Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2578/2023 24.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində borc pulun və ödənilmiş 153 (bir yüz əlli üç) manat miqdarında dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsini dolandırmaq üçün təsərrüfat işləri, həmçinin alverlə məşğul olur. Belə ki, mövsüm vaxtı xurma meyvəsi alaraq, Ukrayna Respublikasına göndərir. Ona görə əlində həmişə pulu olur. Cavabdeh onun həmkəndlisidir. Cavabdehlə onun arasında normal və etibarlı münasibətlər olmuşdur. Cavabdeh bundan istifadə edərək pilorama (ağac çəkən) almaq, onun quraşdırılması, işə salınması və əlavə işlər üçün 09 avqust 2021-ci il tarixdə 25000 (iyirmi beş min) manat borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq, 09 avqust 2021-ci il tarixdə Gəncə şəhəri 3 saylı notariat ofisində reyestrdə 3M-338 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş kredit müqaviləsi əsasında 25000 (iyirmi beş min) manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin göstərilən müddət keçməsinə baxmayaraq, cavabdeh ondan aldığı borc puldan 4000 (dörd min) manatını qaytarmış, 21000 (iyirmi bir min) manat qalmışdır. Cavabdeh müxtəlif bəhanələrlə borc aldığı pulu ona qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, cavabdehdən məhkəmə qaydasında borc verdiyi puldan ona qaytarılmamış 21000 (iyirmi bir min) manat pulu və dövlət rüsumuna ödədiyi 153 (bir yüz əlli üç) manat pulu tələb edir. Goranboy Rayon Məhkəməsinin 2(045)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Goranboy Rayon Məhkəməsinin 2(045)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Goranboy Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2(104)-2578/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2578/2023
24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver