Məhkəmə qərarları › İş №2(104)-2332/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2332/2025

04.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2332/2025 04.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X4, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional Idarəsi) qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və vurulmuş maddi və mənəvi zərər Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X4, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional Idarəsi) qarşı qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

2. Gəncə şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2007-ci il tarixli, **-** nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti *** saylı ünvanda yerləşən ərizəçiyə məxsus 132,4 kv/m qeyriyaşayış sahəsinin (zirzəminin) prospektə baxan fasadında lazımi antiseysmik tədbirlər görülməsi şərti ilə müvafiq qaydada razılaşdırılmış layihə əsasında zirzəmidə bir ədəd pəncərə boşluğunun qapı boşluğu ilə əvəz olunaraq əyləncə-klubu kimi istifadə olunmasına Memarlıq və Şəhərsalma Idarəsi etiraz etmir. Rekonstruksiya işləri razılaşdırılmış layihə əsasında aparılmalıdır, əks təqdirdə görüləcək işlər qeyri-qanuni hesab ediləcəkdir.

3. Azərbaycan Respublikasının Dövlət Əmlakının Idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş «dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına» dair ## ####### 2006-cı il tarixli, ****** qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən 132.4 kv/m qeyri-yaşayaış sahəsi 1.456 manat məbləğinə İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada satılmışdır. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir.

4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubun surətindən görünür ki, * saylı Gəncə Ərazi idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Atatürk prospekti *** nömrəli binada yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respulikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Aztexinbentarlaşdırma Bürosu tərəfindən Məşğulluq mərkəzinin adına Texniki Pasporttərtib edilmişdir. Gəncə şəhəri, Atatürk prospekti *** nömrəli binanın zirzəmisində yerləşən ümumi sahəsi 263,9 kv/m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Gəncə şəhər Texniki Inventarlaşdıma Bürosu tərəfindən «xxxx» kiçik müəssisəsinin adına ##.##.1994-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən 132,4 kv.m qeyri yaşayış sahəsinə dair Əmlakın Texniki Inventarlaşdırılması Bürosu tərəfindən İddiaçı adına ##.##.2006-cı il tarixli, ****** qeydiyyat nömrəli Texniki Pasport tərtib edilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən 69 kv.m qeyri yaşayış sahəsi «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» ##.##.2006-cı il tarixli, ****** qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən X1 adına qeydiyyata alınarq ##.##.2016-ci il tarixli, 201011000937- 06301-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 287,3 kv.m olan qeyriyaşayış sahəsi ##.##.2009-cu il tarixli, **** nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyata alınaraq ##.##.2010cu i il tarixli, 201011000937-06301-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 78,8 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2022-ci il tarixli, *** nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınaraq ##.##.2022-ci il tarixli, 201011000937-06101-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 173,5 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2021- ci il tarixli, ** nömrəli «icarəyə verilmiş əmlakın alqı-satqı» müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınaraq ##.##.2021-ci il tarixli, 201011000937- 06301-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 14,2 kv.m olan qeyri-yaşayış sahəsi X9 tərəfindən Cavabdeh satılmışdır. Müqaviləyə əsasən, sonuncunun adına ##.##.2019-cu il tarixli, 201011000937- 06101- ****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət gösterən notariat ofisinin ## ##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 75,8 kv.m olan qeyri-yaşayış sahəsi X3 tərəfindən Cavabdeh satılmışdır. Müqaviləyə əsasən, sonuncunun adına ##.##.2019-cu il tarixli, 201011000937-06101-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər * saylı notariat ofisinin ##.##.2022-ci il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 180,5 kv.m olan qeyri-yaşayış sahəsi «xxxx» MMC tərəfindən Cavabdeh satılmışdır. Müqaviləyə əsasən, sonuncunun adına ##.##.2022-ci il tarixli, 201011000937-06301-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

5. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Gəncə şəhər Baş Polis Idarəsi tərəfindən verilmiş ## ### 2024-cü il tarixli, HK-*/*** nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsində Gəncə şəhər sakini ƏhmədovaÜlviyyə Tariyel qızının Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşn zirzəmisi ona məxsus olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq özəlləşdirilib tarixi binaya təmir adı altında müdaxilələr edilməsinə dair müraciəti əsasında cinayət təqibi üzrə araşdırma aparılır.

6. Azərbaycan Milli Elmlər X7 tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, *-*/*-****/**** nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən qeyriyaşayış sahəsi AMEA-ya məxsus olmamaqla yanaşı AMEA ilə heç bir bağlılığı olmadığından tələb olunan sənədlərin AMEA tərəfindən təqdim olunması mümkün deyildir.

7. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, *-**/**** nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sənədlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətində və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mövcud deyildir.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X14 Agentliyi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli rəyin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən 1941-ci il tarixdə inşa olunmuş binanın zirzəmi sahəsinə girişin olmadığı müşahidə edilmişdir. Binanın yerli əhəmiyyətli memarlıq abidəsi olması və təhlükəsizlik baxımından zirzəminin olub-olmaması ilə bağlı binanın daxilində qazma işlərinin aparılması məqsədəuyğun hesab edilmir.

9. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli, *-**/**** nömrəli məktubdan görünür ki,”Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıya əsasən Gəncə şəhəri,Atatürk prospekti, 258 ünvanında yerləşən XIX əsrə aid “Yaşayış evi” (3796 inventar nömrə) yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. Qanunvericiliyə əsasən abidələrdən və onların ayrı-ayrı hissələrindən istifadə oluna bilər. Abidələri və ya onların ayrı-ayrı hissələrini istifadə edənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrin təhlükəsizliyə xələl gətirməməlidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və 25-ci maddələrinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir. Bundan sonra abidələrin üzərində bərpa,konservasiya, təmir,rekonstruksiya, regenerasiya və digər işlər həyata keçirilə bilər. Abidələrdə tikiniti-texniki ekspertizanın keçirilməsi, ekspert qarşısında qoyulmuş suallar üzrə mütəxəssis rəyinin verilməsi Mədəniyyət Nazirliyi yanında X4, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Idarəsinin səlahiyyətində deyildir.

10. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş Idarəsinin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubundan görünür ki, elektron uçot-məlumat bazasına əsasən ## ###### 1973-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyata olan İddiaçı (FIN: *******) ##.##.2025-ci il tarxidə ********** nömrəli VÖEN-lə vergi orqanında Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxs (Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsfərdi sahibkar) kimi vergi uçotuna alınmışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı hər hansı hüquqi şəxsin təsisçisi və qanuni təmsilçisi olması barədə məlumat aşkar edilməmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X4, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional Idarəsi) qarşı «müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul» tələbi barədə iddiasına dair mülki işin icraatına «müqavilənin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi» hissədə xitam verilməsi qərara alınmışdır.

14. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X4, Inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional Idarəsi) qarşı «qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbi barədə iddiasının təmin olunmaması və İddiaçı tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 152.1, 152.6, 152.5, 157.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, **.1, 78.1, 107, 115.0.1, 119, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən tam araşdırma aparılmamışdır. Belə ki, onlar ilkin olaraq müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmiş, ərizədə təmin olunaraq, icraya yönəlmişdir. Buna baxmayaraq cavabdeh özbaşına zirzəmini məqsədli şəkildə doldurub məhv edib. Zirzəmi onların, üstündəki tikili isə cavabdehindir. Əsas tərəfdə onların vaxtı ilə giriş qapısı olub. Lakin cavabdeh orada tikili tikərək qapını bağlamışdır. Halbu ki, iddiaçının mülkiyyəti təsdiq edən sənədi mövcuddur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı nümayəndəsi vastəsilə, hazırkı (eləcədə əvvəlki) məhkəmə iclasında isə cavabdeh nümayəndəsi vasitəsilə təmsil olunduqlarından, kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 22.Maddə 13, 1-ci bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 23 Maddə 29, 2-ci bənd. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olunmasın.

28. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə **.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən tarixi binanın zirzəmisi Azərbaycan Respublikasının Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən ## ####### 2006-cı il tarixdə iddiaçı İddiaçı satılmış və buna dair sonuncunun adına ****** qeydiyyat nömrəli Şəhadətnamə verilmişdir. Həmin zirzəminin üzərində yerləşən əmlak isə hazırkı iş üzrə cavabdeh Cavabdeh mülkiyyətindədir. Iddiaçı İddiaçı satın aldığı zirzəminin cavabdeh tərəfindən betonla doldurularaq məhv edilməsini və bunun nəticəsində ona külli miqdarda zərər vurulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi ## #### 2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qərardaddla “müqavilənin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi” hissədə iş üzrə icraata xitam vermiş, “qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul tələbi” hissədə isə iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

43. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

46. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı İddiaçı satın aldığı zirzəminin cavabdeh tərəfindən betonla doldurularaq istifadə üçün yararsız vəziyyətə gətirildiyini və nətəcədə ona küllü miqdarda ziyan vurulmasını iddia edir.

48. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21, 152, 1096,1097 və 1115-ci maddələri nəzərdən keçirilə bilər və bu qətnamənin 22-32-cü bəndlərində həmin normalar sadalanmışdır.

49. Iddiaçı İddiaçı satın aldığı zirzəminin girişinin həyətdən cavabdeh Cavabdeh tərəfindən bağlanmasını, eləcədə zirzəminin sonuncu tərəfindən betanla doldürularaq məhv edilməsini bildirsədə, lakin zirzəminin məhz cavabdeh tərəfindən betaonla doldurulmasına dair hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

50. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, **/**** nömrəli rəydə qeyd olunmuşdur ki, Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair (binaya dair) texniki sənədlər təqdim olunmadığından binanın ümumi texniki sənədlərinə əsasən həmin binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini müəyyən etmək mümkün olmamış, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi mövcud olmadığından zirzəminin faktiki sahəsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki sənədlərinə əsasən, həmin binada İddiaçı mülkiyyətinə verilmiş zirzəmi nəzərdə tutulmuşdursa, onun istifadəyə yararlı hala gətirilməsi, yaxud zirzəminin yenidən açılmasının texniki təhlükəsizlik qaydalarına uyğunluğu, eləcə də zirzəminin yenidən açılmasının binanın uçması və dağılması təhlükəsi ola biləcəyinə münasibətdə isə rəydə qeyd olunmuşdur ki, iş materiallarına əlavə olunmuş FHN-nin TTNDAnin ##.##.2024-cü il tarixli *-**-*/*-****/**** nömrəli rəyinə əsasən qeyri-yaşayış binası üzrə müvafiq ölçü işləri aparılaraq binanın uzunluğu 31,5 m, eni 13,7 m binanın 1941-ci ildə inşa olunmuşdur və mərtəbənin hündürlüyü 4,10 metr təşkil edir. Hazırda binanın iddia edilən zirzəmi sahəsinə girişin olmadığı müşahidə edilmiş və binanın yerli əhəmiyyətli memarlıq abidəsi olması və təhlükəsizlik baxımından zirzəminin olub-olmaması ilə bağlı binanın daxilində qazma işlərinin aparılması məqsədə uyğun hesab edilmədiyi göstərilmişdir. Cavabdeh məxsus olan Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyriyaşayış sahəsinin altında İddiaçı adına qeydiyyatdan keçmiş zirzəmi qum, torpaq və.s materiallarla doldurub-doldurulmamasının müəyyən edilməsi məsələsi tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmaməşdır. İddiaçı adına qeydiyyatdan keçmiş zirzəmi faktiki olaraq mövcud olmadığından Atatürk Prospektinə baxan hissəsində pəncərələrin olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün deyil. Gəncə şəhəri Atatürk prospekti 258 ünvanında yerləşən qeyriyaşayış sahəsinin məhlə tərəfdə baxan hissəsinə binaya bitişik şəkildə əlavə tikilinin inşa olduğu müəyyən edilmişdir.

51. Həyət tərəfdən zirzəmiyə giriş qapısının olması və cavabdeh tərəfindən bağlanmasına münasibətdə isə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində icraat zamanı mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Daşınmaz Əmlakın Texniki Iventarlaşma və Qiymətləndirmə sektorunun mühəndis inventarşadırıcısı X6 bildirmişdir ki, mübahisə predmeti olan zirzəminin qapısı həmin əmlakın texniki pasportuna əsasən həyətdən deyil, Gəncə şəhəri, Atatürk pr. istiqamətində olmuşdur.

52. Göründüyü kimi iddiaçı İddiaçı Tarıyel qızının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə iş üzrə cavabdeh Cavabdeh tərəfindən ziyan vurulması təsdiq olunmur.

53. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. HYPERLINK "http://e-qanun.az/framework/46945" \l "_edn110" \o "" Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **.1, **.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar