Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2442/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3827/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşağın doğum haqqında akt qeydinin qismən, yəni ata qrafası hissəsində ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3827/2024 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi), İddiaçı Cavabdeh qarşı doğum haqqında akt qeydinin qismən ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Cavabdeh ilə 8 ay müddətində qeyri-rəsmi nikahda yaşamışlar. Cavabdehlə birgə yaşadığı müddətdə daim aralarında narazılıqlar olmuş, cavabdeh hətta bir neçə dəfə evdən çıxıb getmişdir. Cavabdeh hər dəfə onunla birgə ailə şəraitində yaşamaq istəmədiyini, ona belə həyatın darıxdırıcı olduğunu deyib narazılıq salıb getmişdir. Onlarla bir evdə yaşayan anasına qarşı hörmətsizliklər, onun yaşlı ana, şəhid anası olmasını nəzərə almadan onun evdə olmadığı müddətlərdə anasını incitmiş, narazılıqlar yaratmışdır. Sonuncu dəfə cavabdeh evdə yenə narazılıq salaraq, çıxıb getmişdir. Cavabdeh onunla birgə ailə şəraitində yaşadığı müddətdə heç vaxt ona hörmətlə yanaşmamış, daim narazılıqlar yaradaraq onu və yaşlı anasını təhqir etmişdir. Cavabdeh onun xəstə olmasına baxmayaraq, ən çətin vaxtlarda qəsdən ona qayğı göstərməmiş, onu heç vaxt ailəsi olaraq görməmişdir. O, cavabdehə ona etdiyi hörmətsizliklərə görə onunla övlad sahibi olmaq istəmədiyini dəfələrlə bildirmişdir. Cavabdeh onların evindən getdikdən bir neçə ay sonra onun uşağı olduğunu eşitmişdir. Sonradan isə cavabdeh ona qarşı məhkəmədə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia qaldırmışdır. O cavabdehin onların evindən gedərkən hamilə vəziyyətində olduğuna inanaraq, xx.xx.2023-cü il təvəllüdlü Renat adlı uşağın atası olmasğını qəbul etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun ona qarşı iddia qismən təmin edilərək, onun xx.xx.2023-cü il təvəllüdlü Renat adlı uşağın atası olmasının müəyyən edilməsi və ondan hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O cavabdehlə ayrıldıqdan sonra yenidən ailə qurmuşdur. Ailə qurduqdan sonra o övladı olması üçün arvadı ilə birlikdə həkim müayinəsindən keçərkən məlum onun hazırki səhhətilə övladı ola bilməyəcəyi məlum olmuşdur. Ona görə də o cavabdehə könüllü olaraq xx.xx.2023-cü il təvəllüdlü Renat adlı uşağın tibbi-bioloji müayinədən keçirilməsini təklif etsə də, o onunla razılaşmamışdır. Ona görə də o məcbur olub xx.xx.2023-cü il təvəllüdlü Renat adlı uşağın doğum haqqında akt qeydinin qismən, yəni ata qrafası hissəsində ləğv edilməsi ilə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etsə də, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ona mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Lakin, Şəmkir Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərardadı ilə onun iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddia ərizəsinin icraata qəbulundan imtina edilməsinin əsası kimi onun həkim müayinəsi nəticəsində uşağı ola bilməyəcəyini təsdiq edən sübutlarının iddia ərizəsinə əlavə edilmədiyindən, həmçinin hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan iddia ərizəsinə məhkəmədə baxılmasının mümkün olmadığı qeyd edilmişdir. Halbuki, o, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi çıxarıldıqdan sonra ikinci dəfə ailə qurduğu xanımla övladı olmadığından həkim müayinəsindən keçərkən, həkim müayinəsi və analizlərinin nəticəsi olaraq onun hazırki səhhətilə övladı olma bilməyəcəyi bildirilmişdir. Hətta, həkim ona həmin vəziyyətdə 8-10 il əvvəl belə onun övladının ola bilməyəcəyini bildirmişdir. O, həkim müayinəsindən keçməsilə bağlı analiz nəticələrini iddia ərizəsinə əlavə etsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmə qərardadında hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu göstərmiş olsa da, əvvəlki iddia tələbi X2 ona qarşı “atalığın müəyyən edilməsi” tələbindən ibarət olduğu halda onun iddia tələbi doğum haqqında akt qeydinin qismən ləğv edilməsindən ibarətdir. Qeyd olunan tələblər bir-biri aidiyyəti olmayan tələblərdir. Hazırki vəziyyətdə ərizənin icraata qəbulundan imtina edilməsini əsassız hesab etmişdir Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-3827/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(076)-3827/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası İddiaçı dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Kollegiya işin hallarının iddia ərizəsinin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, baxılan məsələ məhkəmə müdafiəsi hüququ ilə bağlı məsələdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Çünki Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Avropa Məhkəməsi «X4rşı» 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Azərbaycan Respublikasının MPM-in 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının, 153-cü maddəsində isə iddianın yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina etmənin əsasları göstərilmişdir. Həmin maddələrdə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraat başlanmasını istisna edir. Xüsusilə nəzərə almaq lazımdır ki, iddianın geri qaytarılması və iddianı qəbul etməkdən imtina edilməsi üçün qanunda nəzərdə tutulmuş həmin halların genişləndirici təfsirinə yol verilmir. Çünki, bu cür təfsir, ədalətli məhkəmə araşdırması hüququnun pozulması riskini artırır. Azərbaycan Respublikasının MPM-in 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1171/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 17 oktyabr 2023-cü ildə doğulmuş, X3 atası olması faktının müəyyən edilməsi, cavabdehdən xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 250 manat məbləğində alimentin, mediasiya xərci olan 50 manatın və dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş X3 bioloji atası olması müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi əvvəlki iddia tələbinin bir hissəsi ilə eynilik təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə doğulmuş X3 bioloji atası olması müəyyən edilmişdir. İddiaçı əvvəlki iddianın təmin edilməsinə əsas olmuş halların aradan qalxdığını, yəni həkim müayinəsi nəticəsində uşağı ola bilməyəcəyini təsdiq edən sübutlarını iddia ərizəsinə əlavə etmiş olsa idi, hazırki iddia ərizəsinə məhkəmədə baxılması mümkün olardı. Lakin, iddiaçı bu barədə sübutlarını iddia ərizəsinə əlavə etmədiyindən, eləcə də onun hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbuldan imtina etməsinə dair gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(076)-3827/2024 saylı qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 263, 264, 398 və 402-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(076)-3827/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2442/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2442/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver