Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2131/2025 23.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Tərtər Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Tərtər rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və miras əmlakdan məcburi vərəsəlik payının müəyyən edilməsi” tələbiə dair Tərtər Rayon Məhkəməsinin 2(061)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Tərtər rayon Notariat Ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 1V-679 reyestr nömrəsi ilə təsdiq edilmiş X1 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, X1 mülkiyyətində olmuş miras əmlakların siyahısına daxil olan ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin, ünvan 2 ünvaanında yerləşən 72,6 kv.m fərdi yaşayış evinin və evin yerləşdiyi 0,01088 ha torpaq sahəsinin, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsinin üzərində qanun üzrə vərəsəlik hüququnun tanınaraq miras əmlakdan miras əmlakdan məcburi vərəsəlik paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia ərizəsi təmin edilməmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)- 1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin faktiki hallarına uyğun olmayaraq qəbul edilmiş qətnamə olmaqla ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və RəşidYusifzadə miras qoyan X2 Yusifzadənin uşaqları, İddiaçı3 isə Yusif Yusifzadənin arvadıdır. Yusif Yusifzadə xx.xx.2012-ci ildə, miras qoyan Almaz Hüseynova isə xx.xx.2025-ci ildə vəfat etmişdir. X4 şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 10Q ünvanında yerləşən 11 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 72,6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,01088 ha torpaq sahəsi, həmçinin **-MU-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Vito” minik markalı nəqliyyat vasitəsi miras qalmışdır. Miras qoyan Almaz Hüseynova xx.xx.2023-cü ildə bütün əmlaklarını qızı - hazırkı Cavabdeh2 vəsiyyət etmişdir. Mülki Məcəllənin 1159.1-ci maddəsinin müddəalarına əsasən İddiaçı1 və İddiaçı2 Yusif Yusifzadənin birinci növbəli vərəsələridirlər. Mülki Məcəllənin 1193-cü maddəsinin müddəalarına əsasən İddiaçı1 və İddiaçı2miras qoyan Almaz Hüseynovadan qalan vəsiyyət edilmiş miras əmlakdan məcburi pay almaq hüquqları vardır. Lakin, Cavabdeh2 iddiaçılara mirasdan pay vermək istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin notariat ofisi, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Tərtər Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Tərtər rayon Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və miras əmlakdan məcburi vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki iş baxılması üçün Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh2 qeydiyyat ünvanı Qubadlı rayonu, Muradxanlı kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İş materiallarından görünür ki, Cavabdeh2 faktiki olaraq Sumqayıt şəhərində yaşasa da, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Tərtər Rayon Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Tərtər Rayon Məhkəməsinin 2(061)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tərtər Rayon Məhkəməsinin 2(061)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərisin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2131/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2131/2025
23.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver