Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2280/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: tapşırıq müqaviləsi; öhdəliyin lazımi qaydada icra olunmaması; sübutetmə yükü Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2(045)-1345/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 fevral 2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Goranboy rayon X2 bölməsinin müstəntiqi polis kapitanı X1 HK1/2675 nömrəli material üzrə qəbul etdiyi 01 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh aparılan araşdırma zamanı verdiyi izahatında İddiaçı 7230 ədəd xurma qutusu və 2190 manat pul aldığını bildirmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi, daha sonra iddianın həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 6600 manat və ödənilmiş 66 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi iş əsasında tanımışdır. Belə ki, hər il müxtəlif kəndlərdə olur, kimin bağında xurma varsa danışıb, razılaşıb pulunu verib yığır. Bu məqsədlə də keçən il Cavabdeh yaşadığı Xoylu kəndində olmuşdur. Cavabdeh ona bildirdi ki, əvvəlcədən ona qutuləri və camaatdan alacağı xurmanın pulundan beh kimi verməlidir. Razılaşaraq, o, bu məqsədlə Cavabdeh 4872,00 manat dəyərində 4060 ədəd qara rəngli plastik qutu və 2190,00 manat nəğd pul veribdir. Lakin, Cavabdeh bugünə qədər ona nə aldığı pulu, nə də ki, qutuləri qaytarmamışdır. Ümumilikdə, Cavabdeh ona borcu 7062,00 manat təşkil edir. Cavabdeh məni aldadaraq yığdığı malları ona deyil, başqa şəxsə sataraq ona xeyli maddi ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, hər dəfə söz versələr də, ona yalan deməkdə davam edir, onu aldadır. O da məcbur olub Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Polis şöbəsindən ona bildiriblər ki, iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. İndi istəyir ki, Cavabdeh yekunda 6600 (alt min altı yüz) manat alınaraq ona verilsin. Cavabdeh pulunu könüllü vermək istəmədiyi üçün məhkəməyə müraciət edib.
4. Məhkəmə iclasında Cavabdeh qızı iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı həqiqətən ona 4060 ədəd qutu və 2190 manat məbləğində nağd pul vermiş, o, həmin məbləğin təxminən 1000 manat hissəsini öz ehtiyacları üçün xərcləmiş, qalan hissəsini isə kənd camaatına beh kimi paylamış, həmçinin qutuləri də meyvə yığmaq üçün kənd camaatına vermişdir. O, bu işdə vasitəçi olmuş və hər qutusun üstündə 50 qəpik xeyri nəzərdə tutulmuşdur. Lakin iddiaçının səhlənkarlığı ucbatından sövdələşmələri baş tutmamış, buna görə ona verilən pul və qutulər iddiaçıya geri qaytarılmamışdır.
5. Goranboy Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2(045)-1345/2025 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində vəsait və ödənilmiş 66 (altmış altı) manat məbləğində dövlət rüsumunun əvəzi tutulması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 491.1, 491.2, 491.3, 492.1, 492.2, 567, 597.1, 598.1, 598.4, 599.1, 599.2, 600.1, 600.4, 601.1, 606.1 və 606.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.4, 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iddianı təmin edərkən səhvən tərəflər arasında alqı-satqı münasibətlərini tənzim edən maddi hüquq normalarına istinad etmiş və belə nəticəyə gəlmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi əsasında üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçıya hər-hansı bir əşya satmamışdır. İşin həqiqi halları, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi ondan ibarətdir ki, iddiaçı cavabdehə sonuncunun yaşadığı kənddə camaatdan xurma yığmağı tapşırığı vermiş və camaata beh verməsi üçün ona 2190 manat beh vermişdir. Ona verilən 2190 manat dəyərində qutulərin daşınmasına, boşaldılmasına, fəhlələrin yeməyinə xərcləmiş, qalan hissəsini xurma sahiblərinə beh vermişdir. Qutuləri isə iddiaçı özü camaata paylamışdır. Göründüyü kimi, iddiaçı ilə aralarında tapşırıq müqaviləsi bağlanmış, iddiaçı xurma yıgılması ilə bağlı tapşırıq vermiş, lakin sonradan öz üzərinə düşən öhdəliyi yəni pulun qalanını ödəmədiyi üçün camaat xurmanı verməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2024-cü ilin aprel-may aylarında iddiaçı ona müraciət edərək alça yığılmasında köməklik göstərməsini xahiş etmişdir. O da iddiaçıya köməklik göstərmişdir. Daha sonra iddiaçı ona bildirmişdir ki, payız aylarında xurma almağa onların yaşadığı kəndə gələcəkdir. İddiaçı təklif etmişdir ki, sezonda ona xurma yığsın. O da bu təkliflə razılaşmışdır. İddiaçı tərəfindən ona ümumilikdə 7200 ədəd qutu verilmişdir. Aralarındakı razılaşmaya görə hər yığdığı xurma qutusunə görə iddiaçı ona 50 qəpik verməli idi. Müxtəlif vaxtlarda və müxtəlif məbləğdə olmaqla iddiaçı tərəfindən ona cəmi 2190 manat vəsait verilmişdir. Nəhayət 2024-cü ilin sentyabr ayında xurma ticarətinin mövsümü başlamışdır. İlk dəfə iddiaçıya 3170 qutu xurma vermişdir. Daha sonra iddiaçı bir dəfə 1800, növbəti dəfə isə 1300 qutu xurma təhvil almışdır ondan. Lakin, iddiaçı sifariş vermiş olduğu qalan 1000 ədəd xurma qutusuni gəlib aparmamış, buna səbəb olaraq xurmanın bazar qiymətinin yüksəldiyini və məhsulun sifariş olunan vaxtkı məzənnəyə əsasən dəyərinin hesablanmalı olduğunu bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 130 manat qutulərin yük avtomobilindən daşınmasına görə, 80 manat fəhlənin qutuləri paylaması üçün, 80 manat fəhlələrin yeməyinə, 80 manat işlərin görülməsi ilə bağlı onu kənddə gəzdirən avtomobil sürücüsünə vermişdir. Cəmi 6 nəfər fəhlə olmuşdur. Bir dəfə 185 manat, daha sonra isə 110 manat fəhlələrə pul vermişdir. Xurma satan Seymur adlı şəxsə 100 manat, Rima adlı şəxsə 100 manat, Bakir adlı şəxsə 200 manat, Mikayıl adlı şəxsə 100 manat, Tariyel adlı şəxsə 300 manat beh vermişdir. Ümumilikdə, iddiaçının ona tapşırdığı işləri görmək üçün 1605 manat vəsait sərf etmişdir. Qalan vəsaiti isə şəxsi ehtiyacları üçün sərf etmişdir. İddiaçı ilə aralarındakı razılaşmaya görə kənddən yığılan xurmanın dəyəri məhsul yığılan zaman mövcud olan bazar qiymətlərinə uyğun olmalı idi. İddiaçı cəmi 6200 qutu xurma aparmışdır. Qalan 1000 ədəd qutu isə xurma sifariş verdikləri kənd sakinlərində qalmışdır. Xurma alınması məqsədilə kənd sakinlərinə verdiyi behləri sonradan geri almışdır. İddiaçı xurma alan zaman bir ədəd meyvə qutusunun bazar dəyəri 80 qəpik olmuşdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh Goranboy rayonu Xoylu kəndində xurma məhsullarının satışı ilə məşğul olur. Belə ki, o, sifariş əsasında kənd sakinlərindən xurma yığır və yığdığı məhsulu pul müqabilində sifarişçiyə təqdim edir. Onlar arasında da belə bir razılaşma olmuş, ona xurma məhsulları yığmasını cavabdehə həvələ etmiş, bu məqsədlə ona 7200 ədəd xurma qutusu vermişdir. Cavabdeh xurma məhsullarının kənd sakinlərindən yığılması ilə əlaqədar ümumilkdə ondan 2190 manat pul almışdır. Cavabdeh ona cəmi 3170 qutu xurma vermişdir. Sifarişin qalan hissəsi isə cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, cavabdeh yığdığı məhsulu onla razılaşdıqları bazar qiymətindən daha yüksək qiymətə başqa şəxslərə satmışdır. Daha sonra isə ümumiyyətlə cavabdehi tapa bilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehlə aralarındakı razılaşmaya görə yığılan hər xurma qutusunə görə ona 50 qəpik verməli idi. Həmçinin, razılaşmalarına görə kənddən yığılan xurmanın dəyəri məhsul yığılan zaman mövcud olan bazar qiymətlərinə uyğun olmalı idi. Cavabdehə verdiyi xurma qutusunin bir ədədinin qiyməti 1,20 manat olmuşdur. Lakin, qutusun bu qiymətə olması barədə sübutu yoxdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
13. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
20. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
21. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
22. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
23. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 5414 manat pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 66 manat, cəmi 5480 manat Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, İddiaçı Cavabdeh onun üçün xurma meyvəsi yığması barədə tapşırıq vermiş, sonuncu da tapşırığı qəbul etmişdir. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 7200 ədəd xurma qutusu verilmiş, bundan əlavə xurma meyvəsinin yığımı ilə əlaqədar xərclərə görə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğdə olmaqla, ümumilikdə 2190 manat vəsait verilmişdir. İddiaçı cavabdeh tərəfindən ona xurma meyvəsi yığılmadığını və verdiyi xurma qutularının bir qisminin ona qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
37. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual pozuntuya yol vermiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Nəticədə isə, məhkəmə mübahisənin həllinə tətbiq edilməli maddi hüquq normasının seçimi zamanı səhvə yol vermişdir; belə ki, məhkəmə tərəflər arasındakı mübahisənin alqı-satqı münasibətlərindən qaynaqlandığını qənaətinə gəlmiş və işin həllinə həmin hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını tətbiq etmişdir. Qanunun mənasına görə isə, alqı-satqı müqaviləsi - satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Lakin, tərəflər arasındakı münasibətlər özlüyündə bu müqavilənin ünsürlərini əks etdirmir; belə ki, işin hallarından göründüyü kimi İddiaçı Cavabdeh onun üçün xurma meyvəsi yığması barədə tapşırıq vermiş, sonuncu da tapşırığı qəbul etmişdir. Yəni, nə cavabdeh tərəfindən yığılan meyvə onun mülkiyyətində olmamış, nə də ki, cavabdeh tərəfindən məhsul iddiaçıya satılmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmadan tərəflər arasında yaranmış münasibətləri yanlış olaraq alqı-satqı kimi qiymətləndirmişdir.
39. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
40. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. İddianın əsaslılığına münasibətdə isə kollegiya vurğulayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.
42. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə, onun üçün xurma meyvəsi yığması barədə sifariş verdiyini, bu məqsədlə ona xurma yeşikləri və işlərin görülməsi üçün zəruri pul vəsaiti verdiyini iddia etdiyindən, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Ona görə ki, tərəflər arasındakı münasibətlər özlüyündə tapşırıq müqaviləsinin ünsürlərini əhatə edir və iddiaçının hazırkı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
44. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarı)
45. İşin mübahisəsiz halına görə, İddiaçı Cavabdeh hər yeşik üçün 0.50 qəpik ödəməsi şərtilə ona xurma meyvəsi yığması barədə tapşırıq vermiş, sonuncu da tapşırığı qəbul etmişdir. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə xurma meyvələrinin yığılması üçün 7200 ədəd yeşik verilmiş, xurma məhsullarının yığımı ilə əlaqədar xərclərə görə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğdə olmaqla, ümumilikdə 2190 manat vəsait verilmişdir. Tərəflər belə razılaşmışlar ki, yığılan xurmanın dəyəri məhsul yığılan zaman mövcud olan bazar qiymətlərinə uyğun müəyyən olunacaqdır.
46. İşin mübahisə doğuran tərəfi tapşırığın hansı səbəbdən icra edilməməsidir. Çünki, iddiaçı (vəkalət verən) cavabdeh (vəkalət alan) tərəfindən tapşırığın icra edilmədiyini iddia edərək xurma yeşikləri, habelə məhsulun yığılması ilə bağlı verdiyi vəsaitin ödənilməsini tələb edir; cavabdeh isə öhdəliyin icra edilməməsini inkar etməyərək bunun iddiaçının təqsiri ucbatından baş verdiyini bildirir. Cavabdeh bildirir ki, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək iddiaçıya xurma meyvəsinin yığılmasını təşkil etmiş, lakin iddiaçı xurmanın dəyərini müəyyən olunmuş məzənnə ilə deyil də, daha aşağı qiymətə ala biləcəyini təklif etdiyindən tapşırığın icrasından imtina etmişdir.
47. Kollegiya göstərir ki, xurma meyvəsi yığılması məqsədilə iddiaçı tərəfindən cavabdehə lazımı sayda xurma yeşikləri və işin görülməsi ilə əlaqədar çəkilən xərclərə görə zəruri pul vəsaitinin verilməsi sübuta yetirildiyinə görə, öhdəliyin icrasının məhz iddiaçının təqsirli hərəkəti səbəbindən mümkün olmaması, yəni mövcud bazar dəyərindən aşağı təklif verməsi ilə əlaqədar məhsulu qəbul etməkdən imtina etməsi barədə cavabdeh tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Lakin, o, irəli sürdüyü dəlili təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.
48. Ağlabatanlıq meyarları baxımından da qeyd edilməlidir ki, hər iki tərəf yığılacaq xurmanın dəyərinin məhsul yığılan zaman mövcud olan bazar qiymətlərinə uyğun olacağı barədə razılığa gəldiklərini bildirir və hamıya bəlli olan faktdır ki, azad bazar iqtisadiyyatında meyvə-tərəvəz məhsullarının qiyməti tələb və təklif əsasında, habelə məhsulun bazar dəyərinə təsir göstərən faktorlara uyğun müəyyən edilməklə dəyişkən olur. Kollegiya hər iki tərəfin də bu sahədə fəaliyyətlərini nəzərə alaraq iddiaçının (vəkalət verənin) yığılmasını tapşırıq verdiyi məhsulu həmin vaxt müəyyən olunmuş məzənnədən (həmin vaxt mövcud olmuş bazar qiyməti) aşağı qiymətə almağı təklif edərək verdiyi tapşırıqdan imtina etməsi barədə cavabdeh tərəfin arqumentlərini inandırıcı və ağlabatan hesab etmir.
49. Məsələnin obyektiv həlli baxmından diqqət yetirilməli hallardan biri də odur ki, Cavabdeh nə birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında, nə də apellyasiya şikayətinin dəlillərində, nə də ki, iddiaçının polis şöbəsinə müraciəti üzrə aparılan araşdırma zamanı verdiyi izahatında meyvənin həmin vaxt müəyyən olunmuş məzənnədən aşağı qiymət təklif etməsi ilə əlaqədar iddiaçının məhsulu qəbul etməkdən imtina etməsi barədə arqument irəli sürməmişdir. Apellyasiya şikayətinin dəlillərində isə Cavabdeh apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatla əhəmiyyətli dərəcədə ziddiyyət yaradan dəlil irəli sürərək iddiaçının pulun qalan hissəsini ödəmədiyi üçün kənt sakinlərinin xurmanı vermədiyini qeyd etmişdir (hansı ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki iddiaçının polis şöbəsinə müraciəti üzrə aparılan araşdırma zamanı belə məzmunda izahat verməmişdi).
50. Göründüyü kimi, cavabdeh tərəfin irəli sürdüyü arqument öz təsdiqini tapmamaqla yanaşı, həm də onun tərəfindən bildirilən digər arqumentlərlə də əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir.
51. Digər tərəfdən İddiaçı tərəfindən Cavabdeh 7200 ədəd xurma yeşiklərinin verilməsi işin mübahisəsiz halı kimi müəyyən edildiyindən, artıq növbəti araşdırılmalı məsələ - cavabdeh tərəfindən iddiaçıya hansı sayda xurma yeşiklərinin qaytarılmalı olmasıdır.
52. Bu kontekstdə kollegiya qeyd edir ki, Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında iddiaçıya ümumilikdə 6270 (3170+1800+1300) yeşik qaytardığını bildirsə də, lakin qaytarılmış yeşik sayının məhz həmin sayda olmasını sübuta yetirə bilməmişdir. İddiaçı isə cavabdeh tərəfindən ona 3170 ədəd xurma yeşiklərinin qaytarıldığını bildirmişdir. Bu halda, cavabdehdə qalan yeşiklərin sayı (7200-3170=4030) 4030 ədəd müəyyən edilir.
53. Nəzərə almaq lazımdır ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarındakı hüquqi mövqe).
54. Kollegiya tərəflər arasındakı müqavilə münasibətləri üzrə cavabdehin hərəkətlərini vicdanlılıq prinsipinə zidd qiymətləndirir; belə ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etməmiş və bunun nəticəsi olaraq xurma meyvələri yığılması məqsədilə iddiaçı tərəfindən ona verilmiş xurma yeşiklərini, həmçinin tapşırığın icrası ilə bağlı çəkilməli xərclərə görə iddiaçı tərəfindən ona verilmiş 2190 manat vəsaiti iddiaçıya qaytarmalı olduğu halda geri qaytarmamışdır. Nəticə etibarı ilə iddiaçı cavabdehə verdiyi 4030 ədəd xurma yeşikləri və 2190 manat vəsaitindən məhrum olmuşdur. Odur ki, iddiaçı (vəlakət verən) tapşırığına icrası ilə bağlı cavabdehə (vəkalət alana) verdiklərini tələb etməkdə haqlıdır.
55. Xurma yeşiklərinin dəyərinə gəldikdə isə qeyd edilir ki, İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi qaimə-faktura əsasında bir ədəd xurma yeşiyinin 1,10 manat olduğunu iddia etmişdir. Lakin, kollegiyanın qənaətinə görə həmin qaimə mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, qaimə kserosurət olmaqla hansı müəssisə tərəfindən verilməsi bəlli deyildir, nə də ki, qaimə onu imzalamağa səlahiyyətli şəxs tərəfindən imzalanmamış, habelə qaimədə möhür əksini tapmamışdır. Digər tərəfdən, iddiaçı yeşiklərin iddia edilən məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
56. Bununla belə, Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında bir ədəd xurma yeşiyinin bazar dəyərinin 80 qəpik olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, xurma yeşiklərinin dəyəri cavabdeh tərəfin etirafedici məzmunda izahatına əsasən müəyyən edilməlidir. Həmin bazar qiyməti ilə 4030 ədəd xurma yeşiyinin dəyəri (4030 x 0,80=3224) 3224 manat təşkil edir.
57. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 2190 manat və 4030 ədəd xurma yeşiklərinin dəyəri 3224 manat, cəmi 5414 manat, eləcə də iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 66 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli 2(045)-1345/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 5414 (beş min dörd yüz on dörd) manat pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 66 (altmış altı) manat, cəmi 5480 (beş min dörd yüz səksən) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.