Məhkəmə qərarları › İş №2(104)-2530/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2530/2023

02.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2530/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1389/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin qəbul etdiyi 27 iyul 2023-cü il tarixli, 3(066)- 331/2023 saylı qərarı ilə inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 20 gün müddətində inzibati həbs növündə inzibati tənbeh edilməsi ilə keçirdiyi mənəvi sarsıntılara görə hakim Cavabdeh 20.000 manat məbləğində təzminatın alınıb ona verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1389/2023 nömrəli qərardadı ilə (hakim Əyyub Kərimov) iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1389/2023 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göygöl Polis şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən verilmiş təqdimatı təmin edərək, onun barəsində Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilib 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq etmiş və iki gün inzibati qaydada həbsdə qalmışdır. Hakim qərəzli mövqedə olmuş, İddiaçı gəncliyini, əvvəllər məhkum olunmamasını nəzərə almamış, məsuliyyəti olmuşdursa belə, ona cərimə cəzası tətbiq etməmiş, inzibati həbs kimi ağır cəza vermişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1389/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin onlar məhkəmə kollegiyasına heç bir izahat göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1389/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinad etməklə, iddia ərizəsini icraata qəbul etməkdən imtina edərək göstərmişdir ki, hazırki işdən görünür ki, iddiaçı cavabdehin qəbul etdiyi qərardan narazı olduğu üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraiciət etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 3(066)- 331/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim Cavabdeh) İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş xəta törətməkdə təqsirli bilinib, onun barəsində 20 (iyirmi) gün müddətində inzibati tənbeh tətbiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-442/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İddiaçı şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 3(066)-331/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, İddiaçı məhkəmə zalından dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Göründüyü kimi, Göygöl Rayon Məhkəməsinin 3(066)-331/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əməlinə hüquqi qiymət verilmiş, iddiaçı isə cavabdehin qəbul etdiyi qərardan narazı olduğu üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbu ki, hazırkı halda işə baxmış hakimdən təzminat tələbi Azərbaycan Respublikası MM-nin 1101-ci maddəsinin tələblərinə əsasən yolverilməzdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərkən haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(066)-1389/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267, 398, 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-1389/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar