Məhkəmə qərarları › İş №2(104)-2112/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2112/2024

29.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2112/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı Cavabdeh qarşı qızıl tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan İddiaçı Namiq qızı ilə X5 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 10333 nömrəli, xx.xx.2017-ci il tarixli, 10152 nömrəli, xx.xx.2018-ci il tarixli, 10226 nömrəli, xx.xx.2017-ci il tarixli, 10028 nömrəli, xx.xx.2018-ci il tarixli, 10195 nömrəli, xx.xx.2017-ci il tarixli, 10085 nömrəli, xx.xx.2018-ci il tarixli, 10274 nömrəli, xx.xx.2018-ci il tarixli, 10312 nömrəli kredit müqavilələri və İddiaçı Namiq qızı ilə X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 10149 nömrəli, xx.xx.2016-cı il tarixli, 10152 nömrəli, xx.xx.2017-ci il tarixli 10492 nömrəli, xx.xx.2017-ci il tarixli, 10561 nömrəli kredit müqavilələrindən görünür ki, İddiaçı hər bir kredit müqaviləsi üzrə qızıl-zinət əşyalarını girov qoymaqla müxtəlif məbləğlərdə kredit götürmüşdür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9304 nömrəli rəydən görünür ki, borcalan İddiaçı tərəfindən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu xx.xx.2018-ci il tarixli, 10333 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 209,61 manat, faiz borcu üzrə 24,87 manat, xx.xx.2017-ci il tarixli, 10152 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 1302,62 manat, faiz borcu üzrə 616,57 manat, xx.xx.2018-ci il tarixli, 10226 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 676,64 manat, faiz borcu üzrə 149,76 manat, xx.xx.2017-ci il tarixli, 10028 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 11,45 manat, faiz borcu üzrə 1,83 manat, xx.xx.2018-ci il tarixli, 10195 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 2051,28 manat, faiz borcu üzrə 973,67 manat, xx.xx.2017-ci il tarixli, 10085 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 766,22 manat, faiz borcu üzrə 142,01 manat, xx.xx.2018-ci il tarixli, 10274 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3717,20 manat, faiz borcu üzrə 2061,81 manat, xx.xx.2016-cı il tarixli, 10152 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 156,52 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 592,77 qram çəkidə olan qızılların və ödənilmiş 158 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi lombard fəaliyyətini həyata keçirən şəxs kimi tanımışdır. 2016-cı ildən onun işlətdiyi lombarddan qızıl-zinət əşyaları qoyaraq ayda 48% olmaqla kreditə pul götürmüşdür. Onunla qeyd edilən lombard arasında 16 ədəd kredit müqavilələri bağlanmışdır. xx.xx.2016-cı il tarixli 10148 saylı müqavilə ilə 24 ay müddətində 5450 manat; xx.xx.2016-cı il tarixli 10152 saylı müqavilə ilə 12 ay müddətinə 970 manat; xx.xx.2017-ci il tarixli 10492 saylı müqavilə ilə 24 ay müddətində 5050 manat; xx.xx.2017-ci il tarixli 10561 saylı müqavilə ilə 18 ay müddətində 3500 manat; xx.xx.2017-ci il tarixli 10028 saylı müqavilə ilə 12 ay müddətində 1150 manat; xx.xx.2017-ci il tarixli 10085 saylı müqavilə ilə 18 ay müddətində 2150 manat; xx.xx.2017ci il tarixli 10117 saylı müqavilə ilə 18 ay müddətində 2100 manat; xx.xx.2017- ci il tarixli 10145 saylı müqavilə ilə 18 ay müddətində 2500 manat; xx.xx.2017-ci il tarixli 10152 saylı müqavilə ilə 24 ay müddətində 2116 manat; xx.xx.2018-ci il tarixli 10195 saylı müqavilə ilə 24 ay müddətində 3310 manat; xx.xx.2018-ci il tarixli 10226 saylı müqavilə ilə 18 ay müddətində 1600 manat; xx.xx.2018-ci il tarixli 10274 saylı müqavilə ilə 24 ay müddətində 5330 manat; xx.xx.2018-ci il tarixli 10333 saylı müqavilə ilə 12 ay müddətində 2220 manat; xx.xx.2018-ci il tarixli 10354 saylı müqavilə ilə 24 ay müddətində 9800 manat; xx.xx.2018ci il tarixli 10393 saylı müqavilə ilə 24 ay müddətində 2700 manat; (X3 adına bağlanmışdır.) xx.xx.2018-ci il tarixli 10455 saylı müqavilə ilə 24 ay müddətində 5330 manat; (X2 adına bağlanmışdır.) Qeyd edilən kredit müqavilələri ilə yanaşı qızıl əşyaları girov qoyulmuşdur. xx.xx.2016-cı il tarixli 10149 saylı müqavilə üzrə 3 ədəd boyunbağı - 76,4 qram, 583 əyyar; 2130 manat qiymətləndirilib; 1 ədəd qolbağı - 12,6 qram, 750 əyyar, 490 manat qiymətləndirilib; 1 ədəd üzük və bir klon - 8,66 qram, 585 əyyar, 230 manat qiymətləndirilib; 1 ədəd brilyant üzük - 5,3 qram, 750 əyyar, 210 manat qiymətləndirilib; 1 ədəd brilyant kolye -11,8 qram, 583 əyyar, 340 manat qiymətləndirilib; 1 kolye qolbağı - 14,3 qram, 583 əyyar, 400 manat qiymətləndirilib; 1 brilyant dəst- 17,7 qram, 583 əyyar, 490 manat qiymətləndirilib; 1 saat qolbağı ilə - 17,3 qram, 583 əyyar, 480 manat qiymətləndirilib; 3 ədəd üzük - 12,9 qram, 583 əyyar, 340 manat qiymətləndirilib; 1 ədəd brilyant üzük- 4,9 qram, 750 əyyar, 190 manat qiymətləndirilib; 1 ədəd boyunbağı5,6 qram, 583 əyyar, 150 manat qiymətləndirilib; xx.xx.2016-cı il tarixli 10152 saylı müqavilə üzrə 1 ədəd brilyant üzük- 6,3 qram, 750 əyyar, 320 manat qiymətləndirilib; 1 ədəd üzük - 4,4 qram, 583 əyyar, 180 manat qiymətləndirilib; 1 ədəd qolbağ -11,6 qram, 583 əyyar, 470 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10492 saylı müqavilə üzrə 3 ədəd boyunbağı - 69,5 qram, 583 və 585 əyyar, 2085 manat qiymətləndirilib; 1 cüt sırğa - 7,8 qram, 585 əyyar, 235 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10028 saylı müqavilə üzrə 1 ədəd qolbağ -11,5 qram, 583 əyyar, 380 manat qiymətləndirilib; 1 ədəd üzük - 4,3 qram, 583 əyyar, 140 manat qiymətləndirilib; 1 ədəd üzük - 6,2 qram, 583 əyyar, 210 manat qiymətləndirilib; 1 dəst - 16,2 qram, 585 əyyar, 420 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10085 saylı müqavilə üzrə 1 ədəd boyunbağı- 20,6 qram, 583 əyyar, 680 manat qiymətləndirilib; 1 ədəd qolbağ - 8,7 qram, 585 əyyar, 290 manat qiymətləndirilib; 1 cüt sırğa - 11,4 qram, 585 əyyar, 380 manat qiymətləndirilib; 1 üzük - 3,7 qram, 750 əyyar, 150 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10117 saylı müqavilə üzrə 1 qolbağ- 23,5 qram, 750 əyyar, 1400 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10145 saylı müqavilə üzrə 1 boyunbağı- 50,1 qram, 583 əyyar, 1800 manat qiymətləndirilib; xx.xx.2017-ci il tarixli 10152 saylı müqavilə üzrə 1 dəst- 14,6 qram, 750 əyyar, 2116 manat qiymətləndirilib; xx.xx.2018-ci il tarixli 10195 saylı müqavilə üzrə 1 ədəd boyunbağı - 28,8 qram, 583 əyyar, 1000 manat qiymətləndirilib; 1 dəst - 16,1 qram, 585 əyyar, 500 manat qiymətləndirilib; 1 dəst - 15,2 qram, 750 əyyar, 680 manat qiymətləndirilib; 1 ədəd qolbağ - 9,5 qram, 750 əyyar, 450 manat qiymətləndirilib; xx.xx.2018-ci il tarixli 10274 saylı müqavilə üzrə 1 ədəd boyunbağı - 22,0 qram, 585 əyyar, 770 manat qiymətləndirilib; 1 dəst - 18,5 qram, 583 əyyar; 630 manat qiymətləndirilib; 1 onluq - 8,8 qram, 900 əyyar, 550 manat qiymətləndirilib; xx.xx.2018-ci il tarixli 10393 saylı müqavilə üzrə-X3 adına 1 ədəd boyunbağı - 33,7 qram, 585 əyyar, 1170 manat qiymətləndirilib; 1 üzük - 2,8 qram, 585 əyyar, 100 manat qiymətləndirilib; 1 qolbağ - 3,8 qram, 585 əyyar, 130 manat qiymətləndirilib. Sonuncu kredit müqaviləsinin qüvvədə olma müddəti 2020-ci ili iyul ayında bitmişdir. Bu müddət ərzində lombard tərəfindən ona qarşı heç bir tələb irəli sürülməmiş, onun tərəfindən bütün borc ödənilmişdir. Lakin bu günə qədər onun qızıl əşyaları ona geri qaytarılmamışdır. Sonradan müqavilələrə nəzər saldıqda qeyd edilən ünvanda yerləşən lombardda formal olaraq müxtəlif fiziki şəxslərin fəaliyyətdə olduqlarını bilmişdir. Belə ki, X1 (VÖEN **********) və X6 (VÖEN **********) formal olaraq həmin ünvanda fəaliyyət göstərmişlər. Halbuki, bu şəxslərin heç birini o tanımamışdır. Cavabdehdən qızıl əşyalarını tələb etdikdə ona bildirmişdir ki, həmin qızılları banka girov qoyaraq kreditə pul götürmüşdür. Cavabdeh əvvəl “Xalq Bank”da, sonra isə “Respublika Bank”da əşyalarını girov qoyduğunu bildirmişdir. Həmin əşyaların girovdan çıxarılması üçün 35000 manat pulun lazım olduğunu bildirmiş və ona öz əşyalarını vermək üçün ondan bu pulu tələb etmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı Cavabdeh qarşı qızıl əşyaları tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 158 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat İddiaçı tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqavilələri və həmin müqavilələr üzrə girov müqavilələri İddiaçı ilə X5 və X1 arasında bağlanılmaqla iddiaçının Cavabdeh qarşı tələb etmək hüququ olmamışdır.

7. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 294-cü, 385.1 və 386 Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu kredit müqaviləsinin qüvvədə olma müddəti 2020-ci ili iyul ayında bitmişdir. Bu müddət ərzində lombard tərəfindən ona qarşı heç bir tələb irəli sürülməmiş, onun tərəfindən bütün borc ödənilmişdir. Lakin bu günə qədər onun qızıl əşyaları ona geri qaytarılmamışdır. Həmçinin, sonradan müqavilələrə nəzər salanda qeyd edilən ünvanda yerləşən lombordda formal olaraq müxtəlif fiziki şəxslərin fəaliyyətdə olduqlarını bilmişdir. Belə ki, Nəcəfova RəsmiyyəMüseyib qızı (VÖEN **********) və X6 (VÖEN**********) formal olaraq həmin ünvanda fəaliyyət göstərmişlər. Halbuki, bu şəxslərin heç birini o tanımamışdır. O, cavabdehdən qızıl əşyalarımı tələb etdikdə ona bildirilmişdir ki, həmin qızılları banka girov qoyaraq kreditə pul götürülmüşdür. Cavabdeh əvvəl “XalqBank”da, sonra isə “Respublika Bank”da əşyalarını girov qoyduğunu bildirir. Həmin əşyaların girovdan çıxarılması üçün 35000 manat pulun lazım olduğunu bildirir və ona öz əşyalarını vermək üçün ondan bu pulu tələb edir. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, “kredit müqavilələri və həmin müqavilələr üzrə girov müqavilələri İddiaçı ilə X5 və X1 arasında bağlanılmaqla iddiaçının Cavabdehna qarşı tələb etmək hüququ olmamışdır.” Məhkəmə prosesində həmin məsələlər aydınlaşdırılmış, adlarına VÖEN olan şəxslərin “görüntü” xatirinə m ö v c u d olduğu, əslində cavabdehin saxta sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu faktı müəyyən edilmiş, bununla bağlı məhkəmədə cavabdehin əməlində cinayət tərkibinin olması ilə bağlı xüsusi qərar çıxarılması ilə bağlı vəsatət vermişlər. Lakin məhkəmə bunu araşdırmadan üstündən keçməyi doğru hesab etmişdir. Qətnamə tərtib ediləndə isə kimə qarşı iddia qaldırmaqla əlaqədar mövqeyini bildirmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. 294.2. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İddianı rədd edən birinci instansiya məhkəməsi mübahisə predmeti olan qızılzinət əşyalarının cavabdehdən tələb edilməsini əsassız hesab edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, işdə olan İddiaçı Namiq qızı ilə X5 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 10333 nömrəli, xx.xx.2017-ci il tarixli, 10152 nömrəli, xx.xx.2018-ci il tarixli, 10226 nömrəli, xx.xx.2017-ci il tarixli, 10028 nömrəli, xx.xx.2018-ci il tarixli, 10195 nömrəli, xx.xx.2017-ci il tarixli, 10085 nömrəli, xx.xx.2018-ci il tarixli, 10274 nömrəli, xx.xx.2018-ci il tarixli, 10312 nömrəli kredit müqavilələri və İddiaçı Namiq qızı ilə X1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 10149 nömrəli, xx.xx.2016-cı il tarixli, 10152 nömrəli, xx.xx.2017-ci il tarixli 10492 nömrəli, xx.xx.2017-ci il tarixli, 10561 nömrəli kredit müqavilələrindən görünür ki, İddiaçı hər bir kredit müqaviləsi üzrə qızıl-zinət əşyalarını girov qoymaqla müxtəlif məbləğlərdə kredit götürmüşdür. Kredit müqavilələri və həmin müqavilələr üzrə girov müqavilələri İddiaçı ilə X5 və X1 arasında bağlanılmışdır.

29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında hər hansı öhdəlik müəyyən edən müqavilə, saziş və ya razılıq olmasına dair iş materiallarında heç bir sübut yoxdur. Kredit müqavilələri və həmin müqavilələr üzrə girov müqavilələri İddiaçı ilə X5 və X1 arasında bağlanılmışdır. İddiaçı X1 (VÖEN **********) və X6 (VÖEN **********) formal olaraq həmin ünvanda fəaliyyət göstərdiklərini, bu şəxslərin heç birini tanımamasını qeyd edərək qızılları cavabdehə girov qoyduğunu qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

30. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(125)-160/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar