Məhkəmə qərarları › İş №2(104)-2071/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2071/2023

07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2071/2023 07.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli ******* nömrəli və 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktlar əsasında təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 2.400 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Camal Quliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018ci il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.161 (bir min bir yüz altmış bir) manat 60 (altmış) qəpik məbləğində pul vəsaitinin 895 (səkkiz yüz doxsan beş) manat 20 (iyirmi) qəpik, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 385 (üç yüz səksən beş) manat 78 (yetmiş səkkiz) qəpik hissəsinin silinməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 979,78 manat hissəsinin silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 20 aprel 2018-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1161,60 manat məbləğində qazın həcmini qanunun tələbinə uyğun olaraq 266,40 manat (1,2x6x90 + 0,8x10x90 + 0,8x18x90) olduğunu müəyyən etmişdir.Lakin 24 dekabr 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1246,18 manatın isə 385,78 manat hissəsinin qanuni olduğunu müəyyən etmişdir.1-ci instansiya məhkəməsi 24 dekabr 2021-ci il tarixli, ******* nömrəli akta görə hesablanmış qazın sərfində səhv nəticəyə gəlmiş və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.Halbuki qanunun tələbinə uyğun olaraq bundan öncəki aktda olduğu kimi hər cihaz üzrə əsaslı hesabat aparılarsa, hesabat müddəti bir mövsüm, yəni, 90 gün, orta günlük iş saatı 6,10 və 18 saat hesablanarsa qazın həcmi 2664 m3 (1,2x6x90=648, 0,8x18x90 =720, 0,8x18x90=1296)dəyəri isə 266,40 manat olduğu müəyyən edilər. Cavabdeh İB-yi həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə idiaçının borc məbləğini əsassız olaraq qismən silmişdir. Cavabdeh İB-nin nümayəndəsinə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunaraq, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 979,78 manat hissəsinin silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 385 (üç yüz səksən beş) manat 78 (yetmiş səkkiz) qəpik hissəsinin silinməsi hissəsində dəyişdirilməli, 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 691,68 (altı yüz doxsan bir) manat 68 (altımış səkkiz) qəpik hissəsi silinməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən sayğaca baxış keçirilərkən sayğacdan kənar əlavə xəttdən istifadə olunduğu aşkar edilmişdir. 23 aprel 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən 4 gözlü qaz plitəsinin qış aylarında maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi -6 saat, hesabat müddəti 170 gun; yay aylarında maksimal saatiıq qaz sərfi 1.2 m3 /saat, orta günlük ış rejimi - 4 saat, hesabat müddəti 10 gün; QSSQ (100 litr) qış aylarında maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük ış rejimi - 10 saat, hesabat müddəti 170 gün; yay aylarında maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi - 4 saat, hesabat müddəti 10 gün. Radiator sobasının maksimal saatlıq qaz 0.8 m3/saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti 170 gun qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1.2x6x170=1224 m3 , 1.2x4x10=48 m3 , 0.8x10x170=2040 m3 , 0.8x4x10=48 m3 , 0.8x18x170=2448 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən sayğaca baxış keçirilərkən sayğacdan kənar əlavə xəttdən istifadə olunduğu aşkar edilmişdir. 28 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən QSSQ maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün; PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün; istilik sisteminin maksimal saatlıq qaz sərfi 3.0 m3 /saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 85 gun qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1.5x24x90=3240 m3 , 0.8x24x90=1728 m3 , 3.0x24x85=3120 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Cavabdeh 11 aprel 2023-cü il tarixli müraciətə baxılması barədə məktubundan görünür ki, ünvan 1 ünvanı AGİS bazasında kodu: **********00000 olmaqla İddiaçı adına qeydiyyata alınmışdır. 20 aprel 2018-ci il tarixdə fərdi evdə «Qazdan istifadə Qaydaları»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən İddiaçı ******* nömrəli akt tərtib edilmiş və 5808 m3 həcmində 1.161 manat 60 qəpik dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. Əlavə olaraq 24 dekabr 2021-ci il tarixdə fərdi evdə «Qazdan istifadə Qaydaları»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən İddiaçı ******* nömrəli akt tərtib edilmiş və 11.088 m3 həcmində 1.246 manat 18 qəpik dəyərində qaz sərfi olaraq dəymiş ziyan hesablanmışdır. 06 aprel 2023-cü il tarixə İddiaçı hesab kodunda 1.758 manat 56 qəpik borc qalmaqdadır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən hesabat müddəti 170 gün və həmçinin 1 m3 qazın dəyəri 0,2 manat (20 qəpik) hesablanmış, bununla yanaşı dörd gözlü qaz piltəsi və QSSQ (100 litr) üzrə 2 dəfə hesablama aparılmaqla, itirilmiş qazın həcmi 5808 m3 , həmin qazın dəyəri isə 1.161 manat 60 qəpik hesablanmışdır. Halbuki, qanunun tələbinə uyğun olaraq, hər cihaz üzrə bir dəfə hesabat aparılmaqla, hesabat müddəti bir mövsüm, yəni 90 gün, təbii qazın 1 m3 -nin dəyəri 0,10 manat (10 qəpik) hesablandıqda itirilmiş qazın həcminin 2664 m3 (1,2x6x90 + 0,8x10x90 + 0,8x18x90), dəyərinin isə 266 manat 40 qəpik (2664 m3x0,10 qəpik) olduğu müəyyən edilir. Bundan başqa, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qazın həcmi müəyyən olunarkən orta günlük iş rejimi bütün cihazlar üzrə 24 saat və hesabat müddəti 90 gün, həmçinin 1 m3 qazın dəyəri 0,2 manat (20 qəpik) hesablanmışdır. Halbuki, istilik sistemi olan fərdi yaşayış evində «QSSQ» adlandırılan su qızdırıcı qaz cihazının 24 saat müddətində işlədilməsi ağlabatan deyildir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli akt üzrə «QSSQ» adlandırılan su qızdırıcı qaz cihazının orta günlük iş rejimi 12 saat, hesabat müddəti bir mövsüm, yəni 90 gün, təbii qazın 1 m3 -nin dəyəri 0,10 manat (10 qəpik) hesablandıqda itirilmiş qazın həcminin 8604 m3 (1,5x12x90 + 0,8x12x90 + 3x24x85), dəyərinin isə 860 manat 40 qəpik (8604 m3x0,10 qəpik) olduğu müəyyən edilir. Göründüyü kimi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qazın həcmi 2664 m3, həmin qazın dəyəri isə 266 manat 40 qəpik olduğu halda itirilmiş qazın həcmi 3144 m3 , dəyəri 895 manat 20 qəpik; «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qazın həcmi 8604 m3 , həmin qazın dəyəri isə 860 manat 40 qəpik olduğu halda itirilmiş qazın həcmi 2484 m3 , dəyəri 385 manat 78 qəpik artıq hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 aprel 2018-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.161 manat 60 qəpik məbləğində pul vəsaitinin 895 manat 20 qəpik, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 manat 18 qəpik məbləğində pul vəsaitinin 385 manat 78 qəpik hissəsi silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 385 (üç yüz səksən beş) manat 78 (yetmiş səkkiz) qəpik hissəsinin silinməsi hissəsi üzrə gəldiyi nəticə ilə qismən razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə Qaydalarında sayğaca müdaxilə və qanunsuz qoşulma halları ilə əlaqədar itirilmiş qazın həcminin müəyyən edilməsi ilə bağlı konkret normalar nəzərdə tutulmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərar ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi yeni redaksiyada verilmişdir ki, həmin qaydaların 6.5-3-cü bəndinə əsasən qanunsuz qoşulma hallarında məişət abonentlərinə münasibətdə hesabat sutkanın on iki saatı nəzərə alınmaqla aparılması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli akt üzrə «QSSQ» adlandırılan su qızdırıcılarından saatlıq qaz sərfi 1,5 və 0,8 kubmetr olan qızdırıcılara münasibətdə gündəlik 12 saatlıq sərf məbləğini müəyyən etsə də, saatlıq qaz sərfi 3 kubmetr olan qızdırıcıya münasibətdə cavabdeh tərəfindən müəyyən edilmiş 24 saatlıq sərf məbləğinə hüquqi qiymət verməmişdir. Belə ki, saatlıq qaz sərfi 3 kubmetr olan qızdırıcıya münasibətdə də, gündəlik 12 saatlıq sərf məbləği müəyyən edilməli idi. Belə olduğu təqdirdə isə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli akt üzrə itirilmiş qazın həcmi (1,5x12x90 + 0,8x12x90 + 3x12x85=5545) 5545 kubmetr, dəyərinin isə 554,5 manat məbləğində olması müəyyən edilir ki, bununla da «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli, ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 691,68 (altı yüz doxsan bir) manat 68 (altımış səkkiz) qəpik hissəsi silinməsi qət edilməli idi. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qismən işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 385 (üç yüz səksən beş) manat 78 (yetmiş səkkiz) qəpik hissəsinin silinməsi hissəsində dəyişdirilməli, 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 691,68 (altı yüz doxsan bir) manat 68 (altımış səkkiz) qəpik hissəsi silinməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(125)-3892/2023 nömrəli qətnaməsi «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 385 (üç yüz səksən beş) manat 78 (yetmiş səkkiz) qəpik hissəsinin silinməsi hissəsində dəyişdirilsin. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 dekabr 2021-ci il tarixli ******* nömrəli aktla itirilmiş qaza görə hesablanmış 1.246 (bir min iki yüz qırx altı) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaitinin 691,68 (altı yüz doxsan bir) manat 68 (altmış səkkiz) qəpik hissəsi silinsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar