Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2187/2025 04.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair ərizəsi üzrə QƏRARDADİ İş № 2(104)-2187/2025 (Açar sözlər: apellyasiyanın mümkünlüyü) Gəncə şəhəri, 04 dekabr 2025-ci il X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı torpaq sahəsindən payın naturada ayrılması barədə ərizəsi üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-19/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Qazıqulu kəndində yerləşən və onunla cavabdehlərin ümumi mülkiyyətində olan 0,50 ha həyətyanı torpaq sahəsindən payı, hazırda faktiki istifadəsində olan və üzərində fərdi yaşayış evi tikdirdiyi 0,139976 ha hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-19/2025 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia təmin edilmiş, Tovuz rayonu, Qazıqulu kəndində yerləşən 0,5 ha torpaq sahəsinin üzərində İddiaçı inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmaqla 0,139976 ha torpaq sahəsi hasara alınaraq naturada ayrılması qət edilmişdir.
3. Maraqlı şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-19/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-19/2025 nömrəli qətnaməsindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və aşağıda göstərilənlərə əsasən mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
6. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
7. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti daxil olduqdan sonra mülki-prosessual qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, apellyasiya şikayətini iş materiallarına əlavə etməklə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
8. Göstərilənlərə əsasən və MPM-in 357, 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-19/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.