Məhkəmə qərarları › İş №2(104)-256/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-256/2025

04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-256/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun və digər Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" 25 mart 2024-cü il tarixli qərara əsasən aparılmış təhqiqat araşdırması zamanı tərəflərin izahatı alınmış və Cavabdeh1 verdiyi izahatda bildirmişdir ki, o, İddiaçı müəyyən müddətdir tanıyır. İddiaçı və cavabdeh qismində olan onun yoldaşı Cavabdeh2 və onun arasında olan şəriklik müddətində tərtib olunmuş aktlara əsasən 23000 manat puldan ümumilikdə iddiaçıya 13000 manat borcu qalmışdır. İddiaçının onun barəsində yazdıqları şər və böhtandır. Tərəflər arasında borc öhdəlik münasibətləri mövcud olduğu üçün Azərbaycan Respublikası MM-nin 324-cü maddəsində nəzərdə tutulmuş, mülki hüquq münasibətləri yarandığı üçün qarşılıqlı münasibətlər mülkü qanunvericilik əsasında tənzim olunmalı olduğundan, eyni zamanda toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından, material üzrə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır.

2. xx.xx.2023-cü tarixli aktdan görünür ki, alıcı İddiaçı, satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsini 18500 (on səkkiz min beş yüz) manata almışdır.

3. xx.xx.2023-cü tarixli aktdan görünür ki, alıcı İddiaçı, satıcı Cavabdeh2 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsini 18500 (on səkkiz min beş yüz) manata almışdır.

4. xx.xx.2023-cü tarixli aktdan görünür ki, alıcı İddiaçı satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 12 sot torpaq sahəsi üzərində yerləşən “Fermer” kolbasa sexini 35000 (otuz beş min) manata almışdır.

5. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Gəncə şəhər 1-ci PŞ-nın TB-nin baş təhqiqatçısı Ceyhun Musayevin icraatında olmuş HK-1/744 saylı araşdırma materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı iş materillarına əlavə edilmişdir.

6. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş AN-1: ******* saylı xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi iş materillarına əlavə edilmişdir.

7. Məhkəmə kollegiyası tərəfindən iddiaçının İddiaçı təqdim edilmiş səs yazıları dinlənmiş və müəyyən edilmişdir ki, iddiaçı cavabdehihdən torpaq sahələrinə görə pulu tələb etmiş, cavabdeh isə həmin torpaq sahələrini sənədləşdirib iddiaçıy satacağını, kolbasa sexini isə növbəti iş günündə gedib kolbasa sexini iddiaçıya satacağını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Göygöl rayonu, Nadil kəndində yerləşən 12 sot torpaq sahəsinə görə onun tərəfindən verilmiş 18500 manat, həmin torpaq sahəsi üzərində olan kolbasa sexinin yarısına görə 35000 manat və Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsinə görə 18500 manat olmaqla, ümumilikdə onun cavabdehlərə verdiyi 72000 manat pulun və 306 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 təxminən 1 ildir ki, tanıyır. O, əvvəllər Gəncə şəhəri Dubay bazarı adlanan bazarda meyvə-tərəvəz və kimyəvi malların satışı ilə məşğul olmuşdur. Həmin vaxtdan Cavabdeh1 ilə münasibəti yaranmış, o iddiaçıya təklif etmişdir ki, ucuz qiymətə torpaq yerləri var, istəsə ona sata bilər. 2023-cü ilin noyabr ayında Cavabdeh1la görüşmüşdür və həmin satmaq istədiyi sahəyə getmişlər, cavabdeh ona onun satmaq istədiyi Göygöl rayon Qızılca kəndində yerləşən magistral yolun kənarında ayrı-ayrı 2 torpaq sahəsini göstərmiş və bildirmişdir ki, 10 sot olan torpaq sahəsi arvadı Cavabdeh2 adına, digər 12 sot olan torpaq sahəsi isə onun öz adınadır. İddiaçı torpaq sahələrini bəyəndiyi üçün, hər birinin qiymətini ayrı-ayrılıqda 18500 manata razılaşmışdır. Bir necə gün sonra Gəncə şəhəri "Xan Bağı"-nın yaxınlığında iddiaçı dostu Mirqiyasla birlikdə cavabdehlər Cavabdeh1 və arvadı Cavabdeh2 görüşmüş və iddiaçının cavabdehlərlə görüşməkdə məqsədi Gəncə şəhər 1 saylı Notariat Kontorunda alqı-satqını rəsmiləşdirmək olmuşdur, birlikdə həmin Notariat ofisində olmuşlar. Orada sənədlərə baxıldıqdan sonra torpaqlara aid sənədlər olmadığına görə alqı-satqının rəsmiləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Hər iki tərəf öz aralarında razılaşaraq, akt tərtib etməklə alqı-satqını aöz aralarında rəsmiləşdirmişlər. Bu məqsədlə onlar 10 noyabr 2023-cü ildə hər torpağın alqısatqısına dair 4 nəfərin iştirakı ilə Akt tərtib etmişlər. Bundan sonra cavabdeh ona aldığı torpaq sahəsinin içərisində olan kolbasa sexinin 50%ni 35000 manata almağını təklif etmişdir. Həmin mübahisəli sexi almağına dair 35000 manatı verməsi barədə ayrıca aralarında Akt tərtib olunmuşdur. İddiaçı tərtib etdikləri Aktlar zamanı cavabdehlərlə razılaşmışdır ki, cavabdehlər 3 ay ərzində torpaqların və sexin hüquqverici sənədlərini düzəltməli və onlar alqı-satqını notariusda başa çatdırmalıdırlar. Cavabdehlər həmin vədlərinə əməl etmədiklərinə görə, o məcbur olub Gəncə şəhər Prokurorluğuna müraciət etmiş, ərizəsi oradan Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş, 1-ci Polis Şöbəsinin TBnin baş təhqiqatçısı polis mayoru Ceyhun Musayev tərəfindən araşdırma aparılaraq, xx.xx.2024-cü ildə cinayət işi başlanmasının rədd edilməsi" haqqında qərar qəbul edilmişdir. Həmin qərarla nəticəyə gəlinmişdir ki, Cavabdeh1 əməlində İddiaçı 72.000 manat pulumu aldatma yolu ilə ələ keçirməsi öz təsdiqini tapmadığından, barəsində CM-nin 178-ci maddəsi ilə "cinayət işi başlanması" rədd edilməli və onun pul tələbi ilə bağlı məhkəməyə müraciət etməyi izah olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 72.000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 306 manat tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasındakı borc müqaviləsinə əsasən cavabdehlərin iddiaçıya 72.000 manat məbləğində borcu yaranması tam təsdiq olunduğundan, həmin vəsait ondan tutularaq iddiaçıya ödənilməli, həmçinin ödənilmiş rüsumun əvəzi olaraq 306 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 427.3 və 448-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X1 vəCavabdeh2 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2Şükür qızından Göygöl rayonu, Nadil kəndində yerləşən 12 sot torpaq sahəsinə görə onun tərəfindən verilmiş 18.500 manat, həmin torpaq sahəsi üzərində olan kolbasa sexinin yarısına görə 35.000 manat və Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsin görə 18.500 manat olmaqla, ümumilikdə onun cavabdehlərə verdiyi 72.000 manat pulun və 306 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-787/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 72000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 306 manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdarlıq ona məhkəmə iclası günündən sonra çatdırıldığı üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, onu 1 ildir ki, tanıyır və əvvəllər 2023-cü ilin noyabr ayında Cavabdeh1la görüşmüşdür və həmin satmaq istədiyi sahəyə getmişlər, cavabdeh ona onun satmaq istədiyi Göygöl rayon Qızılca kəndində yerləşən magistral yolun kənarında ayrıayrı 2 torpaq sahəsini göstərmiş ki, 10 sot olan torpaq sahəsi isə onun öz adınadır. İddiaçı torpaq sahələrini bəyəndiyi üçün, hər birinin qiymətini ayrı-ayrılıqda 18.500 manata razılaşmışdır. Bir necə gün sonra Gəncə şəhəri “Xan Bağı”nın yaxınlığında iddiaçı dostu Mirqiyasla birlikdə cavabdehlər Cavabdeh1 və arvad Cavabdeh2 görüşmüş və iddiaçının cavabdehlərlə görüşməkdə məqsədi Gəncə şəhər 1 saylı Notariat Kontorunda alqı-satqını rəşmiləşdirmək olmuşdur. Orada sənədlərə baxdıqdan sonra torpaqlara aid sənədlər olmadığına görə alqı-satqının rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Hər iki tərəf öz aralarında razılaşaraq, akt tərtib etməklə alqısatqını öz aralarında rəsmiləşdirmişlər. Bu məqsədlə onlar 10 noyabr 2023-cü ildə hər torpağın alqı-satqısına dair 4 nəfərin iştirakı ilə Akt tərtib etmişlər. Bundan sonra cavabdeh ona aldığı torpaq sahəsinin içərisində olan kolbasa sexinin 50%-ni 35.000 manata almağını təklif etmişdir. Həmin mübahisəli sexi almağına dair 35.000 manatı verməsi barədə ayrıca aralarında Akt tərtib olunmuşdur. İddiaçı tərtib etdikləri Aktlar zamanı cavabdehlərlə razılaşmışdır ki, cavabdehlər 3 ay ərzində torpaqların və sexin hüquqverici sənədlərini düzəltməli və onlar alqı-satqını notariusda başa çatdırmalıdırlar. Cavabdehlər həmin vədlərinə əməl etmədiklərinə görə, o məcbur olub Gəncə şəhər Prokurorluğuna müraciət etmiş, 1-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru Ceyhun Musayev tərəfindən araşdırma aparılaraq, xx.xx.2024-cüildə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla nəticəyə gəlinmişdir ki, Cavabdeh1 əməlində İddiaçı 72.000 manat pulunu aldatma yolu ilə ələ keçirməsi öz təsdiqini tapmadığından, barəsində CM-nin 178-ci maddəsi ilə “cinayət işi başlanması” rədd edilməli və onun pul tələbi ilə bağlı məhkəməyə müraciət etməyi izah olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Onun iddiaçıya cəmi-cümlətəni 13.000 manat borcu qalıb. Aktlara əsasən ona 23.000 manat pul vermiş və o pulun 10.000 manatını iddiaçıya qaytarmışdır. xx.xx.2023-cü il tarixdə onların arasında 2 ədəd Akt imzalanmış və həmin aktlarda göstərilmişdir ki, alıcı İddiaçı, satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsini 18.500 manata almışdır; Alıcı İddiaçı, satıcı Cavabdeh2 ona məxsus Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 12 sot torpaq sahəsini 18500 manata almışdır; Həmin 2 Akt tərtib edildikdən sonra, aradan 2 ay keçmiş xx.xx.2024-cü il tarixdə 3-cü akt tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, alıcı İddiaçıFidail oğlu satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu,Yeni Qızılca kəndində yerləşən 12 sot torpaq sahəsi üzərində yerləşən “Fermer” kolbasa sexini 35.000 manata satmışdır. Əgər cavabdehin məqsədi iddiaçını aldatmaq olmuşsa, onda nəyə görə o, 2 aydan sonra kolbasa sexinin 50%-nin məndən alınmasına dair 3-cü aktı tərtib etdirirdi? Hər 3 Aktda göstərilib ki, aktda qeyd edilən əmlakları o, satmışdır. Əgər onlar torpaq sahələrini və kolbasa sexinin 50%-ni satdıqsa satılan əmlakların pulu həmin an ödənilməli idi. Lakin, iddiaçı 72.000 manat pulu ödəmədiyi üçün onunla notariata getməmişdir. Məhkəmə iş üzrə iddiaçının şahidlərini dindirmiş və onların qətnamədə göstərilən izahatlarını nəzərə çatdırmışdır. Məhkəmə iclasında iştirakçı İddiaçı tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının dostudur. Həmin göstərilən iddiaçının bildirdiyi torpaq sahələrinin və o sahələrdən birinin üzərində olan sexi iddiaçı tərəfindən alınması barədə məlumatı var və alqı-satqını rəsmiləşdirmək üçün iddiaçı və cavabdehlərlə birlikdə notarius ofisinə o da getmişdir və alqı-satqı baş tutmamışdır və onun da iştirakı ilə onlar arasında olan aktda şahid qismində imza etmişdir. Məhkəmə iclasında iştirakçı İddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi izahatda bildrmişdir ki, iddiaçının atasıdır, oğlunun həmin torpaq sahələrini və kolbasa sexini almasında şifahi məlumatı var və digər şahidin dediklərini eynilə təsdiq edir. Məhkəmə iddiaçıya və eləcə də onun şahidlərinə sual verib alqı-satqı pulunun harada verildiyini və kimlərin iştirakı ilə verilib-verilməməsini aydınlaşdırmayıb və heç bir əsas olmadan da 72.000 manat məbləğində pulu qanunsuz olaraq ona yükləyib. Əgər onun əməlində dələduzluq əlamətləri olsaydı Gəncə Baş Polis İdarəsi onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etməzdi. Məhkəmə faktiki olaraq Mülki Məcəllədən çıxarılmış alqı-satqı faktını guya müəyyən etmişdir. Lakin, 72.000 manat məbləğində pulun ona verilməsinin təsdiqinə dair heç bir araşdırma aparmamış və iddiaçının deməsinə görə yaxın dostlarının iştirakı ilə tərtib edilmiş aktlara istinad etmişdir. Əgər bir gündə tərtib edilən aktlar üzrə pullar verilmiş olsaydı, aktlarda göstərilərdi ki, pulu alıcı İddiaçı 72.000 manatı vermişdir və satıcılar Cavabdeh1 və Cavabdeh2 72.000 manatı aldı qeydi aparılmış olardı. Beləliklə, məhkəmə kollegiyasının nəzərinizə çatdırır ki, barəsində çıxarılmış Göygöl Rayon Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə işin hallarını tam araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. Qətnamənin nüsxələri bizə verilməyib və ona görə də 24 sentyabr 2024-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə gələrək qətnaməni götürmüşdür. Əgər qətnamənin onlar tərəfindən alınmasına dair hər hansı bir poçt qəbzində imza varsa, həmin imzalar onlara məxsus deyil. Həmin imzaların onlara məxsus olmamasını xətşünaslıq ekspertizası vasitəsi ilə müəyyən etmək olar. Məhkəmə işin hallarını tam araşdırmayıb və yalnız iddiaçının ifadəsinə və Aktlara istinad edərək qətnamə qəbul etmişdir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsinin yox, məhz aktların bağlanma səbəbi torpaqların sənədlərinin qaydasında olmaması idi.

17. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 və digər Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaqların satılması ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. İddiaçı cavabdehə 23000 manat borc vermiş, həmin puldan 10 manatını cavabdeh qaytarmışdır. Cavabdeh hazırda iddiaçıya 13.000 (on üç min) manat borcu olmasını etiraf edir. Lakin 35.000 manat pul verilməmişdir. Çünki fermanın (kolbasa sexi) dəyəri dəfələrlə yüksək olmuşdur.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verib bildirmişdir ki, cavabdeh ona Göygöl rayon Qızılca kəndində yerləşən magistral yolun kənarında ayrı-ayrı 2 torpaq sahəsini göstərmiş və bildirmişdir ki, 10 sot olan torpaq sahəsi arvadı Cavabdeh2 adına, digər 12 sot olan torpaq sahəsi isə onun öz adınadır. O, torpaq sahələrini bəyəndiyi üçün hər birinin qiymətini ayrı-ayrılıqda 18.500 manata razılaşmışdır. Alqı-satqını rəsmiləşdirmək üçün o cavabdehlərlə birlikdə notarius ofisinə getmişdir, lakin alqı-satqı baş tutmamış və onlar arasında olan aktda imza etmişlər. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsinin yox, məhz aktların bağlanma səbəbi torpaqların sənədlərinin qaydasında olmaması idi. Sonradan ferma (kolbasa sexi) ilə bağlı aktın bağlanma səbəbi isə cavabdehin sənədləşməni etməkdən müxtəlif bəhanələr ilə yayınmasıdır. O, əlavə olaraq 0.20 ha torpaq sahəsinə satın almışdır ki, onun sənədlərin də heç bir problem olmadığı üçün hazırda mübahisələndirməmiş, həmin torpaq hazırda da ondadır. Ferma (kolbasa sexi) ilə bağlı akt bir neçə ay fərqlə tərtib edilib. Apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır

20. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir

21. 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X3 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.

22. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı apellyasiya şikayətində Cavabdeh1 qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, o, Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin təmin edilmiş hissədə ləğv edilərək, iddia tələbinin qismən, 13.000 manat hissədə təmin olunmasını xahiş edir. Ona görə də, birinci instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, xx.xx.2023cü tarixli akt ilə alıcı İddiaçı, satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsini 18.500 (on səkkiz min beş yüz) manata almışdır, xx.xx.2023-cü tarixli akt ilə alıcı İddiaçı, satıcı Cavabdeh2 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 10 sot torpaq sahəsini 18.500 (on səkkiz min beş yüz) manata almışdır, xx.xx.2023-cü tarixli akt ilə alıcı İddiaçı satıcı Cavabdeh1 ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 12 sot torpaq sahəsi üzərində yerləşən “Fermer” kolbasa sexini 35.000 (otuz beş min) manata almışdır. Alqı-satqı ilə bağlı tərəflər arasında notarial qaydada təsdiqlənmiş müqavilələr olmasa da, qeyd olunan aktlar tərəflər arasında torpaq sahəsinin və kolbasa sexinin alqı-satqısı ilə bağlı münasibətlərinin mövcud olduğuna dəlalət edir. Aktın saxtalığı və ya imzaların saxtalalaşdırılması ilə bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Tərəflər verdikləri izahatlarda da, aktların bağlanma səbəblərini ətraflı şəkildə izah etmişlər.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıya borclu olduğunu həmin borcdan 10.000 manatı qaytardığını və hazırda 13.000 manat borcu qaldığını etiraf edir. O, aktlara əsasən iddiaçının ona 23.000 manat pul verdiyini və pulun 10.000 manatını iddiaçıya qaytarmasını qeyd edir. Lakin torpaqların alqı-satqısı ilə bağlı 2 aktda cəmi 37.000 manat (18.500+18.500) qeyd olunduğu halda nə üçün 23.000 manat imza etməsini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Həmçinin, həmin borcun 10.000 manatını iddiaçıya qaytarmasını qeyd etsə də, bununla bağlı heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

41. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında tədqiq edilmiş video və audio yazılarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 özünün və Cavabdeh2 məxsus torpaq sahəsini aktlar əsasında iddiaçıya hər birini 18.500 satdığını və iki torpaq sahəsini sənədləşdirərək iddiaçının adına keçirəcəyini bildirmiş, digər viseo yazıda isə satdığı kolbasa sexini yarısını növbəti iş günündə iddiaçının adına sənədləşdirəcəyini qeyd edir.

42. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış münasibətlərlə bağlı qeyd edir ki, tərəflər daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qarşılıqlı razılaşma əsasında akt tərtib etmişlər. Lakin daşınmaz əmlakla bağlı əqdin notarial qaydada bağlanması ilə əlaqədar tələblərə riayət etməmişlər. Həmçinin, iddiaçı ilə Cavabdeh1 “Fermer” kolbasa sexini 35.000 manata alqı-satqısı barədə akt tərtib etsələr də, əqdin notarial qaydada bağlanması ilə əlaqədar tələblərə riayət etməmişlər.Tərəflər arasında bağlanmış əqdlər etibarsız əqd olmaqla tərəflər üçün heç bir hüquqi nəticə doğurmur. Lakin tərflər aqd üzrə aldıqlarını bir-birinə qaytarmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərflər əqd üzrə aldıqlarını qaytarmalı olduqlarından iddiaçının tələbi haqlıdır və birinci instansiya məhkəməsi cavabdehlərdən hər iki torpaq sahəsinə görə ödənilmiş 37000 manat və kolbasa sexinə görə ödənilmiş 35000 manat pulun alınaraq iddiaçıya ödənilməsi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

43. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin edilməsi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar