Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2274/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı nCavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 65 560 manat məbləğində pulun və ödənilmiş 286,68 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 65 560 manat məbləğində pul tələbinin Daşkəsən rayonunda yerləşən çayxananın tikintisi üçün apardığı tikinti və təmir işləri, çayxanınının özəlləşdirilməsi, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 6 saylı mənzilinin və Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilinin alınması ilə bağlı çəkdiyi xərcin Cavabdeh alınıb İddiaçı ödənilməsinə dair hissədə xitam verilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadının surəti xx.xx.2023-cü il tarixində məhkəmə qəbzinə İddiaçı şəxsən imza etdirilərək təqdim olunmuşdur. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayətdə Daşkəsən Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(030)-334/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-334/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-334/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbz şikayətə əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Qərardad xx.xx.2023-cü il tarixində poçt vasitəsi ilə rəsmi surətdə tərəflərə göndərilmişdir. İddiaçı Daşkəsən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(030)- 334/2023 saylı qərardadının surəti xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə şəxsən təqdim olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Daşkəsən Rayon Məhkəməsi tərəfindən həmin ərizəyə xx.xx.2023-cü il tarixdə baxılmış, lakin prosessual müddət İddiaçı üçün Daşkəsən Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadından şikayət verilməsi üçün yox, səhvən işə aidiyyəti olmayan X1 nümayəndəsi X2 münasibətdə, həm də bu işə bağlılığı olmayan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(030)-440/2022 saylı qətnaməsindən şikayət verilməsi üçün bərpa edilərək, iş materialları Daşkəsən Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadından verilmiş şikayətə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(030)-334/2023 saylı qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş materialları Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi buraxılmış müddəti bərpa etsə də, qərardadın təsviri və nəticə hissəsində hazırkı işə aid olmayan tələb üzrə başqa şəxs barəsində ötürülmüş müddəti bərpa etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iş üzrə ziddiyyətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmçinin 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş materialı həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Daşkəsən Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(030)-334/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)– 334/2023 saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə baxılması üçün iş materialları Daşkəsən Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2274/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2274/2023
20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver