Məhkəmə qərarları › İş №2(104)-2262/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2262/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2262/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı giriş-çıxış yolunun açılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 316/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən 30 iyun 2020-ci il tarixli, **********7 qeydiyyat nömrəli, çıxarışa əsasən ümumi paylı mülkiyyətində olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi naturada bölünərək İddiaçı 2/9 hissədə payı ümumi torpaq sahəsinin ayaq hissəsindən ölçülərək 26,5m x 28,7m x 32m x 41,7 metr ölçüdə olmaqla ümumi torpaq sahəsindən naturada ayrılması və İddiaçı adına qeydə alınması, ümumi torpaq sahəsinin qalan hissəsinin Cavabdeh mülkiyyətində saxlanılması qət edilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 12 iyun 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,0991 ha torpaq tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli Çıxarışa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə, faktiki olaraq fərdi şəkildə müstəqil olaraq gediş-gəliş yolu mövcud deyildir. İddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi torpaq sahəsi, elektron kadastr məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən yol kimi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi 0.0244 ha torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olaraq göstərilmiş, lakin həmin sahədə gedişgəliş yolu göstərilməmişdir. Kəndin daxilində, ümumi istifadədə olan gediş-gəliş yolundan ayrılaraq, fərdi olaraq müstəqil şəkildə iddiaçının gediş-gəliş yolu kimi İstifadə etmək istədiyi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və eyni zamanda, **********90 şeyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahəsi, cavabdehin faktiki istfadəsindədir. Əlavə olaraq qeyd edək ki, **********90 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə gediş-gəliş yolu, faktiki olaraq yalnız **********60-10301 teyesir nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mövcuddur ki, həmin yol Cavabdeh mülkiyyətində olun torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2025-ci il tarixli 10/808 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli Çıxanşa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə, faktiki olaraq fərdi şəkildə müstəqil olaraq gediş-gəliş yolu mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən yolu kimi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi 0.0244 ha torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olaraq göstərilmiş, lakin həmin sahədə gediş-gəliş yolu göstərilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, kəndin daxilində, ümumi istifadədə olan gedişgəliş yolundan ayrılaraq, fərdi olaraq müstəqil şəkildə iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və eyni zamanda, **********90 şeyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahəsi, cavabdehin faktiki istifadəsindədir. Əlavə olaraq qeyd edək ki, **********90 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə gediş-gəliş yolu, faktiki olaraq yalnız **********60-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mövcuddur ki, həmin yol Cavabdeh mülkiyyətində olun torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir.

5. xx.xx.2017-ci il tarixli Vəsiyyətnaməsindən görünür ki, Daşkəsən Rayon Xoşbulaq kəndində yaşayan X7 həmin vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Daşkəsən Rayon Xoşbulaq kəndində yaşayan oğlu İddiaçı vəsiyyət etmişdir.

6. № 04/1155 nömrəli arayışından görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.0991 ha torpaq sahəsi 08 iyun 2023-cü il tarixinə bazar dəyəri 5000(beş min) manat təşkil edir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs Çıxarışın sürətindən görünür ki. Cavabdeh payının 104.3kv.m tikili bütövlüklə 0.45 ha torpaq sahəsinin 7/9 hissəsi, İddiaçı payına isə 0.45 ha torpaq sahəsinin 2/9 hissəsi təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, ona məxsus 2/9 hissədə (0,10 ha) torpaq sahəsinin giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.0991 ha torpaq sahəsi Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusudur. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kateqoriyalarına daxildir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 7/9 hissədə, onun 2/9 hissədə ümumi payı mülkiyyətdə olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi naturada bölünərək onun 2/9 hissədə (0,10ha) payı ümumi torpaq sahəsinin ayaq hissəsindən ölçülərək 26,5m x 28,7m x 41 metr ölçüdə olmaqla ümumi torpaq sahəsindən naturada ayrılmaqla İddiaçı adına qeydə alınması və ümumi torpaq sahəsinin qalan hissəsi Cavabdeh mülkiyyətində saxlanması qət edilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin giriş-çıxış yolunu bağlayıb. O, mülkiyyətində olan torpaq sahəsinə yolun bağlı olmasında istifadə etmək üçün girib çıxa bilmir, nəticədə mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.

10. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025--ci il tarixli 2(030)-14/2025 saylı qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia tələbinin təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən 01 avqust 2025-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirilmişdir. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri bir-biri ilə qonşudurlar. İddiaçıya məxsus olan və naturada bölünmüş torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsindən aşağı hissədə yerləşir. Torpaq sahələri iki hissəyə bölündükdən sonra kəndin daxilində, ümumi istifadədə olan gediş-gəliş yoluna çıxış olan ərazi Cavabdeh mülkiyyətində olan hissədə qalmışdır. Belə ki, iş üzrə mütəxəssis və ekspert rəyləri, mübahisəli ərazinin yerində müayinəsi və digər sübutlarla müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli çıxarışa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə, faktiki olaraq fərdi şəkildə müstəqil olaraq gediş-gəliş yolu elektron kadastr məlumat bazasında mövcud olan xəritə və layihələrdə nəzərdə tutulmamışdır. İşin faktiki hallarından göründüyü kimi, hazırda İddiaçı ilə Cavabdeh mülkiyyətində olan torpaq sahələri əvvəllər tam şəkildə olmuşdur. Həmin torpaq sahəsi Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən naturada paylara bölünmüşdür. Bölünmə nəticəsində torpaq sahəsindən iddiaçının 2/9 hissədə olan payı torpaq sahəsinin aşağı hissəsindən ayrılmışdır. Yəni torpaq sahəsi tam şəkildə olmuş və həmin torpaq sahəsinin yalnız bir gediş-gəliş yolu olmuşdur. Lakin, torpaq sahəsi iki hissəyə bölündükdən sonra kəndin daxilində ümumi istifadədə olan gediş-gəliş yoluna çıxış olan ərazi Cavabdeh mülkiyyətinə verilmiş hissədə qalmışdır. Həmin yoldan Cavabdeh hal-hazırda da, istifadə edir. Torpaq sahəsi iki hissəyə bölündükdən sonra iddiaçının mülkiyyətinə verilmiş sahəyə yolun açılması məsələsi mübahisəyə çevrilmişdir. Ekspert və mütəxəssis rəylərində də, göstərilmişdir ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi yol Qasım Qoşqar oğlunun mülkiyyətində olan torpaq sahəsindən və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir. Beləliklə, iş üzrə sübutlarla təsdiqini tapır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yolu kimi istifadə etmək istədiyi yol cavabdeh tərəfindən özbaşına olaraq bağlanmamışdır. İddiaçı mülkiyyətində olan əraziyə əvvəlki yoldan istifadə etməklə keçməsi Cavabdeh mülkiyyətində olan ərazidən keçməklə mümkündür. Əgər, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə kəndin daxilində ümumi istifadədə olan gediş-gəliş yoluna çıxışı bələdiyyə mülkiyyətində olan ərazidən əldə etmək istədiyi halda bu barədə yerli bələdiyyə orqanına müraciət etmək hüququ vardır.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18, 47.3, Mülki Məcəllənin 152.5, 170.1, 175.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Daşkəsən Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin iş № 2(030)-14/2025 nömrə xx.xx.2025ciil tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon Məhkəməsinin iş № 2(030)-14/2025 nömrə xx.xx.2025-ciil tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı iddia tələbi təmin edilməmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi xx.xx.2019-cu ildə vəfat etmiş atası X4 adına olmuşdur. X1 vəfatından iki il əvvəl özünə məxsus bütün daşınar və daşınmaz əmlakını iddiaçıya vəsiyyət etmiş və bu barədə Gəncə şəhəri 5 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, E-31226 nömrə ilə vəsiyyətnamə vermişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi naturada bölünərək onun 2/9 hissədə (0,10 ha) payı ümumi torpaq sahəsinin ayaq hissəsindən ölçülərək ümumi torpaq sahəsindən naturada ayrılması və onun adına qeydə alınması, ümumi torpaq sahəsinin qalan hissəsinin Cavabdeh mülkiyyətində saxlanılması qət edilmişdir. Cavabdeh atasının ölümündən sonra atasından qalan miras əmlakı zəbt edib torpaq sahəsinin giriş-çıxış yolunu bağlamışdır. X2 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsinin 2/9 hissəsi, yəni 0,10 ha hissəsinin ona ayrılıb verilməsinə və iddiaçıya məxsus olmasına baxmayaraq, Cavabdeh həmin torpaq sahəsindən onun istifadə etməyinə imkan vermir. Mülkiyyətinə verilmiş torpaq sahəsinə gedib-gələ bilmir. İddiaçını öldürəcəyi ilə hədələyir. Hüquqlarını pozmuşdur. Göründüyü kimi atasından miras qalmış torpaq sahəsindən qanunsuz olaraq tam istifadə edir. Məhkəmə bu halı nəzərə almamışdır. Halbuki, ona məxsus torpaq sahəsinə yol Cavabdeh hazırda yaşadığı evin arxa tərəfindən keçmişdir. Birinci instansiya məhkəməsi isə evə baxış keçirərkən yolun evin qabaq tərəfindən olmasını bildirmişdir. O, həmin miras evdə doğulub böyümüşdür və evə giriş çıxış yolu həmişə evin arxasında olmuşdur. Evin qabağından sahəyə giriş-çıxış yoxdur. Ona görə belə hesab edir ki, Daşkəsən Rayon Məhkəməsnin 25 sentyabr 2025-ci il tarixli qətnaməsini qanunsuz hesab etmişdir. Onun torpaq sahəsindən istifadə edə bilməməyi barədə məhkəmə heç bir hüquqi əsaslandırmamışdır. Məhkəmə Cavabdeh atasının ölümündən sonra atasından qalan miras əmlakı zəbt edib torpaq sahəsinin giriş-çıxış yolunu bağlamasını X2 miras qalmış Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsinin 2/9 hissəsi, yəni 0,10 ha hissəsinin ona ayrılıb verilməsinə və iddiaçıya məxsus olmasına baxmayaraq, Cavabdeh həmin torpaq sahəsindən onun istifadə etməyinə imkan verməməsini nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən, İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 5 ildir torpaq sahəsi ona verilsə də, həmin torpaq sahəsinə onun girişinə maneələr yaradılır. Həmin torpaq sahəsi onlara atalarından miras qalmışdır.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

21. 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

22. 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

23. 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

24. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

25. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.

26. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

27. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-14/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

40. İşin hallarından müəyyən olunur ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,45 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi tərəflərin valideynlərindən miras qalmış, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-316/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə daşınmaz əmlakın dövlət reyestrindən 30 iyun 2020ci il tarixli, **********7 qeydiyyat nömrəli, çıxarışa əsasən ümumi paylı mülkiyyətində olan, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi naturada bölünərək İddiaçı 2/9 hissədə payı ümumi torpaq sahəsinin ayaq hissəsindən ölçülərək 26,5m x 28,7m x 32m x 41,7 metr ölçüdə olmaqla ümumi torpaq sahəsindən naturada ayrılması və İddiaçı adına qeydə alınması, ümumi torpaq sahəsinin qalan hissəsinin Cavabdeh mülkiyyətində saxlanılması qət edilmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən, ona məxsus 2/9 hissədə (0,10 ha) torpaq sahəsinin giriş-çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi iki hissəyə bölündükdən sonra iddiaçının mülkiyyətinə verilmiş sahəyə yolun açılması məsələsi mübahisəyə çevrilmişdir. Ekspert və mütəxəssis rəylərində də göstərilmişdir ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi yol Qasım Qoşqar oğlunun mülkiyyətində olan torpaq sahəsindən və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir. Beləliklə, iş üzrə sübutlarla təsdiqini tapır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yolu kimi istifadə etmək istədiyi yol cavabdeh tərəfindən özbaşına olaraq bağlanmamışdır.

42. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavadbehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi mövcud olmuş yolun açılması ilə bağlı olmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən yol kimi nəzərdə tutulması müəyyən edilməmişdir. İddiaçının yol kimi açılmasını tələb etdiyi sahə isə yol olmamaqla, cavabdehin və bələdiyyənin xüsusi mülkiyyətdə olan torpaq sahəsi olmuşdur. Buna görə də, iddiaçının tələbi əsassız olmuşdur.

43. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2025-ci il tarixli 10/808 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********90 reyestr nömrəli Çıxanşa əsasən, Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində, İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə, faktiki olaraq fərdi şəkildə müstəqil olaraq gediş-gəliş yolu mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən yol kimi nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədyi 0.0244 ha torpaq sahəsi, elektron kadasır məlumat bazasında mövcud olan xəritə və layihələrə istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olaraq göstərilmiş, lakin həmin sahədə gediş-gəliş yolu göstərilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 20 noyabr 2024-cü il tarixli 3-21-3-33/2-12524/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, kəndin daxilində, ümumi istifadədə olan gediş gəliş yolundan ayrılaraq, fərdi olaraq müstəqil şəkildə iddiaçının gediş-gəliş yolu kimi istifadə etmək istədiyi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və eyni zamanda, **********90 şeyestr nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahəsi, cavabdehin faktiki istifadəsindədir. Əlavə olaraq qeyd edək ki, **********90 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0991 ha torpaq sahəsinə gediş-gəliş yolu, faktiki olaraq yalnız **********60-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən mövcuddur ki, həmin yol Cavabdeh mülkiyyətində olun torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin qarşısından keçir.

44. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri bir-biri ilə qonşudurlar. İddiaçıya məxsus olan və naturada bölünmüş torpaq sahəsi cavabdehə məxsus torpaq sahəsindən aşağı hissədə yerləşir. Torpaq sahələri iki hissəyə bölündükdən sonra kəndin daxilində, ümumi istifadədə olan gediş-gəliş yoluna çıxış olan ərazi Cavabdeh mülkiyyətində olan hissədə qalmışdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 175-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Maddənin məzmunundan da göründüyü kimi, zəruri keçid müvafiq kompensasiya verilməklə ayrılır. İddiaçının isə müvafiq kompensasiya verilməklə zəruri keçid ayrılması ilə bağlı tələbi mövcud olmamışdır.

46. Kollegiya qeyd edir ki, iddiaçının torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi üçün cavabdehlə servituta dair müqavilə bağlamaq hüququ da mövcuddur ki, o cümlədən hazırkı iş üzrə mübahisə servitut verilməsi və servitut üzrə haqqın miqdarının müəyyənləşdirilməsi ilə də bağlı olmamışdır.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi :

Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-14/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-14/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar