Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2735/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-1404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin 2(045)-1404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddianın qismən təmin edilməsi, Cavabdeh 50.4 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “Azəriqaz” İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1404/2023 saylı qətnaməsini ləğv edib, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 618.4 manat məbləğində itirilmiş qazın, həmçinin 30.4 manat ödənilmiş dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” X1 X2 İdarəsi ilə Cavabdeh (kod: **********02580) arasında xx.xx.2023-cü il tarixli, №XS29-00988/22 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vardır (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s.). Belə ki, Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2022-ci il tarixli, №4651923 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının MSK 29/1710-00947-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuşdur. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2023-cü il tarixdə №0322952 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4320 m3 hesabat aparılaraq və 0.12 qəpiyə vurularaq 518.40 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdeh hər ayın sonuna istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyinə görə 100.00 manat debitor borcu da yaranmışdır. Bununla da abonentin “Azəriqaz” İB-nin Gəncə X2 İdarəsinə ümumilikdə 618.4 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi hissəsində səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Göründüyü kimi iddiaçıya 2022-ci ilin fevral ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək cavabdehin abonent hesabına işlənmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı iddianın təmin edilməyən hissəsi ilə bağlı, yəni sayğaca müdaxilə faktını təsdiqləyəcək MSK-29/1710-04863-1 saylı aktı əlavə edilmiş, lakin məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK xx.xx.2023-cü il tarixli, MSK-29/1710-04863-1 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun kəsici alətlə kəsilməklə sayğaca müdaxilə edildiyi təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə 4320 m3 itirilmiş qazın bərpası üçün 518.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin fevral ayında sayğac üzrə müəyyən edilmiş məbləğin cavabdehdən tutulması barədə iddia ərizəsini təmin etməmiş və ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçıya aid olunmasını qət etmişdir. Qeyd etmişlər ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023cü ilin fevral ayında hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq cavabdeh tərəfindən tam ödənilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlınılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimi, cavabdehin nümayəndəsinin izahatıni, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmiş, sayğacdan qaz keçsə də sayğac keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilməmişdir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilmişdir. Kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. İş materialında olan xx.xx.2023-cü il tarixli abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və abonentin 568.8 manat borcunun olması müəyyən edilmişdir (518.4 manat akt üzrə, 50.4 manat debitor borcu). İş materiallarına əlavə edilmiş “Azəriqaz” İB-nin Gəncə RQİİ-nin xx.xx.2023-cü il tarixli xəbərdarlığından görünür ki, yaranmış borcu ödəməsi cavabdehin nəzərinə çatdırılmışdır. Mübahisəni yuxarıda göstərilmiş qaydada həll etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan 518.4 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. İddia tələbinin debitor borcun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 100 manat məbləğində debitor borcun abonentdən tutulmasını tələb edir. Lakin iş üzrə müəyyən olunduğu kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra abonent tərəfindən 49.6 manat ödəniş olunmuşdur. Yəni hazırda abonentin 50.4 manat debitor borcu vardır (əsas: iş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosu). Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 50.4 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi “Azəriqaz” İB-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilətəsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinəəsasənsayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinəəsasənfiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəndində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. İşdən görünür ki, “Azəriqaz” X1 X2 İdarəsi ilə Cavabdeh (kod: **********02580) arasında xx.xx.2023-cü il tarixli, №XS29-00988/22 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2022-ci il tarixli, №4651923 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının MSK 29/1710-00947-1 saylı rəyinə əsasən sayğaca ümumi baxış keçirilmiş və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuşdur. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2023-cü il tarixdə №0322952 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4320 m3 hesabat aparılaraq və 0.12 qəpiyə vurularaq 518.40 manat dəyərində dəymiş ziyan, həmçinin istifadə etdiyi təbii qaza görə 100.00 manat debitor borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya vəəxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsin əəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış 518.40 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. İstifadə etdiyi təbii qazın dəyərini ödəmədiyinə görə iddiaçı tərəfindən 100 manat debitor borcu hesablanmış, iş məhkəmədə olan dövrdə cavabdeh tərəfindən 49.60 manat ödəniş edildiyindən və bu iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən abonentin saldosunda öz əksini tapdığından Cavabdeh 50,40 manat debitor borcunun olması müəyyən olunur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini qismıən təmin etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, laboratoriya müayinəsinin nəticəsindən göründüyü kimi cavabdehin mənzilinə aid qaz sayğacında kənar təsir izləri aşkar edilməmişdir. Abonentin saldosundan isə cavabdehin qazdan istifadə ilə bağlı hər ay ödəniş etməsi görünür. Bundan başqa abonentin saldosundan göründüyü kimi qaz sayğacı dəyişdiriləndən sonra da abonentin sərfiyyatında ciddi bir dəyişiklik olmamışdır. Hətta bəzi aylarda digər illərə münasibətdə azalma olmuşdur. Qaz sayğacına abonent tərəfindən müdaxilə edilərkən məqsəd sərfiyyatın qeydə alınmasına maneə yaratmaq və beləliklə də faktiki sərfiyyata görə ödəniş aparmaqdan yayınmaqdır. Lakin cavabdehə aid mənzilin abonent saldosuna baxış keçiriləndə iddiaçının göstərdiyi təsdiq olunmur. Odur ki, kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verməsinə dair dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin bu qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasıнын MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-1404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2735/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2735/2023
29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver