Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2870/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin 2(062)-5743/2016 saylı mülki iş üzrə 06 dekabr 2016cı il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Tovuz rayon Notariat X1 ilə Cavabdeh3 arasında təsdiq olunmuş xx.xx.2008-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2008-ci il, reyestr nömrəsi **********62 saylı olan çıxarış etibarsız hesab olunmuşdur. Qiyabi qətnamənin ləğv edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə Tovuz Rayon Məhkəməsinin 2(062)-5743/2016 saylı mülki iş üzrə 01 avqust 2017-ci il tarixli qərardadı ilə təmin edilmiş, qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İş üzrə məhkəmə baxışı xx.xx.2017-ci il tarixə təyin edilmiş, lakin tərəflər məkəməyə gəlmədiyi üçün Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 24 avqust 2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa münasibətdə icrada dönüş məsələsinin həll edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 09 iyun 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. İddiaçı X4 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, eyni zamanda buraxılmış prosessual müddətin bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Laləzar Məmmədova tərəfindən verilmiş şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı X4 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tədqiq edib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)- 3309/2017 saylı mülki iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 09 oktyabr 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin qərardadından verilən şikayət qəbul edilməli və mülki iş qərardaddan verilən şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qəradadında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 09 iyun 2023-cü il tarixli qərardadından iddiaçı xx.xx.2023-cü il tarixdə şikayət vermiş, buraxılmış prosessual müddətin bərpasına dair şikayətə ərizə əlavə etməmişdir. Bundan sonra iddiaçı tərəfindən müddətin bərpasına dair xx.xx.2023-cü il tarixdə məhkəmə ərizə daxil olmuşdur. Lakin, şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılmasını təsdiq edən rəsmi sənədlər ərizəyə əlavə edilməmişdir. Ona görə də məhkəmə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər апелйасийа şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunan hüquq normasının məzmununa görə 10 günlük şikayət vermə müddətinin axımı qərardadın tərəfə rəsmi təqdim edildiyi gündən başlayır. İş materiallarının tədqiqindən müəyyən olunur ki, iddiaçı X2 nümayəndəsi Ceyhun Məmmədov məhkəmənin 09 iyun 2023-cü il tarixli qərardadını 21 iyun 2023-cü il tarixdə rəsmi qaydada almış, həmin qərardaddan iddiaçı X4 24 iyun 2023-cü il tarixdə şikayət vermişdir. Məhkəmə şikayəti 25 iyun 2023-cü il tarixdə geri qaytarmışdır. Məhkəmənin 25 iyun 2023-cü il tarixli qərardadı X3 rəsmi qaydada 27 iyul 2023-cü il tarixdə çatdirılmış, X2 həmin qərardaddan verdiyi şikayət 03 avqust 2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinə daxil olmuşdur.Göründüyü kimi X4 məhkəmənin 09 iyun 2023-cü il tarixli qərardadından şikayətini qanunla müəyyən edilmiş 10 günlük şikayət vermə müddətini ötürməməklə vermişdir. Bundan sonra isə Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət onun qnunla müəyyən edilmiş müddətin ötürülməsi və prosessual müddətin bərpa edilməsinə daiilə də şikayət vermiş, buraxılmış prosessual müddətin bərpasına dair ərizənin şikayətə əlavə edilmədiyi əsası ilə geri qaytarılmışdır. Bundan sonra isə iddiaçı X4 prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmənin iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə əsassız olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır: Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 3309/2017 saylı mülki iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 09 oktyabr 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Tovuz Rayon Məhkəməsinin iş üzrə 09 iyun 2023-cü il tarixli qərardadından verilmiş şikayət qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 21 sentyabr 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 09 oktyabr 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-3309/2017 saylı mülki iş üzrə 09 iyun 2023-cü il tarixli qərardadından iddiaçı X2 verdiyi şikayət apellyasiya icraatına qəbul edilməklə baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kоllegiyasına verilsin. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2870/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2870/2023
19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver