Məhkəmə qərarları › İş №2(104)-2172/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2172/2024

06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2172/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçı, eyni zamanda İddiaçı2 və X1 qanuni nümayəndəsi İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Maraqlı şəxs, X3 və X7 qarşı mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payının müəyyən edilməsi və miras torpağın real bölgüsü tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1914/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 669A (KOD ********) saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsindən və Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 0428 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mərhum ərinə və onun ailə üzvlərinə məxsus olan 0.58 ha torpaq sahəsindən müvafiq olaraq 0.04 hektar və 0.145 ha torpaq sahələrinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1914/2019 nömrəli qətnaməsi (hakim Mustafa Mustafayev) ilə, iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı2 və X1 və İddiaçı1 Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 93 saylı qərarı ilə JN-0428 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna” dair Dövlət Aktı əsasında X8, Cavabdeh2, Cavabdeh1, X4 mülkiyyətinə verilmiş 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə JN-669A (KOD ********) saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X8, Cavabdeh2, Cavabdeh1, X4 mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsindən mərhum X2 miras qalmış hissəsini, həmçinin İddiaçı2 və X1 mərhum X5 miras qalmış hissəsini qəbul etməsi faktı müəyyən edilsin və Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 93 saylı qərarı ilə X9, Cavabdeh2, Cavabdeh1 və X6 0.58 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-669A KOD 50400098 saylı Şəhadətnamə ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə X9, Cavabdeh2, Cavabdeh1, X6 məxsus 0.16 ha həyətyanı torpaq sahəsində İddiaçı1 payı 6/80, X1 payı 6/80, İddiaçı2 payı 6/80 olmaqla müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddanın təmin edilmiş hissəsində iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2172/2024 nömrəli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilməsi, apellyasiya şikayətinə xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Maraqlı şəxs və nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların nümayəndəsinin iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1914/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Azərbaycan Respublikasının MPM-in 357.2-ci maddəsinin təhlilindən göründüyü kimi, bu normaya əsasən apellyasiya şikayəti verilməsi üçün iki şərtin mövcudluğu tələb olunur:

1. Şəxsin işdə iştirak etməyə cəlb olunmaması;

2. Qəbul edilən qətnamənin hüquq və vəzifələrinə toxunması. İş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs mülki iş üzrə tərəf və yaxud maraqlı şəxs deyildir. Həmçinin, həmin qətnamə onun qanunla qorunan maraqlarına toxunmur. Belə ki, sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən onun hüquq və vəzifələrinə toxunmasını müəyyən edilməmiş və qanunverciliyin tələblərinə riayət etmədən mülki işin baxılmasını apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər Azərbaycan Respublikasının MPM-in 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. (Mülki Prosessual Məcəllənin 366.2 və 266.4cü maddələri) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv olunmalı, mülki iş apellyasiya baxışından çıxarılmaqla Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin onun maraqlarına toxunub-toxunmamasının yoxlanması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 384.0.4-cü maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikasının MPM-in 402.2.5-ci maddəsinə görə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 268, 361, 363, 364, 384, 366 və 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-2172/2024 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-1914/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363-364-cü maddələrinin tələblərinin yoxlanılması üçün Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar