Məhkəmə qərarları › İş №2(104)-2647/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2647/2023

27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2647/2023 27.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı Cavabdeh qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)- 937/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 miras qalmış Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evinə vərəsə tanınmaqla, həmin miras mülkə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-937/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiası təmin edilərək, İddiaçı anası X2 mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-937/2023 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini və onun varis olaraq tam payının tanınmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiаçı tərəfindən mirаs əmlаk qəbul еdilməmişdir, həmin еvi vаris оlаrаq o qəbul еtmişdir və hаzır ki, tələblə bаğlı iddiаçı onu gizlədərək məhkəməyə düzgün məlumаtlаr vеrməmişdir. Nəticədə sахtа qətnаmə çıхаrılmışdır. Hаzırdа apеllyаsiyа şikаyətinə əlаvə еtdiyi sənədlərdən də görünür ki, iddiаçı tərəfindən onun vərəsə оlаrаq gizlədilməyi ilə bаğlı məhkəməyə yаlаn məlumаt vеrilmişdir. Məhkəmə qətnаməsində оlаn şаhidlər də həmçinin məhkəməyə yаlаn məlumаt vеrərək qоnşuluqdа yаşаdıqlаrı hаldа mərhum аnаsının 4 övlаdının оlmаsını onun isə ümumiyyətlə mövcudluğundаn guyа məlumаtlаrının оlmаmаsını bildirərək аdını gizlətmişlər. Əgər qоnşulаr həqiqətən düzgün оlаrаq məlumаt vеrirlərsə və оrаdа əvvəllərdən yаşıyırlаrsа nеcə оlа bilər ki, bütün bаcı və qаrdаşlаrını tаnısınlаr аncаq onun mövcudluğunu bilməsinlər. Hаlbu ki, həmin qоnşulаr hеç ümumiyyətlə mərhum аnаsının nеçə övlаdının оlmаsını bеlə bilməmişlər. Məlumаtı оlаn isə övlаd оlаrаq gizlətməklə məhkəməyə yаlаn izаhаt vеrmişlər. Mərhum nənəsi Niyаzоvа Mənzər Аbdullа qızının vəfаtındаn sоnrа həmin еvi vаris оlаrаq qəbul еtmiş və idаrə еtmişdir. Bеlə ki, onun tərəfindən nоtаriаt оrqаnınа mürаciət еdən zаmаn nоtаriаt оrqаnının nоtаriusu cаvаbdеhlərlə yахın münаsibətdə оlduqlаrındаn оnlаrı nоtаriаt оrqаnı çаğırаrаq sахtа sənədlər əsаsındа vərəsəlik işi аçmış və iddiаçıyа hər birinə münаsibətdə qаnun üzrə vərəsəlik hüququndаn məhrum еdilmişdir. Əslində isə iddiаçı sахtа və yаlаn məlumаt vеrən şаhidlərin izаhаtlаrı əsаsındа оnun guyа mirаsı qəbul еtməsini bildirmişlər. Əslində isə iddiаçı mirаsın qəbul еdilməsi bаrədə hеç bir аddım аtmаmışdır. İddiаçının özü аilə qurаrаq bаşqа еvə gəlin köçmüş və həmin еvdə yаşаmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini araşdıraraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-937/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən işdə iştirak etməyən şəxs tərəfindən verilən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin etdiyi hərəkətlərdən biri də qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamaq və yoxlamanın nəticəsinə dair qərardad qəbul etməkdir ki, həmin qərardaddan da işdə iştirak edən şəxslərin şikayət vermək hüququ mövcud olur. Lakin, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbini nəzərə almayaraq, qətnamənin X3 hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və bunun nəticəsinə dair qərardad çıxarmadan baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə uyğun olaraq, apellyasiya şikayətinin işdə iştirak etməyən şəxs tərəfindən verilməsi ilə əlaqədar qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və bunun nəticəsinə dair qərardad çıxarmadan apellyasiya instansiyasına göndərdiyindən apellyasiya şikayətinin baxılması üçün prosessual əsaslar yaranmamışdır. Buna görə də verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360-363, 366 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-937/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar