Məhkəmə qərarları › İş №2(104)-2515/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2515/2023

01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2515/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasına dаir iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-884/2023 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-884/2023 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) ilk iddianın təmin edilməsi, Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının (yataq dəsti – 1 ədəd (qoşa çarpayı, paltar şkafı, 2 ədəd tumboçka, 2 ədəd naçnik, yataq dəstinə aid yorğan – döşək və digər əşyalar), qonaq mebeli – 1 dəst, divan – 2 ədəd, kreslo – 2 ədəd, qabaq stolu dəsti – 2 ədəd, şkaf – 2 ədəd, güzgülü şkaf – 1 ədəd, mətbəx mebeli – 1 dəst, soyuducu – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, mətbəx avadanlıqları və mətbəxə aid qab-qacaq, böyük gəvə - 1 ədəd, balaca gəvə - 1 ədəd, yataq otağı üçün gəvə - 1 ədəd, mətbəx üçün kavrolit – 1 ədəd, lyustr – 4 ədəd) çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddiaçıya, qarşılqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(045)- 884/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşayalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının (yataq dəsti – 1 ədəd (qoşa çarpayı, paltar şkafı, 2 ədəd tumboçka, 2 ədəd naçnik, yataq dəstinə aid yorğan – döşək və digər əşyalar), qonaq mebeli – 1 dəst, divan – 2 ədəd, kreslo – 2 ədəd, qabaq stolu dəsti – 2 ədəd, şkaf – 2 ədəd, güzgülü şkaf – 1 ədəd, mətbəx mebeli – 1 dəst, soyuducu – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, mətbəx avadanlıqları və mətbəxə aid qab-qacaq, böyük gəvə - 1 ədəd, balaca gəvə - 1 ədəd, yataq otağı üçün gəvə - 1 ədəd, mətbəx üçün kavrolit – 1 ədəd, lyustr – 4 ədəd) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh onun gəlini olmuşdur. X3 ilə 2012-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdurlar. Cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun mülkiyyətində olan və Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən 34 saylı fərdi yaşayış evnə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə yığmışdır. Cavabdeh demək olar ki, onun mülkiyyətində olan evdə heç yaşamamışdır. Belə ki, toydan az sonra oğlunun daimi yaşadığı Rusiya Federasiyasının Moskva şəhərinə getmişlər və daima orada yaşamışlar. Oğlu ilə münasibətləri pozulduğu üçün 2022-ci ilin aprel ayında ondan ayrılaraq Azərbaycana qayıtmışdır və həmin vaxtdan atası evində yaşayır. Məhkəməyə təqdim etdiyi nikahın ləğvi barədə şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, cavabdehlə oğlu arasında olan nikah qeydi 28 aprel 2022-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh atası evində yaşasa da, gətirdiyi cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmaqdadir. Həmin əşyaların onun evində olması ona və ailə üzvülərinə mane olur, evindən istədiyi ki, istifadə edə bilmir. Cavabdehə dəfələrlə təklif olunub ki, cehiz əmlakını onun evindən çıxarsın, lakin o könüllü olaraq əşyalarını çıxarmaq istəmir. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022ci il tarixli olan Çıxarışdan görünür ki, Goranboy şəhəri,H.Əliyev prospektində yerləşən, 284.79 kv.m fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh ümumiyyətlə onun evində yaşamamış, sadəcə gəlib getmişdir. Buna görə də onun orada istifadə hüququ da ola bilməz. Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus cehiz əşyalarının (yataq dəsti – 1 ədəd (qoşa çarpayı, paltar şkafı, 2 ədəd tumboçka, 2 ədəd naçnik, yataq dəstinə aid yorğan – döşək və digər əşyalar), qonaq mebeli – 1 dəst, divan – 2 ədəd, kreslo – 2 ədəd, qabaq stolu dəsti – 2 ədəd, şkaf – 2 ədəd, güzgülü şkaf – 1 ədəd, mətbəx mebeli – 1 dəst, soyuducu – 1 ədəd, paltaryuyan maşın – 1 ədəd, mətbəx avadanlıqları və mətbəxə aid qab-qacaq, böyük gəvə - 1 ədəd, balaca gəvə - 1 ədəd, yataq otağı üçün gəvə - 1 ədəd, mətbəx üçün kavrolit – 1 ədəd, lyustr – 4 ədəd) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı və X8 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddianın rədd edilməsi, onun və uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X21, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X22 ilə birlikdə Goranboy şəhəri, H.Əliyev prospekti, 34 (143) nömrəli ünvanda yerləşən İddiaçı adına olan fərdi yaşayış evinə köçürülməsi və yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh X12 ilə el adəti üzrə ailə qurmuş, xx.xx.2012-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin mart ayının 10-da 303 №- ilə qeyd edilmişdir. Məmməd Əsgərov və onun valideynləri - cavabdeh, mülkiyyətçi Goranboy şəhəri, H. Əliyev prospekti, 34 (143) №-li ünvanda yerləşən özlərinə məxsus evə, onu öz razılıqları ilə evdə yaşamaq, evdən istifadə etmək üçün gəlin gətirmiş, cehiz əşyalarını həmin evə yığmış, həmin evdə o cavabdehlərlə birgə yaşamış, onlarla birgə təsərrüfat aparmış, onun uşaqları Goranboy şəhəri, H. Əliyev pr. ev 34(143) evdə doğulmuş, yaşamış, böyümüş və həmin evdə qeydiyyatdadırlar. Onun və uşaqlarının evin mülkiyyətçisi və onunla birgə yaşayan ailə üzvləri ilə etibarlı ailə əlaqələri mövcud olmuş, o yaşayış sahəsinə olan ehtiyacını yalnız mülkiyyətçinin evindən istifadə etməklə qarşılamış, hazırda da buna onun və uşaqlarının daha çox ehtiyacı vardır. Cavabdeh X12 ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X21 (doğum haqqında şəhadətnamə xx.xx.2021-ci il, AZ-T N9 168344, Goranboy rayon Qeydiyyat şöbəsi), xx.xx.2014-cü il təvəllüdlü X13 (doğum haqqında şəhadətnamə xx.xx.2021-ci il, AZ-T № 140291, Goranboy rayon Qeydiyyat şöbəsi), xx.xx.2016-cı il təvəllüdlü X22 (doğum haqqında şəhadətnamə xx.xx.2021-ci il, Az-T № 168345, Goranboy rayon Qeydiyyat şöbəsi) övladları vardır. O və uşaqları Goranboy şəhərində olarkən cavabdeh X12 xx.xx.2021-ci il tarixdə RF-da məhkəməyə iddia ərizəsi vermiş, xx.xx.2022-ci il tarixli qətnamə əsasında nikah pozulmuş, 28.04. 2022-ci il tarixli, Vİ-MY № 566662 Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O və uşaqları başqa yaşayış sahəsi, evi olmadığı üçün müvəqqəti olaraq öz valideynlərinin evinə sığınmışdır. Lakin o evə köçdüyü zaman, 2012-ci ildə Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən, 284.79 kv.m fərdi yaşayış evinə dair istifadə hüququnun verilməsi ilə bağlı mülkiyyətçi ilə hər hansı bir müqavilə bağlamamışdır. Buna görə də ilkin iddianın rədd edilməsi, onun və xx.xx.2012-ci il təvəllüdlü X21, xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X22 ilə birlikdə Goranboy şəhəri, H.Əliyev prospekti, 34 (143) nömrəli ünvanda yerləşən İddiaçı adına olan fərdi yaşayış evinə köçürülməyi və yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onla əsaslandırılmışdır ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməklə, qarşılıqlı iddia üzrə faktki halları tam, hərtərəfli, obyektiv araşdırmamaqla, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia ərizəsində qeyd etdiklərinə, dəlillərinə, onun sənədlərinə, sübutlarına və izahatında verdiyi rəsmi məlumatlarına diqqət yetirməyərək, düzgün qiymətləndirmə aparmamış, düzgün hüquqi nəticəyə gəlməmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etməklə, onu tətbiq etməklə maddi hüquq normalarının tətbiqində və şərhində səhvə, yanlışlığa yol verməklə, onun Konstitusiyanın 43 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarımı pozmuşdur. Belə ki, Cavabdeh X12 ilə el adəti üzrə ailə qurmuş, xx.xx.2012-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin mart ayının 10-da 303 № ilə qeyd edilmişdir. Məmməd Əsgərov və onun valideynləri – cavabdeh - mülkiyyətçi Goranboy şəhəri, H. Əliyev prospekti, 34 (143) №-li ünvanda yerləşən özlərinə məxsus evə onu öz razılıqları ilə evdə yaşamaq, evdən istifadə etmək üçün gəlin gətirmiş, cehiz əşyalarını həmin evə yığmış, həmin evdə o, cavabdehlərlə birgə yaşamış, onlarla birgə təsərrüfat aparmış, onun uşaqları Goranboy şəhəri, H. Əliyev pr. ev 34(143) evdə doğulmuş, yaşamış, böyümüş və həmin evdə pasport qeydiyyatındadır. Onun və uşaqlarının evin mülkiyyətçisi və onunla birgə yaşayan ailə üzvləri ilə etibarlı ailə əlaqələri mövcud olmuşdur. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçıvə X12 uşaqları ilə birlikdə onun başqa evi, yaşayış sahəsi olmadığını, yaşayış sahəsinə ciddi ehtiyacları olduğunu, bu ehtiyacın yalnız cavabdehlərin, mülkiyyətçinin evindən istifadə etməklə aradan qaldırmaq mümkün olduğunu bilmələrinə baxmayaraq, bunun müqabilində onların əmlaklarının evdən çıxarılması barədə məhkəmədə əsassız iddia qaldırmışdır. Hesab edir ki, dövlət qeydiyyatından keçməmiş mübahisəli evə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadə hüququnun yaranması ilə bağlı mübahisə tərəfləri arasında notariat qaydasında təsdiqlənmiş razılaşmanın (müqavilənin) olmamasına birinci instansiyası məhkəməsi tərəfindən istinad edilməsi iş üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Goranboy Rayon Məhkəməsi mübahisənin faktiki halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Qətnamə qanunauyğun deyildir, obyektiv həqiqəti, işin faktiki hallarını əks etdirmir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticələrin faktiki əsasları məhkəmənin özünün subyektiv mülahizələri olduğu üçün formaldır və qanunların ziddinədir. Bu mülki iş üzrə tərəflərin hüquq və mənafeləri tam nəzərə alınmamış, qanuni, əsaslı və ədalətli məhkəmə aktı çıxarılması üçün cavabdehə, yəni ona aid olan əsas məlumatlar, sənədlər, sübutlar və işin faktiki hallarına dair onun izahatı, qarşılıqlı iddia ərizəsi qətnamədə formal sadalansa da mülki iş üzrə iddiaçının işdə olan məlumatları - sübutları ilə yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. Məhkəmə əsasən hüquq normaların tələblərinə, onlara zidd olmayan məhkəmə aktı çıxarmalı olduğu halda, buna riayət etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verib birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəliləri ilə bağlı ilk iddia üzrə cavabdehi (qarşılıqlı iddia üzrə iddiaçını) və onun nümayəndəsini – vəkilininümayəndəni dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Goranboy şəhəri, H.Əliyev prosepekti 34 ünvanında yerləşən fərdi yaşayış evi miras qoyan X4 mülkiyyətində olmuşdur. İş materiallarında olan miras payın bağışlanması haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X9, X15, X12, X5, X1 şəhəri, H.Əliyev prospekti, 34 ünvanda yerləşən fərdi yaşayış evinini anaları İddiaçı bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli olan Çıxarışdan görünür ki, Goranboy şəhəri,H.Əliyev prospektində yerləşən, 284.79 kv.m fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X12 ilə Cavabdeh arasında nikah 10 mart 2012-ci il tarixdə Moskva VVAQ İdarəsi, Solntsevskiy VVAQ şöbəsində qeydiyyata alınmışdır. İş materiallarında olan Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il, AZ-T № 168344 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il, AZ-T № 140291 doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il, AZ-T № 168345 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2016-cı il tarixdə Moskva şəhərində doğulmuşdur. İş materiallarında olan nikahın ləğvi barədə şəhadətnamənin surətindən görünür ki, X12 ilə Cavabdeh arasında nikah xx.xx.2022-ci il tarixli məhkəmə qərarına əsasən 01 mart 2022-ci il tarixdə bitmişdir. İş materiallarında olsan xx.xx.2018-ci il tarixdə verilmiş 65№6291971 saylı pasportun surətindən görünür ki, Cavabdeh Rusiya federasiyasının vətəndaşıdır. İş materiallarında olan Goranboy şəhər İƏD nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 650 saylı arayışından görünür ki, Nəsibova X23 şəhəri, Fizuli küçəsi ev 07 ünvanında yaşayır. Elektron məhkəmə informasiya sistemində Cavabdeh şəxsi məlumatlarınına dair sorğunun cavabından görünür ki, Cavabdeh subaydır, ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçının oğlu - X12 ilə xx.xx.2012-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, cehiz əmlakı hazırda ilk iddia üzrə İddiaçı məxsus olan Goranboy şəhəri,H.Əliyev prospektində yerləşən 34 saylı fərdi yaşayış evinə yerləşdirilmiş, X2 Federasiyasında yaşadığına görə Cavabdeh da özü ilə aparmış, ona görə də sonuncuya Rusiya Federasiyasında vətəndaşlıq verilmiş, mübahisəli ünvandakı fərdi yaşayış evi ilk iddia üzrə iddiaçının əri X11 məxsus olmuş, hansı ki, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdeh X6 birgə nikahlarından üç uşağı doğulmuşdur. İlk iddia üzrə cavabdeh mübahisəli ünvandakı evə köçərkən evin mülkiyyətçisi ilə həmin evin tərkib hissəsindən istifadə hüququnun yaranması ilə bağlı aralarında müqavilə bağlanmamışdır. X4 ölümündən sonra həmin ev vərəsəlik qaydasında ilk iddia üzrə İddiaçı mülkiyyətinə keçmiş və ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli olan çıxarış verilmişdir. Cavabdeh ilə X12 arasında olan nikah 01 mart 2022-ci il tarixdə pozulmuşdur. İlk iddia üzrə cavabdeh (qarşıəlıqlı iddia üzrə iddiaçı) Cavabdeh hazırda başqa ünvanda yaşasa da, cehiz əşyaları xüsusi mülkiyyət hüququ ilə ilk iddia üzrə İddiaçı məxsus olan Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən 34 saylı evdə qalmaqda davam edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Nəsibova X23 şəhəri, H.Əliyev prospektində yerləşən, 284.79 kv.m. fərdi yaşayış evinə dair istifadə hüququnun verilməsi ilə bağlı mülkiyyətçi ilə hər hansı bir müqavilə bağlanılmamış, Cavabdeh həmin fərdi yaşayış evinə dair istifadə hüququ yaranmamış, hazırda da istifadə hüququ mövcud deyildir və o, həmin fərdi yaşayış evinə köçürülə bilməz. Buna görə də qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı yaşayış evinə köçürülmə və istifadə hüquqununun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli olan çıxarışdan görünür ki, Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən, 284.79 kv.m. fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh məxsus əşyaların onun mülkiyyətində olan fərdi yaşayış evində olması isə onun mülkiyyət hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçının oğlu ilə 2012-ci ildə ailə qurmuş, cehiz əşyaları da hazırda ilk iddia üzrə iddiaçıya məxsus evə 2012-ci ildə köçürülmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Yuxarıda qeyd edildiyi kimi ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən 34 saylı evin mülkiyyətçisi, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh isə İddiaçı keçmiş gəlinidir. Ailə qanunvericiliyin tələblərinə əsasən İddiaçı Cavabdeh saxlamaq öhdəliyi daşımır. Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisindən (hazırkı halda ilk iddia üzrə cavabdehdən) özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Azyaşlılarla bağlı kollegiya qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Kollegiya qətnamənin ilk iddiaya dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İlk iddia üzrə cavabdehin mübahisəli ünvandakı yaşayış sahəsindən istifadə hüququ olmadığına görə ona məxsus əmlakın da həmin evdə qalması iddiaçının hüquqlarını məhdudlaşdırır. Beləliklə də işdən göründüyü kimi Goranboy şəhəri, H.Əliyev prospektində yerləşən 34 saylı fərdi yaşayış ev tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı Cavabdeh saxlamaq vəzifəsi daşımır, onların arasında həmin evdən ona istifadə hüququnun verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlanılmamış, Cavabdeh həmin fərdi yaşayış evinə dair istifadə hüququ yaranmamışdır. Cavabdehin əmlakının həmin evdə qalması öz əmlakından sərbəst istifadə etməsi ilə bağlı mülkiyyətçinin hüquqlarını pozur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin mübahisəli ünvandakı evə ailə üzvü kimi köçürülməsi, mülkiyyətçi ilə ümumi təsərrüfat aparması dəlili ilə bağlı kollegiya hesab edir ki, həmin xüsusat iş materialları ilə, xüsusən də qarşılıqlı iddia üzrə iddiaçının 2018-ci ildən Rusiya Federasiyasının vətəndaşı olmasına dair pasportunun surəti ilə təkzib olunur. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddia ərizəsində qeyd etdiklərinə, dəlillərinə, onun sənədlərinə, sübutlarına və izahatında verdiyi rəsmi məlumatlarına diqqət yetirməyərək, düzgün qiymətləndirmə aparmaması, düzgün hüquqi nəticəyə gəlməməməsi kimi dəlilini də əsassız sayır. Ona görə ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə həm iddiaçını, həm də cavabdehi dinləmiş, onlara sübutlarının təqdim edilməsi üçün bərabər şərait yaratmışdır. Cavabdeh məhkəmənin təqdim edilmiş sübutların düzgün qiymətləndirilmədiyini vurğulasa da, məhz hansı sübutunun düzgün qiymətləndirilmədiyini göstərməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini cavabdehin formal mülahizəsi sayır. Əksinə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-884/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-884/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar