Məhkəmə qərarları › İş №2(104)-2356/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2356/2025

08.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qətnamə Gəncəǝşəhəri İşǝ№ǝ2(104)-2356/2025 08.04.2026 GƏNCƏǝAPELLYASIYAǝǝMƏHKƏMƏSI İddiaçı İddiaçı İsa qızının cavabdeh İsmayılov Qurban Talıb oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açarǝsözlər:ǝǝümumiǝistifadədəǝolanǝyolunǝaçılmasıǝvəǝyoldaǝinşaǝedilmişǝözbaşına ǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝǝtikililərinǝcavabdehinǝvəsaitiǝhesabınaǝsökülməsi GəncəǝApellyasiyaǝMəhkəməsininǝMülkiǝKollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayılǝqızıǝvəǝX2ǝibarətǝtərkibdə, MəsimzadəǝMədədǝElçinǝoğlununǝkatibliyi, İddiaçı İddiaçı İsa qızının nümayəndəsi nümayəndə2 və cavabdeh İsmayılov Qurban Talıb oğlununǝnümayəndəsiǝİsmayılovǝRizvanǝTalıbǝoğlununǝǝiştiraklarıǝilə, İddiaçı İddiaçı İsa qızının cavabdeh İsmayılov Qurban Talıb oğluna qarşı ümumi istifadədə olan yolun açılması və yolda inşa edilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı İsa qızının nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsininǝbinasındaǝaçıqǝməhkəməǝiclasındaǝbaxaraq,ǝaşağıdakıǝqətnaməniǝqəbulǝetdi.ǝǝ İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsinin ##.##.2011-ci il tarixli, 508011000173-05101-****** reyestr nömrəli, Seriya MA, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 77.5 kv.m umumi sahəsi, 35.7 kv.m yaşayış sahəsi və 41.8 kv.m yardımçı sahədən ibarətǝmənzilǝİddiaçıǝİsaǝqızınınǝxüsusiǝmülkiyyətindədir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli, 3-21-3- **/*-****/**** saylı məktubla məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, 508011000173-05101-****** reyestr nömrəli Çıxarışa əsasən, dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, İddiaçı İsa qızının mülkiyyətində olan yaşayış otaqları və köməkçi tikilinin yerləşdiyi torpaq sahəsi çıxılmaqla, yerdə qalan torpaq sahəsi, Mehdiyeva Hǝmayıl İsa qızı, cavabdeh İsmayılov Qurban Talıb oğlu və digər qonşunun ümumi istifadələrində olan torpaq sahəsidir. MA Seriyalı ******* saylı ##.##.2011-ci il tarixli Çıxarışa əsasən, dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşməklə, İddiaçı İsa qızının mülkiyyətində olan, yaşayış otaqları və köməkçi tikilinin yerləşdiyi torpaq sahəsi çıxılmaqla, yerdə qalan torpaq sahəsi üzərində İsmayılov Qurban Talıb oğlu və digər qonşunun faktiki istifadələrində olan mənzillər mövcuddur. Əraziyə keçirilən baxış zamanı, İddiaçı İsa qızının adına qeydə alınmış 508011000173-05101-****** reyestr nömrəli Texniki Pasportda göstərilən A və B tikililəri və eyni zamanda cavabdeh və digər qonşunun faktiki istifadəsində olan mənzillərdən əlavə, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş 3 (üç) ədəd tikili aşkarlandı. İddiaçı İsa qızının mülkiyyətində olan mənzilin yerləşdiyi ümumi istifadədə olan həyətdə, İsmayılov Qurban Talıb oğlu tərəfindən inşa edilmiş tikili mövcuddur. Həmin tikilinin dövlət tərəfindən qeydə alınması barədə məlumat aşkarlanmadı.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubla məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. 1. 293 inventar nömrəli, oktyabr 2003-cü il tarixli Texniki pasporta əsasən, İsmayılov Qurban Talib oğlunun mülkiyyətində olan mənzildən əlavə, İsmayılov Qurban Talib oğlu tərəfindən artırılmış tikili, 508011000173-05101-****** reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı İsa qızının mülkiyyətində olan yaşayış mənzilə gedən, ümumi istifadədə olan yolun üzərində yerləşir. 2. 293 inventar nömrəli, oktyabr 2003-cü il tarixli Texniki Pasporta əsasən, İsmayılov Qurban Talib oğlunun mülkiyyətində olan mənzildən əlavə, İsmayılov Qurban Talib oğlu tərəfindən artırılmış tikilinin yerləşdiyi sahə 26.0 kv.m təşkil edir. 3. 508011000173-05101-****** reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı İsa qızının mülkiyyətində olan yaşayış mənzili, 293 inventar nömrəli, oktyabr 2003-cü il tarixli Texniki Pasporta əsasən İsmayılov Qurban Talib oğlunun mülkiyyətində olan mənzil və həmin mənzillərə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyy ətinə aiddir. 4.Sualın cavablandırılması, səlahiyyətləriməzəǝaidǝdeyildir.ǝ

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubdan görünür ki, iddiaçı İddiaçı İsa qızının “ümumi istifadədə olan yolun aşılması və yolda özbaşına inşa edilmiş tikililərin cavabdehi vəsaiti hesabına sökülməsi” tələbinə dair mütəxəssisin iştirakının təmin edilməsi barədə məktuba “xxxx” publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, sözügedən mülki işlə əlaqədar mütəxəssis rəyi Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli məktubla Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş *(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli məktubla daxil olmuş mülki işlə əlaqədar ##.##.2025-ci il tarixində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidov tərəfindən, ünvan 1 ünvanında yerləşən mübahisəli daşınmaz əmlak obyektlərinə (torpaq sahəsi və fərdi yaşayış evi) keçirilən ekspertiza baxışındaǝmütəxəssisinǝtəkrarǝiştirakıǝtərəflərindənǝtəminǝedilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/*** saylı ekspert rəyindən görünür ki, 293 inventar nömrəli, oktyabr 2003-cü il tarixli Texniki pasporta əsasən, İsmayılov Qurban Talıb oğlunun mülkiyyətində olan mənzildən əlavə, İsmayılov Qurban Talıb oğlu tərəfindən artırılmış tikili, 508011000173-05101- ****** reyestr nömrəli Çıxarışa əsasən, Mehdiyevə Həmayıl İsa qızının mülkiyyətində olan yaşayış mənzilə gedən, ümumi istifadədə olan yolun üzərində yerləşdiyi müəyyən edilmişdir. 293 inventar nömrəli, oktyabr 2003-cü il tarixli Texniki Pasporta əsasən, İsmayılov Qurban Talib oğlunun mülkiyyətində olan mənzildən əlavə, İsmayılov Qurban Talib oğlu tərəfindən artırılmış tikilinin yerləşdiyi sahə 26.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 508011000173-05101-****** reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı İsa qızının mülkiyyətində olan yaşayış mənzili, 293 inventar nömrəli, oktyabr 2003-cü il tarixli Texniki Pasporta əsasən İsmayılov Qurban Talib oğlunun mülkiyyətində olan mənzil və həmin mənzillərə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsiǝDövlətǝmülkiyyətinəǝaidǝolduğuǝmüəyyənǝolunmuşdur. Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiribaş memar

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubdan görünür ki, Göygöl şəhəri, S.Hacıyev küçəsi *** saylı ünvanda yerləşən dövlət mülkiyyətində ümumi istifadədə olan torpaq sahəsində yerləşən 26,0 kv.m tikilinin sökülməsi ilə bağlı bildirilir ki, həmin tikili ümumi istifadədə olan torpaq sahəsindən istifadə etmək üçün digər şəxslərə hər hansı maneəǝtörətmir.ǝHəminǝhəyətəǝavtomobilinǝgiriş-çıxışıǝmümkündür. Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiribaş memar

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**/*-***/**** saylı məktuba əlavə edilmiş sxemdən görünür ki, S.Hacıyev küçəsi *** saylı ünvanda yerləşən dövlət mülkiyyətində ümumi istifadədə olan torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş yolun eni 1-ci qonşunun evinin qarşısındaǝ4.5ǝmetr,ǝcavabdehǝİsmayılovǝQurbanaǝməxsunǝevinǝqarşısındaǝisəǝ5ǝmetrdir.

8. Xanlar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş və reyestr kitabında 8/461 nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Xanlar şəhər Qarabağ küçəsində yerləşən 2(iki) yaşayış otağı, yaşayış sahəsi 38,0 kvm-dən ibarət olan *** №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayon İHB-nin ** saylı, ##.##.1993-cü il tarixli sərəncamı əsasında İsmayılov Qurban Talıb oğlununǝadınaǝqeydəǝalınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı İsa qızı cavabdeh İsmayılov Qurban Talıb oğluna qarşı ümumi istifadədə olan yolun açılması və yolda inşa edilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Seriya MA ******** saylı, ##.##.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan və Göygöl şəhəri S.Hacıyev kuçəsi ev- 106, mənzil-3 ünvanında yerləşən 1 mərtəbəli, 77.5 kv ümumi sahəsi, 35.7 kv.m yaşayış sahəsi, 418 kv.m yardımçı sahədən ibarət mənzilə gələn yolun açılması, həyətdə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş 100 manat dövlət rüsumun cavabdehən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahişǝetmişdir.ǝ

10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o ünvan 2 unvanında yerləşən 1 mərtəbəli, 77.5 kv. umumi sahəsi, 35.7 kv yaşayış sahəsi, 41.8 kv m yardımçı sahədən ibarət mənzildə yaşayır. Həmin mənzil Seriya MA ******** saylı, ##.##.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Onların yaşadığı mənzilin yerləşdiyi həyət çoxmənzilli bina sayılır. Belə ki, bir həyətdə 3 nəfər ailə yaşayırlar. Onların hər biri öz mülkiyyətində olan mənzildə yaşayır. Həyətdə yerləşən torpaq sahəsi isə onların hamısının ümumi istifadəsindədir. Cavabdeh Cavabdeh həyətdən ümumi istifadə qaydalarını pozur. Belə ki, cavabdeh tərəfindən həyətdə qanunsuz tikililər inşa edilmişdir. Həmin tikililərdən biri sanitar qovşaqdır ki, onun mənzilinin qabaq hissəsində inşa edilmişdir. Mənzilinin sol tərəfində isə uzunluğu təxminən 6 metr olan tikili inşa edilmişdir ki, həmin tikili də onun mənzilinə maneçilik törədir. Pəncərədən düşən işığın qarşısını alır, onun mənzilinə gələn yolu məhdudlaşdırır. Mənzilinin sağ tərəfində isə onun mənzilinə bitişik cavabdeh tərəfindən mağaza tikilisi inşa edilmişdir. Cavabdeh bu tikililərin hamısını çoxmənzili binaya aid Qanunvericilikdə muəyyən edilmış normalara uyğun olmadan inşa etdirmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları məhdudlaşır. O, cavabdehin təqsirli hərəkətləri ucbatından öz mənzilinə sərbəst şəkildə girib çıxaǝbilmir.ǝOnaǝgörədə,ǝhazırkıǝiddiaǝərizəsiǝiləǝməhkəməyəǝmüraciətǝetməliǝolmuşdur.

11. Göygöl Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsiǝ(hakimǝRəşadǝMustafayev)ǝiləǝiddianınǝtəminǝedilməməsiǝqətǝedilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4, 157.8, 158.2, 158.4, 166.3, 170.1, 170.2, 171.1, 172.3, 173.3, 180.1, 180.2, 180.3, 560.1, 560.2 və 560.3-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5 və 48-ci maddəsinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.ǝ

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı İddiaçı İsa qızının nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğvǝedilməsiniǝvəǝiddianınǝtəminǝedilməsiǝbarədəǝyeniǝqətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisələndirilən qətnamənin əsaslandırılma hissəsində göstərilir ki, cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin Mülki Məcəllənin 180-ci maddəsindən də aydın görünür ki, cavabdehin həmin tikiliyə gözlənilən mülkiyyət hüququnun olması, eyni zamanda cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış binasına düşən gün şüasının qarşısının alınmasına və həmin yaşayış sahəsindən istifadə etməsinə, həmin yaşayış sahəsinə gediş-gəlişə hər hansı formada maneçilik törətməsi iş materialları ilə sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyi ilə razı deyildir. Əvvəla, məhkəmə Mülki Məcəllənin konkret olaraq 180-ci maddəsinin müvafiq bəndini qeyd etməmiş, bununla da, ümumi sözlərlə mübahisəni həll etməyə çalışmışdır. Çünki, MM-nin 180-ci maddəsinin müvafiq bəndləri məhkəmənin gəldiyi nəticəyə ziddir. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan qanunsuz tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmənin qeyd olunan yanaşması Mülki Məcələnin birbaşa 180.3-cü maddəsinə ziddir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, qanunsuz tikili dövlət torpağının üzərində inşa edilmişdir. Mülki Məcəllənin 180.3-cü maddəsində göstərilir ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o, şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Mövcud qüvvədə olan maddi hüquq norması cavabdehə hal-hazırda və gələcəkdə qanunsuz tikiliyə mülkiyyət hüququnun əldə edilməsini qadağan edir. Mülki işin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh tərəfindən 3 ədəd fərqli yerdə qanunsuz tikili tikmişdir. Məhkəmə qətnamədə göstərir ki, cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən yaşayış binasına düşən gün şüasının qarşısının alınmasına və həmin yaşayış sahəsindən istifadə etməsinə, həmin yaşayış sahəsinə gediş-gəlişə hər hansı formada maneçilik törətməsi iş materialları ilə sübuta yetirilmir. Birinci istansiya məhkəməsi hər tərəfli, tam və obyektiv araşdırma aparmış olsaydı, hər hansı mütəxəssis və ekspert rəyi olmadan qanunsuz tikilələrin yaşayış binasına günəş işığının qarşısını almaması qənaətinə gəlməzdi. Çünki, məhkəmə öz təşəbbüsü ilə xüsusi bilik tələb edən sahə ilə bağlı qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən yaşayış binasına düşən gün şüasının qarşısının almır. Mülki iş materiallarında qanunsuz tikililərin günəş şuasınınǝqarşısınǝalmamamasınıǝtəsdiqǝedənǝhərǝhansıǝmütəxəssisǝvəǝekspertǝrəyiǝyoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiyaǝşikayətinəǝqarşıǝetirazǝdaxilǝolmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İsa qızının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatlnda göstərmişdir ki, iddia tələbi ümumi istifadədə olan yolun üzərində olan qeyri qanuni tikilinin sökülməsindən ibarətdir. Həmin qeyri qanuni tikili 2018-ci ildə S.Hacıyev *** saylı ünvanda cavabdeh tərəfindən tikilmişdir. Onlar həyətlərindən istifadə etsələr də, qeyd edilən tikili maneəçilik törədir. Həyətdə bir neçə tikili vardır ki, qeyri-qanuni tikilmişdir və həmin tikililər də cavabdehə məxsusdur. Əlavə olaraq qeyd edir ki, onlar qanunsuz tikili dedikdə ümumi istifadədə olan yolun üzərində olan tikilini nəzərdə tuturlar. Yolun üzərində bir tikili yerləşir. Həmin ünvanda üç mənzil yerləşir, ortada olan mənzil cavabdehə, həyət qapısından girdikdə qapının sağında olan bir mənzil qonşuya və sonuncu mənzil isə özlərinə məxsusdur. 1-ci qonşunun da artırması vardır. Lakin, onlar yalnız cavabdehin evinin künc hissəsində olan köhnə pilləkənin qarşısının artırılıb tikilən hissəsinin sökülməsini istəyirlər. Həmin yerdə tək qabaq deyil, müəyyən qədər məsafə eninə və uzununa artırılmışdır. Digər qonşunun onlar üçün heç bir maneəçiliyi yoxdur. Qeyd olunan ünvanda yerləşən həyətdə onların zəbtində olan ərazi yoxdur. Həyətdə basdırılmış dəmir turbaların yerində əvvəlcə metal tor hasar olmuşdur. Həyətdə olan turbaları o, basdırmışdır və həmin ərazi onların istifadəsindədir. Həmin ərazinin nə qədər olmasını bilmir. Həyətdə üzüm ağacı olmuş və qeyd olunan turbalar çardaq məqsədi ilə istifadə etmək üçün basdırılmışdır. Həyətdə onların istifadəsində olan evlə üzbəüz olan hamam-tualet vardır və həmin tikili qonşunun istifadəsindədir. Həyətdə onların başqa tikili kimi sadəcə toyuq damları vardır. Avtomobillə həyətə girə bilmək mümkündür, lakin çətinlik çəkirlər. Cavabdehin artırması olan hissə evin onlarla sərhəd olan hissəsində künc hissə olmamışdır. Onlarla cavabdehin arasında taxta pilləkən olmuşdur. Yeni tikilən divar onların ön divarlarında qabaqda tikilmiş, bir kubik isə onlara tərəf keçmişdir. Həmin divarın tikilməsi vaxtı onlar Bakı şəhərinə hüzür yerinə getmişlər və geri qayıtdıqda həmin tikilinin başlanmasını görmüşlər. Tikilinin başlandığı vaxtdan keçən 6 il ərzində onlar 2023-cü ildə məhkəməyə edilmiş müraciətdən başqa heç bir yerə şikayət etməmişlər. Belə ki, onlar hüzürdən sonra tikilinin başlandığını görmüşlər və ev sahibi Qurban İsmayılov 2018-ci ildə çıxıb Rusiyaya getmişdir. Bu məsələ ilə bağlı dəfələrlə Qurban İsmayılova problemi yoluna qoymaq barədə bildirmişlər, sonuncu isə hər dəfəsində sentyabr ayında gələcəyini, sonradan isə təqaüdə çıxıb gələcəyini bildirmişdir. Bundan sonra isə Qurbanın qohumları ilə danışmış və onların gor qonşusu olmalarını və bu məsələni yoluna qoymalarını bildirmişdir. Həyətdə olan birinci qonşunun da həyətə olan tikilisi yola çıxmış və bərabərləşmiş, lakin həmin qonşunun tikilisi onlara maneəçilik törətmir, yalnız cavabdehin tikilisi maneəçilik törədir. Hesab edir ki, cavabdeh evin qarşısını artırmaqla onların avtomobillə həyətə giriş çıxışlarına maneəçilik törədir, həmçinin, günəş şüasının qarşısını alır. Şəkildən də görsənir ki, onlar çardaqla bağlı 3-4 dənə dirək basdırmışlar və çardaqdan qabaq həmin yerdə onların tor hasarları olmuşdur. Onlara mağaza ehtiyac deyil və həmin yerdə mağaza işləyəsi yer deyil, o sadəcə yola getmədikləri üçün həmin yerdən artıq çıxış istəyir. Onların evinin yanında qarşı tərəfin istifadəsində olan torpaq və mağaza vardır. Onlardan sağ tərəfdə ev yoxdur. Mağazanın tikintisi zamanı onlara xahişə gəlmişlər ki, oğlan Rusiyaya qayıtmasın, burda qalsın və mağaza işlətsin. Həmin vaxt onlar isə səhv edib mağaza tikintisinə razılıq vermişlər. Həmin mağaza isə onların özəl mülklərinə bitişikdir. Həmçinin, həyətdə olan sanitar qovşaq tikilən zaman da xəstə uşaqlarının olmasını bildirib xahiş etdilər, onlar isə xəstə uşaqları olduğu üçün razı olmuş və qeyd olunan sanitar qovşaq onların evləri ilə üzbəüz tikilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təminǝedilməsiniǝxahişǝetmişdir.ǝ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İsmayılov Qurban Talıb oğlunun nümayəndəsi İsmayılov Rizvan Talıb oğlu apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, cavabdeh İsmayılov Qurban Talıb oğlu onun qardaşıdır. İddiaçının nümayəndəsi ev tikilən zaman onların burda olmamasını və xəbərlərinin olmamasını bildirsə də, iddiaçı Həmayıl xanım tikinti olan zaman şəxsən orada olmuş, həmin vaxt onlara tərəf pəncərə və soba dirəklərinin qoyulmamasını tapşırmışdır. Həmayıl xanımın tapşırığına görə onlara tərəf pəncərə qoyulmamış və soba dirəkləri onlara tərəf çıxarılmamışdır. Əlavə olaraq bildirir ki, qeyd olunan tikili 2016-cı ildə tikilmişdir. Onlar arasında olan narazılıq isə iddiaçının mağazanı onlara verməsini, onların istifadə etmələrini, əgər verməsələr onların başına oyun açacağını bildirməsi səbəbindən olmuşdur. Həmin həyətdə 1989-cu ildən qonşu kimi yaşayırlar. Onlar tərəfdə həyətdə metal tor hasar yoxdur. Yalnız mağaza tərəfdə metal tor hasar vardır. Həyətin ortasında basdırılmış dirəklər iddiaçı tərəfdən basdırılmış, orada üzüm çardağı olmuş, ondan iddiaçı tərəf istifadə etmiş və həmin yer ümumi torpaq olmuşdur. Dirəyin arxasında görsənən taxta çəpər qarşı tərəfə məxsusdur və həmin ərazidən 1989-cu ildən iddiaçı tərəf istifadə edir. Qapıdan girişdə solda olan tikili birinci qonşuya məxsusdur. Həmin tikili təxminən 10 ilə yaxındır mağaza kimi tikilmiş, lakin istifadə edilməmişdir. Onlar öz evlərini bir az qabağa çıxarmışlar. Belə ki, həmin yerdə pilləkənin qarışısında köhnə aynabənd olmuş və həmin yerin küncündən daşla qaldırılıb tikilmişdir. Onlardan qabaq digər qonşu tikinti etmiş və qarşıya çıxmış, hal-hazırda həmin qonşu ilə onların tikililəri bərabərdir. Mağazanı 2005-2006-cı ildə tikmişlər. Onlar tərəfindən iddiaçıya həyətdə dirəklərin basdırılması barədə irad bildirilibbildirilməməsi barədə məlumatı yoxdur. Ev tikilən zaman əvvəllər hər hansı narazılıq olmamış və soldakı qonşu heç bir etiraz etməmişdir. Onların əlavə artırma olan tikililəri təxminən 10-16 kvm-dir. Heç kəs mağaza tikintisi ilə bağlı xahiş etməmiş, iki qonşu olmuş və imza çəkərək tikintiyə razı olmuşlar. Onlar iddiaçının yolunu kəsməmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıǝxahişǝetmişdir.ǝ

Tətbiq edilən hüquq ǝǝǝAzərbaycanǝRespublikasınınǝKonstitusiyası

18. Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənǝmüdafiəǝolunur; II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər;

19. Maddəǝ29.ǝİ.ǝHərǝkəsinǝmülkiyyətǝhüququǝvardır; II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyətǝhüququǝqanunlaǝqorunur;ǝ II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etməkǝvəǝonunǝbarəsindəǝsərəncamǝverməkǝhüquqlarındanǝibarətdir;

20. Maddəǝ60.ǝHüquqǝvəǝazadlıqlarınǝinzibatiǝvəǝməhkəməǝtəminatı İ.ǝHərǝkəsinǝhüquqǝvəǝazadlıqlarınınǝməhkəmədəǝmüdafiəsinəǝtəminatǝverilir;

21. Maddəǝ125.ǝMəhkəməǝhakimiyyətininǝhəyataǝkeçirilməsi VII.ǝMəhkəməǝicraatıǝhəqiqətinǝmüəyyənǝedilməsiniǝtəminǝetməlidir;

22. Maddəǝ129.ǝMəhkəməǝqərarlarıǝvəǝonlarınǝicras III.ǝMəhkəməǝqərarıǝqanunaǝvəǝsübutlaraǝəsaslanmalıdır.

“İnsanǝhüquqlarınınǝvəǝəsasǝazadlıqlarınǝmüdafiəsiǝhaqqında”ǝKonvensiya:

23. Maddəǝ6.ǝƏdalətliǝməhkəməǝaraşdırmasıǝhüququ

24. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:

25. Maddəǝ1.ǝMülkiyyətinǝmüdafiəsi

26. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdəǝtutulmuşǝşərtlərǝistisnaǝolmaqla,ǝözǝmülkiyyətindənǝməhrumǝediləǝbilməz.ǝ

27. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

AzərbaycanǝRespublikasınınǝMülkiǝMəcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınanǝvəǝqorunanǝhüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarınıǝpozmasın,ǝyaxudǝhüquqdanǝsui-istifadəǝolmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasınıǝməhkəməǝvasitəsiləǝtələbǝedəǝbilər.

AzərbaycanǝRespublikasınınǝMülki-ProsessualǝMəcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutǝetməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəǝuyğunǝəsaslandırılmalıdır.ǝ

36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianınǝtəminǝolunub-olunmadığınıǝmüəyyənǝedir.

37. Maddəǝ218.3.ǝHakimǝişdəǝiştirakǝedənǝşəxslərinǝverdiyiǝtələblərǝüzrəǝqətnaməǝçıxarır.

38. Maddəǝ384.0.ǝApellyasiyaǝinstansiyasıǝməhkəməsi: 384.0.1.ǝqətnaməniǝdəyişmədən,ǝapellyasiyaǝşikayətiniǝisəǝtəminǝetmədənǝsaxlayaǝbilər;

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqdaǝisəǝtamǝyoxlayır.ǝ

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsiniǝyoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar”ǝqaydasınaǝçevrilir».

43. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığınınǝtamǝşəkildəǝyoxlanılmasıǝtəşkilǝedir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçünǝəsasǝyoxdur.

46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsiǝdəyişdirilmədənǝsaxlanılmalıdır.

47. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı İddiaçı ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 77.5 kv.m umumi sahəsi, 35.7 kv.m yaşayış sahəsi, 41.8 kv.m yardımçı sahədən ibarət mənzildə yaşayır. Həmin mənzil Seriya MA ******** saylı, ##.##.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Yaşadıqları həyətdə 3 ailə yaşayırlar. Onların hər biri öz mülkiyyətində olan mənzildə yaşayırlar. Həyətdə yerləşən torpaq sahəsi isə onların hamısının ümumi istifadəsindədir. İddia ərizəsində qeyd olunmuşdur ki, cavabdeh İsmayılov Qurban Talıb oğlu həyətdən ümumi istifadə qaydalarını pozur. Belə ki, cavabdeh tərəfindən həyətdə qanunsuz tikililər inşa edilmişdir. Həmin tikililərdən biri sanitar qovşaqdır ki, onun mənzilinin qabaq hissəsində inşa edilmişdir. Mənzilinin sol tərəfində isə uzunluğu təxminən 6 metr olan tikili inşa edilmişdir ki, həmin tikili də onun mənzilinə maneçilik törədir. Pəncərədən düşən işığın qarşısını alır, onun mənzilinə gələn yolu məhdudlaşdırır. Mənzilinin sağ tərəfində isə onun mənzilinə bitişik cavabdeh tərəfindən mağaza tikilisi inşa edilmişdir. Cavabdeh bu tikililərin hamısını çoxmənzili binaya aid Qanunvericilikdə muəyyən edilmış normalara uyğun olmadan inşa etdirmişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları məhdudlaşır. İddiaçı, cavabdehin təqsirli hərəkətləri ucbatından öz mənzilinə sərbəst şəkildə girib çıxa bilmir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə iddia tələbini rəddǝetmişdir.ǝ

48. Məhkəməǝkollegiyasıǝməhkəməninǝişǝüzrəǝgəldiyiǝnəticəniǝəsaslıǝhesabǝedir.

49. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

50. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyətǝtoxunulmazdırǝvəǝbuǝtoxunulmazlığaǝtəminatǝverilir.

51. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cüǝmaddələri).

52. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüǝşəxslərinǝhüquqlarınıǝpozmasın,ǝyaxudǝhüquqdanǝsui-istifadəǝolmasın.

53. İş materialları ilə cavabdeh tərəfindən tikilmiş tikilinin iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən yaşayış binasına düşən gün şüasının qarşısının alınmasına və həmin yaşayış sahəsindən istifadə etməsinə, həmin yaşayış sahəsinə gediş-gəlişə hər hansı formada maneçilikǝtörətməsiǝsübutaǝyetirilmir.

54. Belə ki, apellyasiya baxışı zamanı mübahahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşir. ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 77.5 kv.m umumi sahəsi, 35.7 kv.m yaşayış sahəsi və 41.8 kv.m yardımçı sahədən ibarət mənzil çıxarışla iddiaçı İddiaçı İsa qızının xüsusi mülkiyyətindədir. Həmçinin, qeyd olunan ünvanda 2 (iki) yaşayış otağı, yaşayış sahəsi 38,0 kv.m-dən ibarət olan *** №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayon İHB-nin ** saylı, ##.##.1993cü il tarixli sərəncamı əsasında İsmayılov Qurban Talıb oğlunun adına qeydə alınmışdır. Göygöl şəhəri, S.Hacıyev küçəsi *** saylı ünvanda yerləşən dövlət mülkiyyətində ümumi istifadədə olan torpaq sahəsi ətrafı hasarlanmış və torpaq sahəsində çox uzun müddət əvvəl Almanlar tərəfindən yaşayış binaları tikilmişdir. Hazırda qeyd olunan ünvanda iddiaçıya, cavabdehə və mülki iş üzrə tərəf olmayan digər şəxsə məxsus üç mənzil mövcuddur və hər üç mənzilə məxsus özbaşına əlavə tikililər və zəbtlərində torpaq sahəsi vardır. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh İsmayılov Qurban Talıb oğlu 2016-cı ildə Göygöl şəhəri, S.Hacıyev küçəsi *** saylı ünvanda yerləşən yaşadığı mənzilinin küncündən həyətə doğru istiqamətlənməklə mənzilin küncünü artırmış, tərəf olmayan digər qonşunun mənzili ilə paralel və eyni istiqamətə gətirməklə yaşadığı mənzilin texniki sənədində olan göstəricilərdən əlavə tikinti aparmış, bu tikili iddiaçının mülkiyyətində olan mənzilin divarına söykənmədən və onun qarşısını kəsmədən aparılmışdır. Ümumilikdə cavabdeh İsmayılov Qurban Talıb oğlunun mülkiyyətində olan mənzildən əlavə onun tərəfindən artırılmış tikilinin bir hissəsi, iddiaçı Mehdiyevə Həmayıl İsa qızının mülkiyyətində olan yaşayış mənzilinə gedən, ümumi istifadədə olan yolun az hissəsində yerləşsədə, lakin həmin tikilinin ümümi istifadədə olan torpaq sahəsindən istifadə etmək üçün digər şəxslərə hər hansı maneə törətmədiyi və həmin həyətə avtomobil giriş-çıxışının mümkün olmasıǝmüəyyənǝedilmişdir.

55. Bununla belə iddiaçı cavabdeh tərəfindən ona məxsus evin qonşuğunda tikililər tikməsini bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıǝsübutǝetməlidir.

56. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,ǝhəmçininǝtəkzibǝolunmazǝoxşarǝfaktǝehtimallarındanǝirəliǝgələǝbilər.

57. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadırǝ(meyardır).ǝ

58. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğunǝqismənǝtəminǝedəǝbilər.

59. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiqǝedəǝbiləcəkǝsübutlarıǝməhkəmələrəǝtəqdimǝedəǝbilməmişdir.

60. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları iləǝmüəyyənǝedilir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydınǝgöstərilməlidir.

62. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiqǝedilməliǝhüquqǝnormalarınaǝmüvafiqǝolaraqǝqiymətǝverilməlidir.

63. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

64. Belə ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetininǝkeyfiyyətinəǝdairǝkeçirilir.

65. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqǝvəzifəsiniǝqoyur.

66. «Mahmudov Rusiyaya qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşarǝfaktǝehtimallarındanǝirəliǝgələǝbilər.

67. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdirǝki,ǝməhkəməǝicraatıǝhəqiqətinǝmüəyyənǝedilməsiniǝtəminǝetməlidir.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdənǝəsaslandırmalıdır».

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən aktǝkimiǝçıxışǝetməlidir.

70. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrinǝüzərinəǝözǝqərarlarınıǝəsaslandırmaqǝvəzifəsiniǝqoyurǝ(96-cıǝbənd).

71. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan işdə, müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 77.5 kv.m umumi sahəsi, 35.7 kv.m yaşayış sahəsi, 41.8 kv.m yardımçı sahədən ibarət mənzildə yaşayır. Həmin mənzil çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Həmin həyətdə 3 ailə yaşayır. Onların hər biri öz mülkiyyətində olan mənzildə yaşayırlar və çıxarışları vardır. Həyətdə yerləşən torpaq sahəsi isə onların hamısının ümumi istifadəsindədir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı mübahahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi Göygöl şəhəri, S.Hacıyev küçəsində yerləşir. Həmin ünvanda olan ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, 77.5 kv.m umumi sahəsi, 35.7 kv.m yaşayış sahəsi və 41.8 kv.m yardımçı sahədən ibarət mənzil - çıxarışla iddiaçı İddiaçı İsa qızının xüsusi mülkiyyətindədir. Həmçinin, qeyd olunan ünvanda 2 (iki) yaşayış otağı, yaşayış sahəsi 38,0 kv.mdən ibarət olan *** №-li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayon İHB-nin ** saylı, ##.##.1993-cü il tarixli sərəncamı əsasında İsmayılov Qurban Talıb oğlunun adına qeydə alınmışdır. Göygöl şəhəri, S.Hacıyev küçəsi *** saylı ünvanda yerləşən dövlət mülkiyyətində ümumi istifadədə olan torpaq sahəsi ətrafı hasarlanmış və torpaq sahəsində çox uzun müddət əvvəl Almanlar tərəfindən yaşayış binaları tikilmişdir. Hazırda qeyd olunan ünvanda iddiaçıya, cavabdehə və mülki iş üzrə tərəf olmayan digər şəxsə məxsus üç mənzil mövcuddur və hər üç mənzilə məxsus özbaşına əlavə tikililər və zəbtlərində torpaq sahəsi vardır. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh İsmayılov Qurban Talıb oğlu 2016-cı ildə Göygöl şəhəri, S.Hacıyev küçəsi *** saylı ünvanda yerləşən yaşadığı mənzilinin küncündən həyətə doğru istiqamətlənməklə mənzilin küncünü artırmış, tərəf olmayan digər qonşunun mənzili ilə paralel və eyni istiqamətə gətirməklə yaşadığı mənzilin texniki sənədində olan göstəricilərdən əlavə tikinti aparmış, bu tikili iddiaçının mülkiyyətində olan mənzilin divarına söykənmədən və onun qarşısını kəsmədən aparılmışdır. Göründüyü kimi, hər üç ailə üçün nəzərdə tutulan torpaq sahəsindən istifadə etmək üçün digər şəxslərə, həmçinin cavabdehə hər hansı maneə yoxdur. Qeyd olunan yol ümumi istifadədə deyil, yalnız üç mənzilin istifadəsi üçün nəzərdə tutulmuşdur. Həmin üç mənzilin yerləşdiyi həyətə giriş-çıxış var və avtomobil yolu kəsilməmişdir. Yəni yuxarıdaǝqeydǝolunanǝtikilininǝiddiaçınınǝmənzilinəǝgedənǝyolaǝheçǝbirǝmaneçiliyiǝyoxdur.

72. Beləliklə, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymətǝverərəkǝhesabǝedirǝki,ǝhəminǝdəlillərǝhazırkıǝişinǝhallarınaǝmünasibətdəǝəsaslıǝdeyildir.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İddiaçı İsa qızının nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətiǝtəminǝedilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsiǝdəyişdirilmədənǝsaxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayətiǝveriləǝbilər.ǝ Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyiǝgündənǝ2ǝayǝkeçdikdənǝsonraǝqüvvəyəǝminir.ǝǝ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar