Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2431/2023 20.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı (digər iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Vəkil, cavabdehlər (digər iddia üzrə iddiaçı) X1, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və onların vəkili X16 iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh1, Nuruşova (Əliyeva) Günel İlham qızına, X24, X5 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair, habelə iddiaçılar X1, X20, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X21 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə iddiaları üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-164/2023 nömrəli qətnaməsindən cavabdehlər (digər iddia üzrə iddiaçılar) X9, X34 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının nümayəndəsi – vəkil X28 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-164/2023 nömrəli qətnaməsi ilə (hakim G.Şirinov) iddianın qismən təmin edilməsi, xx.xx.2005-ci il tarixdə İddiaçı ilə Cavabdeh1, X9, Nuruşova (Əliyeva) Günel İlham qızı, X35 və X36 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən X40 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsinə və xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X11 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsinə dair bağlanan alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, X1, X20, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X21 İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Cavabdehlər (digər iddia üzrə iddiaçılar) X9, X34 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının nümayəndəsi – vəkil X28 qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, Sаmuх Rаyоn Məhkəməsinin 16 аvqust 2023-cü il tаriхli, 2 (058)-164/2023 nömrəli qətnаməsinin ləğv еdilməsinə və ilk iddiа tələbinin təmin еdilməməsinə, qаrşılıqlı iddiа tələbinin isə tаm təmin еdilməsinə dаir yеni qətnаmənin çıхаrılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər X4, Cavabdeh1, Nuruşova (Əliyeva) Günel İlham qızına, X24, X5 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1, X9, X29, X35, X36 arasında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı - JN-524 KOD-50701006 saylı - Samux rayonu X15 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərar ilə verilmiş 1,20 hektar pay torpağının alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, onunla X11, X12 arasında olan Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı - JN-524 KOD-50701006 Samux rayonu X15 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar pay torpağının alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdə cavabdehlər Cavabdeh1, X9, X29, X30, X36 ilə torpaq alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdehlər tərəfindən Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair dövlət aktı - JN-524 Kod-50701006 saylı - Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş, Samux rayonu, Nəbiağalı kəndində yerləşən 1,20 hektar pay torpağı ******* manata ona satılmış və həmin məbləğ onun tərəfindən ödənilmişdir. Həmçinin o, xx.xx.2005-ci il tarixdə cavabdehlər X11 və X12 ilə də pay torpaq alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehlər tərəfindən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı - JN-525 Kod-50701006 nömrəli - Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş Samux rayonu, Nəbiağalı kəndində yerləşən 0.48 hektar pay torpağı ******* manata ona satılmışdır. xx.xx.2005-ci il tarixində adı çəkilən müqavilələrlə Samux rayon Dövlət Notariat Kontorunda T.M.Əsədov tərəfindən təsdiq edilmişdir. Həmin müqavilələr Samux rayon Dövlət Notariat Kontorunda iki nüsxədən ibarət tərtib edilmişdir. Onlardan bir nüsxəsi notariat kontorunda saxlanılmış, bir nüsxəsi isə alıcı olaraq ona verilmişdir. Lakin müqavilələr bağlandıqdan sonra məlum olmuşdur ki, müəyyən sənəd qarışıqlığı olduğuna görə onların reyestrdə qeydiyyata alınmalı olması Samux rayon Dövlət Notariat Kontoru tərəfindən unudulmuşdur. Bununla da müqavilələrin reyestrə salınması və qeydiyyata alınması prosesi tamamlanmamışdır. Samux rayon dövlət notariat kontorunun kobud məsuliyyətsizliyi və etinasızlığı nəticəsində illərdir ki, həmin torpaq sahaələri üzərində onun mülkiyyət hüququ tanınmamışdır. Belə ki, kənd sakinləri tərəfindən tərtib edilmiş akta əsasən Torpağ mülkiyyəti hüququna dair dövlət aktı JN-524 Kod-50701006 nömrəli Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərar ilə verilmiş 1,20 hektar pay torpağının ******* manata alıcı olaraq ona satıldığı və satılan pay torpaq sahəsinin xərcinin onun tərəfindən ödənildiyi bir daha təsdiqi olunmuşdur. Eyni qaydada kənd sakinləri tərəfindən tərtib edilmiş akta əsasən torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-525 