Məhkəmə qərarları › İş №2(104)-2441/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2441/2023

20.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2441/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə qarşı “dərs yükünün bərpa olunması”tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, “dərs yükünün bərpa olunması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin *3.06.2023-cü il tarixli 2(045)-88*/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: *. *4 fevral 20*4-cü il tarixli bakalavr diplomunun surətindən görünür ki, Gəncə Dövlət Universiteti tərəfindən İddiaçı coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr ali peşəixtisas dərəcəsi verilmişdir.

2. *5 sentyabr 20*6-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbi ilə (direktor X*0) işçi İddiaçı arasında *5 sentyabr 20*6-cı il tarixdə əmək müqaviləsi bağlanmış və işçi coğrafiya müəllimi vəzifəsinə qəbul edilmişdir.

3. Azərbaycan Respublikası Təhsil nazirinin ** oktyabr 20*9-cu il tarixli əmrinin surətindən görünür ki, X2 rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir.

4. Goranboy Rayon Təhsil Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış *0 mart 202*-ci il tarixli məktubdan görünür ki, o, 20*6-20*7-ci tədris ilində Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbində coğrafiya fənni üzrə dərs saatlarını tədris etmək üçün rayonun Qırıxlı kənd tam orta məktəbində UBTR-i vəzifəsindən Hazırəhmədli kənd tam orta məktəbinə müəllimlərin işə qəbulu müsabiqəsindən kənar müəllim təyin edilmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.20*7-ci il tarixli xx-xx-2446/*6 nömrəli məktubu əsasında Hazırəhmədli kənd tam orta məktəbinə müddətsiz əmək müqaviləsi əsasında coğrafiya müəllimi təyin edilmişdir. X8 *987-ci ildə Azərbaycan Texnologiya Universitetinin “toxuculuq” ixtisasını, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “tarix müəllimi” ixtisası üzrə yenidən hazırlanma fakültəsini bitirmişdir. xx.xx.2003-cü il tarixli 54 nömrəli əmrlə Hazırəhmədli kənd tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. 0*.09.2004-cü il tarixdən X6 dərs bölgüsü zamanı 4 saat coğrafiya dərsi verilmişdir. X8 20*7-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən coğrafiya fənni üzrə keçərək 26 (*3 ixtisas) bal toplamışdır. Hazırəhmədli kənd tam orta məktəbində 2020/202*-ci tədris ilində coğrafiya fənni üzrə *4 saat dərs saatı, 2 saat dərsdənkənar məşğələ saatı vardır. Həmin dərs yükü coğrafiya müəllimləri arasında DQ nəticələrinə əsaslanaraq ədalətli şəkildə bölünmüşdür. İddiaçı ** saat, X6 isə 5 saat dərs verilmişdir.

5. Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin *4 sentyabr 2022-ci il tarixli 0* saylı məktəb pedaqoji şurasının iclas protokolundan çıxarışdan görünür ki, məktəbin dərs bölgüsü aşağıdakı kimi aparılmışdır: *. İddiaçı – Vİ coğrafiya 2 saat, Vİİİ coğrafiya 2 saat, İX coğrafiya 2 saat, X coğrafiya 2 saat, Vİ fakultativ * saat, Vİİİ fakultativ * saat = *0 saat. 2. X8 – Vİİ coğrafiya 2 saat, Xİ coğrafiya 2 saat, Xİ fakultativ * saat = 5 saat. Vİİ – sinif rəhbəri.

6. Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin *5 sentyabr 2022-ci il tarixli *42 saylı əmrindən çıxarışdan görünür ki, məktəbdə 2022-2023cü tədris ilində müəllimlərin dərs bölgüsü aşağıdakı qaydada müəyyənləşdirilmişdir: *. İddiaçı – Vİ coğrafiya 2 saat, Vİİİ coğrafiya 2 saat, İX coğrafiya 2 saat, X coğrafiya 2 saat, Vİ fakultativ * saat, Vİİİ fakultativ * saat = *0 saat. 2. X8 – Vİİ coğrafiya 2 saat, Xİ coğrafiya 2 saat, Xİ fakultativ * saat = 5 saat. Vİİ – sinif rəhbərliyi. Əsas: pedaqoji şuranın *4 sentyabr 2022-ci il tarixli * №li qərarı.

7. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *2 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, X8 *995-ci ildən 2000-ci ilə qədər Hazırəhmədli kənd T.Məmmədov adına tam orta məktəbdə dərnək rəhbəri olaraq çalışmışdır. X8 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun tarix ixtisasını bitirmiş, həmin ildən Hazırəhmədli kənd T.Məmmədov adına tam orta məktəbin coğrafiya müəllimi olaraq çalışmışdır. 20*7-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarında coğrafiya fənni üzrə iştirak etmiş, *3-ü ixtisas olmaqla 26 bal toplamışdır. Məktəbdə coğrafiya fənni üzrə ümumi dərs yükü *2 saat əsas dərs saatı, 3 saat isə dərsdənkənar məşğələ olmaqla *5 saat təşkil edir. Dərs bölgüsü zamanı ixtisas müəllimlərinin diaqnostik qiymətləndirmə və MİQ balları nəzərə alınaraq 8 saat əsas dərs 2 saat dərsdənkənar məşğələ olmaqla *0 saat İddiaçı (D/Q balı 48/36), 4 saat əsas dərs * saat dərsdənkənar məşğələ olmaqla 5 saat X6 (D/Q balı 26/*3) verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin 2022-2023-cü il tədris ilində coğrafiya fənni üzrə *2 saat dərs saatı və 3 saat fakultativ dərs saatı yükünün ixtisasına uyğun olaraq bərpa olunaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-20*3-cü illərdə Gəncə Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil almışdır. 20*6-cı ildə Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinə *6 saat dərsə coğrafiya fənnindən yerdəyişmə etmişdir. 02 avqust 20*7-ci il tarixdə keçirilmiş müəllimlərin işə qəbul üzrə imtahanından 36 bal toplamışdır. 26 may 20*8-ci il tarixdə keçirilmiş diaqnostik qiymətləndirmə imtahanından 48 bal toplamışdır. Hal-hazırda Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyir. Məktəbdə coğrafiya ixtisası üzrə tək müəllimə o işləyir. 20*6-cı ildən 20*9-cu ilədək məktəbdə coğrafiya fənni üzrə *6 saat dərs saatı və 3 saat fakultativ dərs saatı verilmişdir. Lakin, 20*9-2020-ci tədris ilində ona verilmiş *6 saat dərsdən qanunsuz olaraq 2 saat dərs alınaraq qeyri-ixtisas müəlliməyə verilmişdir. Bu qanunsuz hərəkətdən Elm və Təhsil Nazirliyinin X*2nə elektron ərizə ilə müraciət etmişdir. X*2 bu qanunsuzluğu araşdıraraq alınan 2 saat dərsin qaytarılması barədə qərar vermişdir. 2020-202*-ci tədris ilində məktəbin direktoru X*0 tərəfindən ona *4 saat dərs verildiyi bildirilmişdir. Lakin, 03 oktyabr 2020-ci il tarixdə məktəbindirektoru bildirmişdir ki, ona *0 saat dərs və * saat fakultativ verilmişdir. Qanunsuz olaraq 4 saat dərs və * saat fakultativ qeyri-ixtisas müəlliməyə verilmişdir. Bu qanunsuz hərəkətdən dəfələrlə məktəb rəhbərliyinə və təhsil şöbəsinə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülməmiş və açıqlama da verilməmişdir. Sadəcə olaraq məktəbin direktoru bildirmişdir ki, yuxarıdan göstəriş verilib ki, həmin müəlliməyə coğrafiya fənnindən dərs verilsin. 2022-2023-cü tədris illərində məktəbdə coğrafiya fənni üzrə *2 saat dərs saatı və 3 saat fakultativ dərs verilmişdir. Həmin dərs saatlarından 8 saat dərs və 2 saat fakultativ dərs saatı ona verilmişdir. Digər 4 saat dərs saatı və * saat fakultativ dərs saatı ondan qanunsuz olaraq kəsilərək coğrafiya ixtisası olmayan X6 verilmişdir. Bu qanunsuz hərəkətdən dəfələrlə məktəb rəhbərliyinə, təhsil şöbəsinə, Gəncə-Daşkəsən regional təhsil idarəsinə, Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. Bütün müraciətləri Gəncə-Daşkəsən regional təhsil idarəsinə yönləndirilmişdir. Gəncə-Daşkəsən regional təhsil idarəsi tərəfindən heç bir tədbir görülməmişdir. Hesab edir ki, Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin qanunsuz hərəkətləri aşağıdakılardır: Gəncə-Daşkəsən regional təhsil idarəsi dərs saat bölgüsünü heç bir əsası olmadan müəllimlərin MİQ (müəllimlərin işə qəbulu) və diaqnostik qiymətləndirmə imtahanında topladığı bala əsasən bölüşdürmüşdür. Goranboy rayonu T.Məmmədov adına Hazırǝhmədli kənd tam orta məktəbində coğrafiya ixtisası üzrə tək coğrafiya müəlliməsi o olmağına baxmayaraq qeyri-ixtisası olan müəlliməyə coğrafiya fənni üzrə qanunsuz dərs vermiş və dərs bölgüsü aparmışdır. 20*6cı ilə kimi uzun müddət Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbində coğrafiya ixtisası üzrə kadr olmamış və həmin dərs saatları tarix müəllimləri arasında bölüşdürülərək keçilmişdir. 20*6-cı ildə coğrafiya fənni üzrə dərs saatları vakanta çıxarılmışdır. Tədris müəssisəsində ixtisaslı kadr olmadıqda və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən müəssisədə və digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət etmək mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və elan olunur. Bir halda ki, Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi qeyri-ixtisası olan müəllimə X4 coğrafiya fənni üzrə müəllimə kimi işləməyinə razılıq verirdisə həmin dərs saatları niyə vakanta çıxarılırdı. 20*9-2020-ci tədris ilində ona verilmiş *6 saat dərsdən qanunsuz olaraq 2 saat dǝrs alınaraq qeyri-ixtisas müəlliməyə verilmişdir. Bu qanunsuz hərəkətdən Təhsil Nazirliyinin X*2nə elektron ərizə ilə müraciət etmişdir. X*2 bu qanunsuzluğu araşdıraraq alınan 2 saat dərsin qaytarılması barədə qərar vermişdir. Həmin tədris ilində Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyinin dərs bölgüsünü qanunsuz etdikləri aşkar olunmuşdur. Qeyri-ixtisası olan müəllimə X8 MİQ (müəllimlərin işə qəbulu) imtahanında iştirak etməmişdir. Çünki uzun müddətdir həmin məktəbdə sənədlərdə tarix müəlliməsi kimi işləyir. Coğrafiya ixtisası üzrə MİQ (müəllimlərin işə qəbulu) imtahanında iştirak etməyən müəllimə dərs saatı bölgüsü zamanı dərs verilməsi qanunsuzdur. Qeyri-ixtisası olan müəllimə X* Universitetinin toxuculuq ixtisasını bitirmişdir. 200*-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının yenidən hazırlanma fakultəsində tarix ixtisası üzrə 6 ay kurs keçmişdir. Lakin, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialından verilən diplom saxta olduğu üçün tanınmamışdır. Elm və Təhsil Nazirliyi tərəfindən diplomu tanınmayan şəxsin tədris müəssisəsində müəllim kimi fəaliyyət göstərməsi qanunsuzdur və Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi bu halı gizlədərək Azərbaycan Respublikasının Qanunlarını, Təhsil haqqında əmr və sərəncamları kobud şəkildə pozaraq icazə vermişdir. Gəncə-Daşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyinin dərs saat bölgüsünü diaqnostik qiymətləndirmə imtahanında topladığı bala əsasən bölüşdürməsi qanunsuzdur. Çünki, GəncəDaşkəsən regional təhsil idarəsi və Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi həmin müəllimənin qanunsuz şəkildə diaqnostik qiymətləndirməimtahanında iştirak etməsinə şərait yaratmışlar. Dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir araşdırılma aparılmamışdır. Bu hal araşdırılmalıdır. Qeyri-qanuni olaraq diaqnostik qiymətləndirmə imtahanında iştirak etməsinə şərait yaradan şəxslər cəzalandırılmamışdır. Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən qeyri-ixtisası olan müəllimə X6 öz tarix ixtisasına uyğun olaraq tarix fənnindən dərs saatı verilmir, amma, qanunsuz olaraq coğrafiya ixtisası dərs saatı verilir və diaqnostik imtahanda iştirak etməyinə şərait yaradılaraq qanuniləşdirməyə çalışırlar. Əgər qanuni şəkildə Elm və Təhsil Nazirliyi həmin diplomu tanıyırsa tarix fənni üzrə dərs saatı ayrılsın və tarix üzrə diaqnostika imtahanında iştirak etməyinə şərait yara bilərdilər. Hesab edir ki, Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən yuxarıda qeyd edilən hüquqi bazalar əsasında onun dərs saatlarından kənarlaşdırılmağı və qeyri-ixtisas müəlliməyə verilməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının ratifikasiya etdiyi Beynəlxalq hüquqi aktlarda və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş normalar və prinsiplərin qorunmasına dövlətin vətəndaş olaraq onlara verdiyi təminat Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən pozulmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Goranboy rayonu T.Məmmədov adına Hazırǝhmədli kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən həmin məktəbin coğrafiya müəllimi olaraq dərs saatlarının azaldılaraq ixtisasına uyğun olmayan müəlliməyə vermək qanunsuz hərəkətdir. Həmin qanunsuzluğun nəticəsində o, mənəvi sarsıntı keçirmiş və bu şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, iztirab keçirmiş, hazırda onun sağlamlığının pozulması nəticǝsində fiziki əzab çəkir. Goranboy rayonu T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin rəhbərliyi dərs bölgüsü zamanı qanunlara və mövcud qaydalara əməl etməmiş, bu cür qanunsuz əməllərin aradan qaldırılması və onun əvvəlki dərs yükünün bərpa olunmasını tələb etməyi qanunun müddəalarına müvafiqdir və bu barədə qətnamə çıxarılmalıdır. *0. Goranboy Rayon Məhkəməsinin *3.06.2023-cü il tarixli 2(045)-88*/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia tələbi rədd edilmişdir. **. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dərs bölgüsü zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmur. 2022- 2023-cü tədris ili üçün iddiaçının dərs saatları ilə təmin edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məktəb üzrə 2022-2023-cü tədris ilində dərs bölgüsü zamanı “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi (*5 mart 20*7-ci il tarixli 5* nömrəli əmrlə təsdiq edilmiş) Qaydaları”nın 2.2-ci bəndinin tələblərinə əməl olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. *2. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. *3. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən birtərəfli qaydada araşdırmışdır. *4. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. *5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək mudafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi. *6. Məhkəmə kollegiyasının iclasında cavabdeh Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbinin direktoru X*0 birinci instansiya məhkəməsində verdiyi izahatla eyniməzmunlu izahat verdi, əlavə olaraq qeyd etdi ki, 2022-2023-cü tədris ilində rəsmi olaraq *2 saat coğrafiya dərsi və 3 saat fakultativ olmuşdur. Mövcud olan dərslər isə 2 müəllim arasında bölüşdürülmüş, dərs bölgüsü qanuni aparılmışdır. Onlar arasında dərs yükü diaqnostik qiymətləndirmə ballarına əsasən bölüşdürülmüşdür. *7. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 birinci instansiya məhkəməsində verdiyi izahatla eyniməzmunlu izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq: *8. Azərbaycan Respublikası Konstitusiyası: 35-ci maddəsinin İ bəndinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır; 35-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

*9. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 30.2-ci maddəsinə əsasən dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir. 36-*.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. 36-2.*-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.

20. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: *.0.2-ci maddəsinə əsasən ümumi təhsil müəssisəsi - ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsidir. 20.4-cü maddəsinə əsasən dövlət ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Pedaqoji Şura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun fəaliyyət göstərir.

2*. Azərbaycan Respublikası Təhsil Nazirliyinin *9 noyabr 20*0-cu il tarixli, *486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin: 3.*.2.6-cı bəndinə əsasən dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya, “Kiçik akademiya” və digər bu kimi şagird birliklərinin fəaliyyəti Pedaqoji Şuranın vəzifələrinə daxildir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20**-ci il *3 yanvar tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin: 5.2-ci bəndinə əsasən dövlət ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

23. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.*0.20*5-ci il tarixli, 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın: 2.2-ci bəndinə əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi diaqnostik qiymətləndirilmənin məqsədidir. 3.*.*-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllimdefektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirilməyə cəlb olunur. 3.*.2-ci bəndinə əsasən nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməyə cəlb olunur. 5.*-ci bəndinə əsasən diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum *0 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin *6.0*.20*5-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. 5.2-ci bəndinə əsasən təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır. 6.*-cı bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edə bilərlər.

24. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 20*8-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının: 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü *8 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü *8 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü *8 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi 3 maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. 4.6-cı bəndinə əsasən müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabxanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

25. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 20*0-cu il tarixli, 2*5 nömrəli Qərarı: Bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin * (bir) stavka dərs yükü – *8 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik * (bir) stavka dərs yükü - *2 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 57-ci maddəsinin *-ci bəndinə əsasən işəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 57-ci maddəsinin 2-ci bəndinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X3 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 57-ci maddəsinin 3-cü bəndinə əsasən əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. 67-2-ci maddəsinin *-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 294-cü maddəsinin *-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin hallarından görünür ki, iddiaçının 2022-2023-cü tədris ili üçün dərs saatı 8 saat coğrafiya, 2 saat fakultativ, cəmi *0 saat müəyyən edilmiş, belə qərarın qəbul edilməsi pedoqoji şuranın fəaliyyətini nizamlayan normalarla əsaslandırılmışdır. İddiaçı bundan narazı qalaraq eyni məktəbdə müəllim işləyən X4 dərs saatının da ona ayrılması tələbini irəli sürmüşdür.

30. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etməmişdir. 3*. İş materiallarında olan Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin *4 sentyabr 2022-ci il tarixli 0* saylı məktəb pedaqoji şurasının iclas protokolundan çıxarışdan görünür ki, məktəbin dərs bölgüsü aşağıdakı kimi aparılmışdır: *. İddiaçı – Vİ coğrafiya 2 saat, Vİİİ coğrafiya 2 saat, İX coğrafiya 2 saat, X coğrafiya 2 saat, Vİ fakultativ * saat, Vİİİ fakultativ * saat = *0 saat. 2. X8 – Vİİ coğrafiya 2 saat, Xİ coğrafiya 2 saat, Xİ fakultativ * saat = 5 saat. Vİİ – sinif rəhbəri;

32. Goranboy rayon T.Məmmədov adına Hazırəhmədli kənd tam orta məktəbin *5 sentyabr 2022-ci il tarixli *42 saylı əmrindən çıxarışdan görünür ki, məktəbdə 2022-2023cü tədris ilində müəllimlərin dərs bölgüsü aşağıdakı qaydada müəyyənləşdirilmişdir: *. İddiaçı – Vİ coğrafiya 2 saat, Vİİİ coğrafiya 2 saat, İX coğrafiya 2 saat, X coğrafiya 2 saat, Vİ fakultativ * saat, Vİİİ fakultativ * saat = *0 saat. 2. X8 – Vİİ coğrafiya 2 saat, Xİ coğrafiya 2 saat, Xİ fakultativ * saat = 5 saat. Vİİ – sinif rəhbərliyi. Əsas: pedaqoji şuranın *4 sentyabr 2022-ci il tarixli * №li qərarı;

33. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *2 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, X8 *995-ci ildən 2000-ci ilə qədər Hazırəhmədli kənd T.Məmmədov adına tam orta məktəbdə dərnək rəhbəri olaraq çalışmışdır. X8 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun tarix ixtisasını bitirmiş, həmin ildən Hazırəhmədli kənd T.Məmmədov adına tam orta məktəbin coğrafiya müəllimi olaraq çalışmışdır. 20*7-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanlarında coğrafiya fənni üzrə iştirak etmiş, *3-ü ixtisas olmaqla 26 bal toplamışdır. Məktəbdə coğrafiya fənni üzrə ümumi dərs yükü *2 saat əsas dərs saatı, 3 saat isə dərsdənkənar məşğələ olmaqla *5 saat təşkil edir. Dərs bölgüsü zamanı ixtisas müəllimlərinin diaqnostik qiymətləndirmə və MİQ balları nəzərə alınaraq 8 saat əsas dərs 2 saat dərsdənkənar məşğələ olmaqla *0 saat İddiaçı (D/Q balı 48/36), 4 saat əsas dərs * saat dərsdənkənar məşğələ olmaqla 5 saat X6 (D/Q balı 26/*3) verilmişdir.

34. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.*0.20*5-ci il tarixli, 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5.*-ci bəndinə əsasən diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum *0 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin *6.0*.20*5-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır

35. Habelə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin *9 noyabr 20*0-cu il tarixli, *486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.*.2.6-cı bəndinə əsasən dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya, “Kiçik akademiya” və digər bu kimi şagird birliklərinin fəaliyyəti Pedaqoji Şuranın vəzifələrinə daxildir.

36. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 may 20*8-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü *8 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü *8 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü *8 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi 3 maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.

37. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 20*0-cu il tarixli, 2*5 nömrəli Qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin * (bir) stavka dərs yükü – *8 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik * (bir) stavka dərs yükü - *2 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuradır. Ümumitəhsil məktəblərində ali idarəetmə orqanı olan ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuranın kollegial şəkildə qəbul etdiyi qərarları ilə müəllimlərin dərs yükünün təsdiq edilməsi və zəruri hesab edilən digər məsələlər həll edilir. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək, tədris ilinin əvvəlində müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Pedaqoji şuranın qərarı ilə təsdiq edilən dərs ilinin əvvəlində pedaqoji işçilərə elan olunan dərs yükü yalnız həmin tədris ilində qüvvədə olur. İddiaçının 2022-2023-cü tədris ili üçün dərs saatı əsaslı olaraq 8 saat coğrafiya, 2 saat fakultativ, cəmi *0 saat müəyyən edilmiş, belə qərarın qəbul edilməsi pedoqoji şuranın fəaliyyətini nizamlayan qanunvericilik normalarına uyğun olmuşdur. Dərs bölgüsü əmək və təhsil qanunvericiliyinin tələblərinə əməl edilməklə aparılmış, məktəbdə analoji vəzifə tutan üçüncü şəxs X4 dərs yükü ilə müqayisədə ədalətli tarazlığa riayət edilmiş, fənn üzrə dərs yükü balanslaşdırılmışdır. Coğrafiya fənni üzrə dərs yükünün müəllimlər arasında qeyriproporsional bölündüyü də müəyyən edilmir. Üçüncü şəxs X4 dərs saatı iddiaçının dərs saatından artıq deyildir. Artıq dərs saatları mövcud olmadığından hər iki müəllim normativ aktlarla müəyyən edilmiş minimum dərs yükü ilə də təmin edilməmişlər. Dərs yükünün azalması məktəbdə sinif komplektlərinin azalması ilə bağlı olmuşdur. Məktəbdə ** sinif komplekti, 2 coğrafiya müəllimi və cəmi *5 saat dərs yükü mövcuddur. İddiaçıya dərs yükü normativ hüquqi aktların tələblərinə uyğun verilmişdir.

39. Yuxarıda sözügedən maddi hüquq normalarının mənasına görə, təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır. Pedaqoji şuranın qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmənin nəticələrinə görə daha çox, yəni 48 bal topladığına görə iddiaçıya 8 saat coğrafiya və 2 saat fakultativ olmaqla, cəmi *0 saat dərs yükü, 26 bal toplamış X6 isə 4 saat coğrafiya və * saat fakultativ olmaqla, cəmi 5 saat dərs yükü verilmişdir. İddiaçının dərs yükü bilavasitə dərs saatlarının azalmasına görə baş vermiş, mövcud dərs yükü diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun olaraq iddiaçı və üçüncü şəxs X8 arasında bölüşdürülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 oktyabr 20*5-ci il tarixli, 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nda və digər normativ hüquqi aktlarda təhsil müəssisələrinin rəhbərlərinə tapşırılmışdır ki, müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı və əməyinin düzgün dəyərləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınmalıdır.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olmamışdır, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. 4*. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 387, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin *3.06.2023-cü il tarixli 2(045)-88*/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar