Məhkəmə qərarları › İş №2(104)-2315/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2315/2023

15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2315/2023 15.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızının Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaynanası X1 vəfatından sonra miras qalmış və cavabdeh tərəfindən özgəninkiləşdirilmiş 8 sot torpaq sahəsinin yarsının, yəni 4 sot torpaq sahəsinin dəyəri olan cəmi 10 000 (on min) manat pulun, ödənilmiş sığorta pulu 5000 manat pulun yarsının – 2500 (iki min beş yüz) manat və 3000 (üç min) manat borcun cəmi 15 500 (on beş min beş yüz) manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxrılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsi ilə (G.Şirinov) iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət daxilində verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsini xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə almışlar. xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilməməsi səbəbindən geri qaytarılmış və iddiaçılar həmin qərardadı xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə almışlar. İddiaçılar xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürməklə yenidən apellyasiya şikayəti vermiş olsalar da, prosessual müddətin bərpa edilməsinə dair ərizə verməmiş, birinci instansiya məhkəməsi isə həmin halı araşdırmadan işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2315/2023 saylı mülki iş Samux Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-149/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1ə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-2315/2023 saylı mülki iş Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar