840 manat məbləğdə pul vəsaiti borc qismində verilməsi iddia ərizəsində qeyd edilmişdir. İddiaçı ümumilikdə 8840 manat məbləğində pul vəsaitinin 6000 manatının cavabdeh tərəfindən geri qaytarıldığını, 2840 manat pulu qaytarılmamasını bildirmişdir. Baxılan iş üzrə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh Neftçala rayon prokurorluğuna verdiyi izahatda həmin borcun 6000 manat həcmində olduğu və 3500 manatın geri qaytarıldığı bildirilmiş, qalıq 2500 manat hazırkı tələbin həddi daxilində olduğundan iddianın faktiki əsası ona münasibətdə göstərilən həddə sübut edilmiş hesab olunduğunu bildirsə də, bu barədə nə birinci instansiya məhkəməsinə nədəki, Məhkəmə Kollegiyasına heç bir sübut təqdim etməmişdir. Baxmayaraq ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 8840 manat pul, cavabdeh tərəfindən götürülmüş öhdəlik cari tarixdə 6000 manat həcmində icra edilmiş, qalan məbləğ 2840 manat isə bugünədək geri qaytarılmamışdır. İddiaçının mübahisələndirdiyi 2840 manatın cavabdehə verilməsi barədə işdə heş bir subut yoxdur. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşıyır və inandırıcı deyildir.
54. Göründüyü kimi, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(040)- 907/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.