Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2187/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı pozulmuş istehlakçı hüquqlarının bərpası tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(040)- 1081/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən pozulmuş istehlakçı hüquqlarının bərpa edilməsi, onun həssas vəziyyətindən istifadə edən Cavabdeh ASC-nin mərhum atasının kredit borcunu ödəməli olduğu barədə ona imzalatdırdığı öhdəliklərin etibarsız sayılması, ona məxsus bank kartlarının bloklaşmadan açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(040)-1081/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pozulmuş istehlakçı hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(040)-1081/2024 saylı qərardadı qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, məhkəmə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pozulmuş istehlakçı hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılması barədə qərardad qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 36-cı maddəsinin 9-cu bəndinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(040)-1081/2024 saylı qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(040)-1081/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün 2(040)-1081/2024 nömrəli mülki işlə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1ə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(040)-1081/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İş materiallarından görünür ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2kçı kimi hüquqlarının müdafiəsi ilə əlaqədar olduğunu və bu səbəbdən də, MPMnin 36.9-cu maddəsinə əsasən iddiaçının yaşayış yeri üzrə baxılmalı olduğunu qeyd etsə də, iş materiallarından görünür ki, tərəflərin arasında yaranmış münasibətlər müqavilə öhdəliklərin yaranmış münasibətlərdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli Kəlbəcər Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(040)-1081/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2(040)-1081/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2187/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2187/2024
28.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver