Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2254/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5222 /2024 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri X2 18 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 nömrəli qərardadı ilə (sədrlik edən hakim Ə.Məmmədov) ərizəçi İddiaçı əri X2 18 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Ərizəçi İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-5222/2024 saylı qərardadı prosessual hüquq pozuntuları ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, ərizəsində də göstərmişdir ki, X1 Federasiyasında vəfat etmiş və bu barədə xx.xx.2023-cü ildə 695 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Ərizəçi işin bu halını təsdiq edən sübut kimi X2 ölümü barədə tərtib edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətini ərizəsinə əlavə etmişdir. Həmin sənəddə qeyd edilmişdir ki, 07 dekabr 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşı olan X4 18 dekabr 2022-ci ildə ölmüşdür. Göründüyü kimi, Rusiya Federasiyası vətəndaşı olan X2 ölümü başqa dövlətin ərazisində fəaliyyət göstərən müvafiq qurum tərəfindən qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, X2 18 dekabr 2022-ci il tarixdə ölməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi yolverilməzdir. Lakin məhkəmə qərardad qəbul edərkən işi tam və hərtərəfli araşdırmamış və nəzərə almamışdır ki, məhkəmənin istinad etdiyi və ərizəçinin təqdim etdiyi X2 ölüm haqqında şəhadətnaməsi Rusiya Federasiyası tərəfindən deyil, qondarma Donetsk Xalq Respublikasının qondarma Ədliyyə Nazirliyi tərəfindən verilmişdir. Qeyd etmək istəyir ki, qondarma Donetsk Xalq Respublikasını dünya ölkələri, həmçinin Azərbaycan Respublikası tanımır və qondarma Donetsk Xalq Respublikası tərəfindən verilən sənədlərin, onların vəziyyətində isə ölüm haqqında şəhadətnamənin hüquqi sənəd kimi Azərbaycan Respublikasında heç bir hüquqi əhəmiyyəti və qüvvəsi yoxdur. Belə olan halda dünya ölkələri, həmçinin Azərbaycan Respublikası tərəfindən tanınmayan qondarma Donetsk Xalq Respublikası tərəfindən verilən X2 ölüm haqqında şəhadətnaməsinin Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının Qanunvericiliyinə ziddir. Göründüyü kimi, məhkəmə qərardad qəbul edərkən işi tam və hərtərəfli araşdırmamış, iş üçün əhəmiyyətli olan bütün xüsusatları nəzərə almamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)- 5222/2024 saylı qərardadı tam, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)- 5222/2024 saylı qərardadı qismən, ərizəçi İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, ərizəçi İddiaçı əri X2 18 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, X1 Federasiyasında vəfat etmiş və bu barədə xx.xx.2023-cü ildə 695 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Ərizəçi işin bu halını təsdiq edən sübut kimi X2 ölümü barədə tərtib edilmiş “ölüm haqqında şəhadətnamə”nin surətini ərizəsinə əlavə etmişdir. Həmin sənəddə qeyd edilmişdir ki, 07 dekabr 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşı olan X4 18 dekabr 2022-ci ildə ölmüşdür. Göründüyü kimi, Rusiya Federasiyası vətəndaşı olan X2 ölümü başqa dövlətin ərazisində fəaliyyət göstərən müvafiq qurum tərəfindən qeydə alınmışdır. Belə olan halda, X2 18 dekabr 2022-ci il tarixdə ölməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi yolverilməzdir. Lakin məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin təqdim etdiyi X2 ölüm haqqında şəhadətnaməsi Rusiya Federasiyası tərəfindən deyil, beynəlzalq aləmdə tanınmayan Donetsk Xalq Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmişdir. Donetsk Xalq Respublikasını Dünya Ölkələri, həmçinin Azərbaycan Respublikası rəsmi olaraq tanımır və Donetsk Xalq Respublikası tərəfindən verilən sənədlərin, o cümlədən təqdim edilən ölüm haqqında şəhadətnamənin hüquqi sənəd kimi Azərbaycan Respublikasında heç bir hüquqi əhəmiyyəti və qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və bununla da, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 saylı qərardadı tam, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 saylı qərardadı qismən, ərizəçi İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, ərizəçi İddiaçı əri X2 18 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi İddiaçı şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 saylı qərardadı tam, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)-5222/2024 saylı qərardadı qismən, ərizəçi İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(125)- 5222/2024 saylı qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi hissəsində ləğv edilsin. Ərizəçi İddiaçı əri X2 18 dekabr 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2254/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2254/2024
14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver