Məhkəmə qərarları › İş №2(104)-2577/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2577/2023

19.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2577/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (X* üçüncü şəx kimi göstərilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Goranboy Rayon Məhkəməsinin *2.05.2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsindən Cavabdeh notariusu X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 dekabr 2022-ci il tarixli 8İ-6090 saylı icra üeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla X* arasında Bakı şəhəri 3 saylı Notariat Ofisində 3M-244 reyestr nömrəli, 05 aprel 20*8-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndində kreditin 3*.*2.20*8-ci il tarixədək ödənilməsi qeyd edilmişdir. Həmin kredit müqaviləsinin bağlanmasının və həmin mübahisənin həll edilməsinin üzərindən 4 ildən artıq müddət keçməsinə baxmayaraq, notariat ofisi tərəfindən ona hər hansı formada xəbərdarlıq bildirişi göndərilmədən, Bakı şəhəri 3 saylı Notariat Ofisi əvəzinə bu müqavilədən heç xəbəri olmayan Cavabdeh tərəfindən birbaşa Goranboy Rayon İcra Şöbəsinə 22.*2.2022-ci il tarixli, 8İ-6090 nömrəli icra qeydi göndərilmişdir. Halbuki, notariat ofisi əvvəlcə ona xəbərdarlıq məktubu göndərməli və onu notariat ofisinə dəvət etməli, sonradan bu barədə icra qeydi verə bilərdi. Goranboy Rayon İcra və Probasiya şöbəsindən onu çağıraraq barəsində həmin iş üzrə icraata başlamaq haqqında *3.0*.2023-cü ildə qərar qəbul edildiyi bildirilərək onu Şöbəyə dəvət etmişlər. Ona qərar, bildiriş və icra qeydinin surəti təqdim edilmiş və *0 gün könüllü icra müddəti verilmişdir. O isə həmin məsələ ilə bağlı mübahisə olduğunu və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Hesab edir ki, Goranboy rayon Notariatsinin qeyd olunan icra qeydi aşağıdakı əsaslara görə ləğv edilməlidir. Belə ki, həmin məsələ ilə bağlı X* ilə onun arasında mübahisə mövcuddur və həmin mübahisənin məhkəmə müstəvisində öz həllini tapması zərurəti yaranmışdır. Goranboy Rayon Məhkəməsinin *2.05.2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın təmin edilməsi, Cavabdeh 22 dekabr 2022-ci il tarixli, 8İ-6090 saylı icra qeydinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh notariusu X2 apellyasiya şikayəti vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *0-*.*-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin *0-*.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin *0-*.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin *0-*.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin həmin Məcəllənin 357.*-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.*.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin *0-*.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin *2.05.2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsindən Cavabdeh notariusu X2 tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPMin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin *2.05.2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsindən Cavabdeh notariusu X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(*04)-2577/2023 saylı mülki iş Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Goranboy Rayon Məhkəməsinin *2.05.2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsindən Cavabdeh notariusu X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(*04)-2577/2023 saylı mülki iş Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar