Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2194/2023 13.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “şəxsin səhhətinə vurulmuş ziyana görə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “şəxsin səhhətinə vurulmuş ziyana görə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı müayinə və müalicəsi üçün xərclənmiş 3058 (üç min əlli səkkiz) manat və vurulmuş mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X25 onun doğma oğludur. 05 avqust 2022-ci il tarixdə, saat 02 radələrində oğlu Aydının hərarəti yüksəldiyinə görə onu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Aydına "Parasetamol" həbinin yarısını bölüb içərək istifadə etmək tövsiyə edilmişdir. Ona həmin qaydada dərman preparatını versələr də Aydının hərarəti mütəmadi olaraq enib-qalxmışdır. 10 avqust 2022ci il tarixdə Aydının hərarəti 39 dərəcəyə yüksəldiyinə görə onun pnevmoniya keçirməsindən qorxaraq saat 10:30 radələrində anası X9 ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada sahə həkimi Məhbubə Aydını müayinə etmiş, yekunda sistem və antibiotik verilməsi üçün resept tərtib etmişdir. Xəstəxananın qarşısındakı “DEPOVİT” aptekindən qeyd edilən dərmanları alıb xəstəxanaya qayıdanda Məhbubə həkim ona uşağı və dərmanları 3-cü mərtəbəyə qaldırmağı, orada müalicə edib iynə vuracaqlarını demişdir. 3-cü mərtəbəyə qalxdıqda Təhminə adlı tibb bacısı qarşılarına çıxmış və Təhminəyə dərmanları verərək iynəni kimin vuracağın soruşduqda Təhminə özü vuracağını və iynə otağına getməli olduqlarını bildirmişdir. Təhminə öncə Aydının hərarətini ölçdükdə 38 dərəcə olduğunu müəyyən olunmuşdur. Bundan sonra resept əsasında alınan dərman vasitələrindən sistem şəklinə salınmış şüşə qabda olan məhlulu Aydının qolunun bükümündən venaya iynə daxil edərək köçürməyə başlamışdır. Təxminən 10-15 dəqiqə ərzində həmin qabdakı məhlulun yarısı köçürüldükdən sonra Aydın sakit durmadığına görə Təhminə iynəni çıxardaraq 5-6 dəqiqədən sonra onun yanına prob qoyaraq 5 dəqiqə gözləmiş, bundan sonra bir ədəd antibiotiki iynə şəkilində sağ yanına vurmuşdur. Bundan sonra Aydını taksi maşını ilə evə gətirmişlər. Həmin gün günorta Aydın yemək yedikdən sonra yatmış, saat 18 radələrində Aydın ayılıb gəzmək istəyəndə sağ ayağının yığıldığını və axsadığını görmüşlər. İki gün gözləmiş və onun ayağının düzəlmədiyini görüb Məhbubə həkimə zəng edib məsələ barədə demişlər. Məhbubə həkimin təklifinə görə Aydını xəstəxanaya gətirmişlər. Orada Tərlan və Asəf həkim uşağa baxmışlar və hazırda uşağın ayağında olan narahatçılığın səbəbini təyin etmək iqtidarında olmadıqlarını, Aydının Bakı şəhərində MRT olunandan və yoxlanandan sonra problemin nədən yarandığını bilinəcəyini demişlər. Elə həmin gün Aydını Bakı şəhərinə aparıb bir neçə xəstəxanalarda yoxlanışdan keçirmişlər. Sonra Tərtər şəhərinə geri qayıtmışlar və Tərtər RMX-də baş həkim işləyən Sevda Əliyevanın qəbuluna getmişlər. Sevda həkim onları qəbul edib dinləmiş və tibb bacılarını yanlarına çağırmışdır. Tibb bacıları öncə məsuliyyəti boyunlarından ataraq Aydına heç bir tibbi yardım göstərilmədiyini bildirsələr də sonradan Təhminə adlı tibb bacısı iynəni özünün vurduğunu etiraf etmişdir. Bir müddət keçdikdən sonra "Medi Planet" klinikasından Aydının ayağının axsamağına səbəbin inyeksiya nəticəsində sinir toxumasının 20 faiz sinir zədələnməsi olduğu müəyyən olunmuşdur. Bundan sonra Tərtər rayon prokurorluğuna müraciət etmişlər. Şikayət ərizəsinin araşdırılması Tərtər rayon prokurorunda aparılmış və toplanmış material üzrə 06 dekabr 2022-ci il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Lazım gələrsə həmin qərardan şikayət verəcəklər. Cavabdeh səhlankarlığı üzündən, yəni X21 etmiş olduğu səhv inyeksiya üzündən onun ayağı inkişafdan qalmış, bu səbəbdən onun müayinə və müalicəsinə xərclər çəkmişlər ki, iddia ərizəsində xırdalıqlarına qədər göstərilmişdir. Bu xərcləri çəkməkdə məqsəd uşağın sağalması olmuşdur. Lakin bu günə kimi uşaq sağalmamışdır. İş materiallana əlavə edilmiş ekspert rəyində xəsarətin dərəcəsi göstərilməsə belə, zədələnmənin səbəbinin aparılmış inyeksiyadan sonra yaranmasının istisna edilmədiyi göstərilmişdir. Göstərilənlərə əsasən sözügedən iddia ilə məhkəməyə müraciət etmişdir. İddiasının təmin edilərək qətnamə qəbul edilməsini xahiş edir. Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddia qismən təmin edilərək, Cavabdeh 3058 (üç min əlli səkkiz) manat məbləğində maddi zərərin alınaraq İddiaçı verilməsi və iddianın mənəvi zərərə aid olan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2022-ci il tarixli “Optimed” X23 Səfərlinin müayinəsi nəticəsində onun “psixomotor oyanıqlıq, sağ aşağı ətrafında hərəkət məhdudluğu” diaqnozu ilə ENMQ müayinəsi, qanın ümumi analizi və qanın revmatizmə görə analizi (ASO,SR2, RF) tövsiyyə olunmuş və müalicə məqsədi ilə 3 adda dərmanlar yazılmışdır. “Azərbaycan Elmi-Tədqiqat Travmatalogiya və Ortapediya İnstitutu” PHŞ -in funksional Şöbəsindən alınmış diz oynağının ultrasəs müayinəsi protokolunun surətindən görünür ki, Aydın Səfərli həmin şöbədə müayinə olunuşdur. “Mediplanet” klinikasından alınmış xx.xx.2022-ci il tarixli müayinənin nəticəsinin surətindən görünür ki, Aydın Səfərli həmin klinikada EMQ (tək ətrafı) müayinə olunmuş müayinə olunan sinirlər: sağ N.Tibialis, N.Pereonalis, N.Suralis SensorMotor. Aparılmış müayinələr zamanı: sağ N. Perenoalisin impuls ötürülmə surəti norma daxilindədir. N.X10 surəti azalmışdır, (20%) N.Suralisin Sensor cavabı alımamışdır.Yekun: bu ENMQ-sağ tərəfli Sciatik Nevropatiya (Seqmental Demielnizasiya) ilə xarakterizədir. Tərtər Rayon Prokurorluğunu xx.xx.2022-ci il tarixli, 98-C-22 saylı qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X26 X1 verilmiş xx.xx.2022-ci il tarixli, 614/KES saylı ekspert rəyindən görünür ki, 2020-ci il təvəllüdlü X17 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Aydın Səfərlinin adına Tərtər rayon X11 Hüquqi şəxsdə tibbi sənədlər olmadığından ona təyin olunmuş diaqnozun, aparılmış müayinə və müalicələrin düzgün olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmamışdır. Lakin iş materiallarına əlavə edilmiş məlumatlata əsasən, A.Səfərli xx.xx.2022-ci il tarixdə yüksək bədən hərarəti ilə əlaqədar valideynləri tərəfindən Tərtər Rayon Mərkəzi X19 Şəxsə aparılmışdır. Xəstə həkim tərəfindən müayinə olunmuş, ona resept blankında dərman preparatları təyin edilmiş, stasionar şəraitdə sistem və təyin edilmiş dərman preparatları ineksiya edilmişdir. Bundan sonra evdə olarkən xəstənin sağ ayağında hərəkət məhdudluğu yaranmışdır. Tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, Aydın Səfərli xx.xx.2022-ci il tarixdə “Otimed” Tibb Mərkəzində həkim nevropotoloqun müayinəsində olmuş və ona “Psixomotor oyanıqlıq. Sağ aşağı ətrafda hərəkət məhdudluğu” diaqnozu təyin edilmişdir. Aydın Səfərlinin mütəxəssis müayinəsi zamanı hazırda onda “sağ oturaq sinirin travmatik hissəvi zədələnməsindən sonra qalıq əlamətləri, cüzi əzələ hipotrofiyası ilə” olduğu müəyən edilmişdir ki, bunun da aparılmış inyeksiyadan sonra yaranması istisna edilmir. Tərtər Rayon Prokurorluğundan sorğu edilərək alınmış, X21 Tərtər rayon Mərkəzi Xəstəxanasında dügün tibbi yardım edilməməsi barədə toplanmış 98-C-22 saylı materialda olan Cavabdeh müdafiəçisi Vəkil2 iştirakı ilə verdiyi izahatından görünür ki, o, həmin izahatında 2022-ci ilin sentyabr ayının 8-də saat təxminən 10-11 radələrində növbədə olmadığı və evdə olarkən şöbənin tibb bacısı Gülnarə zəng edərək xəstəxananın baş həkimi Sevda Əliyevanın onu xəstəxanaya çağırdığını bildirmiş, xəstəxanaya gedərkən orada onun növbə iş yoldaşları Xumarə, Rəqibə adlı tibb bacıları, Məhbubə həkim, Rüxsarə həkim və Cəmilə Səfərova, onun oğlu İddiaçı, onun övladı Aydın Səfərlinin olduğunu görmüşdür. Həmin vaxt Cəmilə Səfərovanın onun nəvəsi Aydın Səfərlinin yanına vurduğu iynənin nəticəsindən uşağın ayağında narahatçılıq yarandığını, bu səbəbdən yaranmış fəsadın müalicəsi üçün Bakı şəhərində bir çöx özəl xəstəxanalarda olduğunu və xatırlamadığına görə 1000 manat pul xərclədiyini, nəvəsinin ayağında yaranmış problemin tibb bacısının vurduğu iynədən sonra yarandığını, bu səbəblə Tərtər rayon Mərkəzi Xəstəxanasının həkimlərinə güvənmədiyi üçün bu problemi başqa ixtisaslaşmış özəl müəssisələrində həyata keçirəcəyini, nəvəsinin özəl klinikalarda müalicəsinə maddi cəhətdən köməklik edilməsini xahjiş etmişdir. Bu vaxt Sevda həkim heyəti həmin xərclərin əslində vətəndaş tərəfindən çəkilməli olmadığını, bu sahədə dövlət tərəfindən icbari tibbi sığorta qaydasında xərclərin dövlət vəsaiti hesabına qarşılandığını bildirmişlər. Bu vaxt Cəmilə Səfərova və oğlu İddiaçı narazılıq edərək getmişlər. Ona edilmiş sual cavabda Cavabdeh xx.xx.2022-ci ildə Cəmilə Səfərovanı xatırladığını, lakin uşağa iynə vurmadığı barədə heç nə xatırlamadığını bildirmişdir. Ona olunmuş digər sualda Cavabdeh Aydın Səfərlinin sağlamlığındakı problemlə bağlı pul toplanması ilə bağlı heç bir danışıq olmadığını bildirmişdir. Tərtər Rayon Prokurorluğundan sorğu edilərək alınmış, X21 Tərtər rayon Mərkəzi Xəstəxanasında dügün tibbi yardım edilməməsi barədə toplanmış 98-C-22 saylı materialda olan X3 tərəfindən verilmiş izahatından görünür ki, o, həmin izahatında 2022-ci ilin sentyabr ayının 8-də saat təxminən 10-11 radələrində işdə olarkən baş həkim Sevda Əliyeva onu iş otağına çağırmışdır. Otağa gələrkən sonuncunun oğlu İddiaçı və sonuncunun övladı Aydın Səfərlinin otaqda olduğunu, şikaytləndiyini görmüşdür. Bundan sonra Şöbənin tibb bacıları Təhminə, Xumarə və Rəqibə adlı tibb bacılarının gəldiyini, otaqda Məhbubə həkimin də olduğunu bildirmişdir. Həmin vaxt X4 nəvəsi Aydın Səfərlinin yanına vurduğu iynənin nəticəsindən uşağın ayağında narahatçılıq yarandığını, bu səbəb yaranmış fəsadın müalicəsi üçün Bakı şəhərində bir çox özəl xəstəxanalarda olduğunu, nəvəsinin ayağında yaranmış problemin tibb bacısının vurduğu iynədən sonra yarandığını, bu səbəblə Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə güvənmədiyi üçün bu problemi başqa ixtisaslaşmış özəl tibb müəssisələrində həyata kecirəcəyini bildirmişdir. Onlara uşağa tibbi yardım edib sağaldacaqlarını bildirsələr də, onlar narazılıq edib getmişlər. Ona edilmiş suala cavab olaraq Rüxsarə Mustafayeva xəsətələrə pediatriya şöbəsinin həkimlərin reseptləri əsasında tibbi yardım göstərilir, əsasən iynə vurulur, sistem qoşulur və digər ilkin müalicə işləri aparılır, lakin edilən yardımlarla bağlı heç bir qeydiyyat aparılmadığını bildirmişdir. Ona edilmiş digər suala cavab olaraq X8 Rəhimlidən başqa həmin uşağa tibbi yardım edərək iynə vuran və ya tibbi yardım göstərən olmamışdır. Ona edilmiş digər suala cavab olaraq X15 Səfərlinin sağlamlığındakı problemin həll edilməsi ilə bağlı pul toplanması barədə həkimlər və digər xəstəxana heyyəti arasında söhbət olmuş, lakin bu fikir olaraq qalmış, pul toplanmamışdır. İş materiallarında olan Tərtər Rayon Prokurorluğundan sorğu edilərək alınmış, X21 Tərtər rayon Mərkəzi Xəstəxanasında dügün tibbi yardım edilməməsi barədə toplanmış 98-C-22 saylı materialda olan X5 tərəfindən verilmiş izahatdan görünür ki, 18 avqust 2022ci ildə Cəmilə Səfərova nəvəsi Aydın Səfərlini onun yanına gətirərək uşağın yanına vurulan iynə nəticəsində uşağın ayağının normal açılmadığını, ayağını yığdığını, gəzməkdə çətinlik çəkdiyini bildirmişdir. Bu vaxt həmin sinir problemi ilə bağlı yoxlanıldıqdan sonra diaqnoz qoyula biləcəyini, xəstəxananın uşaq nevropotoloqunun edə biləcəyini bildirmişdir. Lakin onunla razlılaşmamış və Bakı şəhərində müalicə etdirəcəyini blidirmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının 8-də saat təxminən 10-11 radələrində işdə olarkən baş həkim Sevda Əliyeva onu iş otağına çağırmışdır. Otağa gələrkən sonuncunun oğlu İddiaçı və sonuncunun övladı Aydın Səfərlinin otaqda olduğunu, şikaytləndiyini görmüşdür. Bundan sonra Şöbənin tibb bacıları Təhminə, Xumarə və Rəqibə adlı tibb bacılarının gəldiyini, otaqda Rüxsarə həkimin də olduğunu bildirmişdir. Həmin vaxt X4 nəvəsi Aydın Səfərlinin yanına vurduğu iynənin nəticəsindən uşağın ayağında narahatçılıq yarandığını, bu səbəb yaranmış fəsadın müalicəsi üçün Bakı şəhərində bir çox özəl xəstəxanalarda olduğunu, nəvəsinin ayağında yaranmış problemin tibb bacısının vurduğu iynədən sonra yarandığını, bu səbəblə X28 Xəstəxanasının həkimlərinə güvənmədiyi üçün bu problemi başqa ixtisaslaşmış özəl tibb müəssisələrində həyata kecirəcəyini bildirmişdir. Onlar onun yazdığı müalicədən şikayətçi olmadıqlarını, sadəcə Cavabdeh iynəni düzgün vurmadığına görə ondan narazılıq edirdilər. Onlara uşağa tibbi yardım edib sağaldacaqlarını bildirsələr də, onlar narazılıq edib getmişlər. Ona edilmiş suala cavab olaraq Məhbubə Nuriyeva xəstələrə pediatriya şöbəsinin həkimlırinin resptləri əsasında tibbi yardım göstərilir, əsasən iynə vuruluru, sis tem qoşulur və digər ilkin müalicə işləri aparılır. Lakin edilən yardımlarla bağlı heç bir qeydiyyat aparılmır. Ona edilmiş suala cavab olaraq X20 Rəhimlidən başqa həmin uşağa tibbi yardım edərək iynə vuran başqa tibb bacısı olmamışdır. İş materiallarında olan Tərtər Rayon Prokurorluğundan sorğu edilərək alınmış, X21 Tərtər rayon Mərkəzi Xəstəxanasında dügün tibbi yardım edilməməsi barədə toplanmış 98-C-22 saylı materialda olan X18 tərəfindən verilmiş izahatdan görünür ki, 2022-ci ilin sentyabr ayının 8-də saat təxminən 10-11 radələrində işdə olarkən baş həkim Sevda Əliyeva onu iş otağına çağırmışdır. Otağa gələrkən sonuncunun oğlu İddiaçı və sonuncunun övladı Aydın Səfərlinin otaqda olduğunu, şikaytləndiyini görmüşdür. Bundan sonra Şöbənin tibb bacıları Təhminə və Xumarə adlı tibb bacılarının gəldiyini, otaqda Məhbubə həkimin də olduğunu bildirmişdir. Həmin vaxt X4 nəvəsi Aydın Səfərlinin yanına vurduğu iynənin nəticəsindən uşağın ayağında narahatçılıq yarandığını, bu səbəb yaranmış fəsadın müalicəsi üçün Bakı şəhərində bir çox özəl xəstəxanalarda olduğunu, nəvəsinin ayağında yaranmış problemin tibb bacısının vurduğu iynədən sonra yarandığını, bu səbəblə Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkimlərinə güvənmədiyi üçün bu problemi başqa ixtisaslaşmış özəl tibb müəssisələrində həyata kecirəcəyini bildirmişdir. Onlara uşağa tibbi yardım edib sağaldacaqlarını bildirsələr də, onlar narazılıq edib getmişlər. Ona edilmiş suala cavab olaraq Cavabdeh başqa həmin uşağa tibbi yardım edərək iynə vuran başqa tibb bacısı olmamışdır. Belə ki, həmin uşağa iynəni Cavabdeh vurmuşdur. İş materiallarında olan Tərtər Rayon Prokurorluğundan sorğu edilərək alınmış X21 Tərtər rayon Mərkəzi Xəstəxanasında dügün tibbi yardım edilməməsi barədə toplanmış 98-C-22 saylı materialda olan Tərtər rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas X6kunun qəbul etdiyi 06 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 98-C-22 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tamamilə təmni edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsi aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddianın təmin edilməyən hissəsi üzrə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış (araşdırılmamış), məhkəmə tərəfındən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə bu halda nəzərə almamışdır ki, əgər həkim səhvindən pasiyent zərər çəkibsə avtomatik olaraq həm pasiyent, həm də pasiyentin valideynləri və yaxın qohumları həmin pasiyent tam sağalanadək mənəvi iztirab və sarsıntı keçirirlər və bunun sübuta ehtiyacı yoxdur. Çünki bu halda pasiyentin valideynlərinin və ya yaxın qohumlarının həkimə pul xərcləyib-xərcləməməsi hər hansı bir rol oynamır, yəni pul xərclənməsi maddi zərərə bağlıdır ki, məhkəmə də həmin maddi zərərin ödənilməsi barədə qətnamə çıxartmışdır. Elə bu maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılması mənəvi zərərin də ödənilməsinə dair qətnamə çıxarılmasını labüd edir. Lakin məhkəmə nədənsə maddi zərərin ödənilməsi barədə qətnamə çıxartsa da, mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxartmamışdır. Halbuki, pasiyentin həkim səhvi nəticəsində maddi zərər çəkməsi avtomatik olaraq onun özünün, valideynlərinin və yaxın qohumlarının pasiyent tam sağalanadək mənəvi iztirab və sarsıntı içərisində olmaları deməkdir. Yəni bu hallar hamıya bəlli olan hallar hesab olunur və onun əlavə sübuta ehtiyacı da yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rəd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam, hərətərəfli və obyektiv araşdırmamış, iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qətnamə qanunsuz və əsassız olduğu üçün hesab edir ki, apellyasiya instansiya məhkəməsi qaydasında ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 05 avqust 2022-ci il tarixdə, saat 02 radələrində oğlu Aydının hərarəti yüksəldiyinə görə onu Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Aydına "Parasetamol" həbinin yarısını bölüb içərək istifadə etmək tövsiyə edilmişdir. Ona həmin qaydada dərman preparatını versələr də, Aydının hərarəti mütəmadi olaraq enibqalxmışdır. 10 avqust 2022-ci il tarixdə Aydının hərarəti 39 dərəcəyə yüksəldiyinə görə onun pnevmoniya keçirməsindən qorxaraq saat 10:30 radələrində anası X9 ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada sahə həkimi Məhbubə Aydını müayinə etmiş, yekunda sistem və antibiotik verilməsi üçün resept tərtib etmişdir. Xəstəxananın qarşısındakı "DEPOVİT" aptekindən qeyd edilən dərmanları alıb xəstəxanaya qayıdanda Məhbubə həkim ona uşağı və dərmanları 3-cü mərtəbəyə qaldırmağı, orada müalicə edib iynə vuracaqlarını demişdir. 3-cü mərtəbəyə qalxdıqda Təhminə adlı tibb bacısı qarşılarına çıxmış və Təhminəyə dərmanları verərək iynəni kimin vuracağın soruşduqda Təhminə özü vuracağını və iynə otağına getməli olduqlarını bildirmişdir. Təhminə öncə Aydının hərarətini ölçdükdə 38 dərəcə olduğunu müəyyən olunmuşdur. Bundan sonra resept əsasında alınan dərman vasitələrindən sistem şəklinə salınmış şüşə qabda olan məhlulu Aydının qolunun bükümündən venaya iynə daxil edərək köçürməyə başlamışdır. Təxminən 10-15 dəqiqə ərzində həmin qabdakı məhlulun yarısı köçürüldükdən sonra Aydın sakit durmadığına görə Təhminə iynəni çıxardaraq 5-6 dəqiqədən sonra onun yanına prob qoyaraq 5 dəqiqə gözləmiş, bundan sonra bir ədəd antibiotiki iynə şəkilində sağ yanına vurmuşdur. Bundan sonra Aydını taksi maşını ilə evə gətirmişlər. Həmin gün günorta Aydın yemək yedikdən sonra yatmış, saat 18 radələrində Aydın ayılıb gəzmək istəyəndə sağ ayağının yığıldığını və axsadığını görmüşlər. Guya cavabdehin səhlənkarlığı üzündən X7 inyeksiya etdiyinə görə onun müayinə və müalicəsinəsinə 3058 manat xərc çəkmişlər. Əslində isə onun Aydına göstərdiyi tibbi xidmətlə əlaqədar olaraq ona heç bir zərər vurmamışdır. İddiaçı öz arzusu ilə Aydını özünün dediyinə görə müxtəlif xəstəxanalara aparıb müalicə və müayinə etdirmişlər. Bundan başqa məhkəmə kollegiyasının diqqətinə çatdırmağı zəruri hesab edir ki, Aydının səhhətində hər hansısa bir narahatçılıq yaranmışdırsa uşağın İcbari Tibbi Sığorta üzrə X24 Ərazi Bölmələri İdarəetmə Birliyi "Tərtər Rayon Mərkəzi Xəstəxanası"-da müalicə və müayinə edilməsi mümkün idi. Həmçinin iddiaçı ümumi sözlərlə iddia ərizəsində çəkdiyi xərcləri göstərsə də, lakin bu barədə məhkəməyə heç bir ödəniş qəbzi (sübut və dəlil) təqdim etməmişdir. Qeyd etmək istiyir ki, işə baxan hakim şifahi vəsatətlərini təmin etməmiş, məhkəmə araşdırmasının yekunlaşdırılması barədə tərəflərin fikirlərini dinləmədən məhkəmə araşdırmasını yekunlaşdırmışdır. Belə olan halda hakimə etiraz verilsə də etiraza məhkəmənin sədri tərəfındən baxılmalı olduğu halda etiraz elə həmin hakimin özü tərəfındən həll edilmiş və nəticə etibarı ilə əsassız olan qətnamə qəbul edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə qeyd etmişdir ki, aparılmış müalicələrdən sonra övladının sağlamlığı demək olar ki, bərpa olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin göstərdiyi tibbi xidmətlə əlaqədar olaraq iddiaçıya zərər vurulmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş üzrə cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazında Aydın Səfərliyə inyeksiyanın onun tərəfindən aparıldığını etiraf etməklə yanaşı, Tərtər rayon Prokurorluğunda aparılmış araşdırma üzrə izahatları alınmış şəxslərin izahatları ilə də Aydın Səfərliyə inyeksiyanın onun tərəfindən edilməsi öz təsdiqini tapmış, lakin onun əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir. Tərtər Rayon Prokurorluğunda şikayət üzrə aparılmış araşdırma ilə əlaqədar əldə edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X26 X2 xx.xx.2022-ci il tarixli, 614/KES saylı ekspert rəyi ilə Aydın Səfərlinin “sağ oturaq sinirin travmatik hissəvi zədələnməsindən sonra qalıq əlamətləri, cüzi əzələ hipotrofiyası ilə” müşayiət olunan hərəkət məhdudluğunun aparılmış inyeksiyadan sonra yaranması istisna edilməməklə, qeyd olunan hərəkət məhdudluğunun qeyd olunan səbəblərdən yaranması da işin faktiki hallarına uyğun olmaqla, hərəkət məhdudluğunun digər hər hansı bir səbəbdən yaranması ehtiamlı da iş materialları ilə müəyyən edilməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Aydın Səfərlinin “sağ oturaq sinirin travmatik hissəvi zədələnməsindən sonra qalıq əlamətləri, cüzi əzələ hipotrofiyası ilə” müşayiət olunan hərəkət məhdudluğu məhz cavabdeh tərəfindən inyeksiyanın düzgün aparılmaması səbəbindən yaranmışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan şikayətin dəlilini əsassız hesab etmişdir. Lakin, məhkəmə kollegiyası iddiaçının övladının müalicəsi üçün 3058 manat xərc çəkməsinin sübut olunmaması ilə bağlı şikayət dəlilini qismən əsaslı hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində onun tərəfindən təxminən 1355 manat taksi xidmətlərinə,1703 manat isə həkim müayinəsi və müalicəsinə olmalqa, cəmi 3058 manat pul xərclədiyini qeyd etsə də xərc sənədlərinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən məhkəməyə həkim müayinələrində olmağa, analizlərin verilməsinə, elektrofarez və masaj müalicələrinin aparılması üçün həkim göstərişlərinə dair sənədlər və dərmanların alınması üçün həkimlər tərəfindən yazılmış retseplər məhkəməyə təqdim edilmişdir ki, iddiaçının taksi xidmətlərindən istifadə etməklə yanaşı qeyd olunan müalicə tədbirəri üçün də pul xərclədiyi aşkardır. Buna görə də məhkəmə kollegiyası həmin xərcləri ağılabatan məbləğdə, yəni cəmi 1300 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini isə qismən əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi mənəvi zərər hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı maddi zərər vurulması ilə bağlı hər hansı həyəcan keçirərək həkimə müraciət etməsi və bununla bağlı səhhətində problemlər yaranmaqla mənəvi iztirab və sarsıntı keçirməsini, nəticədə hər hansı bir məbləğdə vəsait xərcləməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instaniya məhkəməsinin gəldiyi nəticə və həmin nəticəni əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd olunduğu kimi mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh tərəfindən inyeksiyadan düzgün aparılmaması səbəbindən iddiaçının azyaşlı övladı Aydın Səfərlinin “sağ oturaq sinirin travmatik hissəvi zədələnməsindən sonra qalıq əlamətləri, cüzi əzələ hipotrofiyası ilə” müşayiət olunan hərəkət məhdudluğu məhz yaranmışdır ki, düzgün tibbi xidmətin göstərilməməsi səbəbindən şəxsin övladında hər hansı bir fiziki qüsurun yaranması və bu qüsurun qalıcı olma ehtimalını güman etməsi halı belə onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur ki, bu hal da şəxsin mənəvi iztirab və sarsıntı keçirməsi üçün kifayət edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı iddiaçıya mənəvi zərər vurulması işin faktiki halları ilə təsdiq olunmaqdadır. Məhkəmə kollegiyası mənəvi və fiziki iztirabların xarakterini, cavabdehin təqsirini və işin digər hallarını nəzərə alıaraq hesab edir ki, 500 manat məbləğində mənəvi zərərin müəyyən edilməsi ağılabatan olmaqla, ədalətli hesab olunur. Buna görə də mənəzvi zərər tələb hissəsində iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərər məbləği tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilərək Cavabdeh 1300 manat maddi və 500 manat mənəzvi zərər məbləği olmaqla, cəmi 1800 manat alınaraq İddiaçı ödənilməlidir. Həmçinin, iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunması nəzərə alınaraq, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, 17,81 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(061)-470/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1300 manat maddi və 500 manat mənəvi zərər məbləği olmaqla, cəmi 1800 (min səkkiz yüz) manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikyətləri qalan hissələrdə təmin edilməsin. Cavabdeh 17,81 (on yeddi manat, 81 qəpik) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülsün. Qətnamədən cavabdeh tərəfindən və iddianın maddi zərər məbləği hissəsindən iddiaçı tərəfindən şikayət verilə bilməz. Qətnamədən, iddianın təmin ediməyən mənəvi zərər məbləği hissəsindən iddiaçı tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.