Məhkəmə qərarları › İş №2(104)-2267/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2267/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2267/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(066)-996/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən 11 yanvar 2024-cü il tarixli 058221 nömrəli akt əsasında qanunsuz hesablanmış 1743 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(066)-996/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 1743 (min yeddi yüz qırx üç) manat məbləğində borcun İddiaçı abunə hesabından (abonent kodu: **********3 olan) silinməsi; Cavabdeh "xxxx" ASC-dən hüquqi yardım üçün ödənilmiş pula görə 320 (üç yüz iyirmi) manat məbləğində pul alınıb, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-2267/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Göygöl Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 28 noyabr 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı vəkili Vəkil tərəfindən məhkəmə iclas protokoluna qeyd verilmişdir. Ona görə də mülki işin Göygöl Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 mülki işin apellyasiya baxışından çıxarılaraq Göygöl Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-2267/2024 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı vəkili Vəkil tərəfindən məhkəmə iclas protokoluna verilmiş qeydə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 274.1-ci maddəsinə əsasən, protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 274, 384 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(104)-2267/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli 2(066)-996/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-2267/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə İddiaçı vəkili Vəkil tərəfindən məhkəmə iclas protokoluna verilmiş qeydə baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar