Məhkəmə qərarları › İş №2(104)-2333/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2333/2023

30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2333/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-514/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 13 adda cehiz əşyalarının ona məxsus mülkdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-514/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Qələmdar Abbasov) İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-514/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın rədd olunmasını heç bir sübutla əsaslandıra bilməmiş, yalnız evin rəsmi olaraq reyestrdə qeydiyyatdan keçməməsini göstərmişdir. Halbu ki, bununla bağlı məhkəmə qətnaməsi var və həmin qətnamə ilə Cavabdeh ona məxsus mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, 2012-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində 1 otaqlı yaşayış evi tikərək orada yaşamışdır. X1 2018-ci ildə cavabdehlə ailə həyatı qurmuş, 2019-cu ildə isə faktiki boşanaraq, evdən getmişdir. İddiaçının deməsinə görə, 2 ay olar ki, cavabdeh yeni ailə qurmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Bundan sonra cavabdeh Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq iddiaçıya məxsus evə köçürülməyini xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilsə də, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Göygöl Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rǝdd edilmişdir. Bundan sonra o, dəfələrlə cavabdehə cehiz əşyalarını çıxarmasını tələb etsə də, o, özünə məxsus əşyaları onun evindən çıxarmamışdır. Cavabdehin evdə olan əşyalarının cəmi dəyəri 3615 manatdır və bu barədə qiymətləndirmə rəyini məhkəmə kollegiyasına təqdim edir. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-514/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-514/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi birinci istansiya məhkəməsinin qətnaməsinin əsaslılğını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş : Gəncə Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 sentyabr 2020- ci il tarixli 2(066)-611/2020 saylı qətnaməsi qismən-iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh X3 faktiki istifadəsində və sahibliyində olan Göygöl rayonu, Murovdağ qəsəbəsində yerləşən heç kimin mülkiyyətində olmayan fərdi yaşayış sahəsinə köçürülməsi hissəsində ləğv eüdilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabatdan görünür ki, İddiaçı təqdim etdiyi foto şəkillərə əsasən 16 sayda cehiz əşyalarının xx.xx.2023-cü il tarixə real bazar dəyəri 3615 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh X5 ilə 2018-ci ildə faktiki ailə qurmaqla, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Cavabdeh İddiaçı razılığı əsasında iddiaçının sahibliyində və istifadəsində olan Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüş, cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Tərəflər narazılıq zəminində ayrılmışlar və Cavabdeh sözügedən evdən çıxmış, lakin cehiz əşyları həmin evdə qalmışdır. Tərəflər arasında bağlanmış nikah 05 mart 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bundan sonra da cavabdeh özünəməxsus cehiz əmlaklarını mübahisəli evdən çıxarmamışdır. İddiaçı Cavabdeh həmin evə köçürülməsinə dair məhkəmədə iddia qaldırsa da, Gəncə Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə, iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 sentyabr 2020- ci il tarixli 2(066)-611/2020 saylı qətnaməsi qismən-iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh X3 faktiki istifadəsində və sahibliyində olan Göygöl rayonu, Murovdağ qəsəbəsində yerləşən heç kimin mülkiyyətində olmayan fərdi yaşayış sahəsinə köçürülməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə də təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2 maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası İddiaçı apellyasiya dəlilləri ilə razılaşır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Bununla bərabər hazırda cavabdeh İddiaçı iddia ərizəsində göstərdiyi 13 adda cehiz əşyaları həmin mübahisəli fərdi yaşayış evində qalmaqla, iddiaçının evdən istifadə və sahiblik hüquqlarını pozur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh məxsus cehiz əşyalarının Göygöl rayonu, Murovdağ qəsəbəsində yerləşən fərdi yaşayış sahəsindən çıxarılması tələbində haqlı olmuşdur. Azərbaycan Respubilkasının MPM-nin 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişirdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-514/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-514/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh məxsus 13 adda cehiz əşyaları - 1 ədəd termo, 1 ədəd sandıq (böyük həcmli), 1 ədəd sandıq (kiçik həcmli), 1 ədəd tumbuçka, 1 ədəd yazı masası, 1ədəd stol, 6 ədəd stul, 1 ədəd xalça, 1 ədəd yorğan, 1 ədəd döşək, 1 ədəd televizor üçün altlıq, 1 ədəd çilçıraq, 1 ədəd sokçəkən maşın, 1 ədəd ütü, 1 ədəd tefal çaydan, 1 neçə adda qab-qacaq məişət əşyaları İddiaçı məxsus Göygöl rayonu, Murovdağ qəsəbəsində yerləşən fərdi yaşayış sahəsindən çıxarılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar