Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2273/2023 25.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Məmmədov Ədil İsa oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, e-2(125)-3214/2023 saylı qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1880 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun, cəmi 1919 manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, əldən çıxmış fayda olaraq 1500 manat, nəqliyyat xərcləri olaraq 500 manat və mənəvi zərər olaraq 1000 manat olmaqla, ümumilikdə 3000 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-3214/2023 saylı qərardadı ilə (hakim C.Tağıyev) ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-3214/2023 saylı qərardadından narazı qalan ilk iddia üzrə İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi məhkəmə MPM-in 259.0.6-cı və 259.0.7-ci maddəsini tətbiq edərkən səhv nətiəcyə gəlmişdir. Belə ki, qanunvericiliyin mənasından aydın görünür ki, iddia tələbi üzrə tərəflərdən heç biri iştirak etmədikdə ərizə baxılmamış saxlanılır. Halbuki ilkin iddia tələbi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə baxışında iştirak etmişdir. Həmçinin qanunvericiliyin mənasından aydın görünür ki, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Halbuki mülki iş üzrə məhkəmənin birinci çağırışı xx.xx.2023-cü il tarixində olmuş və həmin məhkəmə iclasındaştirak etmişdir. Həmçinin MPM-in 185.4-cü maddəsində həmin məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrinin tətbiqi şərtlərini müəyyən etmişdir. Belə ki, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Göründüyü kimi mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması yəni MPM-nin 259.0.6 və 259.0.7-ci maddəsinin tətbiq edilmsi üçün iddiaçının təkrar olaraq məhkəmə iclasına gəlməməsi şərtləndirilmişdir. İşin hallarına baxdıqda isə aydın görünü rki, mülki iş üzrə 2 dəfə məhkəmə iclası təyin edilmiş və o mülki iş üzrə xx.xx.2023-cü il tarixində keçirilmiş ilkin hazırlıq iclasında şəxsən iştirak etmişdir. Lakin üzrlü səbəbdən növbəti məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Onu da qeyd etmək istəyir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia ərizəsində cavabdeh İddiaçı tərəfindən ona 3000 manat məbləğində maddi və mənəvi zərərinin vurulduğunu bildirmişdir. Lakin nədənsə xx.xx.2023-cü il tarixli məhkəmə baxışında iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Demək ki, mülki işin əsassız olaraq süni şəkildə uzanması birbaşa ilkin iddia tələbi üzrə Cavabdeh xeyrinədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3214/2023 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli və mülki iş yenidən icraata götürülərək mahiyyəti üzrə qətnamə qəbul edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(125)-3214/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(125)- 3214/2023 saylı qərardadı və həmin qərardadla 25 avqust 2023-cü il tarixli, 2(125)-3214/2023 saylı qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı mülki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş ilkin hazırlıq iclasında iştirak etmiş, lakin üzrlü səbəbdən növbəti məhkəmə iclasında iştirakının mümkün olmadığını qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticənin əsaslandırması ilə razılaşmayarq ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 21ci bəndində qeyd edildiyi kimi Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İlk iddia üzrə İddiaçı Gəncə Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, e- 2(125)-3214/2023 saylı qərardadından şikayət vermiş, biricni instansiya məhkəməsi şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxsa da gəldiyi nəticənin əsaslandırması Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsi çərçivəsində omuş, şikayətin dəlillərinə isə münasibət bildirməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən iddiaçı baxılmamış saxlanılma barədə qərardadın ləğvinə dair vəsatət verdiyi təqdirdə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsinə dair sübutlar təqdim etməsi vəzifəsini daşımaqdadır. Məhkəmə kollegiyası şikayətin dəlillərini isə əsaslı hesab edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-cı maddəsinə əsasən isə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması üçün iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsi halı mövcud olmalıdır. Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə müvafiq olaraq Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması üçün isə iddiaçının məhkəmənin birinci çağırışına gəldikdən sonrakı çağırışlarına təkrarən gəlməməsi halı mövcud olmalıdır. Yəni, hazırkı iş üzrə məhkəmənin birinci çağırışı 28 aprel 2023-cü il tarixinə olmuş, iddiaçı həmin məhkəmə iclasında iştirak etmiş, 26 may 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi məhkəmə iclasını təxirə salmalı olduğu halda, iddia ərizəsini baxılmamış saxlamışdır. Halbuki, birinci instansiya məhkəməsi məhkəmə iclasını təxirə salmaqla, iddiaçı növbəti məhkəmə iclasına gəlmədiyi təqdirdə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı ola bilərdi. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsini hansı əsasla baxılmamış saxlaması isə ümumiyyətlə anlaşılan olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qarşılıqlı iddiaçı məhkəmə iclaslarında iştirak etmiş, lakin qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair məhkəməyə ərizə verməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(125)-3214/2023 saylı qərardadı və həmin qərardadla 25 avqust 2023-cü il tarixli, 2(125)-3214/2023 saylı qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(125)-3214/2023 saylı qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2(125)-3214/2023 saylı qərardadı və həmin qərardadla bağlı Gəncə Şəhər Məhkəməsinin 25 avqust 2023-cü tarixli, 2(125)-3214/2023 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2273/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2273/2023
25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver