Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-230/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, ona vurmuş olduğu 10560 (on min beş yüz altmış) manat maddi ziyanın (buraya daxildir 2.000 manat dəyərində divan-kreslo, 500 manat dəyərində olan 1 ədəd qapı və 500 manat dəyərində olan 1 ədəd pəncərə, 3.500 manat dəyərində olan bir ədəd İphone 15 Pro markalı telefon, 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtka, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu, 700 manat dəyərində LG markalı paltaryuyan maşını, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboyları, dəyəri 1000 manat olan gündəlik məişət əşyaları və qab-qacaq, 500 manat vəkil xidmət haqqı, 55 manat mediasiya xərci, 125 manat dövlət rüsumu və 10530 (on min beş yüz otuz) manat mənəvi ziyanın, ümumilikdə 30.000 (otuz min) manat maddi və mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maddi və mənəvi ziyan tələbinə ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5100 manat məbləğində maddi ziyanın, o cümlədən 5000 manat məbləğində mənəvi ziyanın, dəyəri 4500 manat məbləğində olan (bir cüt sırğa, üzük, sep, bilərzik) 750 əyarlı qızıl komplekt, dəyəri 1000 manat məbləğində olan bir ədəd 583 əyarlı üzüyün, 2 ədəd hər birinin dəyəri 500 manat olan 583 əyarlı qızıl sep, bir ədəd 500 manat dəyərində 583 əyarlı tək bilərzik, qızıllar özləri olmadıqda 7000 manat pulun, ödənilmiş 141.30 manatın, ümumilikdə 17241,30 manat məbləğində pulun alınaraq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.Məhəmmədi) ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtka, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 1180 manatın alınıb İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumunun əvəzi qismində 31,80 (otuz bir manat səksən qəpik) manat, mediasiya xərcinin əvəzi qismində 50 manat, vəkil xidmət haqqının əvəzi qismində 250 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 1495/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus cehiz əşyalarının bəzilərini sındırmış, bəzilərini də satmışdır. Həmçinin İddiaçı Cavabdeh2 məxsus 1000 manat dəyərində olan ağ rəngli divanı, 2 ədəd hər biri 500 manat dəyərində olan xalçanı, 1200 manat dəyərində olan İNDESİT markalı soyuducunu,700 manat dəyərində olan masa və onun oturacaqlarını, 500 manat dəyərində olan pərdələri, 200 manat dəyərində olan txovkanı və 500 manat dəyərində olan LG markal tozsoranı 2023-cü ilin yay aylarında satmışdır. Həmçinin İddiaçılar evdə olmayan zaman evə daxil olmuş və 6000 manat dəyərində qızılları (4500 manat dəyərində komplekt qızıl dəsti (bura daxildir bilərzik, üzük, sep və sırğa) 1000 manat dəyərində tək üzük, 2 ədəd hər biri 500 manat dəyərində olmaqla sep, 500 manat dəyərində tək bilərzik) özü ilə aparmışdır. Daha sonra aralarında mübahisə olanda, İddiaçı bildirmişdir ki, həmin qızılları lombarda girov qoyaraq pul götürmüşdür. İddiaçı daha sonra həmin qızılları qaytarmamışdır. Məhkəmə qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus 2.000 manat dəyərində divan kreslo, 500 manat dəyərində olan 1 ədəd qapı və 500 manat dəyərində olan 1 ədəd pəncərə, 3.500 manat dəyərində olan bir ədəd İphone 15 Pro markalı telefon, 700 manat dəyərində LG markalı paltaryuyan maşını, ona məxsus olan otaqda fərdi yaşayış evində dəyəri 500 manat olan divar aboyları, dəyəri 1000 manat olan gündəlik məişət əşyaları və qab-qacaq əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehlərdə olmasını və ya cavabdehlər tərəfindən məhv edilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bundan başqa, cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onlar və uşaqları mənəvi sarsıntılar keçirmişdir. Belə ki, cavabdeh tərəfindən onun döyülməyi və hər dəfə təhqir edilməyi ilə bağlı polis şöbəsində şikayətlər araşdırma aparılmışdır. Cavabdeh onu hər dəfə təhqir etmiş və onu bir neçə dəfə uşaqların gözü qabağında öldürməklə hədələmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 işə baxılmanın vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, iddianın kurtkalarla bağlı hissəsindən razı olsa da, soyuducu ilə bağlı hissəsi ilə razı deyil, iddiaçının tələb etdiyi soyuducu olmamışdır. Əgər iddia tələbi soyuducu hissəsində rədd olunarsa, onun da qarşılıqlı iddia tələbi olmayacaqdır. Belə ki, həmin evdə yaşayış olmayıb, o həmin evə köçərkən soyuducunu o özü almışdır. Apellyasiya şikayətinin təmin edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsi iddianın qismən edilmiş hissəsində qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 1180 manatın alınıb İddiaçı verilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mediasiya xərcinin əvəzi qismində 50 manat pulun və vəkil xidmət haqqının əvəzi qismində 250 manat pulun tutularaq İddiaçı ödənilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissələrdə qismən təmin edilməli, vəkil xidmət haqqının əvəzi qismində 50 manat həcmində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh2 apellyasiya şikayətində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsinin ilkin iddianın qismən təmin olunmuş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi, yəni ilkin iddianın təmin edilməyən hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İlkin iddianı qismən təmin edən birinci insatansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatlarında iddiaçıya məxsus kurtkaların və soyuducunun onların yaşadığı evdə qaldığını etiraf etmişlər ki, həmin əşyalar – iddia ərizəsində göstərilən 400 manat dəyərində kurtka, 200 manat dəyərində olan cins kurtka və Scaup Lorens markalı soyuducudan ibarətdir. Məhkəmə kollegiyası birinci insatansiya məhkəməsinin həmin nəticəsi ilə qismən razılaşır. Belə ki, Cavabdeh2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə müəyyən edilir ki, o, iddianın kurtkalarla bağlı hissəsindən razıdır və qaytarılmasına etirazı yoxdur. İddianın soyuducu hissəsini isə qəbul etmir, evdə olan soyuducunu evə köçərkən özü almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilmiş 400 manat dəyərində kurtka və 200 manat dəyərində olan cins kurtkadan ibarət əşyaların təmin edilməsi hissəsində haqlı olsa da, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducunun təmin edilməsi hissəsində haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İddiaçı 580 manat dəyərində SCAUP LORENS markalı soyuducunun cavabehlərin evində qalmasını bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Ona görə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsi ilkin iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 400 manat dəyərində olan bir ədəd kurtka, 200 manat dəyərində olan cins kurtkanın natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 600 manatın alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalı, 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 1180 manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia rədd edilməlidir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maddi və mənəvi ziyan tələbinə ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5100 manat məbləğində maddi ziyanın, o cümlədən 5000 manat məbləğində mənəvi ziyanın, dəyəri 4500 manat məbləğində olan (bir cüt sırğa, üzük, sep, bilərzik) 750 əyarlı qızıl komplekt, dəyəri 1000 manat məbləğində olan bir ədəd 583 əyarlı üzüyün, 2 ədəd hər birinin dəyəri 500 manat olan 583 əyarlı qızıl sep, bir ədəd 500 manat dəyərində 583 əyarlı tək bilərzik, qızıllar özləri olmadıqda 7000 manat pulun, ödənilmiş 141.30 manatın, ümumilikdə 17241,30 manat məbləğində pulun alınaraq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin 1.06.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maddi və mənəvi ziyan tələbinə ” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onlar evdə olmayan zaman evə daxil olaraq, 6000 manat dəyərində qızılları (4500 manat dəyərində komplekt qızıl dəsti (bura daxildir bilərzik, üzük, sep və sırğa) 1000 manat dəyərində tək üzük, 2 ədəd hər biri 500 manat dəyərində olmaqla sep, 500 manat dəyərində tək bilərzik) özü ilə aparmasını, Cavabdeh2 aid cehiz əşyalarını sıdırmasını, cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onların və uşaqları mənəvi sarsıntılar keçirmələrini, cavabdehin iddiaçı Cavabdeh2 təhqir etməsini və onu bir neçə dəfə uşaqların gözü qabağında öldürməklə hədələməsini göstərsələr də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişlər. Digər tərəfdən, Cavabdeh2 məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddianın təmin edilməməsi ilə razılaşdığını bildirdi. İşdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 73 nömrəli xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmış, İddiaçı xx.xx.2024- cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, həmçinin hazırkı mübahisə ailə münasibətlərindın yaranmadığı üçün mediasiya xərcinin ödənilməsinə zərurət olmadığından, qətnamə ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mediasiya xərcinin əvəzi qismində 50 manat pulun və vəkil xidmət haqqının əvəzi qismində 250 manat pulun tutularaq İddiaçı ödənilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissələrdə qismən edilməli, vəkil xidmət haqqının əvəzi qismində 50 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissədində gəldiyi nəticə işin faktiki hallarına qismən uyğun olmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına qismən uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 1180 manatın alınıb İddiaçı verilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mediasiya xərcinin əvəzi qismində 50 manat pulun və vəkil xidmət haqqının əvəzi qismində 250 manat pulun tutularaq İddiaçı ödənilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissələrdə qismən təmin edilməli, vəkil xidmət haqqının əvəzi qismində 50 manat həcmində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1495/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 580 manat dəyərində SCAUP LORENS markalı soyuducu natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 1180 manatın alınıb İddiaçı verilməsi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mediasiya xərcinin əvəzi qismində 50 manat pulun və vəkil xidmət haqqının əvəzi qismində 250 manat pulun tutularaq İddiaçı ödənilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddia həmin hissələrdə qismən təmin edilsin. Vəkil xidmət haqqının əvəzi qismində 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-230/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-230/2025
16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver