Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2312/2023 20.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4338/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında yerləşən evə dair əsassız olaraq tətbiq edilmiş 518 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Evi təzə almışdır. Həmin vaxt sayğac blokda olmuşdur. Sayğacın dəyişdirilməsi ilə bağlı müraciət etmiş və sayğac dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixdə nəzarətçi tərəfindən borc olduğuna görə qazın kəsiləcəyi deyilmişdir. O, bununla bağlı qaz idarəsinə müraciət etdikdə məhkəməyə müraciət etməsi üçün akt verilmişdir. Aktda yoldaşı Mustafayev Zəfərin adı yazılmışdır. Cavabdehin əməkdaşları tərəfindən əsassız olaraq guya sayğaca müdaxilə edilməsi ilə bağlı akt tərtib olunmuş və 518 manat cərimə hesablanmışdır. Sayğaca heç bir müdaxilə etməmişdir, təqsiri yoxdur. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4338/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 518 manat pulun silinməsi, Cavabdehndən dövlət rüsumu hesabına 30 manatın alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir İşdə olan sübutlar: Alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 21 yanvar 2022-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid İTRON tipli, G4 markalı, 1402AİB0114028 nömrəli qaz sayğacı açılaraq ZENNER tipli, G4 markalı, **********6 nömrəli yeni sayğacla əvəz olunmuş, sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sayğacın yerli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı 4320 m3 itirilmiş qaz sərfiyatına görə dəymiş ziyanın məbləği tələb olunmuşdur. **********00470 saylı abonetin saldosundan görünür ki, İddiaçı 2023-cü ilin may ayının sonuna qalıq borcu akt üzrə 518,40 manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4338/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4338/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi iddiaçı təгəf iddia təİəbinə dаir heçbir sübut təqdim еtməmişdir. İş mаtеriаllаrınа əlavə edilmiş аbоnеnt sаldоsundan göründüуü kimi iddiaçının qaz hesabına 2022-ci ilin iyul ayında hər hansı əlavə hesabat уüklənməmişdir. Lakin, məhkəmə qaz sayğacının texniki baxışdan keçirilməsi üçün şəbəkədən açılarkən sayğacda olan qüsurun yəni sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi təsdiqini tapmış, lakin məhkəmə qeyd olunan faktlara qiymət verməmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2021-ci ilin iyul ayında hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəyə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı sayğacda yaranmış qüsurun iddiaçının təqsiri nəticəsində baş verməsi sübuta yetməmişdir. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bununla yanaşı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, iddiaçının istifadəsində olan sayğacın çıxarılma səbəbi istismar müddətinin bitməsi olaraq qeyd edilmişdir. Göründüyü kimi qaz istismar idarəsinin əmkdaşları sayğacın yenisi ilə əvəz edilməsinin səbəbini onun istismar müddətinin bitməsi ilə əlaqədar olduğunu qeyd etdikləri halda, digər tərəfdən istismar müddəti bitmiş sayğacın işləməməsində iddiaçını təqsirli hesab etmişlər. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması, yəni qaz sayğacına müdaxilə etməsi məhkəmə araşdırması zamanı sübut olunmadığından iddia təmin olunmalı, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 518 manat pul silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iş materiallarında olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən 21 yanvar 2022-ci il tarixdə alınmış, yeni qaz sayğacı isə onun müraciətinə əsasən 02 fevral 2022-ci il tarixdə dəyişdirilmişdir. Qeyd edilən fakt sayğacda hər hansı bir müdaxilə faktı olduğu təqdirdə belə sayğaca müdaxilənin onun tərəfindən edilməsini istisna etməkdədir. Hərçənd ki, labarator müayinənin nəticələrinə dair arayışdan görünür ki, sayğacın yivli birləşmələri korroziyaya uğramış, sayğacın daxilinə baxış keçirilmiş, lakin kənar təsir izləri aşkar edilməmişdir ki, qeyd edilən fakt isə ümumiyyətlə sayğaca kənar müdaxilənin olmasını istisna etməkdədir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır. Buna görə də Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4338/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4338/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2(125)-4338/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.