Kod-50701006 nömrəli Samux Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar pay torpağının ******* manata alıcı olaraq ona satıldığı və satılan pay torpaq sahəsinin xərcinin onun tərəfindən ödənildiyi bir daha təsdiq olunmuşdur. Eləcə də bələdiyyə və icra nümayəndəliyinin verdiyi arayışlardan görünür ki, o, Samux rayonunda yerləşən hər iki torpaq sahəsini cavabdehlərdən almış və həmin torpaq sahəsi onun istifadəsindədir. İddiaçılar X9, X34, Nuruşova (Əliyeva) Günel İlham qızı, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı və X36 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı JN-524 KOD 50701006 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə onlara məxsus olan 1.20 ha və 0.48 ha pay torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrinin sərhədləri müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə 1.20 ha və 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə 0.48 ha pay torpaq sahələri Samux rayonu, Nəbiağalı qəsəbəsi ərazisindən onlara verilmiş, cavabdeh özbaşına onlara məxsus olan toraq sahəsini tutmuş, hazırda istifadə edir. O, torpaq sahəsini əkmək istəsə də, cavabdeh torpaq sahəsini boşaltmaq istəmir. Artıq onların həmin torpaq sahəsindən istifadəyə ehtiyacları vardır. Ona görə də, torpaq sahələrini tələb edirlər, torpaq sahəsinin vergisini vaxtında ödəyirlər, lakin torpraq sahəsindən istifadə edə bilmirlər. Cavabdehdən dəfələrlə torpaq sahəsini könüllü boşaltmasını, onların mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün maneə törətməməsini tələb etsələr də, cavabdeh buna məhəl qoymur və öz qanunsuz hərəkətlərini davam etdirərək, onların qanunla nəzərdə tutulmuş hüquqlarını pozur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-99/2023 nömrəli qərardadı ilə iddiaçılar X1, X20, X17, Cavabdeh2 və X21 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(058)-99/2023 nömrəli mülki işin İddiaçı cavabdehlər Cavabdeh1, X4, X22, X24, X5 və Cavabdeh2 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair 2(058)-164/2023 nömrəli mülki işə birləşdirilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq qərəzli qətnаmə çıхаrmışdır. İşdə оlаn sübutlаrı düzgün qiymətləndirilməmişdir. Belə ki, iş mаtеriаllаrındа оlаn sənədlərdən də görünür ki, qеyd оlunаn tоrpаq sаhəsi onların mülkiyyətindədir. Onlar tərəfindən həmin tоrpаq sаhəsi iddiаçıyа sаtılmаmışdır. İş mаtеriаllаrındа оlаn “Tоrpаğın mülkiyyət hüququnа dаir” şəhаdətnаmədən də görünür ki, qеyd оlunаn tоrpаq sаhəsi Аqrаr İslаhаt Kоmissiyаsının qərаrı ilə onalrın mülkiyyətinə vеrilmişdir. İddiаçının istinаd еtdiyi аlqı-sаtqı müqаviləsi özü bеlə iş mаtеriаllаrındа yохdur və məhkəməyə təqdim еdilməmişdir. Həmin müqаvilədə оlаn imzаlаrın özü bеlə sахtаdır. Bеlə ki, birinci instаnsiyа məhkəməsi tərəfindən iş üzrə еkspеrtizа kеçirilməsi bаrədə qərаrdаd çıхаrılsа dа, iş üzrə еkspеrtizа kеçirilməsindən imtinа еdilmişdir. 2000-ci il tаriхdən qüvvədə оlаn Mülki Məcəllənin tələbinə əsаsən Dаşınmаz əmlаklа bаğlı bütün əqdlərə dаir sərəncаm vеrilməsi üzrə müqаvilələrin bаğlаnmаsı üçün bu müqаvilələr yаlnız nоtаriаl qаydаdа bаğlаnmаlı idi. Əgər onların həqiqətən də tоrpаq sаhəsini iddiаçıyа sаtmаq niyyəti və irаdə ifаdəsi оlsаydı, onlar həmin müqаviləni nоtаriаl qаydаdа bаğlаyаrdılar. Həmçinin iş mаtеriаllаrındа bеlə аlqı-sаtqı müqаviləsinin əsli mövcud dеyil. Məhkəmə tərəfindən iş üzrə аlqı-sаtqı müqаviləsinin nоtаriаl qаydаdа bаğlаnmаmаsı, onlar tərəfindən həmin müqаviləni imzаlаmаqları о, cümlədən onlar tərəfindən həmin tоrpаq sаhəsinin iddiаçıyа sаtmаq niyyyəti və irаdə ifаdələri оlmаmаsı ilə bаğlı fаktiki hаllаrа həmçinin sübutlаrı düzgün qiymətləndirməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü, cavabdehlərdən X34, Nuruşova (Əliyeva) Günel İlham qızı və X36 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdehlər (digər iddia üzrə iddiaçılar) X9, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı və onların vəkili X28 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi, onlar tərəfindən verilmiş iddianın təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdilər. Cavabdeh (digər iddia üzrə iddiaçı X9 həmçinin göstərdi ki, həyat yoldaşı torpaq sahəsini 2005-ci ildə öz qohumu Adilə müddət müəyyən edilmədən və pul almadan, hansısa sənədlə icarəyə vermişdir. Aralarında “nə şirinlik” olubsa, bilmir. Sənəd deyəndə oğlunun evdən gətirdiyi sənədi nəzərdə tutur. Lakin o, özü heç bir sənədə imza atmamışdır. Cavabdeh (digər iddia üzrə iddiaçı Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızı əlavə olaraq göstərdi ki, ona məxsus torpaq sahəsindən qardaşı İlham istifadə etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh (digər iddia üzrə iddiaçı) X36 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, onlara məxsus pay torpağını qonşuları əkib becərirdi. Həmin torpaq sahəsinin alğı-satqısından və ya da icarəyə verilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında İddiaçı (digər iddia üzrə cavabdehin) nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki tərəflər arasındakı torpaq alğı-satqısına dair müqavilələr notariat kontorunda bağlanmış, torpağa mülkiyyət hüququna dair Dövlət aktlarının birinci nüsxələri də notariat kontorunda notariat işində saxlanmışdır. Lakin hazırda notariat işlərinin notariat kontorunda olmadığı müəyyən edilmişdir. Torpaq sahələri isə müqavilələr bağlandığı andan iddiaçıya – alıcıya təhvil verilmiş, iddiaçı həmin torpaq sahələrindən hazırkı vaxtadək istifadə etməkdə davam edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan xx.xx.1998-ci il tarixli JN : 524 KOD 50701006 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın kserosurətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün X5, X6 0.48 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli JN : 525 KOD 50701006 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın kserosurətindən görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Cavabdeh1, X10, X22, X25 və X26 1.20 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə Samux rayon Dövlət Notariat Kontorunda bağlanmış müqavilənin kserosurətindən görünür ki, Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan X11 və X12 Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair dövlət aktı JN-525 Kod-50701006 saylı Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə 0.48 hektar torpaq sahəsini ******* manata satmışlar və satılan pay torpaq sahəsinin xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə Samux rayon Dövlət Notariat Kontorunda bağlanmış müqavilənin kserosurətindən görünür ki, Samux rayon Nəbiağalı qəsəbəsində yaşayan Cavabdeh1, Əliyeva Gülbəniz (Güləbənzər) Yunis qızı, X29, X35 və X36 Azərbaycan Respublikası Torpaqa Mülkiyyət hüququna dair dövlət aktı JN-524 Kod- 50701006 saylı X40 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsini ******* manata satmışlar və satılan pay torpaq sahəsinin xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, İddiaçı 2005-ci ilin yanvarında X2 və X3 Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0.48 hektar torpaq sahəsi almış, eyni zamanda İddiaçı 2005-ci ilin yanvarında İddiaçı Cavabdeh1, Əliyeva Gülbəniz (Güləbənzər) Yunis qızından, X13, X18 və X19 Nəbiağalı kəndində yerləşən 1.20 hektar torpaq sahəsi almışdır. Həmin vaxtdan İddiaçı qohumu X14 tərəfindən hər iki torpaq sahəsi əkib-becərilir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(058)-597/2022 nömrəli qətnaməsi ilə Samux rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 saylı qərarı ilə verilmiş 1,20 ha Torpağa mülkiyyət hüququna dair JN 524 (kod ********) saylı Dövlət aktının ərizəçilər X4 və X24 məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan görünür ki, Samux rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2005-ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər arasında notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmiş və arxivdə saxlanılan 4Ə-31 reyestr nömrəli müqavilənin 04 fevral 2005-ci, 4Ə-39 reyestr nömrəli müqavilənin 08 fevral 2005-ci il tarixdə təsdiq edildiyi və həmin müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. İş materiallarında olan Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh1 12 may 2008-ci ildə ölmüşdür. İş materiallarında olan Samux Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh (digər iddia üzrə iddiaçı) X7 31 dekabr 2014-cü ildə ölmüşdür. İş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahələri barəsində tərəflər xx.xx.2005-ci il tarixdə alqı-satqı müqavilələri bağlamışlar və həmin vaxtdan etibarən torpaq sahəsi İddiaçı aşkar sahibliyində və istifadəsində olmuşdur. Həmçinin, Samux rayon İHB-nın Samux şəhər İƏD xx.xx.2021-ci il tarixli arayışına əsasən, 2005-ci ildən etibarən İddiaçı həmin torpaq sahələrini Nəbiağalı qəsəbə sakini X8 əkib-becərmək üçün vermiş və hazırki vaxtadək onun tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2005ci il tarixdə İddiaçı ilə Cavabdeh1, X9, X29, X35 və X36 arasında Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən X40 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsinə və xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X11 və X12 arasında Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsinə dair alqı-satqı müqavilələri bağlamışdır. İddiaçı tərəfindən Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 0.48 hektar torpaq sahəsini və Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1.20 hektar pay torpaq sahəsini dəyərini ödəməklə satın alınmışdır. Ona görə də hesab etmişdir ki, xx.xx.2005-ci il tarixdə İddiaçı ilə Cavabdeh1, X9, Nuruşova (Əliyeva) Günel İlham qızı, X35 və X36 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən X40 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsinə və xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X11 və X12 arasında Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsinə dair bağlanan alqı-satqı müqavilələri bağlanmış hesab edilməlidir. Məhkəmə X1, X20, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X21 İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər X4, Cavabdeh1, Nuruşova (Əliyeva) Günel İlham qızına, X24, X5 və Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə” dair iddia tələbi təmin edildiyindən onların iddia tələbinin təmin olunması istisnadır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Həmin Məcəllənin 336.1-ci maddəsinə görə isə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi lə məhkəmənin qərarı əsasında həyata keçirilir. Ümumiyyətlə mülki hüquqi öhdəliklərin yaranma əsaslarından biri olan müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki işin müəyyən edilmiş hallarından aşkar şəkildə görünür ki, mübahisəli torpaq sahələri barəsində tərəflər xx.xx.2005-ci il tarixdə alqı-satqı müqavilələri bağlamışlar və həmin vaxtdan etibarən hər iki torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsində olmuş, İddiaçı həmin torpaq sahəsini 2005-ci ildən etibarən Nəbiağalı qəsəbə sakini X8 əkibbecərmək üçün vermiş və hazırki vaxtadək onun tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək uzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 151.1-ci maddəsinə görə isə mülkiyyətçinin mülkiyyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, xx.xx.2005-ci il tarixdə İddiaçı ilə Cavabdeh1, X9, X29, X35 və X36 arasında Samux rayon Nəbiağalı qəsəbəsində yerləşən X40 Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 1.20 hektar pay torpaq sahəsinə və xx.xx.2005-ci il tarixdə İddiaçı ilə X11 və X12 arasında Samux rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 04 nömrəli qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsinə dair alqı-satqı müqavilələri bağlamışdır. İddiaçı həmin torpaq sahələrinin dəyərini ödəməklə əldə etmiş və Nəbiağalı qəsəbə sakini X8 əkib-becərmək üçün vermiş və hazırki vaxtadək onun tərəfindən istifadə edilir. Kollegiyanın iclasında tərəflərin izahatları ilə həm də müəyyən olunmuşdur ki, həmin torpaq sahələrindən əvvəllər ailə üzvləri ilə birlikdə Cavabdeh1 istifadə etmiş, torpaq sahələri satıldıqdan sonra İddiaçı istifadəsinə verilmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iş üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edildiyindən X1, X20, Nuruşova (Əliyeva) Günel İlham qızının, Osmanova (Əliyeva) Məhəbbət Həsrət qızının və X21 İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasını təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiаçının istinаd еtdiyi аlqı-sаtqı müqаviləsi özü bеlə iş mаtеriаllаrındа yохdur və məhkəməyə təqdim еdilməmişdir. Həmin müqаvilədə оlаn imzаlаrın özü bеlə sахtаdır – dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı X1 özü də izahatında tərəflər arasında müəyyən razılaşmanın olduğunu və sənəd tərtib edildiyini etiraf etdiyinə görə şikayətin həmin dəlilini əsassız sayır. Kollegiya apellyasiya şikayətinin iddiаçının istinаd еtdiyi аlqı-sаtqı müqаviləsinin özünün bеlə iş mаtеriаllаrındа olmaması və məhkəməyə təqdim еdilməməsi, həmin müqаvilədə оlаn imzаlаrın özü bеlə sахtа olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, apelyatorlar bir tərəfdən müqavilənin olmamasını qeyd etsə də, digər tərəfdən müqavilədəki imzanın saxta olduğunu vurğulayır. İddiaçı iddia tələbi üzrə cavabdeh Güləbənzər Əliyeva izahatında isə tərəflər arasında olan hansısa sənədin olduğunu izah etdi ki, həmin sənəd də tərəflər arasındakı torpaq sahəsinin alğı-satqısına dair müqavilədir. Kollegiya həmçinin vurğulayır ki, digər iddia üzrə iddiaçılar X9 və qeyriləri Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1.20 hektar və 0.48 hektar pay torpaq sahələrini satmadıqlarını göstərmiş olsalar da, həmin torpaq sahələri ilə bağlı Mülkiyyət hüququna dair Dövlət aktlarının əslini (birinci nüsxələrini) məhkəməyə təqdim edə bilməmişlər. Bu xüsusatın özü də digər iddia üzrə iddiaçılar X9 və qeyrilərinin Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən 1.20 hektar və 0.48 hektar pay torpaq sahələrini İddiaçı həqiqətən də satmaları qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384.0., 385.1.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-164/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2431/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2431/2023
20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver