Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-268/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın qaytarılması» tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(125)-609/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək buraxılış ili 2008ci il olan, **-CL-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, “Nissan Tida” markalı avtomobilin (bundan sonra – mübahisəli avtomobil) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil xx.xx.2012-ci ildə onun adına qeydiyyata alınmışdır. "xxxx" ASC ilə onun arasında xx.xx.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərtilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq xx.xx.2012-ci il tarixli müqavilə ilə mübahisəli avtomobil girov qoyulmuşdur. Maddi vəziyyəti ilə əlaqədar krediti ödəyə bilmədiyindən 2012-ci il tarixdə mübahisəli avtomobili cavabdehə idarə etmək üçün baş etibarnamə əsasında vermişdir. Cavabdeh avtomobil kreditini ödəməyi öz öhdəsinə götürmüş və kredit ödənilib qurtardıqdan sonra avtomobili öz mülkiyyətinə keçirtməyinə söz vermişdir. Lakin buna əməl etməmişdir. Avtomobili hal-hazırda cavabdehin istifadəsindədir. Lakin cavabdeh bank qarşısında öhtəliyini yerinə yetirmədiyi üçün iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh olaraq ona qarşı “kredit borcunun tutulması və tutumanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsində onun məlumatı olmadan qəbul edilmiş xx.xx.2018-ci il tarixli, 2(010)- 2383/2018 saylı qətnamədə qeyd edilmişdir ki, cavabdeh olaraq İddiaçı 7254 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2014-cü il tarixinə 1656 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1338 ABŞ dolları faiz borcu və ümumilikdə 10.248 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu ondan tutularaq ləğv prosendə olan "xxxx" ASC-nin hesabına ödənilsin. Bununla bağlı dəfələrlə cavabdehdən avtomobili Banka təhvil verməsini tələb etmişdir. Lakin heç bir nəticə olmamışdır. Mülkiyyətində olan avtomobil hazırda cavabdehin istifadəsindədir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(125)-609/2022 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(125)-609/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, qətnamə hər tərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. 2008-ci il buraxılış olan ban- JN1FCAC11Z0011907, gümüşü rəngli, **-CL-*** dövlət nişanlı “Nissan Tida” markalı minik avtomobilini xx.xx.2012-ci ildə adına qeydiyyata aldırmışdır. Onunla "xxxx" ASC-nin Səbail filialı arasında xx.xx.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərtilə 9000 (doqquz min) dollar məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq onunla xx.xx.2012-ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus Nissan Tida markalı minik, buraxılış ili 2008-ci il olan ban-JN1FCAC11Z0011907 gümüşü rəngli, **- CL-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də girov qoyulmuşdur. Maddi vəziyyəti ilə əlqədar kreditini ödəyə bilmədiyindən 2017-ci il tarixdə mülkiyyətində olan 2008-ci il buraxılış olan **-CL-*** dövlət nişanlı “Nissan Tida” markalı minik avtomobilini Cavabdeh idarə etmək üçün baş etibarnamə əsasında vermişdir. Cavabdeh avtomobil kreditini ödəməyi öz öhdəsinə götürmüşdür və kredit ödənilib qurtardıqdan avtomobili öz mülkiyyətinə keçirtməyə söz vermişdir. Lakin buna əməl etməmişdir. Avtomobili hal-hazırda Cavabdeh istifadəsindədir. Lakin Cavabdeh bank qarşısında öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı Ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh olaraq ona qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsinə, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində onun məlumatı olmadan qəbul edilmiş xx.xx.2018-ci il tarixli 2(010)-2383/2018 saylı qətnamə qəbul etmişdir. Qəbul olunmuş qətnamədə qeyd edilmişdir ki, cavabdeh olaraq İddiaçı 7254 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2014-cü il tarixinə 1656 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1338 ABŞ dollrı faiz borcu və ümumilikdə 10.248 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu ondan tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilsin. Bununla bağlı o, dəfələrlə cavabdehdən avtomobili Banka təhvil verməsini tələb etmişdir. Lakin heç bir nəticə olmamışdır. İddiaçı olaraq o, hüquqlarından istifadə edərək Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin mülkiyyətində olan avtomobil hal-hazırda Cavabdeh istifadəsindədir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5242-1222 saylı və xx.xx.2022-ci il tarixli, 109156-1222 saylı məktublarından müəyyən olunur ki, Baş X2i idarəsi Qeydiyyat imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "NİSSAN TİİDA" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə əsasında hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş X2i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh daşınar əmlaka dair səlahiyyətlər verilmişdir və etibarnamə 10 il müddətinə qüvvədədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2383/2018 saylı, 23 aprel 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia təmin olunaraq, cavabdehdən 7254 manat ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2014-cü il tarixinə 1656 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illlik 5 faiz hesablanmış 1338 ABŞ dolları faiz borcu və ümumilikdə 10248 ABŞ dolları məbləğində pul vəsaitini və 30 manat dövlət rüsununun cavabdehdən tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi, tələbin girov predmeti olan cavabdeh İddiaçı mülkiyyətində olan Nissan Tiida minik markalı, buraxılış ili 2008-ci il olan, ban-JN1FCAC11Z00907, gümüşü rəngli, **-CL-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi qət edilmişdir. “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2017-ci il tarixdə 25369 reyestr nömrəli etibatnamən xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Avtomobillərin alqı-satqısına dair “Turbo.az” internet portalından edilmiş çıxarışdan görünür ki, buraxılış ili 2008-ci il olan “Nissan Tiida” minik markalı avtomobillərin dəyəri 12200 manatla 15800 manat arasında dəyişməkdədir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavadbeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi avtomobil hazırda da Cavabdeh istifadəsindədir. İddiaçı Cavabdeh verdiyi etibarnaməni 14 oktybar 2022-ci ildə ləğv etdirmişdir. Avtomobilin hazırki dəyəri isə 13000-14000 manat təşkil edir. Belə ki, 2022-ci ili əvvəllərində iddiaçı həmin avtomobili satmaq istədiyindən ona alıcı tapmış və həmin alıcı ilə avtomobili 13600 manata satmağı razılaşmışlar. Lakin, sonra Cavabdeh həmin avtomobilin pulunu verəcəyini bildirərək satmamasını xahiş etmiş, bundan sonra nə pulu vermiş, nə də ki avtomobili geri qaytarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 650.Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(125)-609/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus nəqliyyat vasitəsinin cavabdehin sahibliyində olmasını və (ya) sonuncunun qanunsuz sahibliyində olmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş məktublar əsasında müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatda olan mübahisəli avtomobilin etibarnamə əsasında hər hansı şəxsin istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş etibarnamə lazımi qaydada təsdiq olunmadığından mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut qismində qəbul edilə bilməyəcəyi aşkar olmaqla yanaşı, məhkəmə qeyd edir ki, iddia ərizəsində 2012-ci ildə verildiyi qeyd edilsə də, 2017-ci il tarixli olan etibarnamə 10 il müddətinə verilmişdir, yəni əgər cavabdeh həmin etibarnamə əsasında mübahisəli avtomobilə hüquqlarını həyata keçirirsə, həmin sənəd ləğv edilmədiyindən sonuncunun ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkətləri qanunsuz hesab edilə bilməz, bununla yanaşı həmin etibarnamənin hansı daşınar əmlak barəsində verilməsi və (ya) həmin daşınar əmlakın mübahisəli avtomobil olması görünmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin “Sübutlar” adlanan 7-ci fəslində əks olunmuş 106.1ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi iş üzrə tərəflərin izahatları da sübut hesab olunmaqla, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının izahatına əsasən cavadbehlə arasında bağlanmış şifahi müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan və kredit müqaviləsi üzrə öhdəliyinin icrası ilə bağlı "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş **-CL-*** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” markalı avtomobili girov qoymaqla bankdan götürdüyü borc məbləğinin Cavabdeh tərəfindən ödəilməsi şərti ilə həmin avtomobili ümumi etibarnamə əsasında cavadbeh sahibliyinə və istifadəsinə vermiş və borc ödənildikdən sonra avtomobilin cavadbehin mülkiyyətinə keçməsi razılaşdırılmışdır. Cavabdeh birinci və apellyasiya instansiyasında keçirilən məhkəmə iclaslarına gəlməyərək iddiaya dair hər hansı bir etirazını bildirməmişdir. Belə olduğu təqdirdə isə iddiaçının izahatı mötəbər sübut kimi qəbul edilməklə, avtomobilin qeyd olunan əsaslarla cavadebhin sahibliyinə verilməsi qəbul edilməli olduğu halda birinci instansiya məhkəməsi avtomobilin cavabdehin sahibliyinə verilməsinin sübut olunmaması ilə bağlı səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında mübahisəli avtomobilə hüquqlarını həyata keçirirsə, həmin etibarnamə ləğv edilmədiyindən sonuncunun ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkətləri qanunsuz hesab edilə bilməz. Bununla əlaqədar olaraq isə məhkəmə kolegiyası qeyd edir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır ki, etibarnaməni ləğv etdirmədən mülkiyyətçinin öz əşyasını etibarnaməli idarəçiliyə verdiyi şəxsdən geri tələb etmək hüququ istisna olunmur. Yuxarıda qeyd olunan əsaslara əsasən mülkiyətçi öz əşyasını etibarnaməli idarəçiliyə verdiyi şəxsdən tələb etdiyi halda vəkalət alan şəxs əşyanı geri qaytarmısa artıq o, qanunsuz sahib hesab olunur. Hərçənd ki, birinci instansiya məhkəməsində işə baxıldıqdan sonra da olsa İddiaçı tərəfindən Cavabdeh xx.xx.2017-ci il tarixdə verilmiş 25369 reyestr nömrəli etibarnamə xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər cavabdehlə iddiaçı arasında avtomobilin alqısatqısına dair gələcəkdə bağlanmasını nəzərdə tutan ilkin işifahi müqavilə, istərsə də etibarnamə vermək yolu ilə başqa əqdi pərdələməklə bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmuşdur. Belə ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair gələcəkdə bağlanmasını nəzərdə tutan ilkin işifahi müqavilə bağlanmışdırsa, həmin ilkin müqavilə notarial qaydada bağlanmadığından Mülki Məcəllənin 144.1, 650, 329.1 və 402.2 tələblərinə əsasən əhəmiyyətsiz olmuşdur. Həmçinin, avtomobilin ilkin müqavilə olmadan tərəflər arasında avtomobilin alqısatqısına dair etibarnamə vermək yolu ilə başqa əqdi pərdələməklə alqı-satqı müqaviləsi bağlanmışdırsa, həmin müqavilə də əhəmiyyətsiz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısında hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydasının 1.2-ci bəndində Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması ilə bağlı əqdlərin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik rəsmi reyestrdə qeydə alınmış daşınar əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur ki, bununla da Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə əsasən cavabdehin avtomobili geri qaytarmaq öhdəliyi olmuşdur. Buna görə də buraxılış ili 2008-ci il olan, **-CL- *** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, “Nissan Tida” markalı avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, avtomobilin məhv olması və ya bu kimi hər hansı bir səbəbdən mülkiyyətçiyə geri qaytarıla bilməməsi mümkün olan haldır. Mülki Məcəllənin 337.5-ci maddəsinin və Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələbi baxımından isə avtomobilin özünün alınıb verilməsi mümkün olmadığı təqdirdə onun dəyəri cavadbehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi avtomobilin hazırki dəyərinin təxminən 13000-14000 manat təşkil etdiyini bildirmişdir ki, iş materiallarına əlavə edilmiş avtomobillərin alqı-satqısına dair “Turbo.az” internet portalından edilmiş çıxarışdan da göründüyü kimi buraxılış ili 2008-ci il olan “Nissan Tiida” minik markalı avtomobillərin dəyəri 12200 manatla 15800 manat arasında dəyişməkdədir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını, avtomobilin dəyəri ilə bağlı avtomobillərin alqı-satqısına dair “Turbo.az” internet portalından edilmiş çıxarışdakı məlumatları nəzərə alaraq hesab edir ki, avtomobilin dəyəri 13000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavadbeh məhkəmə iclaslarına gəlməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinin ona münasibətdə tətbiq olunmalı olması ilə bağlı sübutları da məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, cavadbeh iddiaçı ilə aralarında bağlanmış əqdin etibarsız hesab olunması ilə bağlı iddiaçıya qarşı hər hansı bir tələbi mövcud olarsa, bununla bağlı ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(125)-609/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(125)-609/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Buraxılış ili 2008-ci il olan, **-CL-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, “Nissan Tida” markalı avtomobil naturada, naturada mümkün olmadığı təqdirdə isə dəyəri qismində 13000 (on üç min) manat Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.