Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2291/2025 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Məmmədov Şirəli Mayıl oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçılar iddiaçı1, iddiaçı2, cavabdeh Məmmədov Şirəli Mayıl oğlu və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil Zirəddin oğlunun iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Məmmədov Şirəli Mayıl oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Məmmədov Şirəli Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ####### 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” tərəfindən verilmiş ******************** nömrəli hesabdan çıxarış məlumatlarından müəyyən edilmişdir ki, X1 aid 5167************ nömrəli kart hesabına ## ###### 2021-ci il tarixdən ## ##### 2023-cü il tarixədək 5391,4 manat əmək haqqı və əmək fəaliyyəti ilə bağlı digər ödənişlər, digər daxilolmaların ümumi məbləği isə 5617,51 manat olmuşdur. Kart hesabında olan bütün vəsait məxaric edilmişdir.
2. “xxxx” ASC-dən verilmiş AZ**UBAZ**************AZN*** nömrəli hesabdan çıxarışdan müəyyən edilmişdir ki, X1 aid 54************ nömrəli kart hesabından ## ###### 2021-ci il tarixdən ## ##### 2023-cü il tarixədək 1600 manat vəsait bankomat (ATM) vasitəsilə məxaric edilmişdir.
3. “xxxx” tərəfindən verilmiş bank kartı üzrə üzrə mobil tətbiqdən aparılan əməliyyatlarla bağlı çıxarışdan müəyyən olunur ki, X1 məxsus 5167************ nömrəli hesabdan 620,54 manat vəsait Məmmədov Şirəli Mayıl oğluna məxsus 42449******** nömrəli və 409858******** nömrəli bank kartları hesablara köçürülmüşdür.
4. “xxxx” ASC tərəfindən verilmiş bank kartı üzrə mobil tətbiqdən aparılan əməliyyatlarla bağlı çıxarışdan müəyyən olunur ki, X1 məxsus 54************ nömrəli kart hesabından 798,27 manat Məmmədov Şirəli Mayıl oğluna məxsus 42449******** nömrəli və 409858******** nömrəli bank kartları hesablara köçürülmüşdür.
5. ****-****-****-**** nömrəli kartdan ## ###### 2021-ci il tarixdən ## ##### 2023-cü il tarixədək müddətdə Tovuz və Şəmkir filiallarında yerləşən bankomatlardan pulun nağdlaşdırılmasına dair çıxarış və mövcud görüntülərdən müəyyən olunmuşdur ki, qeyd edilən tarixlərdə həmin kart üzrə bankomatlardan bütün pul nağdlaşdırılmaları Məmmədov Şirəli Mayıl oğlu tərəfindən həyata keçirilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Məmmədov Şirəli Mayıl oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Məmmədov Şirəli Mayıl oğlundan 14160 manat və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onların qızı X1 ilə cavabdeh Məmmədov Şirəli Mayıl oğlu evli olmuşdur. Sonuncuların evliliyi müddətdə, yəni # ###### 2021-ci il tarixdən # ##### 2023-cü il tarixədək iddiaçı1 Tacirə Məmmədovaya məxsus bank kartlarına 4160 manat göndərmişdir. Bundan əlavə xidmət göstərdiyi müştərilərdə ona işlərin pulunu, ümumilikdə 10000 manat qızı Tacirəyə məxsus bank kartlarına göndərmişlər. Qızı evli olan zaman güman etmişdir ki, həmin pullar qızındadır. Qızı Tacirə ilə Cavabdeh Məmmədov Şirəli Mayıl oğlunun ailə münasibətləri pozulduqdan sonra isə məlum olmuşdur ki, Şirəli Məmmədov pulları telefon proqramı vasitəsilə öz kartına köçürmüş və ya bankomatlardan nağdlaşdırılaraq öz şəxsi bank borclarına və pis vərdişlərinə xərclmişdir. Belə ki, qızının adına olan "xxxx" ASC-yə məxsus olan bank kartı və "xxxx" Kommersiya Bankı ASC-yə məxsus "Leobank" bank kartı cavabdeh Məmmədov Şirəli Mayıl oğlunun istifadəsində olmuş və kartlara göndərilmiş pullarıda sonuncu telefon proqramı vasitəsilə öz kartına köçürmüş, bir hissəsində bankomatlardan nağdlaşdıraraq öz şəxsi məqsədləri üçün xərcləmişdir. Cavabdehə qarşı çəkilmiş xərclərlə bağlı iddia tələbinə məhkəmədə baxılan zaman məhkəmə iclasında bu hal sübut olunmuşdur.
8. Tovuz Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Hacıyev) iddia tələbi qismən təmin edilərək, Məmmədov Şirəli Bayram oğlundan 8015,78 manat (səkkiz min on beş manat yetmiş səkkiz qəpik) məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib hissəsi olan 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı1 və iddiaçı2 müştərək qaydada ödənilməsi qət edilmişdir.
9. Tovuz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə həmin məhkəmənin *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ######## 2025ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıqlar düzəldilməsi və qətnamənin mətnində olan “Məmmədov Şirəli Bayram oğlu” sözləri “Məmmədov Şirəli Mayıl oğlu” kimi oxunması qərara alınmışdır.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 1091.1, 1092.1, 1093.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 80, 106.3, 107, 119.1, 191.3, 216-220, 233, 357 və 1280-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Məmmədov Şirəli Mayıl oğlu iddianın təmin olunması hissədə qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, o iddiaçıların qızı Tacirə Məmmədovanın özünün göstərişi ilə kart hesablarından pulları çıxartmış və həmin vəsaitdə ailənin ehtiyacları üçün xərclənmişdir. Ailə münasibətləri pozulduğundan Tacirə Məmmədovanın valideyinləri belə bir iddia qaldırmış, məhkəmə də X1 valideyinlərinin xeyrinə verdiyi ifadəni möhtəbər sübut kimi qəbul etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məmmədov Şirəli Mayıl oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçıların qızı Tacirə Məmmədova ilə evli olduğu vaxtlarda sonuncuda işləmiş və xidmət göstərdiyi şəxslərdə onun göstərişi əsasında pulları kart hesablara köçürmüşlər. Tacirəyə məxsus kart hesablardan onun özünün göstərişi üzrə məxaric etmiş və pullar ailənin ehtiyacları üçün xərcləmişdir. Məmmədov Şirəli Mayıl oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsi hissədə ləğv edilməsini, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məmmədov Şirəli Mayıl oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil Zirəddin oğluda nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, onun tərəfindən qızı Tacirənin bank kartlarına köçürdüyü pulları, eləcədə onun göstərişi əsasında xidmət göstərdiyi şəxslərin köçürdüyü pulları saxlamaq məqsədilə qızına vermişdir. iddiaçı iddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 izahatında bildirmişdir ki, iddiaçı iddiaçı1 ilə nikahda olduğuna görə cavabdehdən tələb etdikləri pul onların birgə vəsaiti hesab olunur. iddiaçı2 da sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilr.
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
29. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissədə mübahisələndirildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçıların qızı X1 ilə cavabdeh Məmmədov Şirəli Mayıl oğlu evli olmuşlar. Sonuncuların evliliyi müdətdə, yəni # ###### 2021ci il tarixdən # ##### 2023-cü il tarixədək iddiaçı1 saxlamaq məqsədilə qızı Tacirə Məmmədovaya məxsus bank kartlara 4160 manat göndərməsini, bundan əlavə xidmət göstərdiyi müştərilərin də onun göstərişi ilə həmin kart hesablara ümumilikdə 10000 manat göndərməsini, qızı Tacirə hazırkı iş üzrə cavabdeh Məmmədov Şirəli Mayıl oğlundan ayrıldıqdan sonra Şirəli Məmmədov tərəfindən qızına məxsus hesablardan telefon proqramı vasitəsilə pulları öz kartına köçürməsini, eləcədə bankomatlarda nağdlaşdıraraq öz şəxsi bank borclarına və pis vərdişlərinə xərclməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddianın təmin olunması hissədə qətnamədən cavabdeh Şirəli Məmmədov apellyasiya şikayəti vermişdir.
36. Kollegiya verilmiş apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları, eləcədə tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual pozuntuya yol vermiş, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Çünki, iddiaçılar iddiaçı1 və iddiaçı2 hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamışlar.
37. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırsınlar. Bu prinsip sayəsində hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
38. Konstitusiya Məhkəməsi Plenumu “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
39. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyətiüzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Iddia tələbinin əsaslılığına münasibətdə isə kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Yuxarıda da qeyd olunduğu kimi iddiaçıların tələbinə münasibətdə kollegiya qeyd edir ki, sonuncuların irəli sürdüyü faktiki hallar onların tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır və iddiaçılar hazırkı tələb üzrə subyektiv hüquq sahibi deyildir.
42. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
43. Bu məsələ ilə bağlı M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün ## #### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqasından nəyisə tələb etmək hüququ da belə hüquqlardan biridir.
44. Bundan əvvəldə qeyd olunduğu kimi cavabdeh Şirəli Məmmədov iddiaçıların qızı Tacirə Məmmədova ilə nikah münasibətində olmuşdur. Şirəli Məmmədov sonuncu ilə nikahda olduğu müddətdə Tacirə Məmmədovanın şəxsi kart hesablarından müxtəlif vaxtlarda pul vəsaitlərini məxariclər etmişdir. Belə olan təqdirdə isə hazırkı iş üzrə iddiaçılar iddiaçı2 və iddiaçı1 bu iddianı qaldırmağa sübyektiv hüququ yaranmır, bu hüquq yalnız Tacirə Məmmədovaya məxsusdur.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Tovuz Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Məmmədov Şirəli Bayram oğlundan 8015,78 manat və ödənilmiş tələbin məbləğinə münasib 100 manat dövlət rüsumunun tutularaq iddiaçı1 və iddiaçı2 müştərək qaydada ödənilməsi” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Məmmədov Şirəli Mayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Məmmədov Şirəli Bayram oğlundan 8015,78 manat və ödənilmiş tələbin məbləğinə münasib 100 manat dövlət rüsumunun tutularaq iddiaçı1 və iddiaçı2 müştərək qaydada ödənilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.