Məhkəmə qərarları › İş №2(104)-2469/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2469/2023

01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2469/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi və vəkili X3 və ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və pul tələbi barədə ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2*.*6.2*23-cü il tarixli, 2(125)-2117/2*23 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X7 və ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə *1 noyabr 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AD seriyalı 967511 nömrəli, AD seriyalı 647*5*, AD seriyalı 967513 və AD seriyalı 967512 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa mülkiyyət hüququ *5 fevral 2*21-ci ildə, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa mülkiyyət hüququ 13 noyabr 2*19-cu ildə, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa mülkiyyət hüququ 18 oktyabr 2**7-ci ildə və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa mülkiyyət hüququ *5 fevral 2*21-ci ildə Cavabdeh1 adına qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 16 iyun 2*21-ci il tarixli 313-2946-1221 nömrəli arayışından görünür ki, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobus, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus *5 fevral 2*21-ci il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır.

3. 23 iyul 2*21-ci il tarixli «Nəqliyyat vasitəsinin alqı-satqı müqavilə»lərindən görünür ki, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobus, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobus 23 iyul 2*21-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır.

4. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *7 dekabr 2*21-ci il tarixli 2(*44)- 2722/2*21 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında *1 aprel 2*16-cı il tarixdə Gəncə ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində 767 akt nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur.

5. 3* iyun 2*2*-ci il tarixli kredit razılaşmasından, ona əlavə edilmiş ödəniş cədvəlindən və eyni tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətində qaytarmaq şərti ilə 4*.*** manat məbləğində kredit verilmiş, İddiaçı Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edəcəyinə dair zamin qismində iştirak etmişdir. Kredit ödənişlərinin AZ69ACAB**21*1********9**926 cari hesabı vasitəsi ilə aparılması razılaşdırılmışdır.

6. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 22 iyun 2*22-ci il tarixli *456 nömrəli arayışından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Gəncə» filialı ilə Mirzəyeva (Xəlilova) Ramilə Famil qızı arasında bağlanmış 23 iyun 2*2*-ci il tarixli **6L*****2583*98 nömrəli ipoteka müqaviləsi əsasında sonuncunun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X13 prospekti 197-də 6 nömrəli evdə yerləşən 73,6 m2 ümumi sahədən ibarət 45 nömrəli mənzil (reyestr nömrəsi 2*1*11***386-*51*1-*93*22) Bankın xeyrinə iopteka ilə yüklü edilmiş və müvafiq ipoteka müqaviləsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla 119 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində 3* iyun 2*2*-ci il tarixdə qeydiyyata alınmışdır. İcrası sözügedən 23 iyun 2*2*-ci il tarixli **6L*****2583*98 nömrəli ipoteka müqaviləsi ilə təmin olunmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Gəncə» filialı ilə Mirzəyeva (Xəlilova) Ramilə Famil qızı arasında bağlanmış 23 iyun 2*2*-ci il tarixli **6L*****2583*98 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək, təminatlı kredit borcunu ödəmişdir

7. 21 iyun 2*22-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcunu tam ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Tovuz Regional QİTBŞ-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi, avtomobillərin texniki şəhadətnamələrinin ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması, əmlaka payın müəyyən edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına həmin avtomobillərə dair verilmiş texniki pasportların, şəhadətnamələrinin ləğv edilməsi və həmin avtobusların əvvəlki hüquqi vəziyyətə gətirilərək Cavabdeh1 ilə onun arasında özlərinin, özləri naturada olmadıqda dəyərinin ½ hissədə bölünərək ona verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 əldən çıxmış fayda qismində 18.*** manat məbləğində pulun alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və bir neçə ilə rəsmi nikah münasibətində olmuşlar. Rəsmi nikahda olduqları müddətdə cavabdehlə birgə gəlirləri hesabına yaşayış sahəsi olan daşınmaz əmlak əldə etmişlər və eyni zamanda cavabdehin adına rəsmləşdirilməklə 4 dənə sərnişin avtobusu əldə etmişlər. Daşınmaz əmlak olan yaşayış sahəsi Gəncə şəhəri Nizami rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən aralarında ½ hissədə bölünmüşdür. Lakin sonradan ona məlum olunmuşdur ki, avtomobillərin üzərinə həbs qoydurmağına və məhkəmənin qərarı ilə həbs qoyulmasına baxmayaraq, həmin avtomobillər yəni sərnişin avtobusları cavabdeh tərəfindən gizli şəkildə alqı-satqı olunaraq, cavabdehin atasının adına rəsmləşdirilmişdir. Hansı ki, onu həmin alqı-satqıdan heç bir xəbəri və məlumatı olmamışdır və cavabdeh bunu gizli şəkildə həyata keçirdərək, birgə nikah dövründə əldə olmuş əmlakı mənimsəmişdir. Cavabdeh sərnişin avtobuslarını öz atasının adına keçirtmişdir və hal-hazırda həmin avtomobillər, yəni avtobuslar cavabdehin atasının adında qalmaqda davam edir. İddia ərizəsinə əlavə etdiyi Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 15.*7.2*21-ci il tarixli 2(*44)2722/2*21 saylı avtomobillərin üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından görünür ki, məhkəmə qərardadı çıxdıqdan təxminən bir neçə gün sonra Cavabdeh1 avtomobilləri gizli şəkildə Azərbaycan Respublikası Daxili İşlər Naziri Baş X14 X5 İmtahan və X9 öz atasının adına təmanasız olaraq, alqı-satqı etmişdir və əslində belə çıxır ki, bağışlama etmişdir, yəni öz yaxın qohumunun xeyrinə avtomobili rəsmləşdirməklə birgə nikahda əldə olunmuş əmlakın bölünməsinə şərait yaratmamış və imkan vermişdir. Bu fakt da təsdiq edir ki, Cavabdeh1 qəsdən və bilərəkdən həmin avtomobillərdən mənə pay düşməsin deyə, avtomobilin həbs qərarı olduğu halda başqa şəxsin adına rəsmləşdirməklə qanunsuzluğa yol vermişdir. Baş X12nin X5 İmtahan və X9 bağlanılmış 23.*7.2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı avtomobilə dair, 23.*7.2*21-ci tarixli 2*-EF-627 dövlət nömrə nişanlı avtomobilə dair, 23.*7.2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı avtomobilə dair və 23.*7.2*21-ci il tarixli **-BX-*** dövlət nömrə nişanlı avtomobilə dair alqı-satqı müqavilələrinin sürətindən görünür ki, avtomobillər olan avtobuslar Cavabdeh1 tərəfindən cavabdehin atası olan Cavabdeh2 adına alqı-satqı olunmuşdur. Düşünürəm və hesab edirəm ki, həmin alqı-satqı müqavilələri etibarsızdır və Cavabdeh2 adına verilmiş texniki pasportlar, yəni texniki şəhadətnamələr ləğv olunmalıdır və avtomobillər əvvəlki vəziyyətinə qaytarılaraq, ½ hissədə onun mülkiyyətinə verilməli və yaxud da dəyəri hissədə Cavabdeh1 ilə onun arasında bölünməlidir. Həmin avtobuslar onun anası tərəfindən alınıb Cavabdeh1 verilmişdir və günü bu gündə anası Əlirzayeva Məsmənin adına olan avtobusları da ələ keçirtmişdir və qanunsuz qazanc əldə edir. Hətta anası Əlirzayeva Məsmənin adına olan avtobusun birini də öz adına aldatma yolu ilə keçirtmişdir. Hesab edir ki, bu hərəkətlər qanunsuzdur və əsassızdır, qeydiyyat polis orqanı olan təşkilat tamamilə qanunsuzluğa və əsassızlığa yol vermişdir. Hər bir halda onun rəsmi nikahda olmağı nəzərə alınmalı və həmin alqı-satqı müqavilələri etibarsız hesab edilməli, mülkiyyətdə olan əmlak əvvəlki vəziyyətinə qaytarılmalı və birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünməlidir. Həmçinin cavabdehlər həmin avtomobillərdən istifadə etməklə aylıq qazanc əldə etmişlər və onu real faydadan məhrum etmişlər. Bu 22 ay ərzində o ən azı 18*** min manat qazancdan məhrum olmuşdur. Belə ki, cavabdehlər bu avtobusları sərnişin daşıma xətlərində istifadə edirlər və hər gün hər avtobusdan ən azı 12*-14* manat təmiz qazanc, mənfəət əldə edirlər. Avtobuslar bölünüb ikisi ona verilmiş olsaydı faydanı o əldə etmiş olardı.

10. Bundan sonra ilk iddia üzrə Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun İddiaçı ilə qarşı birgə nikah dövründə "xxxx" QSC ilə bağlanmış müqavilə üzrə 2*21-ci ilin may ayından ödədiyi 28.868 manat pulun ½ hissəsinin 14434 manat pulun cavabdeh İddiaçı alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçının tələblərindən biri Daşkəsən rayonu Zağalı kəndində yerləşən *,*4 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə ½ hissəsinin bölünməsi ilə bağlıdır. Bununla bağlı aşağıdakıları qeyd etmək istəyir. Onlar iddiaçı ilə *1.*4.2*16-cı il tarixdə nikah bağlamışlar. 2*21-ci ilin iyun ayında onlar faktiki olaraq ayrılmışlar, iddiaçı həmin ayda məhkəmədə nikahın pozulmasına dair iddia qaldırmış və Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(*44)-2722/2*21 saylı *7.12.2*21-ci tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qeyd eləmək istərdi ki, o ilkin iddiaçı ilə birgə nikah dövründə olarkən 23 iyun 2*2*-ci il tarixdə "xxxx" QSC ilə kredit müqaviləsi bağlamışlar və həmin kredit müqaviləsinə əsasən bankdan 4**** manat kreditə pul götürmüşlər. İddiaçı həmin müqavilə üzrə zamin durmuşdur. Onlar aldıqları pulun bir hissəsini hal-hazırda Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(*44)-2722/2*21 saylı *7.12.2*21-ci tarixli qətnaməsi ilə 2 paylara bölünəni ünvan 1 ünvanında yerləşən mənzilə olan bocumuza, qalan hissəsini isə həmin mənzilin təmirə xərcləmişlər. Kredit üzrə olan borcu 2*21-ci ilin may ayınadək bir yerdə ödəsəkdə, 2*21-ci ilin may ayında sonra pulu mən tək ödədim və bankın borcunu bağlayaraq evi ipotekadan çıxartdırmışdır. 2*21-ci ilin may ayından bəri ilk iddiaçı bir manat belə pul ödəməmişdir. O 2*62 manat olmaqla cəmi 28868 manat pul ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi, onun bankdan götürdüyü pulu o ilkin iddiaçı ilə birgə xərcləmişlər. Hesab edir ki, onun ödədiyi məbləğ onların arasında bərabər paylara bölünməlidir.

12. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia tələbinə dair məhkəməyə etiraz təqdim edərək, ilk iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı məhkəmədə nikah dövründə əldə etdikləri avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki hüquqi vəziyyətə qaytarılması avtomobilin özünün dəyərinin hissədə bölünməsi və əldən çıxmış fayda və pul tələbinə dair iddia qaldırmışdır. Birgə nikah dövründə əldə etdiyikləri Daşkəsən rayonu Zağalı kəndində yerləşən *,*4 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə hissəsinə mülkiyyət hüququnun tanınması, habelə birgə nikah dövründə əldə edilmiş VAZ 21*99 markalı 2*CT**6 qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğin yarısının ona verilməsi, həmçinin 1*38* manat dəyərində qızıl zinyət əşyalarının alınıb ona verilməsini xahiş etmişdir. Həmin iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İlk növbədə o iddiaçı 2*-BF- 627 nömrə nişanlı İSUZU ECOBUS markalı avtobusun, 25B/-373 nömrə nişanlı İZUSU URBAN markalı avtobusun, **-BX-*** nömrə nişanlı İZUSU URBAN markalı avtobusun, **-BX-*** nömrə nişanlı iZUSU URBAN markalı avtobuslar barəsində bağlanmış 23.*7.2*21-ci il tarixli alqı-satqı müqavilələrini etibarsız hesab edilməsi ilə bağlı qaldırmış olduğu iddia tələbi ilə bağlı aşağıddakıları qeyd etmək istəyir. İddiaçı iddia tələbinin bu hissəsini Azərbaycan Respublikasının MM-nin 339.2 və 339.3-cü maddələrinə əsaslanaraq belə hesab edir ki, həmin əqdlər aldatma yolu ilə bağlı bağlanmış əqddir. İddiaçının bu fikri ilə razılaşmayaraq qeyd etmək istəyir ki, MM-nin 339.2-ci maddəsində göstərilir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Hesab edir ki, həmin maddənin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Eyni zamanda qeyd etmək istəyir ki, həmin müqavilə qanunauyğun şəkildə bağlanmış və adı çəkilən daşınar əşyalar başqa şəxsin mülkiyyətinə keçmişdir və alıcı onların hər birinin real dəyərini ödəmişdir. Belə olan halda həmin müqavilələrin etibarsız olmasına heç bir əsas yoxdur. Bundan başqa qeyd etmək istəyir ki, iddiaçı əvəllər məhkəmədə iddia qadıraraq 2*-BF-627 nömrə nişanlı İSUZU ECOBUS markalı avtobusun, 25B/-373 nömrə nişanlı İZUSU URBAN markalı avtobusun, **-BX-*** nömrə nişanlı İZUSU URBAN markalı avtobusun, **-BX-*** nömrə nişanlı İZUSU URBAN markalı avtobusların paylara bölünməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən biz artıq avtobusların satılması barədə məhkəməyə məlumat verərək müqavilələrin sürətlərini təqdim etmişdir. Gəncə şəhər Məhkəməsinin 2(*44)-2722/2*21 saylı *7.*9.2*21-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia tələbləri hər biri ayrıca icraata ayrılması qərara alınmışdır. Hakim qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının bölünməsini tələb etdiyi avtobuslar artıq özgəninkiləşdirilmişdir. Həmin prossesdə iddiaçının nümayəndəsidə iştirak etmişdir. Bir sözlə iddiaçı ən azı *7.*9.2*21-ci il tarixdə artıq həmin müqavilələrin mövcud olmasını bilmişdir. Sonradan həmin işə ayrıca icraatda baxılmış və həmin məhkəmənini 2(*44)-3386/2*21 saylı 18.11.2*21-ci tarixli qətnaməsi ilə iddia tələbi həmin hissədə rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, iddiaçı məhkəmədə hazırki tələbini iddia qaldırmamışdan ən azı *1 il *2 ay qabaq bilmiş, bununla razılaşmış, lakin sonradan cavabdehlə aralarında mübahisə yarandığı üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı həmçinin iddia müddətini də keçirmişdir. Bundan başqa iddia tələbinin digər hissəsi yəni əldən çıxmış fayda ilə bağlı hissəsi də əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, əvvala iddiaçı irəli sürdüyü tələblə bağlı məhkəməyə hərhansı sübut təqdim etməmişdir. Bundan başqa həmin avtobuslar 23.*7.2*21-ci il tarixdə artıq satılmışda və cavabdeh bundan hər-hansı bir qazanəldə etməmişdir.

14. Gəncə Şəhər Məhkəməsinin 2*.*6.2*23-cü il tarixli, 2(125)-2117/2*23 nömrəli qətnaməsi (hakim Camal Quliyev) ilə, İddiaçı iddiası qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməsi və həmin avtomobillər əvvəlki hüquqi vəziyyətinə qaytarılması, İddiaçı və Cavabdeh1 hər birinin ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtomobillərin 1/2 hissəsinə payın müəyyən edilməsi, İddiaçı iddiası qalan hissədə təmin edilməməsi, Cavabdeh1 qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı birgə nikah dövründə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 3* iyun 2*2*-ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsindən yaranan öhdəliklərin icrası üzrə 13.4*2 (on üç min dörd yüz iki) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti tutulub Cavabdeh1 verilməsi, Cavabdeh1 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 225.1, 225.2 və 1*96.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.2, 31.1, 31.2, 32.1, 32.2, 36.1, 37.1 və 37.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-22*, 227, 358-36* və 362ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2*.*6.2*23-cü il tarixli, 2(125)- 2117/2*23 nömrəli iş üzrə iddialarının təmin edilməyən hissəsində və qarşılıqlı iddianın təmin edilən hissəsində tamamilə ləğv edilməsi barədə və iddialarının tam həcmdə təmin edilməsi barədə və qarşılıqlı iddianın tam həcmdə təmin edilmədən rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəməyə əldən çıxmış faydanın və gəlirlərin müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi barədə vəsatət vermələrinə baxmayaraq, məhkəmə həmin vəsatətlərinə baxmamış, münasibət bildirməmiş və həmçinin tərəflərindən birgə nikahda əldə olunmuş avtobusların işləmə xərclərinə dair gedişatlarının dəyərinin əldə olunması ilə bağlı məhkəməyə vəsatət versələr də, məhkəmə həmin vəsatətlərinə də münasibət bildirməmiş, düzdür bir dəfə həmin qiymətlərlə bağlı məhkəmə iclası təxirə salmağına baxmayaraq, məhkəmə tərəfindən hər hansı bir təşkilata avtovağzala və yaxud da ki, avtobus şirkətlərinə hərhansı bir sorğu göndərilməmiş və bu səbəbdən də əldə olunmuş gəlirlərlə bağlı guya qeyri müəyyən rəqəmlər olduğuna görə məhkəmə iddialarını həmin hissədə qanunsuz və əsassız şəkildə təmin etməmişdir. Məhkəmə qarşılıqlı iddiaçının pul tələbinə dair iddiasını da demək olar ki, tam həcmdə təmin etmiş olmuşdur. Gəncə Şəhər Məhkəməsi qarşılıqlı iddiaçının, cavabdehin öz şəxsi mənfəti üçün götürdüyü kredit borcuna görə onu həmin ödənilmiş kredit puluna şərik etməsini qanunsuz hesab edir, çünki həmin götürülən kredit yalnız iddiaçının şəxsi mənfətləri üçün istifadə edilmişdir və iddiaçı öz şəxsi təminatlarını təmin etmək üçün və öz şəxsi gəlirlərini artırmaq üçün həmin krediti götürmüş və bir manatda olsun evə və ya birgə nikahda əldə olunmuş əmlaka həmin puldan xərcləməmişdir.

18. Həmçinin, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2*.*6.2*23-cü il tarixli, 2(125)-2117/2*23 nömrəli qətnaməsinin qismən ilk iddiaçının iddiasının təmin edilməsi hissəsidə ləğv edb iddianın iddiaçının iddia tələbində tələb etdiyi və onlar tərəflərindən qəbul edildiyi kimi “avtomobillər olmadıqda onların dəyərinin ½ hissədə bölünərək mülkiyətlərinə verilməsi və cavabdehdən alınaraq ona verilməsi” yəni avtomobillərin yarı dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyi Baş X14 İdarəsinin Tovuz Regional QİTBŞ-də bağlanmış 23 iyul 2*21-ci il tarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli 2* EF 627 dövlət nömrə nişanlı «İsuzu Ecobus» markalı avtobusa, 23 iyul 2*21-ci il tarixli ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa, 23 iyul 2*21-ciiltarixli ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusa dair bağlanmış alqı-satqı müqavilələri qanunauyğun şəkildə bağlanmış və adı çəkilən daşınar əşyalar başqa şəxsin mülkiyyətinə keçmiş, alıcı onların hər birinin real dəyərini ödəmişdir. Belə olan halda həmin müqavilələrin etibarsız hesab olunmasına heç bir əsas yoxdur. Bundan başqa, İddiaçı əvvəllər məhkəmədə iddia qaldıraraq, ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalıavtobusun, 2* EF 627 dövlət nömrə nişanlı «İsuzuEcobus» markalıavtobusun, ** BJ *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusun və ** BX *** dövlət nömrə nişanlı «İsuzu Urban» markalı avtobusun paylara bölünməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən onlar artıq avtobusların satılması barədə məhkəməyə məlumat verərək müqavilələrin surətlərini təqdim etmişdir. Gəncə Şəhər Məhkəməsinin *7 sentyabr 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia tələbləri hər biri ayrıca icraata ayrılması qərara alınmışdır. Hakim qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı bölünməsini tələb etdiyi avtobuslar artıq özgəninkiləşdirilmişdir. Həmin prosesdə iddiaçının nümayəndəsi də iştirak etmişdir. Bir sözlə İddiaçı ən azı *7 sentyabr 2*21-ci il tarixdə artıq həmin müqavilələrin mövcud olmasını bilmişdir. Sonradan həmin işə ayrıca icraatda baxılmış və həmin məhkəmənin 18 noyabr 2*21-ci il tarixli 2(*44)- 3386/2*21 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı məhkəmədə hazırki iddia tələbini qaldırmamışdan ən azı 1 il *2 ay qabaq bilmiş, bununla razılaşmış, lakin sonradan Cavabdeh1 ilə aralarında mübahisə yarandığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı iddia müddətini də ötürmüşdür. Buna görə də İddiaçı iddiası rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək və ilk iddia üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın tam həcmdə təmin edilməsini və qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

23. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh X4, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı və cavabdeh nümayəndə və vəkillə təmsil olunmişlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

26. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

27. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

28. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

32. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Maddə 39*.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

34. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

36. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

37. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

38. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

39. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

40. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

41. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

42. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2*21-ci il tarixli

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

44. Maddə 14.1 Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

53. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

58. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı tərəf iddianın təmin olunmayan və qarşılıqlı iddianın təmin olunan hissəsini, cavabdeh tərəf isə qarşılıqlı iddianın təmin olunmayan və iddianın təmin olunan hissəsini mübahisələndirməklə tərəflər qətnamənin ləğv edilməsini istəyirlər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2*.*6.2*23-cü il tarixli, 2(125)-2117/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 nikahlarını *1 aprel 2*16-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflər bir müddət yaşadıqdan sonra ailədaxili narazılıqlar olmuş və onlar arasında olan nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin *7 dekabr 2*21-ci il tarixli 2(*44)-2722/2*21 nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə **-BX-*** dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı, 2*-EF-627 dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı və **-BX-*** dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı avtomobil əldə etmişlər. İddiaçı və Cavabdeh1 arasında olan ər-arvad münasibətləri 2*21-ci ilin iyun ayının ortalarında faktiki başa çatmış, **-BX-*** dövlət nömrə nişanlı “İsuzu Urban” markalı avtobus, 2*-EF-627 dövlət nömrə nişanlı “İsuzu Ecobus” markalı avtobus, **-BJ-*** dövlət nömrə nişanlı “İsuzu Urban” markalı avtobus və **-BX-*** dövlət nömrə nişanlı “İsuzu Urban” markalı avtobus 23 iyul 2*21-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Bundan başqa, tərəflər arasında olan birgə nikah dövründə "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətində qaytarmaq şərti ilə 4*.*** manat məbləğində kredit verilmiş, həmçinin həmin kreditə görə hesablanmış faiz borcu qismində 9.487 manat 9* qəpik məbləğində əlavə, cəmi 49.487 manat 9* qəpik ödəniş edilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edəcəyinə dair zamin qismində iştirak etmişdir. İddiaçı və Cavabdeh1 2*21-ci ilin iyul ayınadək birgə yaşadıqları dövrdə qeyd olunan ümumi borcdan 22.682 manat məbləğində ödəniş edilmiş, qalıq borc 26.8*5 manat 9* qəpik qalmış və həmin borc tərəflər arasında nikah münasibətlərinin faktiki başa çatmasından sonra Cavabdeh1 tərəfindən tam ödənilmişdir.

63. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri, alğı-satqı müqaviləsinin etibarsızlığı, ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölünməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır.

64. İlkin iddia tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 337.1-ci maddəsidir. Lakin, iddia tələbinin həlli üçün eyni zamanda əlaqəli digər hüquq normaları da nəzərdən keçirilməlidir.

65. İlk növbədə ilkin iddia üzrə iddiaçının verilmiş tələb üzrə subyektiv hüququnun müəyyən olunması üçün mübahisəli avtomobilin birgə mülkiyyət olub-olmaması araşdırılmalıdır.

66. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MM-in 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

67. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 31-ci maddəsinin göstərişinə görə ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

68. Ailə Məcəlləsinin 31.1-ci maddəsinə görə də nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

69. İddia ərizəsində göstərilən avtomaşınların tərəflərin nikah müddətində əldə edildiyinə görə Azərbaycan Respublikasının MM-in 225.1-ci maddəsinə və Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən onların ümumi birgə mülkiyyəti sayılır. İşin bu halı o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı həmin əmlakla bağlı iddia vermək hüququna malikdir.

70. Azərbaycan Respublikasının MM-in 567-ci maddəsində alqı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

71. Azərbaycan Respublikasının MM-in 39*.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

72. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (Mülki Məcəllənin 4*5.1 və 4*7.2-ci maddələri).

73. Qanunvericilik nəqliyyat vasitələrinin alqı-satqısının rəsmiləşdirilməsinin xüsusi qaydasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11.*4.2**7-ci il tarixli 546 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı»nın 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 5* kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 5* kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır.

74. Həmin fərmanın 1 saylı əlavəsi olan «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları»nın 1.2-ci bəndinə görə reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir.

75. Mülki qanunvericilik müvafiq hüquqi əsaslar olduqda əqdlərin etibarsızlığını da müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

76. Azərbaycan Respublikasının MM-in 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

77. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.

78. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanmısı (34*-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).

79. İlk iddia üzrə iddiaçının müqavilənin etibarsız sayılması üçün istinad etdiyi fakt birgə mülkiyyətdə olan əmlakın satılmasına razılığının olmamasından ibarətdir. Bu dəlilin araşdırılması üçün qanunvericiliyin aşağıdakı normaları nəzərdən keçirilməlidir.

80. Azərbaycan Respublikasının MM-in 222.1-ci maddəsinə əsasən, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

81. Azərbaycan Respublikasının MM-in 222.2-ci maddəsinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

82. Lakin, bu normadan bir istisna halı vardır. Belə ki, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

83. Ailə Məcəlləsinin 33.3-cü maddəsində nəzərdə tutulur ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

84. Azərbaycan Respublikasının MM-in 222.3-cü maddəsində də deyilir ki, birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

85. Bu normaları sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, birgə nikah müddətində əldə edilmiş avtomobilin satılması yalnız ər-arvadın qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Əgər bu cür razılıq olmadan avtomobil özgəninkiləşdirilərsə, buna razılığı olmayan ər (arvad) əqdi mübahisələndirə bilər.

86. Belə ki, ilk iddia üzrə iddiaçının Cavabdeh1 ilə nikah müddətində əldə etdiyi 25- BX 255 dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı, 2*-EF-627 dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı və **-BX- *** dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı avtomaşınlar onun razılığı olmadan özgəninkiləşdirilmişdir. Bu baxımdan iddiaçının tələbi subyektiv hüquq baxımından yolveriləndir. Lakin, iddianın təmin olunması, yəni əqdin etibarsız sayılması üçün əlavə şərt də mövcud olmalıdır. Bu şərt Ailə Məcəlləsinin 33.3-cü maddəsində, habelə Mülki Məcəllənin 222.3-cü maddəsində nəzərdə tutulmuş «əqdin iştirakçısı olan digər tərəfin bu cür razılığın olmadığını bilməsi və ya bilməli olması» şərtidir. Baxılan işdə Cavabdeh1 avtomaşınları atası Cavabdeh2 satmışdır.

87. Qeyd olunanlara əsasən mübahisələndirilən əqd etibarsız sayılmalıdır.

88. Məhkəmə kollegiyası ilk iddianın 25-BX 255 dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı, 2*-EF-627 dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı və **-BX-*** dövlət qeydiyyat nişanlı “İsuzu Urban” markalı avtomobillərdən istifadə ilə əlaqədar əldən çıxmış faydanın əvəzi qismində 18.*** manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 alınması hissəsini əsassız hesab edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

89. Belə ki, mübahisəli avtomobillərin istifadəsindən əldə edilmiş fayda ilə bağlı tərəflərin izahatları arasında ziddiyyət mövcuddur. Bu halda sübutetmə institunun tələbləri baxımından iddiaçının istinad etdiyi dəlillər barədə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə ilk iddia üzrə iddiaçının üzərinə düşür. Əldən çıxmış fayda ilə bağlı sübutların təqdim olunması üçün birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçıya şərait yaradılsa da, qeyd olunan avtomobillərdən istifadə ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 qazanc əldə etməsi barədə hər-hansı bir mötəbər sübutlarını (hər bir avtomobil üzrə aylıq nə qədər qazanc əldə edilməsi və s) istər birinci instansiya məhkəməsinə, istərsə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Həmin xüsusatlar isə yalnız ilk iddia üzrə iddiaçının özünün subyektiv izahatı ilə təsdiqini tapır.

90. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

92. Həm bu əsasa, həm də Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehlərin üzərinə düşür. Lakin, ilkin iddia üzrə iddiaçı bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdiyi dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.

93. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

94. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.

95. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə ilkin iddia üzrə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.

96. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının dəlillərini əsassız hesab edir.

97. Qarşılıqlı iddia tələbinin qismən təmin olunması barədə də birinci instansiya məhkəməsinin mövqeyini məhkəmə kollegiyası əsaslı hesab edir.

98. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" QSC ilə onun arasında bağlanmış 3* iyun 2*2*-ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun bölünməsini tələb edir və bu kreditin birgə nikah dövründə əldə edildiyini iddia edir.

99. Bu iddia tələbinin maddi hüquqi əsası kimi Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələri çıxış edir.

100. Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

101. Ailə Məcəlləsinin 36-cı maddəsi ümumi əmlakın bölünməsi qaydalarını (bölgünün ər-arvadın birinin tələbi və ya kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizəsi əsasında həyata keçirilməsi, ər-arvadın ümumi əmlakının saziş əsasında bölünməsi, mübahisə olduqda məhkəmə qaydasında bölünməsi və s.) tənzimləyir.

102. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

103. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

104. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2*21-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

105. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından və qanunvericiliyin tələbi baxımından qarşılıqlı iddia üzrə iddiaçının birgə nikah dövründə əldə edilmiş borclarının bölünməsini tələb etməsi əsaslıdır. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da birgə məsuliyyət daşıyırlar.

106. İşə baxmış birinci instansiya məhkəməsi də mübahisənin həllinə bu maddi hüquq normalarını tətbiq etmiş və işin hallarını qeyd olunan normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında olan nikah münasibətləri 2*21-ci ilin iyun ayının ortalarında faktiki başa çatdığına görə "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 3* iyun 2*2*-ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsi üzrə həmin tarixdən sonra 26.8*5 manat 9* qəpik məbləğində qalıq borc Cavabdeh1 tərəfindən ödənilmiş, buna görə də İddiaçı birgə nikah dövründə "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 3* iyun 2*2*-ci il tarixli **6R2*1823*8** nömrəli kredit müqaviləsi üzrə borcun tərəflər arasında nikah münasibətlərinin faktiki başa çatmasından sonra icra edilməli olan 26.8*5 manat 9* qəpik məbləğində hisssəsinin ½ hissəsinin əvəzi qismində 13.4*2 manat 95 qəpik məbləğində pul vəsaiti tutulub Cavabdeh1 verilməlidir. Buna görə də birinci instansiya məhkəməsi düzgün və əsaslı nəticəyə gəlmişdir.

107. Qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətinin dəlillərində götürülmüş kredit qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən yalnız özünün şəxsi ehtiyacları üçün sərf olunması və birgə nikah dövründə ailəyə xərcləməməsi barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, cavabdeh iddia etdiyi hallar barədə hər hansı bir mötəbər sübutunu kollegiyaya təqdim edə bilməmişdir. Lakin, MPM-nin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir.

108. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

109. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində göstərdiyi avtomobillərin yarı dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbini kollegiya əsassız hesab edir. Çünki, sonuncu mübahisə predmeti olan avtomobillərin dəyərinin yarıya bölünməsini xahiş etsə də, bununla bağlı həmin avtomobillərin hazırki bazar dəyəri barədə müvafiq qiymətləndiricinin rəyini təqdim etməmiş və bununla bağlı məhkəmələrə vəsatət təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə təmin etməmişdir.

110. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2**4-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2**6-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.*1.2**6-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

113. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2**6-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

114. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

115. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 1*-1, 372.1, 382, 384.*.1, 385.2, 392, 393, 4*3.1, 4*5-4*7-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 2*.*6.2*23-cü il tarixli, 2(125)-2117/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar