Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2561/2024 20.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Mustafayev Mustafa Əli oğlunun sədrliyi və məruzəsi, Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-2827/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə verərək, iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2827/2024 saylı 18 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil 03 dekabr 2024-cü il tarixdə məhkəməyə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-2827/2024 saylı 18 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsinə, ərizəyə mahiyyəti üzrə baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı hasarın uçduğunu bildirib mağaza tikməklə, sonra zirzəmidən istifadə etməyə imkan verməməklə, hazırda isə barışıq sazişini imzalamamaqla cavabdehi aldadaraq zirzəminin açarlarını ələ keçirmişdir. İddiaçı yalnız cavabdehin torpaq sahəsindən keçməklə zirzəmiyə daxil olması mümkündür. Tərəflər arasında münasibətlər pozulduğu üçün iddiaçının topraq sahəsindən keçməsi gələcəkdə tərəflər arasında mübahisələrin və münaqişələrin yaranmasını istisna etmir. Məhkəmə tərəfindən iddiaçının iddiadan imtina edilməsi əsası ilə iş üzrə icraata xitam verilsə də, iddiaçının yaratdığı əsassız mübahisə öz hüquqi həllini tapmamış, tərəflər arasında mübahisəyə son qoyulmamışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-2827/2024 saylı qərardadı şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-2827/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 52.5.-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Cavabdeh şikayətin dəlillərində məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsini iddiaçının yaratdığı əsassız mübahisəni öz hüquqi həllini tapmaması, tərəflər arasında mübahisəyə son qoyulmaması kimi göstərmişdir. Lakin onun hansı hüquq və mənafeyinin pozulması göstərilməmişdir. Belə ki, cavabdehin məhkəmədə hər hansı iddiası olmamışdır. İddiaçı hüquqlarının pozulmasını hesab edərək iddia qaldırmış, sonradan isə iddiadan imtina etmişdir. Məhkəmədə hər hansı tələbi olmayan cavabdehin isə mübahisənin mahiyyəti üzrə həll olunmadığına dair qənaəti isə, iddiaçının iddiadan imtina etməsi zamanı cavabdehin hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin mülki prosessual qanunvericilik bir sıra məsələləri, məsələn iddia ərizənin baxılmamış saxlanılmasını cavabdehin iradəsindən asılı etmiş, yəni cavabdeh ərizənin mahiyyəti üzrə baxılmasını tələb etdikdə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini nəzərdə tutmuşdur. Lakin iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik belə bir imkanı nəzərdə tutmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, şikayət əsassız olduğundan təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-2827/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1.-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq qə r a r a a l d ı : Tovuz Rayon Məhkəməsinin 2(062)-2827/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2827/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2561/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2561/2024
20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver