Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2081/2024 18.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X6 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X8 iştirakları ilə, İddiaçı X6 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(066)-459/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 17 yanvar 2023-cü il tarixli 327047 nömrəli aktdan görünür ki, Göygöl rayonu, Quşçu kəndində gecə reydi zamanı istehlakçı X7 məxsus ünvanda onun özünün iştirakı ilə sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edilmişdir. Lakin elektrik yükünü ölcmək mümkün olmamışdır. X3 aktı imzalamaqdan imtina etmişdir.
2. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla 10175 kvt.s enerji itkisinə görə abonent X7 1472,75 manat cərimə hesablanmışdır. .
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X9 cavabdeh "xxxx" ASC-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, 17 yanvar 2023-cü il tarixli 327047 nömrəli akt əsasında hesablanmış 1514 (min beş yüz on dörd) manat borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsilə birlikdə Göygöl rayonu, Quşçu kəndində yaşayır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Buna baxmayaraq 17 yanvar 2023- cü il tarixli 327047 nömrəli akt əsasında ona əsassız olaraq 1514 (min beş yüz on dörd) manat borc hesablanmışdır. Əslində sayğacdan kənar qoşulma olmamışdır. ‘'Azərişiq" ASC-nin əməkdaşları tərəfindən əvvəllər qonşuda olan tikintisi tamamlanmamış evdə kənar xətt aşkar etsələrdə həmin evin sayğacı və kodu olmadığına görə akt tərtib edilməmişdir. Qeyd edilən akt isə ona görə tərtib etmişlər ki, sonuncu bağlantı onda olmuşdur. Ancaq o, qonşu evə naqil çəkməmişdir. Həmçinin cavabdeh təşkilatın əməkdaşları akt tərtib edərkən onun və ailə üzvülərinin iştirakını təmin etməmişlər.
5. Göygöl Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(066)-459/2024 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədov) iddia təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1514 (min beş yüz on dörd) manat borc iddiaçı X6 abunə hesabından (abonent kodu: **********00091 olan) silinməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 77.2, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərini pozulması ilə çıxarılmışdır. Belə ki, 17 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin Qərb Regional ETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Göygöl EŞ-nin əməkdaşları tərəfindən Göygöl rayonu ərazisində, o cümlədən rayonun Quşçu kənd ərazisində abonentlərin evlərinə quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zaman X6 yaşadığı ünvanda sayğacdan kənar xətt aşkar edilmişdir. Ona förədə bu barədə 17 yanvar 2024-cü il tarixli, 327047 saylı akt tərtib edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddaçı X2 kənar elektrik enerjisindən istifadə etdiyi üçün 180 gün hesablama aparılaraq 1472,75 manat cərimə hesablanmışdır. Hesablama qaydalara uyğun olaraq aşkar olunduğu gündən başlayaraq azı 3 (üç) ay olmaqla 1 il müddətinə aparıla bilər. Akt əsasında 1472,75 manat cərimə hesablandığı halda, məhkəmə 41,25 manat debitor borcu da silmişdir. Sayğacdan kənar qoşulmanı əks etdirən vidio görüntü var və məhkəməyə təqdim olunub. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, sayğacdan kənar qoşulma qonşuya aidd olmuş və həmin şəxs Bakı şəhərində yaşadığından akt onun adına yazılmışdır. X4 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının:
18. 7.17. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər.
19. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
20. 8.17-1 İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-cü maddəsinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X5 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-cı maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7-ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X5 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-cu maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X5 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.;
26. Maddə 385 Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 30 Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. 27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" ASC-nin Qərb Regional ETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Göygöl EŞ-nin əməkdaşları tərəfindən Göygöl rayonu ərazisində, o cümlədən rayonun Quşçu kənd ərazisində abonentlərin evlərinə quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zaman X6 yaşadığı ünvanda sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma aşkar edildiyindən 17 yanvar 2024-cü il tarixli, 327047 saylı akt tərtib edilmiş, daha sonra isə həmin akt əsasında abonentə 1472,75 manat cərimə hesablanmışdır. Bununla razılaşmayan Mərkəz Hüseynov hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin edərək abonentin hesabından 1514 manat silinməsini qət etmişdir.
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır.
34. Belə ki, kollegiya ilkin oilaraq qeyd etməyi zəruri hesab edir ki, X1 kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması işə əlavə olunmuş 17 yanvar 2024-cü il tarixli, 327047 saylı aktla təsdiq olunur. Sonuncu sayğacdan kənar xəttin qonşuya aid olduğunu bildirsədə, lakin onun bu dəlili özünün deməsindən başqa digər möhtəbər sübutlarla təsdiq olunmur. Əksinə "xxxx" ASCnin Qərb Regional ETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Göygöl EŞ-nin əməkdaşları tərəfindən aparıln çəkilişlə sübut olunur ki, sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma Mərkəz Hüseynov tərəfindən istifadə edilir. Qanunsuz qoşulma nəticəsində abonentə 1472,75 manat cərimə hesablansada, iddiaçı 1514 manat borcun silinməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsidə işin yuxarıda qeyd olunan hallarını araşdırmadan hesablanmış cəriməni, eləcədə 41,25 manat debitor borcu abonentin hesabından silmişdir.
35. 17 yanvar 2024-cü il tarixli, 327047 saylı akt əsasında hesablanmış cəriməyə münasibətdə kollegiya qeyd edir ki, sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma aşkar edildiyindən cərimə adı qeyd olunan Qaydalara uyğun aparılmalıdır. Abonentə 180 gün 24 saat hesabı ilə 10175 kvt hesabat aparılmasını kollegiya əsaslı saymır. Çünki, yuxarıda da qeyd olunduğu kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1 bəndində qeyd olunur ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
36. Aktın tərtib edildiyi 17 yanvar 2024-cü ildən əvvəl, yəni sonuncu baxış zamanı sayğacdan kənar qöşulma aşkar edilmədiyindən, istifadə edilmiş elektrik enerjisinin dəyəri 180 gün deyil, son üç ay nəzərə alınmaqla aparılmalıdır. Bu da onu deməyə əsas verir ki, iddia tələbi qismən təmin əsaslıdır. Ona görədə iddia qismən təmin edilməli 17 yanvar 2024-cü il tarixli, 327047 saylı akt əsasında abonentə hesablanmış 1472,75 manat cərimədən 736,38 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli 2(066)-459/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X6 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 (abonent kodu: **********00091 olan) hesablanmış 1472,75 manat cərimədən 736,38 manat silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.