Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2191/2025 10.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(045)-135/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AC No 877526 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətindəki “BMW 525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 7 il 3 ay 10 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir (etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxsə ötürülməsi nəzərdə tutulmamışdır).
3. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında “BMW 525İ” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icbari sığorta müqaviləsi bağlanmışdır.
4. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında “BMW 525İ” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icbari sığorta müqaviləsi bağlanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 525İ” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək cavabdeh İddiaçı 19500 manat və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İlk iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “BMW 525İ" markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün cavabdehin istifadəsinə vermişdir. Buna görə cavabdehə idarəetmə ilə bağlı etibarnamə verilmişdir. Hazırda etibarnamənin etibarlılıq müddəti bitsə də, maşın onun mülkiyyətinə qaytarılmır. Avtomobil hazırda cavabdehin sahibliyindədir. Cavabdeh avtomobili qaytarmaq istəmir. Bir çox qayda pozuntuları etdiyindən inzibati qaydada cərimələr tətbiq edilib, həmin məbləğlər ödənilmir, bütün inzibati protokollar mülkiyyətçi kimi onun barəsində tərtib edilir. Ərizəçinin tələb etməsinə baxmayaraq cavabdeh avtomobili təhvil verməkdən boyun qaçırmış və avtomobili gizlətmişdir. Əldə etdiyi məlumata görə avtomobil yararsız hala salınmışdır. Avtomobil cavabdeh tərəfindən ələ keçirildiyindən, mülkiyyətçiyə verilməsindən imtina edildiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır.
8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. Qardaşı ona qarşı iddia qaldıraraq “BMW” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiada göstərmişdir ki, “BMW” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir və avtomobili idarə etmək üçün onun istifadəsinə vermişdir. Bildirir ki, həmin avtomobili rəhmətlik atası ilə Bəxtiyar gedib Gürcüstandan gətiriblər və o, bunun müqabilində Bəxtiyaraa 19500 manat pul vermişdir. Belə ki, ona məxsus pulun yerini demiş və onun xahişi ilə anası evdən 19500 manat pulu götürüb Bəxtiyara vermişdir.
9. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Mübahisəli avtomobil onun mülkiyyətindədir. Avtomobili qardaşı Cavabdeh istifadəsinə vermiş və idarəetmə ilə bağlı etibarnamə vermişdir. Hazırda qardaşı ilə münasibətləri yaxşı deyildir. Ona görə də ona məxsus avtomobili qardaşının qanunsuz sahibliyindən geri almaq istəyir. Bununla bağlı sonuncuya dəfələrlə müraciət etməsinə baxmayaraq, nəticə olmamışdır. Qarşılıqlı iddia tələbi ilə bağlı da qeyd edir ki, iddia əsassızdır və iddia müddəti də keçmişdir. Ona görə də qarşılıqlı iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini istəyir və bu barədə olan ərizəsini məhkəməyə təqdim edir.
10. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, avtomobil atasının sağlığında onun vəsaiti hesabına alınmışdır. Avtomobilin alınması üçün o 19000 manat pul vermişdir. Sadəcə avtomobili qardaşı Gürücüstan Respublikasından gətirmişdir. Həmin avtomobil ölkəyə gətirildiyi vaxtdan onun istifadəsində olmuşdur.
11. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, tərəflər onun qardaşlarıdır. O, hər zaman qeyd edilən avtomobilin qardaşı Rövşənin idarəçiliyində görmüşdür. Həmin vaxt avtomobilin İddiaçı adına olub-olmamasını bilməmişdir. Qardaşı Bəxtiyarın özünə məxsus digər avtomobili vardır. Həmin avtomobil 19000 manata alınmış və pulu qardaşı Rövşən vermişdir.
12. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, mübahisəli avtomobil hər zaman Rövşənin idarəçiliyində olmuşdur. Cavabdeh Goranboy şəhərində yerləşən “Foto Sevinc” adlı studiyanı işlədir və avtomobil studiyanın qarşısında dayanır.
13. Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(045)-135/2025 nömrəli qətnaməsi ilə (hakim Hafiz Əliyev) ilkin iddia tələbi təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadəsində olan “BMW 525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılması; Ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi; Qarşılıqlı iddianın qismən təmin edilməsi; İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12000 manat pul və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 verilməsi; Ekspertiza tədqiqatının dəyəri olan – 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qalan 100 manat hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMC-nin hesabına (VÖEN **********, Hesab: H/h:AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov Filialı, Kod: 200093, VÖEN 990003611, S.W.İ.F.T, AİİBAZ2X, M/h: AZ37NABZ********************4) köçürülməsi qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.5, 362.1, 365.2, 377.3, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1092.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 107, 115.0.1 və 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “BMW 525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, 2017-ci ildən avtomobil etibarnamə üzrə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh iddia edir ki, avtomobil onun vəsaiti hesabına əldə olunub və o qarşılıqlı iddiaçının hesabına 19000 manat dəyərində əsassız varlanmışdır. Belə ki, əsassız varlanma halı sübut olunsa belə, əsassız varlanma obyektini, yəni 19000 manat pul vəsaitini qaytarmaq tələbi müddətsiz deyildir. Əgər fərz edilsə ki, qarşılıqlı iddia ərizəsi üzrə münasibətlərə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir, bu halda da iddia müddəti 2019-cu ildə bitmiş, başqa sözlə, məhkəməyə müraciət 2025-ci ildə edilmişdir ki, bununla da müvafiq olaraq 2 və 3 illik müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi yalnız iki şahidin (mübahisə tərəflərinin anası və bacısı) ifadələrinə istinad edərək, “BMW 525İ” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh pul vəsaiti hesabına əldə edilməsi qənaətinə gəlmişdir. Bu isə özlüyündə mülki işdə mühüm olan faktların müəyyən edilməsi üçün kifayət deyildir. Nəzərə alınmalıdır ki, İddiaçıla digər ailə üzvləri (ana, bacı və qardaş) arasında təxminən 5 ildir ki, vərəsəlikə bağlı onlarla məhkəmə mübahisələri olmuş, digər ailə üzvləri ona qarşı qərəzlidirlər, onun barəsində polisə, prokurorluğa əsassız şikayətlər edilmişdir. Bu isə onların şahid ifadələrinin qərəssiz və həqiqi hallara əsaslanmasını inkar edir. Birinci instansiya məhkəməsi heç bir sübut olmadan avtomobilin dəyərinin Rövşən tərəfindən ödənilməsi qənaətinə gəlməsi başa düşülən deyildir. Odur ki, qarşılıqlı iddia üzrə işin həlli üçün məhkəmə tərəfindən yalnız həmin ifadələrə istinad edərək kifayətlənməsi yolverilməzdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Əvvəlki məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2017-ci ildə avtomobili öz vəsaiti hesabına Gürcüstan Respublikasından alıb gətirmişdir. 19500 manat pulu o ödəmişdir. Avtomobilə öz qiyməti və gömrük rüsumu ilə birlikdə 22000 manat xərc çəkmişdir. Gürcüstan Respublikasına avtomobil almağa sürücü Zaur, o və mərhum atası getmişlər. Avtomobili idarə etməsi üçün etibarnamə ilə qardaşı Cavabdeh vermişdir. Hazırda isə avtomobilini geri istəyir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, avtomobili qarşılıqlı iddiaçının tapşırığı əsasında almamışdır. Avtomobili özü üçün şəxsi vəsaiti hesabına almışdır. Avtomobilin alqı-satqısına dair satıcı ilə danışıqlar da özü tərəfindən aparılmışdır, avtomobilin pulunu da satıcıya özü vermişdir. Avtomobili alarkən qarşılıqlı iddiaçıdan borc pul götürməmişdir. Avtomobili satma məqsədilə deyil, istifadə məqsədilə xaricdən gətirtmişdir. Avtomovilə dair qarşılıqlı iddiaçıya verdiyi etibarnamənin müddəti 6-7 il olmuşdur. Məhkəməyə təqdim edilmiş whatsapp sosial şəbəkə yazışmaları uydurmadır. Həmin yazışmaları qarşı tərəf məhkəməyə təqdim edərək iddia etmişdir ki, guya həmin danışıqlar Zaur adlı şəxslə onun arasında qeydə alınıb. Əslində isə, həmin yazışmalar onunla aparılmamışdır. Başqa şəxsə məxsus mobil nömrə ilə həmin yazışmalar aparılmış, nömrənin sahibinin adı əvəzinə isə onun mobil nömrəsi qeyd edilmişdir. Ona görə də yazışmanın onunla aparılması kimi bir saxta görüntü ortaya çıxmışdır. Zaur adlı şəxs qohumları deyildir. Gəncə-Bakı şəhərləri arasında sərnişin daşımaqla məşğul olan sürücüdür. Birinci instansiya məhkəməsində anası və bacısı şahid qismində dindirilmişdir və anası məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, guya avtomobilin pulunu Zaur anası vasitəsilə ona verib. 5 ildir ki, vərəsəliklə bağlı ailədə o və anası arasında mübahisələr yarandığı üçün anası belə məzmunda yalan ifadə vermişdir.
19. Əvvəlki məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2017-ci ildə atası ilə Gürcüstan Respublikasına avtomobil almağa gedəcəkmiş. Lakin, o, işdən çıxa bilməmiş, avtomobil almaq üçün atası, qardaşı və sürücü Zaur oraya gedəsi olmuşlar. Avtomobil alınması üçün onun pulu anasında olmuşdur və qardaşı avtomobili almaq üçün xaricə gedərkən pul sonuncuya anası tərəfindən verilmişdir. Avtomobilin alınması üçün 19500 manat xərci çıxmışdır. Bacısı və anası şahid qismində məhkəmədə dindirilmişlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, avtomobil 2017-ci ildə alınıb. Avtomobilin alınması üçün 20000 manat vermiş, həmin puldan 500 manat ona qaytarılmışdır. Məhkəməyə təqdim etdiyi Whatsapp sosial şəbəkə yazışmaları sürücü Zaur adlı şəxslə cavabdeh arasında qeydə alınmışdır. Zaur birinci instansiya məhkəməsinə şahid qismində dəvət edildi, lakin məhkəmə iclası başqa tarixə təxirə salındı. Növbəti məhkəmə iclasına isə Zaur gəlmədi. 19500 manat tələbi üzrə iddiası qismən təmin edilərək cavabdehdən 12000 manat alınıb ona verilməsi qət edilsə də, avtomobilin istifadədə olmasını, amortizasiya xərclərini nəzərə alaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
20. Hazırkı məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi whatsapp sosial şəbəkə yazışmaları həqiqəti əks etdirmir. Heç Zaur adlı şəxs ölkə ərazisində deyildir. Uzun müddət maliyyə idarəsində işləmişdir və avtomobili öz vəsaiti hesabına almışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Hazırkı məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, whatsapp sosial şəbəkə yazışmaları onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin yazışma onunla deyil, başqa şəxslə cavabdeh arasında qeydə alınmışdır. Avtomobil cavabdeh tərəfindən alınsa da, lakin alqı-satqıya görə ödənilmiş pul vəsaiti ona məxsus olmuşdur. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, hal-hazırda miras əmlakla bağlı ailə üzvləri arasında məhkəmə mübahisəsi davam edir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
30. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
35. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə qismən təmin edilmişdir. Qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız ilk iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni qarşılıqlı iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də, apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
36. Bu hüquqi mövqe mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
37. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12000 manat pul və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 verilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia həmin hissədə təmin edilməməli, həmçinin qətnamə «Ekspertiza tədqiqatının dəyəri olan – 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qalan 100 manat hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMC-nin hesabına (VÖEN **********, Hesab: H/h:AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov Filialı, Kod: 200093, VÖEN 990003611, S.W.İ.F.T, AİİBAZ2X, M/h: AZ37NABZ********************4) köçürülməsi» hissədə ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 200 manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMC-nin hesabına (VÖEN **********, Hesab: H/h:AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov Filialı, Kod: 200093, VÖEN 990003611, S.W.İ.F.T, AİİBAZ2X, M/h: AZ37NABZ********************4) köçürülməlidir.
39. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər qardaşdırlar. “BMW 525İ” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobilə dair xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh 7 il 3 ay 10 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir (etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxsə ötürülməsi nəzərdə tutulmamışdır). Etibarnamənin qüvvədə olma müddəti bitmiş və mülkiyyətçi avtomobilin geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək avomobilin onun vəsaiti hesabına alındığını iddia edərək həmin vəsaitin ona qaytarılmasını tələb etmişdir.
40. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
41. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
43. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının ödəmiş olduğu pulun cavabdehdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.
44. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
45. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.
46. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.
47. İşin mübahisəsiz halıdır ki, “BMW 525İ” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh İddiaçı mülkiyyətindədir.
48. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, sözügedən avtomobil cavabdeh İddiaçı tərəfindən Gürcüstan Respublikasından ölkəyə gətirilmiş və avtomobilin dəyəri, habelə əmlakın adına rəsmiləşdirilməsi ilə bağlı xərclər onun tərəfindən qarşılanmışdır.
49. İddiaçı Cavabdeh isə iddia edir ki, avtomobil cavabdeh İddiaçı deyil də, onun vəsaiti hesabına alınmışdır. Lakin, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
50. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
53. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
54. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
55. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də iddianın əsaslı olması kimi bir qənaətə gəlmək mümkün deyildir. Belə ki, şahidlərdən M.Məmmədova iş üzrə tərəflərin anasıdır və işin hallarından göründüyü kimi onun mərhum ərindən iş üzrə tərəflərin atası miras qalmış əmlakla bağlı qanun üzrə birinci növbəli vərəsələri olan ailə üzvləri arasında ixtilaf vardır və vərəsəliklə bağlı mübahisələrinə dair iş məhkəmənin icraatındadır. Hansı ki, həmin işdə şahid M.Məmmədova iddiaçı qismində, oğlu İddiaçı isə cavabdeh qismində iştirak edir. Odur ki, şahid M.Məmmədovanın vərəsəlik münasibətlərindən dolayı ixtilaflı olduğu miras şəriki olan oğlunun əleyhinə ifadə verməsi ehtimal olduğundan kollegiya həmin şahidin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Digər şahidlər G.Əhmədova və E.Həsənovun ifadələrinə gəkdikdə isə qeyd edilir ki, həmin ifadələrdə “BMW 525İ” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimin vəsaiti hesabına alınmasını müəyyən etmək üçün kifayət qədər dəqiq məlumatlar bildirilməmişdir.
56. İddia müddətinin buraxılması barədə apellyatorun arqumentinə gəldikdə isə qeyd edilir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektinin geri qaytarılması üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiqinin mümkün hesab edilməsi üçün ilk növbədə cavabdeh iddiaçının hesabına əsassız varlanmış olmalıdır. Lakin, hazırkı işdə belə bir hal mövcud olmadığından iddia müddətinin tətbiqi istisna edilir.
57. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmadan yoxlanılan hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir.
58. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, qarşılıqlı iddia təmin edilmədiyindən həmin iddia ilə bağlı məhkəmə xərci də qarşılıqlı iddiaçıya aid edilməli, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat qarşılıqlı iddiaçıdan tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMCnin müvafiq bank hesabına ödənilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli 2(045)-135/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni «İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12000 manat pul və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia həmin hissədə təmin edilməsin. Qətnamə «Ekspertiza tədqiqatının dəyəri olan – 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qalan 100 manat hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMCnin hesabına (VÖEN **********, Hesab: H/h:AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov Filialı, Kod: 200093, VÖEN 990003611, S.W.İ.F.T, AİİBAZ2X, M/h: AZ37NABZ********************4) köçürülməsi» hissədə ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidmətinə MMC-nin hesabına (VÖEN **********, Hesab: H/h:AZ66AİİB********************, Kapital Bank ASC-in Nərimanov Filialı, Kod: 200093, VÖEN 990003611, S.W.İ.F.T, AİİBAZ2X, M/h: AZ37NABZ********************4) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.