Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2290/2025 07.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2028/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 2830 manat məbləğində pulun və 48,3 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2028/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2380 (iki min üç yüz səksən) manat məbləğində pulun və 48,30 manat məbləğində dövlət rüsumunun müştərək, qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması, nöqsanların aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilərək, göstərilmiş nöqsanlar qeyd edilən müddət ərzində aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxsin yenidən Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)- 2028/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birlikdə apellyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-2028/2025 nömrəli qətnaməsindən verilmiş şikayətin yenidən geri qaytarılması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, apellyasiya şikayəti verərkən, maddi və prosessual hüquq normalarını pozmamışdır. Apellyasiya şikayətini qanunvericiliyə uyğun formada vermişdir.Birinci instansiya məhkəməsi qərəzli şəkildə onun şikayətini geri qaytarmış, öz qərardadını əsaslandırmamış, yalnız hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2028/2025 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-2028/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2028/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin uyğunluğuna yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2028/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericilik ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmuşdur. Apellyasiya şikayətinin qanunvericiliyə uyğun hesab edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, habelə apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər qeyd edilmiş, şikayət MPM ilə müəyyən edilmiş formada (elektron qaydada) tərtib edilmiş, cədvəldə maddi və prosessual hüquq normaları sıralanmış, qarşısında şikayətçinin hüquqi mövqesinin nədən ibarət olduğuna dair münasibəti göstərilmişdir. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 362-364-cü maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılması və ya 361-ci maddənin tələblərinə cavab verməməsi müəyyən edilməmişdir. Məhkəmə işə baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 361, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2028/2025 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2028/2025 saylı qərardadı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-2028/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin uyğunluğuna yenidən baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2290/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2290/2025
07.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver