Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2178/2025 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), X6 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin e-2(058)-743/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-64/2025 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində 135 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.
2. AN-1№ ******* nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsi (Samux şəhəri) ünvanında yerləşən 1.38 ha torpaq sahəsi X1.
3. X4 Cəmiyətin 032/G/25 nömrəli məktubundan görünür ki, Cavabdeh3 ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixdə müxtəlif çeşiddə qızıl-zinət əşyaları girov qoyulmaqla kredit müqaviləsi bağlanmış və Cavabdeh3 5970 AZN kredit verilmişdir. 08 avqust 2025-ci il tarixdə kredit borcunu tam ödəyərək qızıl-zinət əşyalarını təhvil almışdır. Qızıl-zinət əşyaları ümumi 1113.2 ABŞ dolları dəyərində olmuşdur.
4. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 0084 №-li Qiymətləndirmə Aktından görünür ki, 2 ədəd boyunbağı, 2 ədəd qolbağ, 1 ədəd dəst, 1ədəd üzük, 1 ədəd sırğa toplam dəyəri 113.12 ABŞ dolları təşkil edir.
5. Birinci insansiya məhkəməsində şahid qismində dindirilmiş, X11 ifadəsində göstərmişdir ki, iddiaçı 2007-ci il tarixdə ərə getmişdir. 3 ev olmuşdur, 2021-ci il tarixdə həmin 3 ev sökülmüş, yeni bina tikilmişdir. İddiaçı ilə cavabdeh 2025-ci il tarixdə boşanmışlar. Həmin evin tikintisinə Pərvin, qaynanası və qaynatası kömək etmiş, kredit almışlar, lombarda qızıl qoymuşlar. Pərvin bankdan 6000 manat pul götürmüş, qızılları lombarda qoyub pul götürmüş və ustalara vermişdir. O, iddiaçının qızılları qoyub nə qədər pul götürməsini bilmir.
6. Birinci insansiya məhkəməsində şahid qismində dindirilmiş, X10 ifadəsində göstərmişdir ki, Əliqulu ilə əmioğludur. Təxminən 4 il əvvəl 2021 ya 2022-ci il tarixdə onun əmisi oğlu Əliqulu Rusiyadan Azərbaycana gələndən sonra onu çağırıb məsləhət etmişdir ki, ata mülkünü yenidən bərpa etmək istəyir. Həmin vaxt Əliqulunun qardaşı oğlu Xəqani Əsgərov məsləhət görmüşdür ki, evi yenidən tikməkdənsə bünövrəsi möhkəm olduğu üçün bərpa etsinlər. O, evin tikilməsi üçün vəsaitin olub-olmamasını soruşmuş, Əliqulu ona demişdir ki, Rusiyadan ******* rubl pul gətirmişdir və 7 ildir aldığı təqaüdün kartı Xəqanidədir, həmin karta pul yığılmışdır. Həmin evi sökdürüb tikintiyə başlamışlar. Tikinti tam bitməmiş, müəyyən işləri qalmışdır, Əliqulu ona pulun bitdiyini demişdir. Əliqulunun 1.0 ha pay torpağı olmuşdur, həmin pay torpağını 13500 manata satmışdır, həmin puldan istifadə etmiş, lakin tikintini bitirə bilməmişdir. Tikinti materiallarını Xəqani ona Yevlaxdan 11000 manata kimi pul verib aldığını demişdir. Kiminsə adına pul götürülməsi haqqında, Pərvinin qızıllarının lombarda qoyulması barədə onun məlumatı yoxdur. Pərvinin həmin evə dair hər hansı vəsait qoymasından onun məlumatı yoxdur.
7. Birinci insansiya məhkəməsində şahid qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, iddiaçı onun əmisi qızıdır. Pərvin 2007-ci ildə həmin evə gəlin köçmüş, gəlin köçən zaman o, həmin evə getmiş, həmin evdə olmuş, boşanma ərəfəsinə kimi gedib gəlmişdir. Həmin ev sonradan, yəni əmisi qızı orda olan vaxt - 2022-ci ildə tikilmişdir. Pərvin həmin ev tikilən vaxt onunla birlikdə gedib 6000 manat kredit və qızıllarını lombarda qoyub əri ilə birlikdə ev tikdirmək üçün pul götürmüşdür. Köhnə ev 2021-ci ildə sökülmüş 2022-ci ildə hazır olmuşdur.
8. Birinci insansiya məhkəməsində şahid qismində dindirilmiş, X8 ifadəsində göstərmişdir ki, cavabdehlər onun qonşusudur və uzun illər Rusiyada yaşamışlar. Cavabdehlər Rusiyadan gəldikdən sonra evi söküb tikmişlər, usta işləmiş, qum və daş gətirilmişdir. Həmin ev sökülüb tikilən vaxt təxmini 1 ilə yaxındır Pərvin ailəsi ilə həmin evdə yaşamışdır. Pərvin və əri işə gedib gəlmişlər.
9. Birinci insansiya məhkəməsində şahid qismində dindirilmiş, X9 ifadəsində göstərmişdir ki, Əliqulu onun qardaşıdır. Cavabdehlər uzun illərdir Rusiyada yaşamışlar, Rusiyadan gəlib torpaqlarını satıb ev tikmişlər. Cavabdehlər pensiya alır, əvvəllər pensiyanı oğluna və gəlininə vermişlər, daha sonra pensiyalarını böyük qardaşı oğluna vermişlər, qardaşı oğlu ustadır və həmin pulu yığmışdır. Cavabdehlər torpaq sahələrini satmışlar, özləri pul qazanıb ev tikmişlər. Pərvin evə pul verməmiş və onun qızılların girov qoyulmasından məlumatı olmamışdır.
10. Birinci insansiya məhkəməsində şahid qismində dindirilmiş, X2 ifadəsində göstərmişdir ki, cavabdeh Əliqulu onun atası, Xanım anasıdır, Yalçın isə onun qardaşıdır. Onun atasıgil Rusiyadan gəlmişlər, özlərinin pensiyası yığılmışdır, pay torpaqlarını satmışlar və ev tikmişlər. Həmin vaxt valideynləri xəstə olmuşdur və o, valideynlərinə baxmışdır. Həmin evi atası və anası tikdirmiş, Pərvin həmin ev sökülən vaxt həmin evdə yaşamışdır, lakin Pərvinin pul verməsini o, görməmişdir. Pərvin və əri həmin vaxt işləmişlər. O, Pərvinin kredit götürməsini, qızılları lombarda qoymasını görməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Abbas Qasımov küçəsi (əvvəlki Səməd Vurğun) küçəsi 20 nömrəli mülkün tikilməsinə və təmirinə çəkilmiş xərcin - 60000 (altmış min) manat pulun 1/2 hissəsi olaraq 30000 (otuz min) manat pulun, hüquqi yardıma görə ödədiyi 325 manat və 180 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun sabiq əri, Cavabdeh3 və Cavabdeh2 ərinin valideynləridir. O, Cavabdeh1 ilə xx.xx.2008-ci ildə ailə quran zaman ailəsi ilə birlikdə yaşadıqları nənəsi X3 miras qalmış Samux rayonu, Abbas Qasımov küçəsi (əvvəlki Səməd Vurğun) küçəsi, 20 nömrəli mülkə köçmüşdür. Hazırda onun cehiz əşyaları həmin mülkdədir. O, oraya köçən zaman ev olduqca təmirsiz və köhnə tikili olmuşdur, lakin birgə yaşadıqları dövrdə, yəni 2021-ci ildə Cavabdeh3 və Cavabdeh2 onlara bildirmişlər ki, özləri üçün evi uçurub yenidən tikdirə bilərlər. Onlar, 2021-ci iyul ayında evi tamami ilə uçurub tikintisinə başlamış, 2022-ci ilin sonlarına qədər tikinti təmir işləri davam etmiş və evə 2022-ci ilin dekabr ayında köçmüşlər. Evin tikinti və təmirinə Cavabdeh1 və onun tərəfindən 60000 (altmış min) manat pul sərf edilmişdir. Cavabdehlər evin onlar üçün tikildiyini bildirmiş, tikinti-təmir işləri üçün ondan bankdan pul götürməsini istəmişlər. Evin onlar üçün tikildiyini hesab edib o, 01 noyabr 2021-ci il tarixdə “Kapital Bank”-dan 6000 manat kredit götürmüş və cavabdehlərə vermişdir. Hazırkı vaxta qədər o, banka olan borc məbləğini əmək haqqından ödəyir. Bundan sonra ona bildirmişlər ki, həmin pul kifayət etməmişdir və ona məxsus qızıl-zinət əşyalarını Cavabdeh3 lombarda qoyub pul götürmüşdür. İddia ərizəsinə əlavə etdiyi 2008-ci il tarixdə toylarının və oğlunun 2016-cı il tarixdə keçirilən kiçik toyunun video görüntülərindən və evin hazırkı vəziyyətinə dair foto-şəkillərdən həqiqətən də əvvəlki evin tamami ilə uçurularaq, yeni ev tikilib-təmir edildiyi aydın olur. O, həmin evdən 2024-cü ilin iyun ayından çıxmış, hazırda ev cavabdehlərin istifadəsindədir və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə mirasın qəbulu ilə əlaqədar Samux rayon notariat ofisinə müraciət etmişdir. Evə çəkilmiş xərcin ½ hissəsi, yəni 30000 (otuz min) manat pul cavabdehlərdən alınıb ona ödənilməlidir. Cavabdehlər Cavabdeh1 ilə onun birgə nikah dövründə tikdirdiyi evə çəkilmiş xərci ona ödəməkdən imtina etmişlər. Odur ki, hazırda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Samux Rayon Məhkəməsinin e-2(058)-743/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçıya öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün əlavə sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Evin tikintisinə iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Belə ki, cavabdehlər bildirirlər ki, evin tikintisinin xərci bütünlüklə özləri tərəfindən çəkilmişdir. O cümlədən, cavabdehlərin təşəbbüsü ilə məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş şahidlər bildirmişlər ki, tikinti xərcləri yalnız cavabdehlər tərəfindən çəkilib. İddiaçı isə onun tərəfindən tikintiyə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun tikintiyə xərc çəkdiyini müəyyən edə bilməz. İkincisi, əgər iddiaçı tərəfindən evin tikintisi üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (gəlin keçmiş ər, qaynana-qaynata) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Həmçinin məhkəmə iddiaçı tərəfin şahidlərinin məhkəmə iclasında verdikləri ifadələrə tənqidi yanaşaraq, həmin şahid ifadələrini kifayət qədər obyektiv və inandırıcı hesab etmir. Əksinə məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehlərin öz vəsaitləri hesabına evin tikintisinin aparılması öz təsdiqini tapmışdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdehlər arasında evə tikinti işlərinin aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, tikinti işlərinin görüldüyü zaman ev iddiaçının qaynatasına aid olan ev olub, gəlinin öz qaynatasına aid olan evdə tikinti işləri görməsi üçün onunla podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı tikinti xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, tikinti işlərinin görüldüyü zaman ev cavabdehlərə aid olan ev olub, iddiaçı gəlin ailə münasibətlərinə əsaslanaraq keçmiş əri, qaynanası və qaynatası ilə birlikdə yaşayacağı evin tikintisi üçün xərc çəkib, belə vəziyyətdə keçmiş ər, qaynana-qaynata gəlini üçün “özgə”, gəlin isə keçmiş ər, qaynanaqaynata üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” sayılmayıb. Cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz.
15. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1096-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Samux Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı və nümayəndəsi vəkili Nümayəndə apelyasiya şikayəti verərək, Samux rayon məhkəməsinin xx.xx.2025-ci i il tarixli e-2(058)-743/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hansı sübutun cavabdehlərin öz vəsaitləri hesabına ev tikdirdiklərini təsdiq etdiyini və hansı əsasla onun şahidlərinin verdikləri ifadələrə tənqidi yanaşıldığı qətnamədə göstərilməmiş, əsaslandırılmamışdır. Beləliklə, məhkəmənin açıq-aydın birtərəfli və qərəzli mövqedə olması görünür. Məhkəmə obyektiv araşdırılma aparmış olsa idi, ən azından təqdim edilmiş şahid ifadələrinə və onun məhkəməyə təqdim etdiyi kredit müqaviləsinə düzgün hüquqi qiymət verərdi. Onun şahidlərinin həqiqəti əks etdirdikləri bir daha onunla təsdiq olunur ki, onun aldığı kredit məbləğinin cavabdehlərə məxsus evin tikintisinə sərf edilməsini nikahın pozulmasına dair məhkəmə iclasında Cavabdeh1 etiraf etmişdir. Məhz ona görə də, hazırkı iddia tələbi üzrə icraat zamanı Cavabdeh1 bir dəfə də olsa məhkəmə iclaslarında iştirak etməmişdir. Onunla bağlanılmış kredit müqaviləsinin tarixindən və şahidlərin bunu təsdiq etməsindən aydın olur ki, həqiqətən də, həmin pul vəsaiti evin tikinti və təmirinə xərclənmişdir. Bundan başqa, toy hədiyyəsi olaraq və ad günündə hədiyyə olaraq alınmış iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının da Cavabdeh3 tərəfindən qaytarmaq şərti ilə ondan alıb lombarda qoyularaq pul götürülüb evin tikinti-təmirinə xərclənməsini şahidləri bildirmiş, lakin, həmin vaxt onun hansı lombarda qoyulması barədə məlumat olmadığı üçün başqa sübut təqdim edə bilməmişdir. Qeyd etmişdir ki, onun hazırda apellyasiya şikayətinə əlavə etdiyi "xxxx" MMC tərəfindən verilmiş arayışdan aydın olur ki, Cavabdeh3 Hadi oğlu ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixdə müxtəlif çeşiddə qızı-zinət əşyaları girov qoyulmaqla 5970 manat kredit götürmüşdür. Burada bir məqam vardır ki, o, məhkəmədə vəsatət verib cavabdehlərin ona məxsus qızıl-zinət əşyalarını "xxxx" MMC–yə qoyub pul götürdüklərini və lombardın adı ona indi məlum olduğu üçün vəkil sorğusunu da indi verdikləri üçün hələ cavab ala bilmədiklərini bildirib məhkəmə iclasını təxirə salmasını xahiş etmişdir, məhkəmə isə sübutun yalnız hazırlıq iclasında verə bildiyini qeyd edib vəsatətini təmin etməmişdir. Bundan sonra, Cavabdeh3 baxmayaraq ki, qızıl-zinət əşyalarını xx.xx.2025-ci il tarixdə girov qoymuşdur, "xxxx" MMC tərəfindən verilmiş arayışdan göründüyü kimi, girov qoyduğu tarixdən bir həftə sonra, yəni, xx.xx.2025-ci il tarixdə dərhal lombardın ödənişini edib qızıl-zinət əşyalarını geri götürmüşdür. Hesab etmişdir ki, belə edərsə, qızılların onda olduğunu sübut etmək mümkün olmayacaq, halbuki, əksinə bu hal onu sübut edir ki, qızıl-zinət əşyaları cavabdehlərdədir və məhkəmə iclasında qızılların onlarda olmadığını bildirmələri ilə bu hal ziddiyyət təşkil edir. Göründüyü kimi, məhkəmə cavabdeh tərəfin ifadələrinə tənqidi yanaşmalı idi, əksinə iddiaçının şahidlərinin ifadələrinə tənqidi yanaşaraq qeyri qanuni olaraq iddianın təmin edilməməsi barədə qərar çıxarmışdır. Eyni zamanda iddiaçının şahidlərinin ifadələri təhrif edilmişdir, onlar iddiaçıya məxsus qızılların Cavabdeh3 tərəfindən lombarda girov qoyulub pul götürüb evin tikinti-təmirinə xərclədiyini bildirmiş, protokolda isə şahidlərin onun tərəfindən qızılların lombarda qoyulduğu qeyd edildiyi göstərilmişdir. O, məhkəmədə vəsatət verib lombardın cavabını məhkəməyə təqdim edə bilmədiyi üçün məhkəmə iclasının təxir edilməsini xahiş etmiş, lakin, məhkəmə yalnız hazırlıq iclasında verə biləcəyini qeyd edərək vəsatətini təmin etməmişdir. Halbuki, prosessual qanunvericiliyin tələbinə görə sübutların təqdim edilməsi ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına görə məhkəmə baxışı zamanı da verilə bilərdi. Aydındır ki, cavabdehlər onun qızıl-zinət əşyalarının onlarda olmasını dandıqları üçün ona qızılları hansı lombarda qoyduqlarını bildirəsi deyillər və bu səbəbdən də o, vaxtında öyrənə bilməmişdir, təsadüfən bir şəxsin vasitəsilə öyrənmişdir ki, bu da hazırlıq iclasının vaxtına təsadüf etməmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin verdiyi cavabın məhkəmənin hazırlıq iclasında təqdim edə bilməməyi ondan asılı olmayan səbəbdir və belə olan halda məhkəmə onun verdiyi sübutu məhkəmə baxışı zamanı qəbul etməli idi. Qızılların evin tikildiyi dövrdə Cavabdeh3 tərəfindən hansı lombarda qoyulduğunu bilməsə də, onun hazırda məhkəməyə təqdim etdiyi "xxxx" MMC–nin cavab məktubları və cavabdehlərin qızılların onlarda olmadığı barədə ziddiyyət təşkil edən ifadələrindən aydın olur ki, həmin dövrdə də qızıllar cavabdehlərdə olmuş və şahid ifadələri ilə də, təsdiq olunur ki, məhz lombarddan pul götürmək məqsədi ilə cavabdehlər qızılları həmin vaxt ondan almışlar. Bundan əlavə o, da, Cavabdeh1 da həmişə işləmiş və aylıq qazancları olmuşdur. İnandırıcı deyildir ki, onların yaşadıqları ev sökülüb yenidən tikilsin və təmir edilsin, lakin, onların oraya xərcləri çıxmasın. Həmin dövrdə Cavabdeh1 15000 manat kredit götürüb evin təmirinə xərcləmişdir. Onun Cavabdeh1 Whatsapp vasitəsilə yazdığı mesajda əmək haqqının onların evinin təmir-tikintisi üçün götürdüyü kreditə çıxdığını, heç olmazsa qızıllarını özünə qaytarmalarını istəmiş, həmin mesajı cavabdeh oxusa, da məlum səbəbdən cavab verməmişdir. Belə ki, həqiqəti bildirdiyinə görə, elə olmadığını yaza bilməmişdir. Gələcəkdə sübut kimi istifadə edə biləcəyi üçün heç nə yazmayıb mesajı cavabsız qoymuşdur. Göründüyü kimi, məhkəmə işi obyektiv araşdırmamış, tədqiq olunmuş sübutlara isə düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən, tikinti işlərinin görüldüyü zaman ev iddiaçının qaynatasına aid olan ev olub, gəlinin öz qaynatasına aid olan evdə tikinti işləri görməsi üçün onunla podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı tikinti xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, tikinti işlərinin görüldüyü zaman ev cavabdehlərə aid olan ev olub, iddiaçı gəlin ailə münasibətlərinə əsaslanaraq keçmiş əri, qaynanası və qaynatası ilə birlikdə yaşayacağı evin tikintisi üçün xərc çəkib, belə vəziyyətdə keçmiş ər, qaynana-qaynata gəlini üçün “özgə”, gəlin isə keçmiş ər, qaynanaqaynata üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” sayılmayıb. Hazırkı, iş üzrə iddiaçı evdə yaşayacağına inanaraq evin tikinti və təmirində əri ilə birlikdə xərc çəkmişdir. Bunun əsası ailə münasibətləri və eyni zamanda onun orada yaşamaq ümidi idi. Ev 2022-ci ildə tikilib təmir edilmiş, iddiaçı isə evdən 2024-cü ilin fevral ayında çıxmışdır. Artıq, ev onun istifadəsində deyil, cavabdehlərin istifadəsindədir. Aparılmış təmir və tikinti cavabdehlərə fayda verir. Bu halda əvvəl mövcud olmuş əsas (yəni ailə münasibətləri və orada yaşamaq) sonradan aradan qalxmış olur. Təmir tikinti ailə birliyi dönəmində aparılsa da, tərəflərin ayrılmasından sonra bu təmirin faydası yalnız cavabdeh tərəfə qalır. Bu isə əsasın aradan qalxmasıdır və iddiaçı sərf etdiyi vəsaitin əvəzini tələb edə bilər. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən həmin maddi hüquq normasının pozulması nəticəsində işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və nəticədə iddiaçının qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iddianın təmin edilməməsi kimi nəticəyə gələrkən qeyd edilən prosessual hüquq normalarını pozmuş, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə iddiaçının qanunla qorunan hüququnu deyil, cavabdehlərin verdikləri özlərini müdafiə xarakterli izahatları əsasında qərar vermişdir. İş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, digər sübutların əldə edilməsinə imkan verməmişdir. Məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İlk növbədə araşdırılmalı məsələ iddiaçının birgə nikah dövründə hazırda cavabdehlərin istifadəsində olan evin yenidən tikilib əsaslı təmir edilməsində vəsait sərf edib etməməsi olmuşdur. Birinci instansiya məhkəməsi isə hüququn tətbiqində səhvə yol verməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsi icraatı zamanı tərəflərindən vəsatət verilib Cavabdeh3 iddiaçıya məxsus qızıl-zinət əşyalarının girov qoyduğu lombardın adının məhkəmə baxışı zamanı onlara məlum olduğuna görə vəkil sorğusu verildiyini və cavab alınanadək işi başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmə isə formal olaraq MPM-nin 78-ci maddəsinə əsaslanaraq sübutları yalnız hazırlıq iclasında verə biləcəyini qeyd edərək vəsatəti təmin etməmişdir. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən prosessual qanunvericiliyin tələbinə görə sübutların təqdim edilməsi ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına görə məhkəmə baxışı zamanı da verilə bilərdi. Aydındır ki, cavabdehlər onun qızıl-zinət əşyalarının onlarda olmasını dandıqları üçün iddiaçıya qızılların hansı lombarda qoyduqlarını bildirəsi deyillər və bu səbəbdən də o, vaxtında öyrənə bilməmişdir, təsadüfən bir şəxsin vasitəsilə öyrənmişəm ki, bu da hazırlıq iclasının vaxtına təsadüf etməmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin verdiyi cavabın məhkəmənin hazırlıq iclasında təqdim edə bilməməyi ondan asılı olmayan səbəbdir və belə olan halda məhkəmə iddiaçının verdiyi sübutu məhkəmə baxışı zamanı qəbul etməli idi. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rəddedildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. O, da qeyd edilməlidirki, məhkəmə evə çəkilmiş xərcin hesablanması üçün ekspertiza təyin etməli olduğu halda, hazırkı iş üzrə ekspertizaya ehtiyac yoxdur bildirərək iş üzrə qiymətləndirici ekspertiza təyin etməmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticlərin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hazırkı nəticəyə gələrkən qeyd edilən prosessual hüquq normalarını pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, xərclərinin qeydiyyatını cavabdehlər aparırmış, 6000 manatı kredit götürərək keçmiş qayınanasına təhvil vermişdir. O, pulu evin tikintisi üçün vermişdir. Evi birgə tikirmişlər. Usta ilə keçmiş qayınatası danışmış, keçmiş qayınanası ona ev üçün pulun kifayət etmədiyini və kredit götürməyini bildirmişdir. Onların əvvəl Rusiyadan gətirdikləri pul olmuş, lakin nə qədər gətirdiklərini məlumatı olmamışdır. Qayınanasıgilin evin təmiri üçün çəkdikləri xərclərin nə qədər olduğunu bilmir. Onlar birlikdə ev tikdirmiş və evin təmirinə çəkilən cəmi 60000 manat xərci dördü birlikdə çəkmişdir. Belə ki, çəkilən xərcləri cavabdehlər hesablamış və sonda 60000 manat olduğunu bildirmişlər. 60000 manat pulun nə qədər məbləğinin cavabdehlər tərəfindən qoyulduğunu bilmir. O, ev üçün çəkdiyi xərci tələb edir. O, krediti evin təmiri üçün götürmüş, həmçinin götürdüyü kreditin təyinatı təqdim etdiyi sənədlər də öz əksini tapmışdır. 2021-ci ilin avqust ayında onun gəlin köçdüyü evi söküb, yenidən təmir etdilər. Krediti hər ay əmək haqqından tuturdular, artıq krediti keçən ilin noyabrın ödəyib qurtarmışdır. 2021-ci ilin noyabr ayının 1-də krediti götürmüş, 2022-ci ildə isə həmin evə köçmüşlər. O, krediti götürəndə hələ evin hörgüsü hazır olmuşdur. O, krediti götürəndə cavabdehlərin artıq pulu qurtarmışdı. Birinci instansiya məhkəməsinə təqdim etdiyi disklərdə toy görüntüləri, qızıllar, köhnə evin görüntüləri və s. var.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamış, həmçinin aparılan araşdırmaya isə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə mülki iş üzrə əsassız varlanmanın mövcud olmadığını bildirir, halbuki əsassız varlanma mövcuddur. Belə ki, birgə nikah dövründə İddiaçı cavabdehlər ev tikmələri üçün kömək etməsini və sonda həmin evi ona verəcəklərini demişlər. İddiaçı da evin onun olacağına inanaraq əlində olan bütün pulunu, həmçinin kredit götürürək həmin pulu cavabdehlərə vermişdir. İddiaçı bankdan götürdüyü pul ilə bağlı sənədləri onlar birinci instansiya məhkəməsinə təqdim etmişlər, həmin sənədlərə əsasən kreditin götürülmə tarixləri evin tikilmə tarixləri ilə üstüstə düşür. Həmçinin birinci instansiya məhkəməsinə təqdim etdikləri şahidlər də, sübut edir ki, İddiaçı krediti həqiqətən ev tikmək üçün götürmüşdür. Bundan başqa onlar cavabdehlərə Pərvinə məxsus qızılları ev tikmək üçün lombarda qoyduqlarını bildirdəndə cavabdehləri isə bu halın olmadığını bildirdilər. Birinci instansiya məhkəməsinin tədqiqatı zamanı bu halı təsdiq edən sübutlar olmadığı üçün onlara vaxt verilməsi ilə bağlı vəsatət vermişlər ki, qızılların olduğu lombarda sorğu verilsin. Lakin, birinci instansiya məhkəməsi lombarda verilən sorğunun cavabını gözləmədi. Ona görə də, həmin sorğuya cavabı apellyasiya şikayətinə əlavə etmişdir. Həqiqətən də Pərvinə məxsus qızılları cavabdeh İmamqulu tərəfindən “güvən” adlı lombarda qoyulmuşdur, Qızılların həmin tarixdə lombarda qoyulması ilə bağlı əllərində sübutun olmamasına səbəb həmin tarixdə “Güvən” lombard olmamış, başqa lombarda qızıllar qoyulmuşdur. Cavabdehlər ümumiyyətlə qızılları lombarda qoymadıqlarını bildirmişdilər, lakin cavabdehlər qızılları lombarda qoymuş, həmçinin o məhkəmədə lombarda sorğu verdiyini bildirdiyi zaman isə cavabdehlər qızılları lombardan götürmüşlər. Beləliklə də cavabdehlər pulları olmadığı üçün qızılları lombarda qoyaraq ev tikmişlər, hazırda da Pərvinə pulu qaytarmaq istəmirlər. Həmçinin şahidlər də qızılların həqiqətən lombarda qoyulduğunu bildirmişlər. Həmçinin məhkəmə qətnaməsində izahatla bağlı hərf səhvi olduğu üçün o, protokola qeyd də vermişdir. Beləliklə də, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamışdır. Əgər obyektiv araşdırma aparılsa idi, onda evin tikintisi üçün çəkilən xərc qiymətləndirilməli və tikinti-texniki ekspertiza keçirilməli idi. Çünki adı çəkilən ev sökülüb yenidən tikilərək təmir olunmuşdur. Birinci instansiya məhkəməsinə diskləri təqdim etməklərinə səbəb cavabdehlərin ola bilsin ki, qızılların Pərvinə məxsus olmadığını, evi heç vaxt təmir etmədikləri və s. bildirəcəkləri idi. Həmçinin cavabdeh Yalçın özü birinci instansiya məhkəməsində “nikahın pozulması” tələbinin məhkəmə prosesi zamanı Pərvinin kredit götürək evin təmiri üçün pulu verdiyini, lakin hazırda həmin pulu qaytarmağa imkanının olmadığını etiraf etmişdir. Həmçinin Yalçın yalan danışa bilmədiyi üçün Pərvinin krediti ödəyə bilmədiyi ilə bağlı mesajlarına cavab verməmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, evin tikintisi və təmirinə 60000 pul xərclənmişdir. Ona görə də, onlar 30000 manat pul tələb edirlər. Ev tikilən zaman qızılları iddiaçının əlindən almışlar, həmin vaxt “Güvən” adlı lombard yox idi, qızıllar başqa lombarda qoyulmuşdur. Daha sonra qızıllar cavabdehlərdə qaldığı üçün o, Samux Rayon Məhkəməsində iddia qaldırdığı zaman qızılları “Güvən” adlı lombarda qoymuşlar. Qızılları “Güvən” adlı lombarda Cavabdeh Əliqulu qoymuş, həmçinin özü də, götürmüşdür. Bu hal onu sübut edir ki, ev tikilən zaman Pərvinə məxsus qızıllar cavabdehlərdə olmuşdur. Qızıllarla bağlı iddia qaldırmamışlar. Qızılların şəklini lombardan götürmüş, toy görüntülərində olan qızıllar ilə eynilik təşkil edir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2021-ci ilin avqust-sentyabr aylarında onlar Rusiya Federasiyasından gəlmişlər. Orada pul qazanıb oğlugilə göndərmişlər. Onlar Rusiyada bazarda işləməklə alver ilə məşğul olmuşlar. Azərbaycan Respublikasına gəlib evi tikdirmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlar Rusiyadan gələndə 100 milyon rubl gətirmişlər. Həmçinin pensiya kartını qardaşı oğluna vermiş, o isə pensiya pulunu 8 il yığmışdır. O, 500 manat pensiya alır. Həmçinin onun pay torpağı olmuş, həmin torpağı da 12500 manat satmışdır. Bundan başqa arvadı iki dəfə kredit götürmüşdür. Təxminəm 6000-7000 məbləğində kredit götürmüşlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddianı qəbul etmirlər, belə ki, iddiaçı götürdüyü krediti özü üçün xərcləmişdir. Qızılların lombarda kim tərəfindən qoyulduğundan məlumatı yoxdur. Qızılların harada olduğunu bilmir. Adı çəkilən qızıllardan bəzilərini gəlinə almışlar. Lombarda qoyduğu qızıllar özlərinə məxsusdur. Həmin qızılları lombarddan götürüb satmışlar. İddiaçı evin tikintisinə xərc çəkməmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, 2007-ci ildə oğlu ilə iddiaçıya toy məclisi etmiş, 2008-ci ilin yanvar ayında isə onlar Rusiya Federasiyasına getmişlər. Daha sonra oğluna pul göndərmişlər. Evin tikintisinə xərclənən pulların hamısı onlara aiddir. Ev söküldüyü zaman onlar qayınanasının evində yaşamışlar. Həmin evlər yanaşıdı və onlara qayınanasından miras qalmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur..
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsibütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin e-2(058)-743/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, evin tikintisinə iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Belə ki, cavabdehlər bildirirlər ki, evin tikintinin xərci bütünlüklə özləri tərəfindən çəkilmişdir. O cümlədən, cavabdehlərin təşəbbüsü ilə məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş şahidlər bildirmişlər ki, tikinti xərcləri yalnız cavabdehlər tərəfindən çəkilib. İddiaçı isə onun tərəfindən tikintiyə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun tikintiyə xərc çəkdiyini müəyyən edə bilməz. İkincisi, əgər iddiaçı tərəfindən evin tikintisi üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (gəlin keçmiş ər, qaynanaqaynata) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Həmçinin məhkəmə iddiaçı tərəfin şahidlərinin məhkəmə iclasında verdikləri ifadələrə tənqidi yanaşaraq, həmin şahid ifadələrini kifayət qədər obyektiv və inandırıcı hesab etmir. Əksinə məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehlərin öz vəsaitləri hesabına evin tikintisinin aparılması öz təsdiqini tapmışdır. İddiaçı ilə cavabdehlər arasında evə tikinti işlərinin aparılması ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmayıb. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, tikinti işlərinin görüldüyü zaman ev iddiaçının qaynatasına aid olan ev olub, gəlinin öz qaynatasına aid olan evdə tikinti işləri görməsi üçün onunla podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı tikinti xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, tikinti işlərinin görüldüyü zaman ev cavabdehlərə aid olan ev olub, iddiaçı gəlin ailə münasibətlərinə əsaslanaraq keçmiş əri, qaynanası və qaynatası ilə birlikdə yaşayacağı evin tikintisi üçün xərc çəkib, belə vəziyyətdə keçmiş ər, qaynana-qaynata gəlini üçün “özgə”, gəlin isə keçmiş ər, qaynana-qaynata üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” sayılmayıb. iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.
43. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İddiaçı birgə nikah dövründə ünvan 2 ünvanda yerlşən evin tikintisinə və təmirinə birlikdə xərc çəkdiklərini göstərsə də, buna dair mötəbər sübut təqdim etməmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 birinci instansiya məhkəməsində “nikahın pozulması” tələbinin məhkəmə prosesi zamanı Pərvinin kredit götürək evin təmiri üçün pul verdiyini, lakin hazırda həmin pulu qaytarmağa imkanının olmadığını etiraf etməsi isə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə sorğusu əsasında Samux Rayon Məhkəməsinin icraatında olmuş 2(058)-64/2025 saylı mülki iş üzrə məhkəmə iclaslarının videogörüntüsü əldə edilmiş və həmin videogörüntülərdə Cavabdeh1 hazırki iş üzrə İddiaçı evin təmiri üçün pul götürərək ona verməsi, hazırda həmin pulu qaytarmağa imkanı olmamasına dair izahat verməsi müəyyən edilməmişdir.
45. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərə münasibətdə qeyd edir ki, şahid ifadələrini mötəbər hesab etmir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X8 ifadəsində evin 2022-ci il tarixdə tikildiyini, ev tikilən vaxt Pərvinin onunla birlikdə gedib 6000 manat kredit götürdüyün və qızıllarını lombarda qoyduğunu bildirmişdir. Lakin, iddia ərizəsində iddiaçı lombarddan onun özünün deyil, keçmiş qayınatası Cavabdeh3 onun qızıllarını qoyaraq pul götürdüyünü bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilən şahid Məleykə Əliyevanın ifadəsini kollegiya mötəbər hesab etməmişdir. Belə ki, birinci instansiya məhkəməsində cavabdehlər tərəfindən ona sual verilən zaman sualdan yayınaraq cavabdehlərlə mübahisə etməsi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, şahidlərin izahatları “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Məhkəmə kollegiyası iddiaçının cavabdehlər tərəfindən ona məxsus qızılların lombarda girov qoyularaq pul götürülməsi və həmin pulun evin təmirinə sərf edilməsi dəlili ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus qızılların giov qoyularaq götürülməsi ilə bağlı iddiaçı götürülmüş pulların cavabdehlər tərəfindən ödənildiyini qeyd etmişlər. Belə olan hala hətta iddiaçıya məxsus qızılların girov qoyularaq götürülməsi təsdiqini tağdığı halda belə, iddiaçı cavabdehlərdən yalnız qoyduğu qızılların qaytarılmasını tələb edə bilər. Ona məxsus qızılların girov qoulması ilə götürülürək evin təmirinə xərclənmiş və cavabdehlər tərəfindən ödənilmiş pulları tələb etmək hüququ yaranmır. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin həmin dəlilini də, əsassız sayır.
47. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməməkdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. İddiaçının apellyasiya dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsas vermir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin e-2(058)-743/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Samux Rayon Məhkəməsinin e-2(058)-743/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin e-2(058)-743/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.