Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2132/2023 11.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(125)- 1350/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(125)-1350/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən pul paylı mülkiyyətçilər olan Cavabdeh və İddiaçı arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(125)-1350/2023 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə ünvan 2 ünvanda yerləşən mülkün iddiaçıya məxsus hissəsinə dair mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ev paylı mülkiyyət hüququ üzrə 3/4 hissəsi iddiaçının, 1/4 hissədə Cavabdeh mülkiyyətindədir. Hazırda cavabdeh iddiaçının öz mülkündə rahat yaşamasına imkan vermir və artıq bir ildən çoxdur ki, kirayələrdə yaşamalı olmuşdur. Odur ki, məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının anası X4 tərəfindən Göygöl rayon Məhkəməsində hazırda mübahisəli evin naturada ayrılması tələbinə dair iddia qaldırılmış, Göygöl rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə bölgü mümkün olmadığı üçün təmin edilməmişdir. Odur ki, hazırda cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə onun mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsini istəyir. İddiaçının anası X4 tərəfindən xx.xx.2022-ci il tarixdə Gəncə şəhər 6 saylı notariat ofisinin 4Ə-50 saylı reyestr müqaviləsi əsasında mülk iddiaçıya bağışlanmışdır. Odur ki, Cavabdeh tərəfindən iddiaçıya kompensasiya verməklə ünvan 2 ünvanda yerləşən mülkün iddiaçıya məxsus hissəsinə dair mülkiyyət hüququna xitam verilməsini və ya mülkün açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kobud maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Gəncə Şəhər Məhkəməsi iş üzrə məhkəmə texniki tikinti və məhkəmə əmtəəşünaslıq və ya qiymətləndirilmə üzrə ekspertiza təyin etmədən heç bir sübut və sənədlərə hüquqi qiymət vermədən qanunsuz qətnamə çıxartmaqla, maddi hüquq normalarını düzgün tövsif və tətbiq etməməklə kobud maddi hüquq normalarımn pozuntusuna yol vermiş olmuşdur. Digər bir tərəfdən isə məhkəmə işin təxirə salınması barədə ərizə olmasına baxmayaraq, işə onalrın iştirakı olmadan baxmaqla və həmçinin işi hazırlıq iclasından baxışa təyin etmədən qətnamə qəbul etməklə, həm də kobud prosessual hüquq normalarının pozuntusuna da yol vermiş olmuşdur. Yəni işin hazırlıq mərhələsi bitmədən və məhkəmə baxışı keçirilmədən qətnamə çıxarılması və tərəflərin iştirakı olmadan işə baxılması, qətnamənin yuxarı instansiyası məhkəməsi tərəfındən ləğv edilməsi üçün əsasdır. Ancaq birinci instansiya məhkəməsi bu cür mötəbər sübutları nəzərə almamışdır. Hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsində iş üzrə ekspertiza təyin ediləcək evin qiymətləndirilməsi və naturada evin bölünüb bölünməməsinə dair müvafıq ekspert rəyi alındıqdan şonra məhkəmə yekun nəticəyə gələrək həmin ekspert rəylərinə uyğun qətnamə çıxaracaqdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı X7 nümayəndə vasitəsilə təmsil olunsa da özü və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(125)-1350/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-52/2022 saylı qətnaməsinin surətindən görünür ki, X3 Cavabdeh qarşı ünvan 3 ünvanda yerləşən mülkə dair payın naturada bölünməsi, kompensasiya ödənilməsi və ya əmlakın hərracda satılması iddiası üzrə payın naturada bölünməsi və iddiaçıya kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat ofisində bağlanmış 01 fevral 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 saylı ünvanda yerləşən paylı mülkiyyət üzrə özünə məxsus olan ¾ hissəsini İddiaçı bağışlayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evinin üzərində 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh göndərdikləri bildirişdən görünür ki, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 ünvanında yerləşən fərdi yaşayış evinin onların payının naturada ayrılaraq təhvil verilməsi mümkün olmadığından payının cavabdeh tərəfindən alınmasını və ya da cavabdehə məxsus payın ona satılmasını təklif etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evinin üzərində 1/4 hissədə Cavabdeh, 3/3 hissədə X3 mülkiyyətində olmuş, X1 Mehman Asif oğluna qarşı iddia ilə məhkəməyə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-52/2022 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı ünvan 3 ünvanda yerləşən mülkə dair payın naturada bölünməsi, kompensasiya ödənilməsi və ya əmlakın hərracda satılması iddiası üzrə payın naturada bölünməsi və iddiaçıya kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. X2 şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 3-cü dalan, ev 14 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evindəki ¾ hissə payını İddiaçı bağışlamış, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evinin üzərində 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh bildiriş göndərərək Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 3-cü dalan, 14 ünvanında yerləşən fərdi yaşayış evinin onların payının naturada ayrılaraq təhvil verilməsi mümkün olmadığından payının cavabdeh tərəfindən alınmasını təklif etmişdir. İddiaçı mülkiyyətçi kimi öz paylarının naturada ayrılmasını tələb etsə də, payın naturada ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmamış və buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, ümumi əmlakın bölünməsi, ondan payın ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında xx.xx.2022-ci il tarixdə **********440-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə Cavabdeh, 3/4 hissədə İddiaçı paylı mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanda 0.0295 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 41.5 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermə imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi bir başa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Bu baxımdan paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüquqununun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X6 Məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Mülkü Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və ya satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırlması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)- 52/2022 saylı qətnaməsinin surətindən görünür ki, X3 Cavabdeh qarşı ünvan 3 ünvanda yerləşən mülkə dair payın naturada bölünməsi, kompensasiya ödənilməsi və ya əmlakın hərracda satılması iddiası üzrə payın naturada bölünməsi və iddiaçıya kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin evin paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi birgə mülkiyyətdə olan evin paylara uyğun bölgüsünün mümkün olmaması tərəfin müraciəti əsasında qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır. Bundan başqa iddiaçı əmlakdakı payının əvəzinə ona pul kompensasiyasının ödənilməsini xahiş etmiş, lakin lakin xahiş təmin olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ümumi əmlakın paylara uyğun bölünməsi, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan fərdi yaşayış evi açıq hərracdan satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə tikinti-texniki ekspertizasının keçirilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, evin naturada bölünməsinin mümkünsüzlüyünə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcudur. Ona görə də, həmin hissədə ekspertizasının keçirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası iş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməməsi ilə bağlı qeyd edir ki, evin qiymətləndirilməsi icra hərəkətləri zamanı aparılacağından hazırki halda məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə də zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(125)-1350/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2132/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2132/2023
11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver